Kim türkdür? Bunun cavabı çox mürəkkəbdir

  1. 2 ay əvvəl
  2. 33
turk
Badkubeh -

New York Times: cari ilin əvvəllərindən etibarən Türkiyə Cümhuriyyəti Osmanlı İmperiyası dönəmindən qalmış cəmiyyətlə bağlı informasiyaların qeydiyyatına başlamışdır. Türkiyədə bütün ümumi xidmətlərdən məlumat toplaya bilən bir internet saytda Türkiyə əhalisinin şəcərəsi barədə məlumatları da özündə cəmləşdirir və bu saytın istifadəçiləri öz əcdadları haqda məlumat və sənədləri oraya yükləyərək 1882-ci ildən əvvələ aid olan məlumatlarla müqayisə edə bilər. bu yeni xidmətin açılışından sonra sosial şəbəkə qruplarında, eləcə də ümumi məclislər, o cümlədən çayxanalarda soy kökü barəd, mühacirlik, əsl yaxud hibrid nəsl olub- olmadıqları haqda müzakirələrə başladılmışdır. Xalqın böyük marağına səbəb olmuş bu sayt təkcə iki gün ərzində öz əcdadlarının irsi haqda məlumat almaq istəyən 5 milyondan artıq türkün müraciətinə görə, sayt əhatə dairəsindən xaric olundu. Başqa sözlə, hakimiyyət saytın fəaliyyətini bir neçə gün müddətinə dayandırmaq məcburiyyəti qarşısında qaldı.

Bir əsrdən artıqdır ki, Türkiyə hökuməti öz vətəndaşlarının etnik kimliyini inkar etməklə yanaşı, onlara səlb eilmiş bir milli kimliyi aşılamağa və xalis türk kimliyini təhmil ütməyə səy göstərməkdədir. Belə bir vəziyyətdə, xalqın soy kökü haqda məlumat verən sözü gedən saytı dair etməklə, hökumətin bu son addımı xalqın bilgisini istehza etmək anlamına gəlir. Türklərin etnik rəngarənglik barədə xəbərləri analiz etdikləri halda, hökumət tərəfindən ortaya atılaraq xalqa təhmil edilmiş təmiz türk irqini nəzərdə tutan qədim idea, çəkməyə başlamışdır.

Türklərdən bəziləri, xüsusi ilə də ailələri neçə nəsil bundan əvvəldən müəyyən bir bölgədə yaşayan ailələr öz qədim soy köklərini taparaq, onu təsdiq edə bilmişlər. [lakin] digərləri bunu edə bilməmişlər. millətçi bir türk öz anasının əcdadlarının kürd əsilli olduğunu bilmişdir. Yazıçı dostlarımdan biri ata tərəfindən əcdadlarından birinin adının “İshaq” olduğunu bildikdə təəccüblənmişdir. Mənim qonşularımdan biri isə özünün soy kökünü araşdığı zaman ona məlum olmuşdur ki, əcdadları avropalı olmuşlar və bu səbəbdən də ikili vətəndaşlıq almaq üçün müraciət etmək qərarına gəlmişdir. Milli kimlik məsələsi Türkiyənin milli təhlükəsizlik sahəsinin predmetlərindən biri kimi uzun zamanlar gündəmdə olmuşdur.  

Osmanlıda yaşayan ermənilərin çoxu 1915-ci ildə məcburi xaric edilmə prosesində həyatını itirmişlər, bir halda ki, qalan ermənilər diri qalmaq naminə müsəlman olmaq məcburiyyəti qarşısında qalmışlar. Bucür din dəyişmə ailələr içində gizli saxladılmışdır. Xristianların bir çoxu yetkinlik yaşına çatdıqdan sonra kimlikləri [xristian] haqda məlumatlandırılırlar. Türklərin çoxu son zamanlar erməni ailələrdən olduqlarını başa düşmüşlər. etnoqrafik məlumatlar yalnız şəxsi istifadə üçün təqdim edilir və bu məlumatlar həqiqətin Türkiyə hökuməti tərəfindən iki əsrdən artıq bir müddətdə vətəndaşlardan necə gizli saxlanılmasını üzə çıxarır.  

Bu məlumatlardan mənə aydın oldu ki, ana tərəfindən soy köküm İrəvana [Ermənistana] qayıdır. Atamın soy kökü isə gürcüstana gedib çıxır. Mən bunları bildikdə, təəccübləndim. Türkiyədə etnoqrafiyaya marağ göstərən solçular isə bu məsələnin Türkiyədə qəbiləçilik və hatta vətəndaş müharibəsinə gətirib çıxara biləcəyindən, öz narahatlığını bildirirlər. Lakin, erməni “Agos” həfəlik qəzetinin baş redaktoru bu məslədən müsbət qarşılamışdır. O, bu barədə antropoloq alimlərdən birindən müsahibə almışdır. onun fikrincə, bu bir inqilabi hərəkətdir və türk millətçiliyində etnik xalislik haqda səhv təsəvürün adiləşdiyini göstərən ciddi bir əlamətdir.  

Eyn zamanda, “İnsan Genetikası İllik Jurnalı” 2012-ci ildə bir araşdırmanın nəticələrinə istinadən qeyd etmişdir ki, soy kökü baxımından türklərin 38 faizi Avropaya, 35 faizi Orta- şərqə, 18 faizi cənubi Asiyaya və yalnız 9 faizi Orta Asiyaya aiddir.  

Osmanlılar etnik baxımından mürəkkəb bir sistemlə qarşı- qarşıya idi ki, onlar özü bu sistemi (Millet Sistemi) adlandırırdı. Uzun əsrlər boyu müsəlmanlar, Katoliklər, Yunan Ortodoksları və Yəhudilər üçün ayrı- ayrı qanunlar tətbiq edilirdi. Dini icmalar sərbəst şəkildə ticarət edə bilirdi və Sultana vergi ödədikləri vaxta qədər öz məktəblərini, qəzetlərini və xəstəxanalarını da udarə edə bilirdi. Lakin, 1830-cu illərdə Osmanlı İmperiyasının innovatorları əvvəlki sistemi kənara qoyaraq, vətəndaşlıq barədə qərb mənşəli bir məfhum irəli sürdülər. Gənc Osmanlılar (Gənc Türklər) adılı müsəlman aydınlardan ibarət qrup kəskin surətdə islahatların aparılmasına qarşı çıxırdı.  

 1870-ci illərdə gənc türklər tərəfindən Osmanlıçılığın yeni bir anlamına ravac verildi ki, bu anlama görə bir imperiyada vətəndaşlıq İslam qanunları ilə Avropa məşrutəçiliyi prinsiplərinin hibridi əsasında qurulurdu.  

Onlar İslam Nasionalizminin ideasını bu cür gündəmə gətirirdi ki;  ali kimlik, digər dinlərin azadlığına zəmant verməklə yanaşı, sünni İslamdan ibarət olacaqdır. Gənc türklər hiss edirdi ki, əgər Osmalının sünni kimliyi təhlükə ilə üzləşərsə, İmperiya parçalanma təhlükəsi ilə qarşı- qarşıya qala bilər. Osmanlıçılıq əslində onların imperiyanın qoruması üçün irəli uyğun gördüyü formul idi.  

XX əsrin əvvəllərində yenidən qurma işlərinin sürətləndiyi zaman, soy kök və irq məsləsi də sürətlə daha da mürəkbləşirdi. Sekularist və qərbyönlü türk gənclər və Türkiyə Cümhuriyyətinin təsisçiləri, İslama əsaslanan milliyətçiliyi, dini tamami ilə hökumətdən ayıran fransız laiklik ideasına əsaslanan vətəndaşlığa dəyişdirdilər. Onlar mürəkkəb olan soy probleminin həll edilməsi üçün hətta məcburi vasitəlrdən istifadə etməyə səy göstərdilər.

1923-cü ildə cəmiyyət mübadiləsi baş verdi ki, bunun nəticəsində Türkiyədəki bir milyon iki yüz mindən çox yunan əsilli vətəndaşın, Yananistanda isə üç yüz mindən artıq türkün vətəndaşlığı ləğv edildi və Türkiyədə qalmış az sayılı yunan və erməni vətəndaşdan da soy köklərinin unudulması tələb edildi.

Müstafa Kamal Atatürkün ölümüdən sonra və 1940-cı illər ərzində, Türkiyədə İrqçiliyin halqaları bu ölkədəki nasionalizmi dəyişdirərək, milli kimliyi saxta təmiz türk irqi əsasında formalaşdırdı. Onların fikrincə, türklər Orta- Asiya səhralarından bu əraziyə  gəlmişlər, kürdlər də dağlıq ərazilərdə yaşayan türklər olmuşlar və hər hansı digər etnik əlamətlər isə, təhrifə edilmiş və təhlükəli sayılmışdır.Həm solçular, həm də islamçıların hər ikisi də modernist əsaslar üzərində bir dövlət- bir millət tərkibini qəbul edilməz hesab etdi və buna qarşılıq olaraq, Kamalist hökumət bu qrupların hər ikisini də cəzalandırdı. [Misal üçün] Marksist şair “Nazim Hikmət” 28 il həbsə məhkum edildi, islamçı mütəfəkkir və şair “Məhmət Akif Ərsoy” isə türk millətçiliyini tənqid etdiyinə görə on il boyu Misirə sürgün edildi.

Bəzi türk nasionalistlər, AK partiyasının 2002-ci ildən hakimiyyətə gəldiyindən bəri Rəcəb Təyyib Ərdoğanın izlədiyi konservativ və Neo- liberalist tərkibli siyasəti Türkiyənin milli kimliyi üçün bir təhdid hesab edirlər. Lakin, digər tərəfdən də Ərdoğan hakimiyyəti başqa bəziləri tərəfindən təqdir olunmuşdur, ona görə ki, tarixçilərə ermənilərin tarixi haqda müzakir etmək icazəsi verilmiş və kürdlərə qarşı tətbiq edilmiş məhdudiyyətlərin bəzisi ortadan qaldırılmışdır.

Milli kimliyin hərəkət istiqaməti Ərdoğanın yanaşmasına əsasən get- gedə təmiz türk kimliyindən gənc Osmanlıların İslam nasionalizminə doğru dəyişmişdir. Adalet və Kalkınma Partiyasının rəhbərlərinin fikrincə, Türkiyənin milli kimliyindən məzhəb və etnik faktorlarının alınması 1830-cu ildəki Osmanlı modernistlərinin yol verdikləri səhvin təkrar edilməsinə gətirib çıxaracaqdır. Türkiyə hakimiyyəti xalqın diqqətini nüfus, soy kök və irqi əks etdirən statistikaya yönəldməklə, türk millətinə dair bizim təsəvvürümüzü istəmədən dəyişdirə bilər və irq təmizliyi əfsanəsinə yaxşı son ola bilər.

Türkiyənin ümum xalq soy kökü barədə məlumatları əldə etmək üçün yeni imkanın yaradılması əslində siyasi hesablamaların bir hissəsidir. Türk ordusunun Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatlardan sonra, Türkiyə hakimiyyəti Türkiyənin kimlik özəyi kimi İslam nasionalizminin genişlənəsi və güclənməsinə ümid edir. İslam nasionalizminin respublikaçı nasionalizmindən fərqli olması haqda Ədalət və Kalkınma Partiyasının iddia etdiyi metod belədir ki; hakimiyyət, İslama doğru yeni meyillənməsi fonunda, öz etnik köklərinin kəşf edilməsinə icazə verdikdə, vətəndaşlarına etimad edir. Türkiyə vətəndaşları da öz irqlərinin bağlı olduğu köklərə fəxr edə bilər və Türkiyə hakimiyyətinin xarici siyasət sahəsində atdığı addımların məntiqini bu yanaşmada görüb və bu məntiqi dərk edə bilərlər.          

Qeydiyyatdan keçmiş mübhəm məlumatlar arxivi o deməkdir ki, türklərə əcdadlarının geniş etnik rəngarəngliyə malik olması ilə yanaşı, həm də əcdadlarının yaşadığı torpaqların üç qitəni əhatə etmiş Osmanlı İmperiyasının hüdudları daxilində yerləşdiyini xatırlatsın.               



reader's comments

Loading...