Vətənin qapısını üzünüzə bağlamayın

  1. 3 həftə, 4 gün əvvəl
  2. 0
vatan1
Badkubeh -

Bu ilin oktyabr ayında Bakının Heydər Əliyev adına hava limanında Masallı rayonu, Kolatan kənd sakini 23 yaşlı Mirismayıl Mirismayılov saxlanılaraq 30 sutka həbslə cəzalandırılıb. Saxlanılmasının əsas səbəbi bu olub ki, Mirismayıl Rusiyanın Sant-Peterburq şəhərində "talış bayrağı"ilə şəkil çəkdirib. Rusiyada yaşayan həmkəndlisi Elvinin sosial şəbəkələrdə onunla bağlı paylaşdığı açıqlamasında Mirismayılın bir gunah sahibi olmadığı deyilir. Elvinin dediyinə görə, o, bir parça çörək qazanmaq üçün Sank- Peterburqa gedibmiş. "23 yaşında gənc bir səhv eləyib talış bayrağı" ilə şəkil çəkdirib. Digər tərəfdən çeçenlərin, inquşların öz bayrağı varsa, talışların bayrağı niyə olmasın. " Elvinin məntiqdən uzaq, şərhə ehtiyacı olmayan fikri ilə təbii ki, razılaşmaq olmaz. Əvvəla geniş əraziyə malik Rusiya federativ respublikadır.200 il əvvəl car Rusiyası Qafqazı işğal edib. Sovetlər yaranandan sonra azsaylı xalqlar sayılan çeçenlər, inquşlar, kabardinlər, balkarlar, qaraçaylar və s.milli azllqlara muxtar respublika şəklində özlərinə dövlət qurmağa icazə verildi. SSRİ adlanan dövlətə və onun varisi sayılan RusiyaFederativ Respublikası bu ölkələri öz tərkibində saxlamaq üçün bu bir güclü imkan idi.

Azərbaycan respublikası əhalisinin sayı isə cəmi 9 milyondur. Ərazisi kiçik olan bir ölkədir. Bu ölkənin ləzgisi, kürdü, talışı, tatı və digər azsaylı millətləri hərə özünə bir cırtdan dövlət, "respublika " yaratsalar ümumi vətənimizin vəziyyəti necə ola bilər?  Vaxtı ilə sovetlərin yarıtmaz siyasətinin  mənfi  nəticəsi olaraq Daqlıq Qarabağ Muxtar vilayətinin yaradılmasının necə böyük  faciələrə gətirib çıxardığı göz önündədir. Sonu görünməyən müsibətlər, bir gün müharibənin yenidən başlayacağı qorxusu ilə yaşayan ermənilər...

Bu gün Azərbaycan respublikasında elə adam tapılmaz ki, hüquqları yerli məmurlar tərəfindən pozulmasın. Əgər haqqı tapdananın  5-i ləzgidirsə,talışdırsa, 50 nəfəri  azəri türküdür. Bəzi məmurların budcə talamalarından, korrupsiya , rüşvətxorluq və monopoliyaya  qurşanmasından təkcə etniklər yox,  bütün xalqımız əziyyət çəkir. Bu gün sabiq nazirlərin(hazırda izləyənlərin də bəzilərinin)  ölkə xaricinə daşıdığı milyardlarla vəsaitə nə qədər iş yeri açmaq, insanlarımızın bir parça çörək ardınca Rusiyaya , Türkiyəyə, avropaya getməsinin qarşısını almaq olardı. Rifah işində yaşayan, işi, normal əməkhaqqı olan adam niyə vətənini tərk edib xaricdə öz xalqına qarşı böhtanlar səsləndirməlidir ki? Ölkənin sabiq baş bankiri Cahangir Hacıyevin cinayət işində adı keçən adamların bəziləri bu gün də vəzifə başındadırlar. Eks bankirin arvadı Zamurə Hacıyevanın xərclədiyi milyonlar bəradə isə bu gün  bütün Avropa KİV-i danışır. Oğurlanan bu milyardlar  Azərbaycan xalqının, o cümlədən talışın, ləşginin, avarın, tatın və azəri türkünün boğazından kəsliən halal haqqıdır. Şəhidlərin qan haqqıdır, vətən yolunda döyuşən  qazilərin verilməyən  haqqıdır ki, oğrulara qismət olub. Bu gün Azərbaycanın vəzifə eşalonunda qərbi azərbaycanlılar (Ermənistandan deportasiya edilənlər) və naxçıvanlılar çoxluq təşkil edirlər. Ölkədə belə bir fikir formalaşıb:" Yüksək vəzifə qazanmaq, firavan yaşamaq istəyirsənsə ya naxçıvanlı, ya da "yeraz" olmalısan."Bu gün ictimai nəqliyyatda, internetdə "biz yerazıq, yerlibazıq" mahnısını səsləndirib digər bölgələrdən olan adamlara  müharibə eləməli, onların nifrətini qazanmalı deyilik.  Axı həm qərbi azərbaycanlılar, həm də naxçıvanlılar həyatın ən ağır üzünü görüblər. Bu gün "yeraz" adlandırılan qərbi azərbaycanlılar 1948-52-ci illərdə, 1988-ci illərdə ermənilərdən  qandonduran  zülm və müsibətlər çəkiblər, topdağıtmaz evlərindən didərgin düşüblər.  Naxçıvanlıların vaxtı ilə qısa Mehri yolu bağlandığı üçün uzun  İran yolu ilə hansı çətinliklərdən keçərək paytaxta gəlib çatdıqları, blokadada qaldıqları da yaddaşlardan silinməyib.  Sükürlər olsun ki, ləzgilər, talışlar, avarlar və digər etnik xalqlar onların çəkdiyi müsibəti çəkməyiblər. Allah eləməsin ki, bundan sonra çəksinlər. Biz onu istəmirik. Məhz bu faciələri  təkrar yaşamayaq deyə bir-birimizə səbr və dözümlə yanaşımalı, qarşılıqlı  güzəştə getməyi bacarmalı, əl-ələ verib çox da böyük ərazisi olmayan ümumi vətənimiz Azərbaycanı əsil düşmənlərdən qorumalıyıq.

Bu gün Moskvada talış xalqına mənsub olan Fəxrəddin Abbaszadənin, İsmayıl Şabanovun, Hollandiyada yaşayan Əlikram Hümbətovun Azərbaycan əleyhinə çıxışları. Azərbaycan xalqına, heç talış xalqına da başucalığı gətirmir. Biz sizi yaxşı başa düşürük. Ölkədə seperatçılığın baş qaldırması  Xalq cəbhəsi hökumətinin bir illik hakimiyyəti  dövründə apardığı yarıtmaz siyasətin  nəticəsi idi. Bütün etnik xalqlar bu vətənin bir övladı kimi, torpaq uqrunda canları-qanları ilə döyüşdülər. Onlar Elcibəylə eyni əqidəyə malik insanlar idi. Lakin Elçibəy və ətrafının azərbaycançılıq ideyası əvəzinə türkçülük ideolagiyasını təbliğ etməsi, Qarabağda ölüm-dirim savasının gerdiyi bir vaxtda "Boz qurd", "Erkenekon" və digər lazımsız süarları ortaya artması ölkənin tam hüquqlu digər vətəndaşlarını hökumətdən narazı saldı. Bu məqamda  rəhmətlik Heydər Əliyevin azərbaycancılıq ideayasını nəyə təkidlə müdafiə və təblığ etməsinin hikməti  indi daha aydın başa düşülür. Məhz onun bu uzaqgörən siyasəti nəticəsində Azərbaycanda seperatçılıq ənənəsi nəinki formalaşmadı, demək olar ki,  bütünlüklə aradan qalxdı. Amma AXC dövründə hakimiyyət davası və digər milli birliyimizə zərbə vuran  ideolagiyalar xalqı parçaladı. Ermənilərə də elə bu lazım idi. Onlar öz hərəkətləri ilə düşmən dəyirmanına su tökərək torpaqların işğalına zəmin yaratdılar. Bir dövlət baççısının, yüksək çinli hökumət  məmurunun haqsızlığı ilə üzləşib vətənə xəyanət etmək ən böyük cinayət və günah sayılır. Öz doğma torpağından, ev-eşiyindən, meşəsindən, çayından , bulaqlarından, dağlarından,  səfalı havasından ayrı düşən bu insanların nə günahı vardı? Vətən vətəndir.

Moskvada həbs olunan Fəxrəddin Abbaszadə isə nəinki talış xalqına, bütövlükdə Azərbaycan xalqına və dövlətinə vaxtında böyük xeyir verə bilərdi, əksinə, öz xalqına düşmənçilik xətti tutdu.  Əlikram Hübətov, İsmayıl Şabanov da onun kimi... Onları bu yoldan vaxrında döndərib vətən üçün faydalı insanlara çevirmək olardı, nəinki itirib əvəzində yeni düşmənlər qazanmaq. Rusiyada bu gün talış -erməni birliyinin , qardaşlığını təbliğ etmək isə bu adamlara əsla başucalığı gətirmir. Əhli-beyt sevdalısı olan bir xalqı ermənilərlə "qardaş "etmək bağışlanılmaz cinayət və günahdır. Biz hamımız Allah-təalanın günahkar bəndələriyik. Haqqın qapısı isə həmişə açıqdlr. Gec də olsa tövbə edib haqqa dönmək lazımdır.

Nazilə Sarablı




reader's comments

Loading...