Goranboyda Tat əsgər komandiri tərəfindən döyülərək öldürülüb !

  1. 2 ay, 2 həftə əvvəl
  2. 0
GUBA
Badkubeh -

Goranboyda, Tat əsgər komandiri tərəfindən döyülərək öldürülüb.

2010'cu ildə Quba rayonu icra hakimiyyəti Rustov inzibati dairəsinin nümayəndəsi və Quba rayon hərbi komisarlığı nümayəndəsi

tərəfindən sözügedən tabutun açılmaması göstərişi verilmişdir. Nəticə etibarı ilə həmin yas mərasimində iştirak

edən kənd sakinləri, həmin vəzifəli şəxslərin tələblərinə baxmayaraq, həmin şəxsləri yas mərasimindən uzaqlaşdıraraq, tabutu açmış və cənazəni çəkmişdir. Sonradan bəlli olmuşdur ki, Quba'nın Rustov inzibati hərbi komisarlığı və icra hakimiyyəti nümayəndələri sifarişli olaraq, tabutun açılmasına maneəçilik törətmişdilər. Lakin tabut açıldıqdan sonra bəlli olmuşdur ki, əsgər döyülərək vəhşicəsinə qətlə yetirilmişdir.  Etibarlı mənbələrin məlumatına əsasən, xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən tələb edilən rüşvət və pul məbləğini

verə bilmədiyi üçün komandiri tərəfindən döyülərək öldürülmüşdür. Tat Hüquq müdafiəçisi Avtandil Məmmədov'un araşdırmaları nəticəsində həmin fakt ortaya çıxarılmışdır. Həmin fakt ilə bağlı hüquq müdafiəçisi Avtandil Məmmədova qarşı

1

Quba rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən təzyiq göstərilmişdir. Bundan əlavə fəaliyyət göstərdiyi

'' İşgəncələrə Qarşı Azərbaycan Komitəsi '' rəhbərliyi tərəfindən həmin video kadrın yayılmasına qadağa qoyulmuşdur. Lakin video bu yaxınlarda ortaya çıxarılmış ve qısa müddətdə böyük səs küyə səbəb olmuşdur. Videodakı görüntülərdəndə açıq aydın görünür ki, əsgər döyülərək qətlə yetirilmişdir.

Firuz Əhmədzadə 


reader's comments

Loading...