Haqqımızda

last update: 19 Aprel 2017 г. 14:46

“Badkubə” Azərbaycan paytaxtının qədim adı və bu regionun qədimtarixə malik olmasının göstəricisidir.

 Bu şəhər Zaqafqaziya və İran xalqlarının siyasi, mədəni, sivilizasiya və irqi cəhətdən yaxın lomasının simvollarındandır. Parlaq və əzəmətli dövrün yadigarı olan “Qız qalası” birlik və vəhdət əlaməti kimi saytımızın simvolu olaraq seçilmişdir.

“Badkubə saytı” regional inteqrasiya yönümlü yanaşma ilə Azərbaycan Respublikasından olan jurnalistlər, ictimai fəallar, eləcə də azəri və iranlı araşdırmacılar tərəfindən fəaliyyətə başlamışdır.

Bu sayt “vətəndaş cəmiyyətinin” bir hissəsi olaraq, siyasi və maddi cəhətdən hər hansı bir dövlətlə bağlılğı yoxdur və öz-özünü dolandıran saytdır.

Məqsədimiz ortaq siyasi və sivilizasiya sahələrinə aid informasiaları çatdırmaq, tarix və siyasət sahəsində aparılan araşdırmaların nəticəsini yaymaqdan ibarətdir.

Yazarlar, jurnalistlər, siyasi fəallar və araşdırmacılar öz yazılarını yaymaq üçün, bu materialları bizim elektron poçt ünvanımıza göndərə birlər. Göndərilən materiallar jurnalistika xarakteri daşıdığı təqdirdə, bundan öncə digər saytlarda yayımlanmamış olmalıdır, eyn zamanda “Badkubə” saytının, eləcə də Azərbaycan Respublikasının siyasətləri ilə uyğunluq təşkil etməlidir.

Siz də bizim yazarlarımzdan ola bilərsiniz. Elektron poçtdan əlavə “Badkubə” saytı yazılarınızı istədiyiniz kimi yükləməyə də imkan verir.