Əbu Əli Sina;

həkim və filosof

Əbu Əli Sina Xarəzmdəki bir kəndə qayıtdı. Amma qısa müddətdən sonra bir daha Qorqana getdi və bu dəfə vəfalı şagirdlərindən olan Əbu Ubeyd Cuzcani onun xidmətinə keçdi və məhz bu səfərdə “Əl-Muxtəsər Əl-Usət”, “Əl-Məbda” və “Əl-Məad” kitablarını və məşhur “Qanun” və “Nicat” kitablarının bir hissəsini yazdı.

  1. 5 ay, 1 həftə əvvəl
  2. 0
khhk
Badkubeh -

Əbu Əli Sina adı ilə tanınan Əbu Əli Hüseyn ibn Abdulla h.q. tarixlə 370-ci ildə Buxaranın ətrafında yerləşən Xürrəmişən məntəqəsində anadan olub. O, böyük iranlı astronom, həkim, riyaziyyatçı və filosof idi. Atası- Abdulla Samaniyan hökumətində vergi məsələləri ilə məşğul idi. Anasının adı da Sitarə idi. O, Bəlxdə tərbiyə alaraq, Quran və sair elmləri öyrəndi. Onun müəllimi h.q. tarixlə dördüncü əsrin məşhur şəxsiyyətlərindən olan Abdulla Natlı olub. O, özünün yazdığı kimi, 18 yaşında bütün elmləri öyrənmişdi. 21 yaşında müəlliflik və yaradıcılığa başladı. 22 yaşında atasını itirdi və işdə atasının yerini tutdu. Lakin siyasi durumun yaxşı olmamasına görə, Buxaranı tərk edərək, Xarəzm Məmuniyyə əmirlərinin paytaxtı olan Qorqanca, Xarəzm şahı- Əli ibn Məmun və onun vəziri- Əbulhuseyn Əhməd ibn Məhəmməd Suheylinin yanına getdi. Həmin zamanda Mahmud Qəznəvi Xarəzmdə nüfuz əldə etmişdi və saray alimlərindən istənildi ki, Qəzneynə, Sultan Mahmudun xidmətinə getsinlər. O padşahın təəssübündən xəbərdar olan Əbu Əli Sina Əbu Suheyl Məsihi ilə yanaşı, Xarəzmdən qaçdı və Abirud və Tus yolu ilə Qorqana doğru hərəkət etdi ki, alimlərin köməkçisi və himayəçisi kimi tanınmış Qabus bin Vəşmgirə qoşulsunlar. Lakin böyük məşəqqətlərdən sonra həmin şəhərə çatandan sonra Qabus vəfat etmişdi.

Əbu Əli Sina Xarəzmdəki bir kəndə qayıtdı. Amma qısa müddətdən sonra bir daha Qorqana getdi və bu dəfə vəfalı şagirdlərindən olan Əbu Ubeyd Cuzcani onun xidmətinə keçdi və məhz bu səfərdə “Əl-Muxtəsər Əl-Usət”, “Əl-Məbda” və “Əl-Məad” kitablarını və məşhur “Qanun” və “Nicat” kitablarının bir hissəsini yazdı.

Əbu Əli Sina təqribən 405-ci h.q. ilində Rey-ə getdi və xəstə olan Fəxruddule Deyləmini müalicə etdi. Lakin həmin şəhərdə uzun müddət qalmadı və sonrakı ilin əvvələrində Qəzvinə, oradan da Həmədana getdi və təqribən 9 il həmin şəhərdə yaşadı. Burada Şəmsuddule Deyləminin diqqət mərkəzində durdu və 406-cı h.q. ilində vəzir oldu və 411-ci h.q. ilinədək bu vəzifədə qaldı.

412-ci h.q. ilində Şəmsuddule vəfat etdi və oğlu- Səmauddule onun yerində oturdu. Səmauddule atası kimi istəyirdi ki, Əbu Əli Sina vəzirliyi qəbul etsin, amma şeyx qəbul etmədi və inadkarlar tərəfindən dörd ay müddətinə həbsə salındı. O, bu müddət ərzində özünün mühüm kitab və risalələri(dissertasiyaları)ndan bir neçəsini yazdı. Şeyx-ül-rəis həbsdən azad olandan sonra yenə bir müddət Həmədanda oldu və o zaman naməlum şəkildə öz şagirdi- Əbu Ubeyd Cuzcani ilə İsfahana, Əlauddule Kakuyenin yanına getdi. O padşah onu səmimiyyət və hörmətlə qarşıladı. Əbu Əli Sina o zamandan ömrünün sonunadək Əlauddule Kakuyenin xidmətində oldu. Mübarək Ramazan ayının ilk cüməsində Şeyx-ul-rəisi iki at ilə daşınan təxti-rəvanın üzərinə qoymuşdular. Yavaş-yavaş qürub üfüqü örtürdü. Axşam idi və azançının azan səsi möminləri namaza səsləyirdi.

Hələ də Əbu Əli Sina titrək əllərini şagirdinə doğru uzadır, kəskin və ardıcıl öskürəkləri bədənini titrədirdi və bir neçə qan damlası dodaqlarının kənarında peyda oldu və təkcə bu bir neçə sözü söyləməyə gücü çatdı:

“Bu illər ərzində mənim cismimi bu yaxşılıqla idarə edən hökmran təəssüflə işini davam etdirmək iqtidarında deyil. Güman edirəm, çadırımı yığışdırmağımın vaxtı  gəlib çatıbdır”.

Əbu-Ubeyd göz yaşları ilə dolmuş sima ilə bir söz deməyə çalışdı, lakin ağzından bir söz çıxmadı. Dərk etmirdi və dərk etmək istəmirdi.

Şeyx-ul-rəis güclə nəfəs alırdı və bir müddət sükutdan sonra dedi: “Mənim yazılarımı toplamağa çalış. Onları sənə tapşırıram. Allah onun üçün layiq olduğu müqəddəratı təyin edəcək”.

Sakit oldu. Kipriklərini qırpdı və elə həmin vəziyyətdə dedi:

“Əbu Ubeyd, mənim dostum, indi mənim üçün Quran oxu. Qurandan bir neçə ayə qiraət et”.

Həmin gün, 428-ci h.q. ili Ramazan ayının biri idi. Şeyx-ul-rəis- Əbu Əli Sina ömründən yalnız 57 ilin keçdiyi bir halda, xəstə vəziyyətində Həmədanda puç dünya ilə vidalaşdı və oradaca dəfn edildi. Onun məzarı hazırda həmin şəhərdədir.

Şərq diyarında yunan fəlsəfəsi heç vaxt Əbu Əli Sinanın diqqəti və dərin baxışı kimi diqqət və baxışa malik bir şərhçiyə malik olmayıbdır. Əbu Əli Sina Aristotelin fəlsəfəsini İsgəndəranlı şərhçilərin rəyləri və yeni Platon fəlsəfəsi ilə birləşdirdi və özünəməxsus istedadla onları İslamın bir Allaha pərəstiş nəzəri ilə öyrəndi və bu minvalla peripatetik fəlsəfədə yunan originalında mövcud olmayan oxşar bəhslər irəli sürdü.

9492942

İbn Sinanın əsər və yazıları

Kiçik risalələri və məktublarını da hesab etsək, İbn Sinanın yazılarının sayı 250-yə çatar və onlar təqribən orta əsrdə tanınan bütün mövzulara şamil olurdu. Əlbəttə, İbn Sinanın ən yaxşı kitablarından bir neçəsi İsfahana edilmiş hücum zamanı məhv olub.

Bu əsərlərin çoxu ərəb dilində yazılıb və nadir hallarda onların arasında fars dilində yazılmış ilk fəlsəfə kitabı olan “Daneşnameye əlayi” kimi fars dilində yazılar da mövcuddur.

Burada İbn Sinanın ən mühüm əsərlərinə işarə edirik

:“Şəfa” kitabı

İbn Sinanın hikmət və fəlsəfə sahəsində ən mühüm əsəri olan bu kitab Məntiq, Təbiiyyat, Riyaziyyat və İlahiyyat kimi dörd hissəyə malikdir. “Şəfa ilahiyyatı” aşağıda qeyd olunan hallara şamil olan 10 məqalədən ibarət 18 fəsildə yazılmış fəlsəfi bir ensiklopediyadır:

Orqanizmin növləri; Mürəkkəb və söz; Maddə və surət; Birlik və müxtəliflik; Tərəqqi və təxir; Hərəkət və hadisələr; Növ, material, fəsil; Səbəblərin növləri və ya əşyaların ixracının keyfiyyəti; Mənbə və məad; Peyğəmbər və İmama itaətin vacibliyi; Siyasət və tədbir; Mənzil və əxlaq.

Nicat

Bu kitab “Şəfa” kitabının konspektləşdirilmiş və xülasələşdirilmiş formasıdır.

Eşarat və Tənbihat

Onun sonuncu və bəlkə də şah əsəri olmuş olsun.

Qanun(tibbdə)

Ətraflı bir kitabdır və onu tibb tarixində ən təsirli kitab adlandırmaq olar. Ötən əsrlərdə latın dilinə tərcümə olunub və 17-ci əsrin sonlarınadək Avropa universitetlərinin dərsliklərindən olub və hələ də Şərqdə tədris edilir.

Əl-Hikmət-ul Əl-Məşriqiyyə

Hikmət, etika, məntiq və psixologiyada müxtəlif qəsidə və risalələrdən ibarətdir.


 23 avqust İranda həkimlər günü


23 avqust, İbn Sinanın anadan olmasının ildönümü günü , İranda o böyük şəxsiyyətin xatirəsini əzizləmək məqsədilə həkimlər günü adlandırılıb. Tibb sahəsində gördüyü işləri dəyərləndirmək məqsədilə Həkimlər Günü adlandırılan 23 avqustda həkimlər yad edilir, çəkdikləri zəhmətlər qiymətləndirilir.
İranın səhiyyə naziri Həsən Qazızadə Haşemi həkimləri peşə bayramı münasibətilə təbrik edərək, deyib: Bu gün İbn Sinanın anadan olması münasibətilə yanaşı yorulmaz səylərinə görə ölkənin müxtəlif şəhər və kəndlərində fəaliyyət göstərən həkimləri, stomatoloqları və tibb sahəsində çalışanları da təbrik etmək istəyirəm.
Səhiyyə naziri həmçinin, qonşu ölkələr o cümlədən Azərbaycan, Türkiyə, İraq, Pakistan və Əfqanıstandan müalicə üçün insanların İrana müraciət etdiklərinə işarə edərək, deyib: Biz çalışacağıq ki, ötən illərdə olduğu kimi digər ölkələrdən İrana müraciət edənlərə səhiyyə xidmətlərimizi davam etdirək. Onların İrana müraciət etmələrinin başlıca səbəbi İranda səhiyyə xidmətlərinin keyfiyyətli olmasıdır. Eyni zamanda öz ölkələri ilə müqayisədə burada səhiyyə xidmətləri xərcləri xeyli aşağıdır. Amma, bu xidmətlər bizim öz xalqımızı unutmağımıza səbəb ola bilməz.
İran İslam Respublikası Quruluşunun  Məsləhəti Şurasının sədri Ayətullah Haşemi Rəfsəncani də bu mərasimdə çıxış edərək, deyib: İran xalqı prezident seçkilərində iştirak edərək, dəyişikliyə ehtiyacın olduğunu müəyyənləşdirdi və öz geniş iştirakı ilə bu dəyişikliyi yerinə yetirdi. Halbuki, digər ölkələrdə bu dəyişiklik müharibə və axıdılan qanlar hesabına başa gəlir.
Daha sonra, mərasimin davamında ölkənin nümunəvi həkimləri təltif edilib.