Azərbaycanda talış dilinə yox, erməni dilinə önəm verilir

  1. 2 həftə, 2 gün əvvəl
  2. 0
İran Qarabağ münaqişəsida kömək eladi
Badkubeh -

Müharibə zamanı talışlar Azərbaycan Silahlı Qüvvələrinin bütün növlərində iştirak edirdilər. Və ən mühüm yerlərdən biri də rabitə idi. Ermənilər talış dilini bilmədiklərinə görə, rabitə vasitəsilə aparılan danışıqları başa düşə bilmirdilər.. Talış milləti nəinki canı ilə, hətta öz gözəl dili ilə Azərbaycana xidmət edib. Amma əvəzində... Əvəzində Azərbaycan erməni dilində iki layihə maliyələşdirir. Erməni dilində iki sayt mövcuddur və televiziya verilişləri təşkil olunur.

Lənkəranda Cənub TV-də hətta bir mahnıya etiraz edilir, amma Azərbaycanda CBC televiziyasında erməni dilində verilişlər təşkil olunur. Və bu kanalın saytında erməni bölməsi də var. TV kanalın saytında yazılıb: "CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu dörd dildə - Azərbaycan, rus, ingilis və erməni dillərində edir". Ayrıca da erməni dilində Armenia.az saytı da var.

Azərbayacan Konstitusiyasının 21-ci maddəsinə görə "Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir".Nə yaxşı talış dilində sərbəst danışığımızı təmin edirlər. Görəsən necə edirlər? Yanımızda bir polis qoyub mühafizə edirlər ki, biz talışca danışanda heçkəs mane olmasın? Hamı danışır öz dilində, buna heç mane də ola bilməzlər. Təminat başınıza dəysin. Sonra deyir ki, inkişafı da təmin edir. Aha... Bax burası maraqlıdır. Biz Azərbaycanda dövlət dilindən başqa ancaq erməni dilinin inkişafının təminini görürük. Erməni dili fakultəsi var, televiziya var, saytlar var. Bu layihələrə büdcədən pul ayrılır.Bu tənqidə cavab olaraq deyirlər ki, axı bilirsiz bu siyasətdir də, biz dünyaya göstəririk ki, bizdə erməni dilinə qadağa yoxdur, həmdə ermənilərə onların dilində həqiqəti çatdırırq, bu təbliğatdır və s. Çox yaxşı. Bu saytdan bir dənəsini də dövlət hesabına talışlar üçün maliyələşdirin. Yox heç olmasa bir saytda 3-5 bölmə açın, talış dilində, ləzgi dilində, tat dilində, avar dilində və s. Axə niyə yalnız dünya ictimaiyyətin gözünə kül üfürməklə məşğulsunuz? Heç olmasa yalandan da olsa, dünyaya göstərin ki siz yerli, avtoxton xalqların hüquqlarını bir saytla, yarım saytla qoruyursuz. Yalandan da belə, talışlar ilişəndə heç olmasa gözümüzə nəsə soxa biləsiz.

Allaha şükür ki, düşmənlərimiz axmaqdırlar. Eləmirlər! Və bu düşmənlərin dəsmal daşıyanları (içində bəzi yaltaq vicdansız, işə vəzifəyə görə millətini satan talışlarla birgə) talışlara deyirlər ki, axı məktəblərdə talış dili dərsləri keçirilir də. İki-üç video çəkib ortaya atıblar ki baxın, necə gözəl dərs keçirlər. Yəni bir xalq, razı ola bilər belə yanaşma ilə? Qədim tarixi, dövlətçiliyi olan bir millətə, ölkə qarşısında əvəzolunmaz xidmətlərin qarşılığında həftədə it payı kimi 1-2 saat dil dərsi keçirilir və deyilir ki, elə bu da bəsinizdir, oppanıb düşməyin.

Talış dilinin tədrisi olduqca çox aşağı səviyyədədir. Və heç kütləviliyi də təmin olunmur. Orda burda keçirilir... Çünki heç Talış dili və ədəbiyyatı fakultəsi yoxdur ki orda peşəkar müəllimlər hazırlansın. Talış dili və ədəbiyyatı fakultəsi Azərbaycanda yox, Ermənistandadır. Gülməlisi və eyni zamanda ağlamalısı budur. Buna cavab olaraq da deyirlər ki, ermənilərə inanmayın, onlar sizdən istifadə edir, öz tərəfinə çəkir, kələk gəlir və s. Yaxşı,inanmadıq. Bəs siz niyə bizi öz tərəfinizə çəkmək istəmirsiz? Talış fakultəsini siz açın, Talış televiziyasını siz təsis edin. Talışların bir-iki qazeti var onu da talışlar özləri maliyələşdirir. Dövləti idarə edən hökümət talış dilinin inkişafını təmin etmir, etmək də istəmir. Yəni konstitusiya maddələrini pozmaqla məşğuldur.

Əslində bizim tələbimiz heç bu dərslər deyil, bu saytlar da deyil. Bizim tələbimiz adımıza şərəfimizə layiqdir. İt payını itlərinizə verərsiniz. Biz ən azı muxtariyyətdən danışırıq, bunlar bizə nə deyirlər... Orta səviyəli vəzifədə oturan iki-üç yaltağı da gözümüzə soxmayın. Vəzifədə oturan öz ailəsinə, qohum əqrabasına baxır. Maqazin saxlayan, şirkət işlədənin də dövlətin təminatına heç bir aidiyyəti yoxdur. Bu bilirsiz nəyə bənzəyir? Yahudilər gəlib ərəbləri Fələstindən qovur, torpaqlarına yiyələnib dövlət qurur. Sonra onlara parlamentdə ərəblərə 15-20 yer verir və dünyaya göstərir ki baxın biz ərəblərə yer verdik. Sən burda yox idin, indi sən gəlib mənim torpağımı ələ keçirib mənə nəsə verirsən? Milli qeyrəti olan insan bunu götürməz. Ya da gərək özünü aldada və yuxuluğa vura, daha dəqiq desək, özünü arsızlığa gərək vura.

Yenə təkrar edirəm, it payınızı itlərinizə saxlayın.

Yazar:Seyfəddin Tolışistoni