Azəri dilinin tarixinə bir baxış

  1. 1 həftə, 5 gün əvvəl
  2. 0
TAB
Badkubeh -

Neçə gündür ki, bəzi yazılı mətbuatda Azərbaycan əhalisinin qədim dilinin nə olduğu barədə fikirlər gündəmə gətirilməkdədir. Bu məsələ bundan əvvəl də- səksən ildən bəri, bir çox mütəfəkkir və İran dil və mədəniyyəti üzrə mütəxəssislərin diqqətini özünə çəkmiuşdir və uzun sürən araşdırmaların nəticəsi göstərir ki, Azərbaycan əhalisinin dili əzəldən İran əsilli dillərinin şimal-qərb şaxəsinə aid olan dillər cərgəsindəndir. Bu dil özünün neçə min illik tarixində müxtəlif adlarla tanınmışdır. Midiyalar dövründə kiçik Midiya torpaqlarında bu dilin bölmələrindən birinin raic dil olması səbəbindən, “Midiya dili” və Arşakilərin 500 illik hökümdarlığı dönəmində isə part, pərsəvi və pəhləvi dili kimi tanınırmış və ən sonunda, İslam dönəmində tədrici surətdə Azəri dili kimi adlanmışdır.

 Ural, Altay v\ Çinin şimalı tayfalarının ayağı mavəraünnəhr (Çayın o tayı) və daha sonra İran ərazisinə açıldığı 5-ci hicri qəməri əsrindən başlayaraq, Oğuz, Səlcuq, Moğol və bu kimi digər tayfaların da İranı ələ keçirərək iranlı hakimiyyətləri devirdikdən sonra, türk tayfa və ellərinin bir hissəsi Azərbaycana köçmüş və bu zəngin və nemətlərlə dolu diyarda məskən salaraq, onların dili hakimiyyətin dətəyi ilə tədrici surətdə yayqınlaşmışdır. O dövrdə, gəlmə tayfalar tərəfindən yerli əhaliyə tabe mənasını verən “Tat” və yerli dilə isə tati deyirdi.

Əhalisinin dili Midiya, Pəhləvi yaxud Azəri deyilən ərazidə müxtəlif qövmlər sakin imiş ki, bu gün onların ən böyük qruplarını talışlar, tatlar və kürdlər kimi tanıyırıq. Qədim tarixə baxdıqda görürük ki, kürdlər ilə talışlar Səhənd dağı ətrafında bir- biri ilə qonşuluğda yaşayırmış. Arxeoloji məlumatlar və kürdlər ilə talışlar arasında kökü çox dərinə gedən dil və mədəniyyət ortaqlıqları bu məsələnin doğru olduğunu sübuta yetirir; Başqa sözlə desək, kürdlərin qərbi Azərbaycanda, talışların isə şərqi Azərbaycandan tutmuş Kaspian dənizinin cənub-qərb sahillərinə qədər səpələndiyini və onların Azərbaycanın asil qövmlər və tayfalarından olmasını nəzərə aldıqda, onların hamısının dilinin İran dilləri və pars dili ilə eyn ailəyə mənsub olmasını söyləmək, məntiqsiz olmazdı.

 Qeyd edilənləri sübuta yetirmək üçün İranın hər bir yerində, eləcə də xarici ölkələrdə mövcud olan və hamının da əli çatan saysız- hesabsız mənbə və sənədləri göstərmək olar. Lakin, bu yazıda həmin sənədlərin hamısının adını çəkmək mümkün olmadığına görə, bir neçə sənədi misal kimi göstərməklə kifayətlənərək, söhbəti başa çatdırırıq. Yaqut, Məsudi, ibn Hövqəl, Müqəddəsi və ibn Nədimin kimi alim və coğrafiya bilənlərin də qeydlərinə görə, Azərbaycan əhalisinin qədim dili pəhləvi yaxud fars dili olmuşdur və bu alimlərin qeydlərindən belə bir qənaətə gəlmək olar ki, hər tərəfdən baxılarsa da azəri dili iran dillərinin bir şöbəsidir. Həmdullah Müstufinin qeydləri , xüsusilə də “Nüzhət əl-Qülub” bu məsələni təsdiq edir ki, Azərbaycan əhalisinin ümumi dili pəhvi və iran dillərinə məxsus dil olmuşdur (Manuçehr Mürtəzəvi, “Zəban-e dirin-e mərdom-e Azərbaycan” kitabı, s: 49). Azəri dili İran dillərindən birisinin adıdır və bu dil türk dilinin yayqınlaşmasından öncə Azərbaycan regionunun danışıq dili olmuşdur.

turklər

 Azəri dilinin İran dillərinə məxsus olması və Azərbaycan regionunda bu dilin raic olması İslam dönəminin ilk əsrlərinə aid çoxsayılı mənbələrdə də vurğulanaraq, təsdiq edilmişdir ( Ehsan Yarşater, Daneşname-ye İran və Eslam, birinci cild). Bu məsələdə hamının eyn fikirdə olması da türklərin gəlişindən öncə Azərbaycan əhalisinin də İranın digər bölgələrində olduğu kimi İran dillərindən biri ilə danışmasını təsdiq edərək, bu barədə şübhələri aradan qaldırır (Hetitg, “Zəban-e kohən-e Azərbaycan: Sayehay-e şekar şode”, Bəhmən Sərkarati, s 315-316). Azəri dilinin İran dilləri ailəsinə məxsus olduğunu vurğulayan ən qədim mənbə “ibn Müqəffə”dir ki, onun sözləri ibn Nədimin yazdığı Əlfehrest kitabında öz əksini tapmışdır. İbn Müqəfəin sözlərinə görə, Azərbaycanın dili Pəhləvi ( Fəhləviyyə) olmuşdur ki, Pələ (Fəhlə) sözünə mənsubdir; yəni Rey, İsfahan, Həmədan, Mah Nəhavənd və Azərbaycanı da əhatə edən ərazi. Bu söz Həmzə İsfahaninin dilindən Yaqut Həməvi və Xarəzminin kitablarında da bir daha qeyd edilmişdir.

Əli Əbdüli - İranşünas. QANUN


reader's comments

Loading...