Tanınmayan və ya qismən tanınan dövlətlər

Talış-Muğan Muxtar Respublikası

Tarix boyu heç zaman Azərbaycan adlanmayan yerdə birdən-birə "Azərbaycan" adlı dövlət yaradılırsa, həm də həmən dövlətin ərazilərindən xaricdə, yəni Tiflisdə qərar qəbul edilirsə və bu hamı tərəfindən qəbul edilirsə, nəyə görə bu tarix boyu yalnız TALIŞ adlanan ərazidə talışların özlərinin yaratdığı dövlət süquta uğradılır və qəbul edilmir?

  1. 4 ay, 2 həftə əvvəl
  2. 0
7787
Badkubeh -

Talış xalqı hələ 20-ci əsrin əvvəlində beynəlxalq qanunlarla qəbul olunmuş xalqların öz müqəddəratını təyin etmə hüququndan istifadə edib öz seçimini etmişdir. Bu necə baş vermişdir?
1918-ci il aprelin 14-də Lənkəranda Talış-Muğan Sovet Respublikası yarandı və talışlar öz dövlətlərinin yarandığını elan etdilər. Bu hadisədən ay yarım sonra isə 1918-cinilin may ayın 28-də Tiflisdə (!) Azərbaycan Demokratik Respublikası yaradıldığı elan edildi.
Tarix boyu heç zaman Azərbaycan adlanmayan yerdə birdən-birə "Azərbaycan" adlı dövlət yaradılırsa, həm də həmən dövlətin ərazilərindən xaricdə, yəni Tiflisdə qərar qəbul edilirsə və bu hamı tərəfindən qəbul edilirsə, nəyə görə bu tarix boyu yalnız TALIŞ adlanan ərazidə talışların özlərinin yaratdığı dövlət süquta uğradılır və qəbul edilmir?

map

Burdan belə çıxır ki, Talış-Muğan Respublikasının bir dövlət kimi mövcud olmağa haqqı Azərbaycan Demokratik Respublikasından daha çoxdur və butun səbəbləri aşağıdakılardır:
1) Həm daha tez qurulub,
2) Həm talışların özləri tərəfindən və öz ərazilərində qurulub,
3) Həm də Talış adlanan ərazidə qurulub.
Amma məlum qüvvələr talışların deyil, "Azərbaycan" adlandırılan dövlətin qurulmasına qərar veriblər. Bu gün sionizmə xidmət edən bəzi başıpozuqların İran İR-na qarşı ərazi etməsi sübut edir ki, "azərbaycan" dövlətinin qurulması və "azərbaycan" adlandırılması gələcəyə hesablanmış addım imiş.
Bu statusla mən Azərbaycanın parçalanmasına çağırmıram. Lakin talış xalqının birmənalı şəkildə muxtariyyət hüququ var və bu hüquq ona qaytarılmalıdır. Ən azı ona görə ki onlar öz dövlətçiliyinə doğru olan yollarına ADR-dən daha tez başlamışdılar. Lakin ADR sonradan ora qoşun yeridib osmanlı Nuru paşanın köməyi ilə talışların dövlətini ləğv etmişdir. Talışların dövlətçiliyə haqqı pozulmuşdur.
Ümumiyyətlə tarixdə Talış xanlığı müstəqil dövlət idi və başqa xanlaran fərqli olaraq onlar İran şahları olan Qacarlara belə tabe deyildilər. Bu xanlığın tarixi başqa xanlıqlardan fərqli olaraq lap qədimdən başlayır. Amma bu başqa mövzudur. Talış xanlığı Rusiya tərkibinə öz istəyi ilə müstəqil seçimi ilə daxil olmuşdur. Və Rusiya tərkibinə Azərbaycan ərazisi kimi yox, Talış ərazisi kimi daxil olmuşdur. Talış-Muğan ərazisi isə ayrıca tarixi-cooğrafi ərazidir. Tarixi Arana, və İrandaki Azərbaycana daxil deyil. Yəni Aran,  Azərbaycan, Ermənistan kimi ayrıca cooğrafi ərazidir. Bu ərazinin bir hissəsi də İrandadır. Onu da əlavə edim ki Rusiya və İran öz aralarında razılşamışdırlar ki bu ərazilərdə, talışların dövləti olan Talış xanlığının ərazisində, iki dövlət arasında bufer olan Talış dövləti yaradılacaq. Ona görə də başqa xanlıqlardan fərqli olaraq Talış xanlığı 1840-cı ilə dək saxlanıldı. Bunu ona görə yazdım ki biləsiniz talışların müstəqil dövlətçiliyi olub.
İndi Azərbaycan ümumi dövlətdirsə və bayrağında türkçülük rəmzi varsa onda talış xalqı qeyri türk olaraq muxtariyyətə haqqı var. Talış xalqı Azərbaycan qarşısında müsəlmancasına qardaşlıq borcunu yerinə yetirib, müharibədə iştirak edib, şəhidlər verib. İndi isə əksinə Azərbaycan talış xalqına borcludur və onun haqqını ödəməlidir.

Bermeki Mutteqi