Rəsul Quliyev İranın dövlətçilik ənənələri və Azərbaycan tarixçilərinin yanaşmasını izah edib:

Azərbaycanın tarixini İranın tarixindən ayırmaq olmaz

Siz əgər Çöhrəqanlı kimi dünyadan xəbərsizlərin sözlərini əsas götürüb Cənubi Azərbaycan problemi olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Amerikada çoxlu iranlı yaşayır. Mən bir dəfə belə olsun, nə Nyu York, nə də Kaliforniyada yaşayan iranlıların ağzından “mən cənubi azərbaycanlıyam” sözünü eşitməmişəm. Hamısı özünü iranlı sayır və həmişə millətindən asılı olmayaraq iranlılar kimi toplaşırlar. Heç kim İranı farslarınkı hesab etmir.

  1. 4 ay, 2 həftə əvvəl
  2. 2
Rəsul Quliyev
Badkubeh -

Rəsul Quliyevin Ovqat.com-a verdiyi müsahibəsindən tarix və milli kimliklə bəzi detalları təqdim edirik:

Dünyanın ilk imperiyalarından (2500 il bundan öncə) biri olmuş İranın dövlətçilik ənənələri çox güclüdür. Faktiki İran, dövlətçiliyini çox qısa bir müddətə, Teymurləngin vaxtında itirib və yenidən bərpa edib. İran imperiyası Hindistandan tutmuş Aralıq dənizinə qədər böyük bir ərazini əhatə edib. Bizim ağılsız alimlərimiz Azərbaycanın tarixini İranın tarixindən ayırmaq istəyirlər. Belə bir siyasət Sovet imperiyasının yaratdığı yalançı siyasətdir. Və bu günə qədər “azərbaycanlılar türkdür, İran imperiyası isə farslarındır” kimi ideyalarından əl çəkməyən nadanlar öz əsassız düşüncələriylə azərbaycanlıların qədim xalq olduğunun üzərindən xətt çəkməyə çalışırlar. İranda (başıboşların iddia etməsinə baxmayaraq) azərbaycanlıların nə vaxtsa öz azadlıqları uğrunda mübarizə aparıb İranın tərkibindən çıxması tarixi faktı ilə rastlaşmaq mümkün deyildir. 1905-1911 –ci illəri Səttarxanın Azərbaycan uğrunda mübarizə apardığını iddia edənlər tarixi faktlardan xəbərsiz nadanlardır. 1908-ci ildə İranın yeni konstitusiyasını (demokratik yolla seçilmiş parlamenti) ləğv etmək istəyən şaha qarşı bir çox şəhərdə üsyana qalxdılar. Şah qoşunlarına (40 minlik orduya) ən güclü müqavimət Səttar xanın başçılığı ilə Təbrizdə göstərildi. Səttar xanın yaratdığı qoşuna İranın bütün əyalətlərindən konustitusiyaçı farslar, kürdlər və başqaları da toplaşmışdılar. Onların davası regional dava deyildi, konstitusiyanın bərpası davası idi.  İranda zaman-zaman xalq rejimə qarşı   ayağa qalxıb. 1920-ci ildən bu günə qədər xalqın gücü ilə ən azı 5 dəfə rejim dəyişilib. Bu xalq hərəkatlarında Təbrizin həmişə aparıcı rol oynadığını iddia edənlər sadəcə olaraq yalan danışırlar. Ən azı (İmam) Xomeyni inqilabını Tehran həyata keçirdi. 2009-cu il prezident seçkilərinin saxtalaşdırıldığını iddia edib mitinqlər keçirənlər əsasən Şiraz və Tehrandan olublar, Təbrizdən yox.

 Sözlərinizdən belə anladım ki, Cənubi Azərbaycan probleminin yenidən qabara biləcəyinə inanmırsınız?

Cənubi Azərbaycan problemi nə vaxt qalxmışdı ki, yenidən qabarsın?

Niyə elə deyirsiniz? Mahmud Cöhrəqanlı vaxtaşırı çıxışlarında, o cümlədən son vəziyyətlə bağlı açıqlamalarında Cənubi Azərbaycan məsələsini qaldırmışdı...

Siz əgər Çöhrəqanlı kimi dünyadan xəbərsizlərin sözlərini əsas götürüb Cənubi Azərbaycan problemi olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Amerikada çoxlu iranlı yaşayır. Mən bir dəfə belə olsun, nə Nyu York, nə də Kaliforniyada yaşayan iranlıların ağzından “mən cənubi azərbaycanlıyam” sözünü eşitməmişəm. Hamısı özünü iranlı sayır və həmişə millətindən asılı olmayaraq iranlılar kimi toplaşırlar. Heç kim İranı farslarınkı hesab etmir.

Azərbaycan hakimiyyətinin İrandakı proseslərlə bağlı təmkinli siyasəti nə dərəcədə doğrudur? Axı bizim liderlər vaxtaşırı 10 milyonun deyil, 50 milyonun adından danışırlar. İndiki laqeydliklə 50 milyonun lideri iddiası bir araya sığırmı?

Azərbaycan hökümətinin hansı təmkinsiz siyasət apara biləcəyindən söhbət gedir, analaya bilmirəm. 50 milyonluq deyəndə İranda 40 milyon azərbaycanlının yaşadığı iddia olunursa, bu da göydən götürmə bir rəqəmdir. Çünki İranda maksimum 20 milyona yaxın türk əsilli (türkmənlər də bu qurupa aiddir) yaşayır. İranın ən böyük şəhərlərindən biri olan Təbrizdə 1.5 milyon Ərdəbildə isə 600 min əhali yaşayır. Məsələ onda da deyil. İrandakı azərbaycanlılar nə vaxtdan onların adından danışmağı bizimkilərə həvalə ediblər? İrandakı azərbaycanlılar müstəqil ölkədə yaşayan azərbaycanlılara yuxarıdan aşağı baxır, nə vaxtsa yenidən İranın tərkibinə daxil olacağına və onda normal insanlara çevriləcəklərinə inanırlar.


ovqat source:

reader's comments

Loading...