Dövlət niyə Tatların milli haqqlarını tanımır ?

  1. 5 ay əvvəl
  2. 2
11122
Badkubeh -

Azərbaycanda azsaylı etnik qruplara dövlət tərəfindən diqqət göstərilir və bu şəkildə dünyada Azərbaycanın multikulturalist ölkə olduğunu sübuta yetirmək istəyirlər ama bu diqqət sadəcə azsaylı və kiçik etnik qruplara göstərilir. Onlara ana dillərində təhsil verilir, birçox haqqları tanınır, icmaları prezident tərəfindən qəbul edilir və s. Tatlar isə 9 milyon əhalisi olan Azərbaycan kimi kiçik bir ölkə üçün azsaylı yox, çoxsaylı millətdilər məhz bu səbəbdən Azərbaycan dövləti çoxsaylı millət olan Tatlara qarşı ayrıseçkilik edir.

Tatları assimilyasiya etmək üçün təzyiqlərə davam edirlər. İndi düşünürsünüz ki, hansı təzyiq? Məgər Tatları asırlar ya kəsirlər?!

Xeyir tatları asmırlar nədə kəsmirlər ama tatların öz ana dillərində təhsil alma haqqı əllərindən alındı, tatların kimliklərinə milliyəti qeyd edilmir. Halbu ki, bu haqq qisməndə olsa ləzgilərdə və yəhudilərdə tanınıb və onların kimliklərində milliyətləri qeyd olunur. Dövlət, Tatları assimilyasiya etmək üçün hər yola əl atır. Məgər bunlar təzyiq deyilmi ? Tatların soy-kök olaraq iranisoylu bir millət olmasıda təzyiqlərin ana səbəblərindən birisidir.

Belə kiçik bir ölkədə sayı 1 milyon 400 mini keçmiş çoxsaylı tat millətinin dövlət tərəfindən hüquqları tanınmır. Bu dövlət sanki, tat milli kimliyini məhv etmək üçün söz verib. Tatların milli haqqlarını tanımayan dövlətin, yaxın gələcəkdə tatların milli haqq və hüquqlarını təmin etməsi inandırıcı görsənmir. Tat milləti olaraq birlik, həmrəy olmalıyıq və öz imkanlarımızı özümüz yaradmağa çalışmalıyıq. Millət olaraq dilimizi, mədəniyyətimizi, tariximizi, tarixi abidələrimizi, adət və ənənələrimizi, qorumalı və bunları gələcək nəsil övladlarımıza öyrətməliyik. Əgər Tat milləti olaraq birliyimiz, həmrəyliyimiz yaranarsa, bu bərabərində inkişafıda gətirəcəkdir. Tat milləti həmrəy olduqdan sonra bu çoxsaylı millət qarşısında Azərbaycan dövləti hesablaşmalı olacaq və bu millətin haqqı olan, televiziya,radyo, ana dildə təhsil, haqqlarını tanımağa məcbur olacaq.

Firuz Əhmədzadə