Şəhzad serialı və

min bir gecə əfsanəsinin dirilməsi

Şəhrzd serialı tamaşaçılarına çöx təsir elədi. Bu serialda keçmiş on illərdəki tipik İran orta təbəqəsinin klassik həyat tərzindən müəyyən parçalara tamaşa etmək olar.Ənənəvi evlər,geyimlər,adət-ənənələr eləcə də filmdə nümayiş olunan xalça,ailə və eşq kimi məsələlər,müasir bəzi adət-ənənələrinin unudulduğunu hiss edən müasir İran cəmiyyətinin keşməkeşli şəhər həyatə tərzi keçirən tamaşaçısına maraqlı idi. Şəhrzad serialında Simvolizm hiss olunacaq dərəcədə onun gözəlliyinə kömək edib. Fars ədəbiyyatında Fərhad məşuqa çatmaq üçün çalışan aşiqdir

  1. 4 ay, 1 həftə əvvəl
  2. 0
Badkubeh -

Şəhrzad serialı 2015 ci ildə Həsən Fəthinin rejissorluğu ilə çəkilmiş hər seriyası 60 dəqiqə olan 28 hissəli serialdır.

Eşq və məhəbbətdən bəhs edən Şəhrzad serialında hadisələr 1950 ci illərdə (Məhəmməd Musəddiqin Rəhbərliyi ilə İranda  neft sənayesinin milliləşdirildiyi dövrlərdə) cərəyan edir. Təranə Əli Dust,Şəhab Hüseyni,Əli Nəsirian və (Yusif Peyğəmbər (ə) rolunun ifası ilə Azərbayca Respublikasında tanınmış ) Mustafa Zamani Bu serialın əsas rollarında çəkiliblər. Şəhrzad (Təranə Əli Dust) 1953 cü ildə Doktor Məhəmməd Musəddiqin rəhbərliyi dövründə tibb universitetində tələbə idi,o Fərhad (Mustafa Zamani) adlı gənc jurnalistlə evlənmək istəyir. Bu iki gəncin atası, Bozorg adlı mühüm sərmayədarın nüfuzu altında olna iki qədim dost və tacirdirlər. O (Bozorg Ağa ) pərdə arxasından nazirləri işdən uzaqlaşdıran və təyin edən şəxsdir. Jurnalist və Musəddiqin tərəfdarlarından olan Fərhad,mordad ayının (mordad İran təqvimində beşinci aydır) 28 də baş vermiş hadisələr zamanı hakimiyyət əleyhinə fəaliyyət göstərmə ittihamı ilə həbs və edama məhkum olur. Amma Bozorg Ağanın vasitəsi ilə edamdan xilas olur. Bu hadisədən sonra Fərhad və Şəhrzad evlənmək qərarəna gəlirlər lakin,izdivaca az qalmış qızı Şirinin (Pərinaz İzədian) sonsuzluğu səbəbi ilə varisi olmadığı üçün əziyyət çəkən Bozorg Ağa bu evliliyə qarşə çıxır və əmr verir ki,Şəhrzad kürəkəni Qubad (Şəhab Hüseyni) evlənsin.

shah3

1125

Beləliklə Şəhrzad,Fərhad və Quad arasında üç tərəfli eşq və məhəbbət yaranır.

Şəhrzd serialı tamaşaçılarına çöx təsir elədi. Bu serialda keçmiş on illərdəki tipik İran orta təbəqəsinin klassik həyat tərzindən müəyyən parçalara tamaşa etmək olar.Ənənəvi evlər,geyimlər,adət-ənənələr eləcə də filmdə nümayiş olunan xalça,ailə və eşq kimi məsələlər,müasir bəzi adət-ənənələrinin unudulduğunu hiss edən müasir İran cəmiyyətinin keşməkeşli şəhər həyatə tərzi keçirən tamaşaçısına maraqlı idi. Şəhrzad serialında Simvolizm hiss olunacaq dərəcədə onun gözəlliyinə kömək edib. Fars ədəbiyyatında Fərhad məşuqa çatmaq üçün çalışan aşiqdir. Şəhrzad əsası İranda Sasanilər dövrünə aid olan min əfsanə və yaxud min bir gecənin qəhrəmanıdır. Bu serialda Şəhrzad təfəkkür (rasionallıq) mötədilliyin simvoludur və bəzən nağıl da danışır.Nağıl danışan Şəhrzad,ümumiyyətlə İran ədəbiyyatında məşuqların nağıl danəşması çox məşhur məsələdir. Nizami Gəncəvinin yeddi gözəl kitabında da belə nümunələr mövcuddur.Bu kitabda Bəhram Gur dünyanın yeddi iqlim qurşağından sevgilisi olan Sasani şahıdır. və hər biri üçün bədənlərinin rənginə uyğun saray tikib.Bəhram hər gecə məşuqlarından birinin sarayına gedir məşuqlar ilə nağıl danəşmaq yolu ilə Bəhramən qəlbinə yol tapsınlar. Belə simvolik səhnələrə görə qəsa meddət ərzində Şəhrzad İranın ən sevimli serialına çevrildi. Bu serialın əhəmiyyəti o zaman bilinər ki, İran televizyasından efirə verilməsə əksinə xüsusi kino şirkətləri tərəfindən yayılsa və əhali hər bir seriasını almalı olsa idi.

İran və Azərbaycan Respublikasınin cəmiyyətlərinin mədəni cəhətdən yaxın olmasına görə ümid olunur ki,Azərbaycanlı tamaşaçıları arasında da çoxlu tamaşaçı toplasın.

shah2