talış xalq harakati

Azərbaycanda talışların haqqi

Mən bir talış olaraq bütün mömin və ədalətli türk qardaşları talışların haqqının müdafiəsinə çağırıram. Bununla siz sübut edəcəksiniz ki həqiqətəndə bizə bir müsəlman qardaşsınız. Mən belə türkləri sevirəm, onlarla həmdərdəm, onların sevinci bizim sevincimizdir. Onların şəhidi bizim şəhidimizdir. Onlar ədalətli olarlarsa bizə o ədalətə dəstək verərik.

  1. 4 ay, 2 həftə əvvəl
  2. 0
talis7
Badkubeh -

Səhifələrdə, paylaşmaların şərhlərində tez-tez görürəm ki acından günorta duran pantürkçülər, güya azərbaycançılar və başqa "güyalar" ermənilərlə yazışan, söhbətləşən hətta normal bir insanı münasibətdə olan talışları qınayırlar. Niyə qınayırsınız? Rusiyada yaşayan talışlar rusiyalıdırlar, onların ermənilərlə problemləri yoxdur. Başqa ölkələrdə doğulub başa çatan, və yaxud təqiblərdən baş götürüb Azərbaycandan qaçan talışlar da vətənlərindən inciyiblər və ermənilərlə olan problemi öz problemi kimi qəbul etmirlər. Ermənilərdə sosial şəbəkələrdə talışlarnan heç bir problem yaşamır. Ermənilərin talışlara qarşı heç bir iddiası yoxdur, ermənilər talışların tarixi torpaqlarına heç bir iddiası yoxdur. Ermənilər talışları özünə düşmən saymır. Bu onların rəsmi mövqesidir. Hətta talışlar haqqında kitablar yazırlar, konfanslar təşkil edirlər. Universitetlərində Talış dili fakultəsi açıblar. Bu fakultə Azərbacanda deyil, Ermənistandadır. Başa düşürsünüz? Talış məgər Ermənistanda yaşayan xaqldır ki orda fakultə açıblar? Və onlar bilirlər ki əksinə talış tanka minib gedib erməninin üstünə, onlarla vuruşub, qırıb onları. Talış ermənilərə qarşı düşmənçilik edib. Bunu da talışılar Azərbaycan xalqına bir müsəlman, həmvətənli dəstəyi kimi edib. İndi də Azərbaycan ordusunda çoxlu talışlar xidmət edir və ön cəbhədədə az deyillər.

Mən özüm şəxsən ermənilərlə dostluq etmirəm. Belə ola bilər marağa hansısa erməni ilə mədəni şəkildə yazışam. Sözüm nədir. Sözüm odur ki kimsə hansısa talışın üstünə düşüb ermənipərəst, flanpərəst, bəşməkanpərəsət deməsin. O onun öz işidir. İndi biri ermənini özünə düşmən saymır. Güya Azərbaycan dövləti sadə erməniləri düşməm elan edib ki? Azərbaycan dövləti onlara yüksək status, muxtar dövlət təklif edir. Azərbaycan dövləti erməniləri Bakiya dəvət edir, onlardan müsahibə alır, onlara yaşayış yeri verir. Talışla düşmənçilik edən Nuru paşalar olub. Talışa qarşı fəaliyyətdə olanlar pantürkçülərdir. Erməni talışları erməniləşdirmir ki. Dillərini dəyişmir ki. Yəni yeri gələndə erməni ilə xoş münasibətdə olan talış belə də cavab verə bilər. Məni düz başa düşün, mən indi burda talışları ermənilərlə hansısa ittifaq yaradmağa dəvət etmirəm. Mənə görə zəbt olunmuş müsəlman torpaqları azad olunmaldır və qaçqınalar doğma diyarlarına qayıtmalıdır. Müsəlman xalqı öz doğma ellərində yaşmalıdır. Müsəlmanalrın zəbt olunmuş torpaqları geri qaytarılmalıdır. Şuşa məscidlərindən "Allahu Əkbər" sədaları gəlməlidir. Dağıdılmış Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər bərpa olunmalıdır. Məscidlərdə namaz qılınmalıdır. Mən bunu arzulayıram və bir gün bu olacaq. Mən Azərbaycan xalqının xoşbəxtliyini arzulayıram.

Amma bununla belə heçkəs Azərbaycandan küsmüş, incimiş talışa irad tuta bilməz. Ermənilər baxın necə iş görür. Azərbaycanda talışların haqqı ödənilməyəndə ermənilər talışlara deyir ki mən səni dəstəkləyirəm. Axı niyə Azərbaycan dəstəkləmir talışı ki erməni düşüb ortaya? İndi biri deyə bilər ki erməni bicdir, öz məqsədi çün edir. Yaxşı bəs səndə ağıllı ol da, sən də heç olmasa öz məqsədin üçün talışın haqqını verdə. Necə olur ki erməni sənin etmədiyini edir, səndə deyirsən erməni öz məqsədi üçün edir, erməniyə inanma. Yaxşı bəs sən elə talış sənə inansın da. Sən talışlar üçün Bakida konfrans təşkil elə, tədbirlər təşkil elə, televiziya ver, qazetlər ver, radiolar ver. Ver bunları erməni də səndən küsmüş, incimiş talışdan istifafə etməsində. Mən birazdan Türkiyədə ermənilər barəsində bir sorğu videosunu paylaşcam. Görərsiz necə xoş sözlər deyirlər ermənilərə. Nədənsə bu nadan "vətənpərvərlər" Türkiyəni suçlamırlar. Bir şey ortaya qoyurq, dərhal deyirlər indi ermənilər Türkiyədə yüzillərdi yaşayır da. Onları niyə ağa çıxarısınız ki? Tənqid edin də. Deməli bütün türk dövlətlərinin ermənilərlə münasibətləri var, ancaq talışlara olmaz. Özüdə dəxli yoxdur Azərbayacan talışıdır yoxsa Rusiya, İran, İngiltərə, Amerika talışıdr. Bütün talışlar elə bil bunların dədəsinin malıdır, ya da qullarıdır. Bunlar kimlə düşmənçilik edəcəksə talışda quyruq kimi gərək bunlara qoşulsun. Qoşulmasa xaindir. Sən talışın bütün haqlarını ver, əlindən alınmış muxtariyyətini qaytar, həqiqi qardaşlıq elə onda talışda deyər ki Azərbaycan mənim canımdır, ciyərimdir. Sən özün talışların böyük bir hissəsini özündən küsdürmüsən. Bayraq olmaz separatçısan, amma türk tayfalarının hərəsinin bir bayrağı var, hamısını bəh-bəhlə paylaşırsınız. İraq türkmənlərin bayrağını paylaşırsınız bu separatçılıq deyil, amma talışa olmaz. Himn olmaz, separatçılıqdır. Muxtariyyət olmaz separatçılıqdır. Amma türkmənlərə İraqda, Suriyada muxtariyyət tələb edirsiz. İranda türklərə muxtariyyət tələb edirsiniz. Ən azı muxtariyyət tələb edirsiniz. Hələ bir bayraqlarını da hər yerdə paylaşırşınız. Rusiyanın yarısına iddi edirsiniz. Bu separatçılıq deyil. Çində uyğurların dərdini çəkirsizniz, bayraqlarını da paylaşırsınız. Onların heç birisi sizin yanınızda erməni ilə döyüşməyib, şəhid verməyib. İnsaflı olun!!! Sizə dəstək olaraq Talış xalqı qədər Qarabağda heçbir xalq şəhid verməyib. Talışlar müharibədə irəlidə gedib. Canlarından keçib. Onlar Azərbaycan üçün döyüşmürdülər? Yaxşı bəs talışlar necə olsun? İtisin, batsın, silinsin, məhv olsun, assimilləsiya olsun ki siz pantürkçülər rahat olasınız? Bu siyasəti dəyişmək gərək. Ədalətli olun. Allahın ədalətinə baxın, Qurana və Sünnəyə baxın görün siz necə də ədalətisiz iş görürsünüz. Allahın qəzəbinə tuş gəlməyin.

Mən bir talış olaraq bütün mömin və ədalətli türk qardaşları talışların haqqının müdafiəsinə çağırıram. Bununla siz sübut edəcəksiniz ki həqiqətəndə bizə bir müsəlman qardaşsınız. Mən belə türkləri sevirəm, onlarla həmdərdəm, onların sevinci bizim sevincimizdir. Onların şəhidi bizim şəhidimizdir. Onlar ədalətli olarlarsa bizə o ədalətə dəstək verərik.