Təxte Cəmşid

Iran tarixi irslərindən

Təxte Cəmşid” saray kompleksi Parse, Hezarsütun, Çehel Minar və Perspolis adları ilə də tanınır.

  1. 5 ay, 2 həftə əvvəl
  2. 0
taxt
Badkubeh -
“Təxte Cəmşid” Fars vilayətinin şimalında, Mərvdəşt məntəqəsində yerləşir. “Təxte Cəmşid” İranın qədim şəhərlərindən biridir ki, Əhəmənilər dövründə paytaxt kimi istifadə olunurmuş. Bu qədim şəhərdə “Təxte Cəmşid” adı ilə məşhurlaşmış saray binaları mövcuddur ki, 1-ci Dara(Böyük Dara), Xəşayarşah və 1-ci Ərdəşirin dövründə inşa ediliblər. Deyilənlərə görə 50 il müddətinə “Novruz” ayinləri və bayram mərasimlərinin keçirilməsi üçün istifadə olunub.

“Təxte Cəmşid” saray kompleksi Parse, Hezarsütun, Çehel Minar və Perspolis adları ilə də tanınır.

Yeni ilin ilk günündə müxtəlif millətlərdən olan bir çox dəstə “Satraplar”(vilayət başçıları) tərəfindən müxtəlif hədiyyələr ilə “Təxte Cəmşid”də bir araya gələr və öz hədiyyələrini şaha təqdim edərdilər.

“Təxte Cəmşid” ilk olaraq 1-ci Daranın göstərişi ilə tikilməyə başlayır. Ondan sonra oğlu Xəşayarşah və nəvəsi 1-ci Ərdəşir bu saray kompleksini daha da genişləndirirlər. Əhəmənilər barəsində günümüzə gəlib çatan bir çox məlumatlar bu saray kompleksində mövcud olan daş kitabələrə görədir. Tarixçilərin inamına görə, Makedoniyalı İsgəndər e.ə 330-cu ildə İrana hücum edir. Bu hücum zamanı “Təxte Cəmşid” saray kompleksinin yandırıldığı deyilir. Bu yanğın nəticəsində sarayda olan bir çox incəsənət nümunələri və kitabların məhv olduğu təsəvvür edilir. Buna baxmayaraq, “Təxte Cəmşid” saray kompleksinin xarabalıqları günümüzə qədər gəlib çatıb və arxeoloqlar orada baş verən yanğının izlərinə rast gəldiklərini deyirlər. Bu məkan 1979-cu ildə YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.


(www.qafqaz.ir)