Anadolu əhalisi arasında türklərin sayı yeddi faizdən azdır

Türk xalqının genetika və etnologiyası üzrə araşdırmaya aid ön söz

  1. 7 ay, 1 həftə əvvəl
  2. 24
turk
Badkubeh -

Genetika sahəsində mütəxəssislər, indiki Türkiyə əhalisinin Orta Asiya bölgələrindən Anadoluya köç etmiş türklərin nəslindən olub- olmaması, yaxud da Rumlu xristian ailələrinin övladlarının sünnət ( düşürmə) prosesinin nəticəsi kimi müsadirə edilərək Osmanlı hökmdarlarının mülkiyyətinə verilmiş uşaqlarının və yaxud da qeyri müsəlmanlara şamil edilən vergidən (Cəziyə) yayınmaq məqsədi ilə türk dilni qəbul etmiş Anadolu torpaqlarının əsil sakinlərinin törəmələrindən ibarət olub- olmaması süalını cavablandırmaq istiqamətində geniş miqyasda araşdırma aparmışlar.
Türkiyə əhalisi arasında DNA analizi əsasında aparılmış araşdırmaların nəticəsi göstərir ki, Türkiyə əhalisinin yalnız 13- 15 faizinin genetikası orta Asiyadakı əhalinin genetikası ilə üst üstə düşərək, türk irqinə mənsubdur. (1 və 2)

Anadolu əhalisi arasında türklərin sayı yeddi faizdən azdır

Başqa bir geniş araşdırma isə göstərir ki, bu günkü Türkiyə cəmiyyətinin tərkibindəki orta Asiya köçmənlərinin payı təxminən 21.7 faiz təşkil edir. (3)
Eyn zamanda, digər elmi araşdırmalar, eləcə də genetika və statistitik tədqiqatlarının nəticəsi də bunu təsdiq edir ki, Türkiyə əhalisi ilə Aralıq dənizi və Qafqaz irqlərinə şamil olan qərbi Asiyanın əhalisi arasındakı yaxınlıq diqər qruplara nisbətən daha çoxdur. (2, 3, 4, 5, 6, 7, 8 və 9) Bu məsələ ermənilər və kürdlərə də şamildir. Pan türkistlərin təsəvvürünün əksinə olaraq, türklərin genofondu orta Asiyanın sarı dərili türklərindən daha çox kürdlərə, ermənilərə və yunanlara yaxındır.
Türkiyə əhalisi ilə əsasən XI əsrdə Anadolu bölgəsinə köçmüş Oğuz türkləri ( İran tarixində Ğoz olaraq qeyd edilmişdir) arasında nə kimi əlaqənin olmasını tapmaq istiqamətində unuversitet səviyyəsində də geniş tədqiqatlar aparılmışdır. Həmin araşdırmalardan əldə edilən ümumi nəticələrə görə, Anadolu bölgəsində türk mədəniyyət və dilinin, habelə İslam dininin yayılması da, Oğuz türklərinin bu bölgəyə daxil olmasından qaynaqlanır. Baxmayaraq ki, Türkiyə əhalisi arasında onların genetik əhatəsi, bir oqədər də geniş deyildir. (5 və 10)
Demoqrafiya nöqteyi nəzərindən çox rəngarəng və çox əhəmiyyətli olmasına baxmayaraq, Türkiyə əhalisi arasındakı mövcud olan etnik tərkib də layiqincə araşdırılmamış olan mövzulardandır. 2004-cü ildə aparılmış əhatəli bir araşdırma (4) göstərir ki, qərbi Asiya xalqları və Qafqaz irqi ilə Türkiyə əhalisinin əksəriyyətinin yuxarı dərəcədə genetik ortaqlığı mövcuddur ( təxminən 24 faizə bərabərdir). Digər tərəfdən isə, türk irqinin beşiyi olan Orta Asiya sakinləri ilə əlaqəli olan genlərin sayı hesaba gəlməz dərəcədədir və çox azdır (təxminən 5.7 faizdir). Bu da diqqətdə saxlanılmalıdır ki, irqi cəhətdən Oğuz olan ilkin Osmanlıların ermənilərə, kürdlərə və yunanlara şamil edilən Anadolunun yerli sakinləri ilə,  eləcə də gürcülər, ləzgilər, Çərkəzlər və bu kimi Qafqaz əhalisi ilə ailə quraraq qaynayıb qarışmış olmaları, onların digərləri ilə genetik cəhətdən çox yaxınlaşmasına gətirib çıxarmışdır.
Eyn zamanda, 12 sayılı mənbədə barəsində ətraflı söhbət edilmiş türk  xalqının hekayələrinə və tarixi gerçəkliklərinə dayanaraq, daha bir araşdırma da aparılmışdır. Həmin araşdırma bir neçə universitetin araşdırma qrupları tərəfindən danışıq qaydaları türk olduqlarına dəlalət edən dörd ayrı ayrı bölgədə aparılmışdır. Sözü gedən araşdırma yerlərindən biri isə Ankara yaxınlığındakı “Avşar” kəndi olmuşdur. Həmin kəndin sakinləri üzərində aparılmış genetik tədqiqatların nəticəsindən məlum olur ki, bu kəndin sakinlərinin 73 faizi “türk olmayan” genin daşıyıcılarıdır ki, onların soyu əsas etibarı ilə indiki “Xorasan” ətrafındakı Asiya etniklərinə qayıdır. Eyn zamanda, mühacir qəbul etmə indeksinin çox aşağı olduğu və bu səbəbdən də genetik nöqteyi nəzərindən xalislik səviyyəsinin daha yüksək olması təxmin edilən Türkiyə Cümhuriyyətində başqa bir kəndin sakinləri üzərində aparılmış genetik müşahidələrin nəticəsindən məlum olmuşdur ki, həmin kəndin əhalisinin yalnız 25 faizi “Altayik gen” daşıyıcısı olan türklərlərdən ibarətdir. Altay, Sibirin qərbində yerləşən bölgə olaraq, türklərin qədim mənşəyidir ki, əhalisi şamanist dininin ardıcılları olaraq, heyvanları müqəddəs sayaraq, onlara ibadət edir.

Qeyd edilməlidir ki, “PLOS Genetics” elmi jurnalı tərəfindən yayımlanmış digər tədqiqatın nəticəsi də bu həqiqəti təsdiq edir ki, bu araşdırmada türk dilli xalqların Qafqaz, Orta Asiya, şərqi Avropa və Orta Şərq kimi coğrafi bölgələrdə 22 qrupa ayrıd edilməsinə baxmayaraq, onlar, Sibirin günyi və Monqolustan əhalisi ilə irqi baxımdan qarışıqdırlar. Lakn, bu qarışıq əsasən də köçəri türk tayfalarının köçünün və daha sonra məskunlaşmasının, bəzən də onların Anadolunun qeyri- türk olan ilkin sakinləri ilə qaynayıb qarışmasının məhsuludur.     
Bundan bir neçə müddət əvvəl, İlbər Altaylı və Murad Bardakçı (özünü milliyyətçi adlandıran Türkiyənin tanınmış tarixçisi) tərəfindən aparılan və böyük izləyici kütləsi qazanmış “ Tarixin Arxa Otağı” ( Tarihin Arka Odası) adlı proqramda, İstanbul Universitetinin Genetika Mühəndisliyi departamentinin professoru olan Celal Şengör bu proqramın qonağı kimi “ Türklərin gen mənşəyi haradır?” süalını cavablandıraraq, bildirmişdir : “ Türk geninin mənşəyi Altay bölgəsidir və Anadoluda aparılan DNA üzrə araşdırmaların nəticələrinə əsasən, biz türklər hər şeydən əvvəl Hind- Avropalı sayılırıq”.
O, “Türkiyə əhalisi arasında Türk geni daşıyıclarının ümumi sayının 7 faizdən az olduğu” barədə İlbər Altaylının qeyd etdiklərinin doğru olduğunu təsdiq edərək, vurğulamışdır ki, “ Biz]  genetik baxımdan [ Bizansın varisiyik ! ”.
Türk soylu xalqların tarixi kökəni Orta Asiya regionunun şərq hissəsinə, Çinin Si-Çuan bölgəsinə, eləcə də Monqolustana qayıdır. Qəti olaraq türk tanınan qəbilələr, VI- X əsrlərdə Orta Asiyada sakin imiş. Səlcuq türkləri XI əsrdə Anadoluya hücum edərək, tədrici surətdə orad məskunlaşmışlar ki, bu da nəticə etibarı ilə Anadoluda Türk Ulusunun- Dövlətinin yaranmasına gətirib çıxarmışdır. Orta Asiyadakı digər türk qəbilələr də sonunda Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan kimi dövlətləri yaratmışlar. Bu gün, başqa türk qəbilələr qismində, uyğurlar Çinin bir hissəsində, Yakutlar isə Rusiya Federasiyasının Yakutiya (Saxa) Respublikasında sakindirlər.         

***

1. Caner Berkman, Ceren (2008). "Alu insertion polymorphisms and an assessment of the genetic contribution of Central Asia to Anatolia with respect to the Balkans". American Journal of Physical Anthropology. 136: 18-11

2. Hodoğlugil, Uğur; Mahley, Robert W. (2012). "Turkish Population Structure and Genetic Ancestry Reveal Relatedness among Eurasian Populations". Annals of Human Genetics. 76 (2): 1-12841.

3. Alkan et al. (2014), BMC Genomics 2014, 15:963, Whole genome sequencing of Turkish genomes reveals functional private alleles and impact of genetic interactions with Europe, Asia and Africa

4. Cinnioglu, Cengiz; King, Roy; Kivisild, Toomas; Kalfoglu, Ersi; Atasoy, Sevil; Cavalleri, Gianpiero L.; Lillie, Anita S.; Roseman, Charles C.; Lin, Alice A.; Prince, Kristina; Oefner, Peter J.; Shen, Peidong; Semino, Ornella; Cavalli-Sforza, L. Luca; Underhill, Peter A. (2004). "Excavating Y-chromosome haplotype strata in Anatolia". Human Genetics. 114 (2):127–48.

5. Rosser, Z; Zerjal, T; Hurles, M; Adojaan, M; Alavantic, D; Amorim, A; Amos, W; Armenteros, M; Arroyo, E; Barbujani, G (2000). "Y-Chromosomal Diversity in Europe is Clinal and Influenced Primarily by Geography, Rather than by Language". The American Journal of Human Genetics.67 (6): 1526–43.

6. Nasidze, I; Sarkisian, T; Kerimov, A; Stoneking, M (2003). "Testing hypotheses of language replacement in the Caucasus: Evidence from the Y-chromosome". Human Genetics. 112 (3): 255-61.

7. Arnaiz-Villena, A.; Karin, M.; Bendikuze, N.; Gomez-Casado, E.; Moscoso, J.; Silvera, C.; Oguz, F.S.; Sarper Diler, A.; De Pacho, A.; Allende, L.; Guillen, J.; Martinez Laso, J. (2001). "HLA alleles and haplotypes in the Turkish population: Relatedness to Kurds, Armenians and other Mediterraneans". Tissue Antigens. 57 (4): 3017-8

8. Wells, R. S.; Yuldasheva, N.; Ruzibakiev, R.; Underhill, P. A.; Evseeva, I.; Blue-Smith, J.; Jin, L.; Su, B.; Pitchappan, R.; Shanmugalakshmi, S.; Balakrishnan, K.; Read, M.; Pearson, N. M.; Zerjal, T.; Webster, M. T.; Zholoshvili, I.; Jamarjashvili, E.; Gambarov, S.; Nikbin, B.; Dostiev, A.; Aknazarov, O.; Zalloua, P.; Tsoy, I.; Kitaev, M.; Mirrakhimov, M.; Chariev, A.; Bodmer, W. F. (2001). "The Eurasian Heartland: A continental perspective on Y-chromosome diversity". Proceedings of the National Academy of Sciences. 98 (18): 10244–9.

9. Comas, D.; Schmid, H.; Braeuer, S.; Flaiz, C.; Busquets, A.; Calafell, F.; Bertranpetit, J.; Scheil, H.-G.; Huckenbeck, W.; Efremovska, L.; Schmidt, H. (2004). "Alu insertion polymorphisms in the Balkans and the origins of the Aromuns". Annals of Human Genetics.68 (2): 120-7.

10. Arnaiz-Villena, A.; Gomez-Casado, E.; Martinez-Laso, J. (2002). "Population genetic relationships between Mediterranean populations determined by HLA allele distribution and a historic perspective". Tissue Antigens. 60 (٢):21-111.

11. . Gokcumen, Omer (2008). Ethnohistorical and genetic survey of four Central Anatolian settlements (Thesis). University of Pennsylvania.

12.  Yunusbayev, Bayazit; Metspalu, Mait; Metspalu, Ene; Valeev, Albert; Litvinov, Sergei; Valiev, Ruslan; Akhmetova, Vita; Balanovska, Elena; Balanovsky, Oleg; Turdikulova, Shahlo (2015). "The Genetic Legacy of the Expansion of Turkic-Speaking Nomads across Eurasia". PLoS Genetics. 11 (4): e1005-68.                 

               

reader's comments

Loading...