Araz Əlizadə:

“Türk olmadığımızı tarixi faktlarla ortaya çıxaracam”

Mənə qarşı təpkilər davam etsə, Amerika və Avropa alimlərinə müraciət edərək, türk olmadığımızı tarixi faktlarla ortaya çıxaracam. Biz azərbaycanlıyıq. Fikrimi qəbul etməyənlərin faktları varsa, ortaya çıxarsınlar. Bu meydan, bu da şeytan. Müsahibəmlə bağlı Milli Məclisdən xəbərdarlıq almamışam. Alsam belə, alnıaçıq şəkildə gedib fikirlərimi izah edəcəm”.

  1. 5 ay, 1 həftə əvvəl
  2. 0
Araz Əlizadə Türk olmadığımızı
Badkubeh -

Millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə yerli media orqanlarından birinə verdiyi müsahibədə sosial şəbəkə istifadəçiləri səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

“”Facebook”da hər yoldan keçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki “Facebook”da olanların hamısı avara, işsiz-gücsüz adamlardır”.

Baş verənlərlə bağlı Metbuat.az-a danışan Araz Əlizadə bildirib ki, onun dedikləri təhrif edilib:

“30 ildən çoxdur ki, siyasi arenadayam, 66 yaşım var. Artıq bu tip yalançı xəbərlərə öyrəşmişəm. Haqqımda belə xəbər yazan junalistlərdən narazıçılığım yoxdur. Günah redaktorlardadır. Bəzi redaktorlar aldadıcı, real olmayan başlıqlar yazmaqla oxucu kütləsi cəlb etməyə çalışır. Bunların hamısı mənə qarşı aparılan “qara piyar”dır. İllərdir ki, məni həyatdan məhrum etmək istəyən qüvvələrin növbəti planının nəticəsidir. Mənə sözü olan arxamca danışmasın, kişi sözü üzə deyər. Mən uşaqlıqdan bu prinsiplə böyümüşəm. Qorxaqlar klaviatura şirinə dönüb, “Facebook”-da mənə qarşı hücuma keçib. Dediyim fikirlərin üzərində dayanıram. İnsan bütün günü “Facebook”-da vaxt keçirirsə, onun əqidəsilə bağlı problemləri var. Bu sosial şəbəkə siyasi qalmaqal yaratmaq məqsədilə yaradılıb. Ondan hədsiz istifadə edən gənclərin beyni zərərli fikirlərlə korlanıb. İndiki gənclik çox cılızlaşıb. Pula satılmaq öz şərəfini satmaq deməkdir. Düz sözü qəbul etməməkdənsə, tarixi araşdırsalar yaxşı olar. Mənə qarşı təpkilər davam etsə, Amerika və Avropa alimlərinə müraciət edərək, türk olmadığımızı tarixi faktlarla ortaya çıxaracam. Biz azərbaycanlıyıq. Fikrimi qəbul etməyənlərin faktları varsa, ortaya çıxarsınlar. Bu meydan, bu da şeytan. Müsahibəmlə bağlı Milli Məclisdən xəbərdarlıq almamışam. Alsam belə, alnıaçıq şəkildə gedib fikirlərimi izah edəcəm”.


reader's comments

Loading...