Səfəvilər və Qacarlar zamanında

Erməni köçləri

Şah İsmayıl tərəfindən Gəncə hakimi Təyin edilmiş,Qacarların yerli tayfalarından oln Ziyadoğulları sülaləsinin talei və həmçinin ömrünün son anına qədər İrana sadiq qalmış və Ruslar tərəfindən qətlə yetirildikdən sonra ailəsi İrana qaçmış sonuncu Gəncə xanı Cavad Xan Ziyad Ziyadoğlunun başına gələn bu cəhətdən çox ibrətamizdir.

  1. 5 ay, 1 həftə əvvəl
  2. 0
zan
Badkubeh -

Mövzu Böyük Şah Abbas zamanından sonra,xüsusi ilə ondoqquzuncu əsrin birinci yarısında (1800 - 1830) baş vermiş İran Rusiya müharibəsi ərəfəsində baş vermiş və Azərbaycan və qafdazın etnik tətkibinə güclü təsir etmiş Erməni köçüdür.

Əvvəlcə bu məsələni nəzərə almaq lazımdır ki, cənubu qafqaz (bu günkü Azərbaycan Respublikası,Ermənistan,Gürcüstan) ondoqquzuncu əsirdə baş vermiş İran Rusiya müharibələrinədək müəyyən formada İranın təkibində və yaxud nüfuz və təsir dairəsində olub. (bəzi vaxtlar Osmanlının işğal etdiyi cənubi qafqazın bir sıra qərb məntəqələri istisna olmaqla) bu nüfuz və təsir,İran  vahid və həmrəy imperiya olduğu zaman güclənirdi amma İran daxilində hakimoyət böhranı və müharibə baş verdikdə yəni mərkəzi dövlət zəiflədikdə isə sair ətraf məntəqələrdə (misl olaraq Herat,Mərv,Qəndəhar) olduğu kimi İranın bu məntəqələrdə də nüfuz və təsiri zəifləyirdi,nəticədə həmən bölgələrdə iğtişaş və üsyanlar baş verirdi. Bu bölgələr belə hallarda gücləri çatsa idi müstəqillik elan eddirdilər ya da qonşulaarın köməyi ilə İrana tabe olmaqdan boyun qaçırırdılar.

 Şah İsmayıl tərəfindən Gəncə hakimi Təyin edilmiş,Qacarların yerli tayfalarından oln Ziyadoğulları sülaləsinin talei və həmçinin ömrünün son anına qədər İrana sadiq qalmış və Ruslar tərəfindən qətlə yetirildikdən sonra ailəsi İrana qaçmış sonuncu Gəncə xanı Cavad Xan Ziyad Ziyadoğlunun başına gələn bu cəhətdən çox ibrətamizdir.

Lakin Qafqazda İranın nüfuzunun artması sonra isı azalması ilə, İran cəmiyyətində (xüsusi ilə İran Azərbaycanında və İsfahanın Culfa bölgəsində)  digər tərəfdən Qafqazda Ermənilərin sayında dəyişiklik oldu. Ondoyeddinci əsrdə (təqribən 1633 cü il) Şah Abbas səfəvi  Osmanlılarla müharibələrin qızğın vaxtlarında təxminən 60 min Erməni Ailəsini (300 350 min nəfərə yaxın) Osmanlıların hücumlarından uzaqlaşdırmaq üçün cənubi Qfqazdan İsfahan ətrafına (sonradanbu yerin adı İsfahan Culfası adlandı) və İranın digər məntəqələrinə göndərdi.

 Digər tərəfdən çox güclənmiş və çətin nəzarət olunan Şahsevən tayfalarının güc və nüfuzunu azaltmaq məqsədi ilə onlardan istifadə edirdi.

Hər halda işin görünüən tərəfi budur ki birinci şah Abas zamanında və sonrakı illərdə Abbas Mirzə Qacar dövründə İranda onların vəziyyəti nisbətən yaxşı olub hal bu ki,təəssübkeş şahların dövründə onların vəziyyəti pisləşirdi amma,zahirən demək olar ki onların həyat şəraiti İranda Osmanlıdakından daha yaxşı idi.

 Bu köçün nəticəsində,qısa müddət ərzində İranda Erməniləri sayı sürətlə artdı lakin Qafqazda isə azaldı. Amma iki yüz ildən sonra həddən artıq zəifləmiş və hərc -mərcliyə qərq olmuş müsəlman İran qarşısında ,xristian və ortodoks Rusiyanın güclənməsi ilə həm İran həm də cənubi Qafqazda cəmiyyətin də vəziyyəti dəyişildi.

İrana hakim kəsilmiş Qacarlar dövründə iki müharibədə iki müqavilə Gülüstan (1813) və Türkmənçay (1828) imzalamağa məcbur oldu bu iki müqaviləyə əsasən demək olar ki cənubi Qafqazın bütün hakimiyyətini Rusiyaya verdi. Bu münaqişədə etnik azlıqların  mövqe seçməsində dinin də mühüm rolu olub, baxmayaraq ki zahirdə mühaibənin taleində mühüm rola malik deyl idi. Amma ümumiyyətlə Ermənilər özləri ilə eyni dində olan xristian ortodoksları yəni inkişaf etməkdə olan Rusiyanı dəstəklədilər,Qafqaz müsəlmanları isə bacardıqları qədər özləri ilə eyni dində olan müsəlman və şiə yəni İranın tərəfini tutdular İran isə süquta uğurayan imperiya idi. Bir müddət keçdikdən sonra Qafqaz müsəlmanlarının da müqaviməti sona çatdı və Rusiya bütün Qafqaza hakim oldu. İran Rusiya müharibələrindən sonra cəmi 4000 min nəfər İran Ermənisindən 100 min nəfər İranda qaldı 300 min nəfər Erməni isə Qafqaza yəni Qarabağ vilayətinə,İrəvana,Naxçvana,Gəncəyə ,Şirvana və Tiflisə köçdülər,beləliklə Qafqazda Ermənilərin ümumi sayı 500 nəfərə çatdı.(Burnutyan)

 Qafqazın müsəlman əhalisinin əksəriyyəti Türk dilli olub və onlara Azəri və yaxud Azərbaycanlı deyilir bundan əlavə ,Kürd və Fars dilli azlıqlar da bölgədəki müsəlmanlardan olublar. Qafqaza ikinci böyük Erməni köç dalğası birinci dünya müharibəsi vaxtı və bu günkü Türkiyənin cənub şərqində Erməni dövləti yaradılması səylərini uğursuzluqla nəticəlnməsindən sonra,xüsusi ilə 1915 ci ildə Erməni qırğını faciəsindən sonra Osmanlı imperiyasının qalıqlarında baş verdi. Bu iki böyük mühacirətin nəticəsində cənubi Qafqazda Ermənilərin sayı artdı və bölgədəki əhalinin tənasübü dəyişdi.


Mənbə:

- Rezvani,B.: The İrano-Russian Wars Ethno-Demographiv Consequences in The South Caucasus.University of Amsterdam,2011


- Bouroutian, G.:Armenians in Nineteenth-Centry Iran.In:Chakeri,C (ed.)>The Armenians of Iran;Cambridge MA, 1998

- Gregorian, V.: Minorities of İsfahan: The Armenian Community if İsfahan. İn: Chakeri, C (same)   2013 nəşr 2013 nüsxə May


Abbas Cavadi