Təbrizin yüz illik tarixi qısa baxışda

Amma təəccüblüdür ki,bildiyim qədər kitabın hamısı indiyədək Farsdilinə tərcümə olmayıb. Baxmayaraq ki,(bəzi) İran mənbələri dəfələrlə bu kitabı mühüm və sənədli əsər,müəllifini isə çalışqan və dəyərli təhqiqatçı adlandırıblar. Dha çox ancaq şəhər səviyyəsində yox siyasi tarxilə,xüsusi ilə mili və ölkə səviyyəsində maraqlanan oxucular,nisbətən qalın olduğu üçün bu kitabı kənara qoymasınlar.

  1. 6 ay, 2 həftə əvvəl
  2. 0
tab
Badkubeh -

Təqribən 17 il əvvəl Almaniyalı tədqiqatçı Kristof Verner (Christoph Werner) Bir İran şəhəri yol üstündə:Təbriz şəhərinin ictimai və iqtisadi görkəmil şəxsiyyətlərinin tarixi başlıqlı 419 səhifəli müfəssəl kitab yazdı. Almaniya Visbaden(Wiesbaden) şəhəri Nəşr «Harasovitz» (Harrasowitz) 2013 cü il.

https://books.google.cz/books?id=L-Gj8Ai0wIAC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0

İnternetdə kitabın bəzi seçilmiş səhifələrini İngilis dilində oxumaq olar. Kitabın bəzi hissələri o cümlədən,Təbrizin və ümumiyyətlə Azərbaycan əyalətinin,Nadir şah Əfşar dövrünün sönundan Qacarlar sülalısi hakimiyyətinin ilk illərinə qədər olan müddət ərzində ictimai və iqtisadi əlaqələrinin formalaşmasında vəqflər (idarəsinin) rolu və əhəmiyyəti ilə əlaqədar hissə müxtəsər şəkildə Fars dilinə tərcümə olunub.

http://www.noormags.ir/view/fa/articlepage/69160/%D9%88%D9%82%D9%81%D8%8C-%D8%A2%DB%8C%DB%8C%D9%86%D9%87-%D8%AA%D8%AD%D9%88%D9%84%D8%A7%D8%AA-%D8%A7%D8%AC%D8%AA%D9%85%D8%A7%D8%B9%DB%8C

2222222ssax

Amma təəccüblüdür ki,bildiyim qədər kitabın hamısı indiyədək Farsdilinə tərcümə olmayıb. Baxmayaraq ki,(bəzi) İran mənbələri dəfələrlə bu kitabı mühüm və sənədli əsər,müəllifini isə çalışqan və dəyərli təhqiqatçı adlandırıblar. Dha çox ancaq şəhər səviyyəsində yox siyasi tarxilə,xüsusi ilə mili və ölkə səviyyəsində maraqlanan oxucular,nisbətən qalın olduğu üçün bu kitabı kənara qoymasınlar.(müəllif) Bu kitabda vəqflər mövzusunu sənədlər,mülkiyyət sənədləri və qarardadları barəsində təhqiqat aparır. İran şəhərləri haqqında elmi tarixi araşdırmalar çox azdır xüsusi ilə son yüz il üçün çox nadir haldır. Misal üçün  bəylərbəyi,polis rəisi,müctəhid,imam cümə,ziyalı,mühasib,mülkədar,kiçik mülkədar və sonda Təbrizin Qacarlar dövründə vəliəhd iqamətgahı olması,bu mövzuları anlamaqda xüsusi əhəmiyyət kəsb edir. və bilək ki İranın mühüm şəhərlərində biri olan Təbrizdə 200 300 il əvvəl hansı ailələr və ictimai təbəqələ rnecə yüksələrək şəhərin və cəmiyyətin elit təbəqəsinə çevrildilər.Onların Azərbaycanın  kiçik şəhərlərindəki elit təbəqə ilə münasibətləri necə idi,beləliklə həm ub dəyişikliklərin gedişatını başa düşək həm də Azərbaycan əyalətindəki ümumi vəziyyət haqda daha aydın məlumat əldə edək.Ümumiyyətlə şəhər və əyalətin elit və digər təbəqələrinin  keçmişi və indiki vəziyyəti eləcə də onların İrana təsirini daha yaxşı dərk edək.

Bəs nə üçün Təbriz başqa şəhər yox? Kristof Verner Təbrizin tarixindən bəhs edərkən ölkənin Monqol Elxanilər ,Qaraqoyunlular və Səfəvilər dövrünün ilk illərindəki Paytaxtı kimi bəhs edir o, deyir ki,Osmanlıların təcavüz və təzyiqlərinin nəticəsində əvvəlcə paytaxtın Qəzvinə sonra isə İsfahana köçürülməsindən sonra,Təbriz özünün xüsusi əhəmiyyətini əldən verdi. Əsil həqiqətdə isə Səfəvilərin süqutu,Ndir şah dövründə və Kərim Xan Zənddən sonra,xüsusi ilə Qacar və şəxsən Abbas Mirzə zamanında Təbriz mərkəzə çevrilərək keçmiş əhəmiyyətini əldə elədi. Müəllifin bu araşdırma üçün Təbriz şəhərini seçməkdə məqsədi,ikinci dəfə tərəqqi ilə hakim və ziyalı təbəqənin necə yaranması başa düşməyimizə kömək etməkdir. Lakin Kristof Verner deyir,o təhqiqat üçün Təbriz şəhərini seçməkdə şəxsi maraqı da olub. »(alverçi)Təbrizlilərə qarşı yaranmış nisbətən mənfi təsəvvürün əksinə mən Təbriz və təbrizliləri həddən artıq xoş rəftar,mehriban və başqalarına  kömək etməyə hazır gördüm. Bəlkə də bu barədə təkidlə qeyd olunmalıdır ki,məncə Təbriz İran milli kimliyinin  birinci dərəcəli şəhəridir.Baxmayaraq ki əhalisinin əksəriyyətinin dili Azəri dili olub və hələ də belədir.» Mən araşdırdığım dövrlə əlaqədar mənbələri mütaliə elədim,bu şəhərdə etnik mənsubiyyət və əhalinin dilinə görə hər hansı başqa milli kimliyə heç bir ciddi əlamət görmədim. Bu cəhətdən,iyirminci əsrdə müəyyən mənada əhəmiyyət qazanmış millətçilik məsələsi barədə istənilən bəhsdən çəkindim. Hollandiyalı Amerikalı məşhur İranşünas Vilem Flur (Willem Floor) Vernerin kitabı barədə çox maraqlı təndidi araşdırma yazıb və İranda da tərcümə və çap olub. Flur yazır:Verner dəyişilməkdə olan bir şəhərin (Təbrizin) ictimai və iqtisadi vəziyətini diqqətlə şərh  edir və qanunu sənədlər həmçinin yerli taarixə aid yayılmamış əl yazma nüsxə, bundan əlavə Fars dilində və qərbə aid əsər və mənbələrdən istifadə edibdir. Verner özünü yeni üslubunu sübut etmək üçün,mütüliələrini Təbrizin 1747 1848 ci ildəki görkəmli şəxsiyyətləri üzərində mərkəzləşdirir,səbəbi isə sözü gedən illərin İran tarixində lazımınca araşdırılmaması hesab olunmasıdır. İran tarixində araşdırılmamış bu illər,daxili nöqteyi nəzərdən əsas etibarı ilə iğtişaş və Nadir şahın qətlinin ardınca baş vermiş daxili hərc mərclik,Kərim Xan Zəndin nisbətən sabitliklə müşayiət olunan dövrü,tayfa hakimiyyəti və xanlıqlar mərhələsi,Qacarlar sülaləsinin hakimiyyətə gəlməsi.Xarici nöqteyi nəzərdən xanların üsyanı xüsusi ilə ölkə ətrafı məntəqələrindəki xanların üsyanı(Qafqaz,Herat,Qəndəghar) qərbdə Osmanlı Türklərinin təcavüzü şərqdə isə Özbəkəlrin təcavüzü.Xüsusi ilə Qacarlar dövrünün əvvəllərində Araz çayının şimalı bölgələrinin və ölkənin şimal şərqində bəzi məntəqələrin əldən verilməsi ilə nəticələnmiş  Rusiya İran müharibələri.(1) Maraqlıdır ki Azərbaycan Respublikasındakı Tarix yazan rəsmi organlar millətçi maraqlarla İrandakı mərkəzi hökumətin zəifliyi səbəbi ilə baş vermiş bu hərc mərclik və tayfa hakimiyyəti dövrünü və yerli xanların üsyanını «Azərbaycan xalqının milli qiyamları» və İran hakimiyyətindən «müstəqilllik tələb etmə hərəkatlarının başlaması»adlandırırlar.



reader's comments

Loading...