Mədəniyyətimizi necə qoruyaq?

Məhv olan Talış toplumu və dili

Yaxın keçmiş haqqında maraqlanan insanlar öz nənə və babalarının danışıqlarını dinləyib nəticə çıxarda bilər. Ölkəmizin cənub-şərq regionunda yaşayan xalqın övladları talışcadan ünsiyyət vasitəsi kimi az istifadə edir. Bu yolda onlara “yardım” edən bilavasitə dilini övladına öyrətməyə çəkinən valideyinlərdir

  1. 8 ay, 1 həftə əvvəl
  2. 0
talis4
Badkubeh -

Keçən yazılarımızda deyildiyi kimi, Talış da bir millətdir və onun da öz haqqlarını qorumağa, sağlam və inamlı yaşamağa haqqı var. Talış dili Hind-Avropa dil ailəsinin, sivilizasiyasının ən qədim dillərindən biridir. Son əsrlər bu dil enmə və tənəzzül tendensiyasını yaşayır və demək olar ki, ikinci bir dilin olduğu rayonda əsla dominantlıq edə bilmir. Biz şanlı, mərd  keçmişdən ağızdolusu çox danışdıq. Lakin gəlin real olaq? Millətin öz haqqını qorumağa marağı varmı? Bu artıq hər bir fərdin şəxsi vicdan, təəssübkeşliyinə qalıb. Kimisi talış olduğunu şərəflə deyir və ailəsi ilə bu dildə danışır, kimisi öz kökünü inkar etməsə də, dilinə tamam biganə yanaşır  və ən qorxulusu bəzi inslər özünü “türklüyə” vurur və artıq bu millətə qarşı əks cəbhədə durur.


Nəsillər və fəsadlar

Yaxın keçmiş haqqında maraqlanan insanlar öz nənə və babalarının danışıqlarını dinləyib nəticə çıxarda bilər. Ölkəmizin cənub-şərq regionunda yaşayan xalqın övladları talışcadan ünsiyyət vasitəsi kimi az istifadə edir. Bu yolda onlara “yardım” edən bilavasitə dilini övladına öyrətməyə çəkinən valideyinlərdir. Bəzən elə ailələr olur ki, övlada bu dili danışmağa qadağa qoyur ki, ailənin “reputasiyasına” xələl gəlməsin. Çox təəssüf ki, bu əsasən “savadlı” insanları əhatə edir. Bəs onlar ana dillərini necə bildilər? Demək ki, talış cəmiyyəti əvvəl daha qapalı və möhkəm olmuşdur.Talış dilinin sıradan çıxmasının əsas faktoru ölkələşmə və qloballaşmadır. Bu xüsusən informasiyanın massiv artması, şəhərləşmə hesabına baş verir. Şəhərləşmə gənc əhalini bir vahid əvvəlki nəslə nisbətən xeyli zəiflədir və öz ənənələrinə dönük çıxardır. Xüsusən də son əsrdə doğulan cavanlarda kəskin milli özünüdərketmə problemi vardır. Məhz bu səbəbdən talış dilində danışan insanların “qocalması”, etnik deqradasiya, geriləmə baş verir. Linqvistik faciəni bizim dil və qan qohumlarımız olan Gilək millətinin üzərində izah edək.Gilək dili bizim Ana dilimizə (talışların çoxu bunu dərk etməyib) çox yaxındır. İranın Gilan və Mazandaran vilayətinin əsasən düzən ərazilərində yaşayırlar. Yaşlı insanlar öz ana dilini bilir, lakin artıq cavan nəsil (xüsusən də 30 yaşdan kiçik) bu dili danışmağa “utanır” və özünə qəbahət bilir və demək olar bütün ünsiyyəti fars dilində edirlər(nəzərə alsaq ki, bu əhalinin yarısından çoxudur). Bu tendensiya gilək xalqının uçurumun kənarında olmasını göstərir. Gənclərin və elitanın sürətlə farslaşması gilək etnosunun ölümünə nişan edir. Bizimçün yaxşı tərəf odur ki, bu vəziyyət mülayimdir. Lakin tez qərar verməyək. Çünki “mülayim” sözü də bizi yuxuya verəcək və yuxudan artıq talış kimi ayılan deyilik. Bilmək lazımdır ki, talış dili indi ölkənin 4 rayonunu əhatə edir(Lerik, Astara, Lənkəran və Masallı rayonunun təqribən yarısı) və qalan rayonlarda talış dili çox nadir və az və yaxud da heç danışılmır. Halbuki Araz çayından şimala, Kürə qədər əhalinin böyük bir kütləsi nə vaxtsa talış dilini “su kimi” danışardı. Günümüzdə Talışın “ürəyində” belə azərbaycan dili əsas rol oynayır. Lənkəran və Astara şəhər əhalisinin çoxu talışca bilmir və danışmır. Vəziyyət İran Astarasında, Həştpər(Taleş) şəhərində də ürəkaçan deyil. İranda Talış asimilyasiyasının ikinci qorxulu tərəfi cənubdan güclü farslaşmadır. Bu iki dilin(türk, fars) təsiri ilə cənubda Talış dilinin bütövlüyü yoxa çıxmış və anklavlara çevilmiş dialektlərə pərən olmuşdur(məs. Qəzvin, Xalxal, Alamut və s.)

Azərbaycan xalqına münasibət

Bu başlığı müəllif özü də bəyənmir. Məsələ burasındadır ki, azərbaycanlı ölkənin hər bir insanının vətəndaşlığıdır. Daha ayrıntılı olsun deyə Azəbaycanın türkdili camaatına münasibətdən danışılmalıdır. Yaxşı olar ki, bu məsələdə talışlar bəzi şeyləri anlasınlar. Azərbaycanlıların tərkibində talışın “ərimiş” olduğu iri toplumu mövcuddur. Bu cür topluma misal kimi, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar, Şirvan şəhərinin, Salyanın türkləşmiş talışlarıdır. Onlarçün artıq Talış adı o qədər də əhəmiyyətli deyilmiş. Bunun səbəbi yenə də dildir. Talış dilini bilməmək onları öz əsas kökündən tamamilə uzaqlaşdırmışdır. Məsələn, Biləsuvarın Səmədabad və İsmətli kəndinin böyük əksəriyyəti məhz talışlardır. Onlar nəinki talış olduğunu hətta nə vaxt necə və haradan gəldiyini belə bilir və türkdilli olmasına rəğmən hələ də qürurla özünü “talış” adlandırırlar. Bu bizi həm sevindirir, bununla bərabər həm də bizimçün gələcək nida rolunu oynayır. Bunun əksini biz Masallının köhnə talış kəndlərində( Gəyəçöl(Qəqəçol), Xıl, Boradigah qəs., Sərçuvar, Sərəbil, Musakucə, Şıxlar, Alvadı, Xocavar və s.) görə bilərik. Onlar artıq nəinki talış olduğunu unudub, hətta “türk” modelinə keçilib.

Demoqrafiya

Müxtəlif xalqlar içərisində demoqrafik proseslər fərqli gedir. Burda əsas göstərici qadın fertilliyi (hər qadına görə uşaq sayı) və əhalinin təbii artımıdır. Avropanın bir çox xalqlarında, həyat səviyyəsinin yüksəkliyinə rəğmən demoqrafik proses azalma istiqamətindədir. Avropa ailəsində uşaq anlayışı və ailə səadəti kimi anlayışlar arxa planlardadır. Çünki insanlar burada yalnız öz zövqləri, istəklərini həyata keçirmək üçün yaşayır. Bəzi ölkələrdə isə emiqasiyanın yüksək, fertilliyin isə çox aşağı olmasının nəticəsində əhali azalır (Bolqarıstan, Serbiya, Xorvatiya, Litva, Estoniya, Belarus bu qəbildən olan ölkələrdir). Ən dəhşətli hal isə Ukrayna dövlətindədir. Yalnız son onilliklərdə ölkə əhalisi 10 milyona qədər azalmışdır.

Talış bölgəsinin ailə ənənələri ölkənin digər camaatı tərəfində həmişə rəğbətlə qarşılanıb. Yuxarıda qeyd etdiyimiz ölkələrdə ailə sistemini qoruyan dinin (islamın) faktiki yoxluğu, xalqın milli dəyərlərini qorumaması, insanların ailə və qarşılıqlı münasibətlərə deyil, fərdi zövq və rahatlıqları üçün yaşamasıdır. Ailə quruluşu, qarşılıqlı hörmət, talış kişisinin və qadınının zəhmətkeşliyi, çoxlu, sağlam və cəmiyyətə yararlı övladları böyütməyi hamıya məlumdur. Azərbaycan SSR vaxtı Talışlar güclü assimilyasiyaya rəğmən sürətlə artan etnos idi. Talış anaları qəhrəman analar idi. Lakin bu gün bu proses əksinə gedir. Bölgənin bəzi yerləri istisna olmaqla əhali sayının artım tempi çox səngimişdir. Buraya yenə də şəhərləşmə, kəndlərin boşalması, insanların daha fərdiyyətçi həyat tərzinə keçməsi, böyük ailə sistemindən imtina, kütləvi infomasiya vasitələrinin gənc nəslin ailə, əxlaq və sağlamlıq baxışlarına güclü degenerə edici təsiri, gənclərin ailə mənəviyyatı və dindən uzaq getməsi, həyat tərzinin və sağlamlıq qabiliyyətinin düşməsi durur. Talış cavanları övladlarının sayına və “doğuma” nəzarət etməyə başlayıb. Nəzərə çatdıraq ki, əhalinin artımı üçün qadınların fertillik əmsalı 2,2-dən (azı 2-3 uşaq prinsipi) yüksək olmalıdır. Əfsus ki, biz bunun əksini görürük. Əhalinin reproduktiv sağlamlığı aşağı səviyyəyə düşmüşdür. Kəndlərin (xüsusən dağ kəndlərinin) boşalması bu qorxunc proqnozu deməyə əsas verir. Bizi yuxarıda sadaladığımız xalqların aqibətimi gözləyir? Talışların yaşadığı ikinci ölkə olan İranda da təbii artım digər millətlərə (məs: azərbaycan türkləri, kürdlər ) nisbətən aşağıdır.

Talışın bu günündə ailə

Bu günümüzdə talış ailəsi barmaqla sayıla bilər. Əziz şair Əli Nasirovun dediyi kimi: “Ata, ana talış, bala türk”. Yeni yaranan nəsl artıq xalqa aid olmur və özünü bu işə də borclu bilmir. Beləliklə, milli qocalmanın şahidi oluruq. Bu qocalma prosesi bir neçə onillik sonra talış babalarının məzarı üstə onların övladları arasında danışılan yad dili ilə bizə qənim olacaq. Əgər onlar sənə əzizdirsə? Yatma. Yuxudan oyan… 


reader's comments

Loading...