Əli Əkbər Vilayəti:

Azərbaycanın və Qafqazın Tatları böyük İran mədəniyyətinin bir hissəsidirlər

Diqqət edin! Bunlar hələ Ari tayfalardan dir və deyir ki, “ Mo parsiyom”. Yəni, böyük İranın Qafqaz və Orta Asiyanı da əhatə etdiyi bir dönəmdə, Pars yaxud Perse deyildiyi zamanlar, Əhnənilər və Sasanilər sülalələri kimi İranın əhəmiyyət kəsb edən hakimiyyətlərindən ikisinin parsa mənsub olduğuna görə, eləcə də onların sərhədlərinin başqa-başqa yerlərə qədər uzandığı üçün, indi Bakının ətrafında yaşayan Tatlar da fars cümlə işlədir.

  1. 1 ay, 2 həftə əvvəl
  2. 0
Badkubeh -

İran İslam Respublikasının Ali Dini Rəhbərinin xarici siyasət üzrə müşaviri və İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Tat qövmü və Ari irqi barədə İran telradio şirkətinə müsahibəsində bildirmişdir:

Mərhum Calal Aləhməd tatlar haqqında yazdığı «Tat neşinha-ye bluk-e Zəhra» kitabında qeyd edir ki, Qəzvin yaxınlığındakı Takistan adlı ərazi qədimlər Tatistan adlanırmış, sonra bu ad Takistana dəyişdirilmişdir. İndi hamı elə fikirləşir ki, orada üzüm əkildiyi üçün sözügedən əraziyə Takistan adı verilmişdir, amma bu belə deyil, o səbəbdən ki Tatlar oradadır. Vaxtı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Aleksi adlı bir müavini (ruslarla qohumluğu səbəbindən onun adı yerli ad deyil, rus dilinə aiddir), Tat olduğunu söylədi və əlavə etdi ki, Tatlardan bəzilərei Bakı ətrafında yaşayır. Ona dedim ki, Azərbaycanın dominant dili Azəri dilidir. Əlbəttə, o da Azəri dilində danışırdı, lakin deyirdi: “Bizim yerli dilimiz, Tat dilidir”. Ondan Tat dilində bir cümlə söyləməsini istədim. Dedi: “Biz deyərik ki, Mo parsiyom”.

Diqqət edin! Bunlar hələ Ari tayfalardan dir və deyir ki, “Mo parsiyom”. Yəni, böyük İranın Qafqaz və Orta Asiyanı da əhatə etdiyi bir dönəmdə, Pars yaxud Perse deyildiyi zamanlar, Əhmənənilər və Sasanilər sülalələri kimi  İranın əhəmiyyət kəsb edən hakimiyyətlərindən ikisinin parsa mənsub olduğuna görə, eləcə də onların sərhədlərinin başqa-başqa yerlərə qədər uzandığı üçün, indi Bakının ətrafında yaşayan Tatlar da fars cümlə işlədir.