Novruz bayramı millətlərin tolerantlıq simvolu

Novruz bayramı və tarixi kökləri

Fərvərdin ayının ilk beş günü (fərvərdn İran milli təqviminin ilk ayıdır və novruz bayramı ilə başlayır) bütün əhali tərəfindən bayram olunurdu bu səbəbdən də ümumi novruz adlandırıblar.Fərvərdin ayının altısında isə novruz saray səviyyəsində qeyd olunarmış, bu isə böyük novruz adlanıb. Bahar novruz bayramı ənənələri məcmu şəkildə od yandırmaqla başlıyar və yeni il mərasimi keçirildikdən sonra fərvərdin ayının onüçündə sona çatarmış

  1. 8 ay əvvəl
  2. 2
Cəmşid
Badkubeh -

Fəsil dəyişiləndə,iqlimdə bahar təravəti və mülayimliyi müşahidə olunduduqda qədim novruz bayramı qeyd olunur.Novruz bayramı bir çox ölkə xalqları arasında yayılıb və qeyd olunur. Bu bayrama İrandan əlavə Azərbaycan,Əfqanısatan,Tacikistan,Türkmənstan,Türkiyə əhalisi və İraq Kürdlərini xüsusi əhəmiyyət verirlər. Novruz bayramının qədimliyi və varlığı (müasir) İranın formalaşması və Midiyalılardan və Əhəmənilər dövlətiindən əvvələ təsadüf edir,lakin bu bayramın adı Avestada yoxdur.

İsa peyğəmbər (ə) mövludundan təxminən üç min il əvvəl mərkəzi və qərbi asiyada iki bayram yayılmışdı yaradılış və dirilmə bayramları.Yarasılış bayramı payızın əvvəllərində dirilmə bayramı isə bahar başlayanda keçirilirdi.

sonralar payız və bahar bayramlarə bir bayrama çevrilərək bahar fəsili başlayanda qeyd edilirdi.

Pişdadiyan (Pişdadilər) sülaləsinin məşhur şahı Cəmşid bu bayramın banisi olaraq xatırlanır. İran novruzu ilə Qibti novruzu və onların təsirləri barədə aprılmış təhqiqatlar göstərir ki, İran novruzu I Dara (böyük Daryuş) zamanında onun özünün vasitəsi ilə Misirdə yayılıb. Novruz bayramı və onun ənənələri haqda yazılmış mənbələr arasında Sasanilər dövründə müsəlmanlar tərəfindən yazılmış mənbələrdən daha qədimi yox idi. Lakin bugünkü Tacikistan ərazisində Əşkanilər (Parfiya) dövrünə aid arxivlərin kəşf olması ilə Novruz bayramının Əşkanilər (Parfiya) sülalısi dövründə də olması və tarixinin iki min ildən də qədim dövürlərdə baharın əvvəllərində qeyd olunması məlum oldu. Sasanilər dövründə novruz bayramı bütün əhailinin ümum milli bayramı hesab olunarmış.Buna görə də İran hökuməti ərazisində yaşayan hətta zərdüştlük dininə inanmayan şəxslər də bu bayram tədbirlərində iştirak ediblər. Fərvərdin ayının ilk beş günü (fərvərdn İran milli təqviminin ilk ayıdır və novruz bayramı ilə başlayır) bütün əhali tərəfindən bayram olunurdu bu səbəbdən də ümumi novruz adlandırıblar.Fərvərdin ayının altısında isə novruz saray səviyyəsində qeyd olunarmış, bu isə böyük novruz adlanıb. Bahar novruz bayramı ənənələri məcmu şəkildə od yandırmaqla başlıyar və yeni il mərasimi keçirildikdən sonra fərvərdin ayının onüçündə sona çatarmış. Novruz bayramı ilə əlaqədar ayin və təntənəli mərasimlər haqda təfsilatlı məlumatlar islam dininin ilkin dövrlərində yazılmış tarxi əsərlərdə yer alır,bu dövrlərdə ən qədim sənəd (əsər) onuncu əsrdə (hicri qəməri tarixlə üçüncü əsr) yaşaməş Cahez adlı alimə aiddir.

taxte camsid

Kiyumərs və Cəmşidin novruzla əlaqəsi

Əbu Reyhan Biruni və novruznamənin müəllifi belə yazıblar,İranlılar inanıblar ki yer və səma yaradıldıqdan sonra onlarda olan hər şey bir neçə min il hərəkətsiz dayanmşdı ahura məzdanın əmri ilə hərəkətə başladılar. günəşin hərəkəti fərvərdin ayını ilk günü və yaxud hormozd günü (hormozd hicri şəmsi təqvimində hər ayın ilk günü) ilk nöqtədən və ya ilk dəqiqədən və qoç bürcü dərəcəsində idi amma,sonrakı ildə o gündə və o saatda hərəkət etdikdə o dəqiqəyə çata bilmədi.Çarəsizlikdən ilin başlaması öz yerindən dəyişilərək geri güşdü və hər il bürclər dərəcəsində geri geri gedərək dəyişildi.Böyük dövrə vurduqdan sonra ikinci dəfə həmən əvvəlki başladığı saat və günə gayıtdı,və bu müddət 1460 il çəkdi. İlk dəfə bu günü yəni həqiqi novruzu dərk erləyən şəxs Kiyumərs idi və o günü tarixin başlanğıcı olaraq təyin etdərək yenə də  ikinci dəfə hormozd günü sübh tezdən,qoç bürcünün birinci dərəcəsindən və baharın ilk günündən başladı. İran əsatirlərində novruz bayramının mənşəinin Pşdadiyan (Pişdadilər) dövrünə aid olduğu bildirilir və məşhur Pişdadi şahı Cəmşid novruz bayramının banisi olaraq xatırlanır.Dünya şöhrətil Firdovsi bu haqda belə yazır:



Saltanatın büyüklüğüne yaraşır bir taht yaptırdı

Onu pek çok mücevherle süsledi.

به فر کیانی یکی تخت ساخت         چه مایه بدو گوهر اندر نشناخت


İstediği vakit devler o tahtı

Ovalardan göklere kadar yükseltirlerdi.

که چون خواستی دیو برداشتی         ز هامون به گردون برافراشتی


Buyruk sahibi padişah o tahtın üzerinde

Parlak bir güneş gibi otururdu.

چو خورشید تابان میان هوا         نشسته برو شاه فرمان‌روا


Herkes tahtının etrafında toplandı.

Dünya onun talihindeki parlaklığa hayran oldu.

جهان انجمن شد بر تخت او         فرو مانده از فره بخت او


Cemşîd’in üzerine mücevherler saçtılar

Bugüne Nevruz adını verdiler.

به جمشید بر گوهر افشاندند         مر آن روز را روزٍ نو خواندند


Yeni yılın ilk günü olan Ferverdîn ayının birinci gününde

İnsanın vücudu zahmet ve kinden kurtulur.

سر سال نو هرمزو فرودین         بر آسوده از رنج تن دل زکین


İleri gelenler bugünü neşeyle kutlamak için

Şarap ve çalgı getirttiler, çalgıcılar topladılar.

بزرگان به شادی بیاراستند         می و جام و رامشگران خواستند


İşte, nevruz denilen bu mesut gün

O zamandan, o padişahtan yadigâr kalmıştır.

چنین روز فرخ از آن روزگار         بمانده از آن خسروان یادگار

(tərcümə: Prof. Nimet YILDIRIM )



Əbu Reyhan Biruni Asar əl baqiyə adlı kitabında novruz bayramının mənşəi haqda yazır:Bəzi İran alimləri bu günün novruz adlandırılmasının səbəbi barədə deyirlər ki, Cəmşid padşah olarq dinini təzələdi və bu iş çox əzəmətli göründüyü üçün o gün, təzə gün idi.Cəmşid o günü bayram olaraq qeyd elədi,baxmayaraq ki novruz bu hadisədən də əvvəl böyük və əzəmətli gün idi. Bəzi İranlar isə deyirlər ki,Cəmşid şəhərlərdə çox gəzdi,eləki Azərbaycana daxil olmaq istədi qızıldan taxt üzərində əyləşmiş və insanlar isə onu çıyinləri üzərində aparırdı günəş o taxta şüa saçarkən əhali onu görüb bu günü bayram elədilər. Əbu Reyhan biruni Zadviyəyə (Zadviyə Sasanilər dövrünün sonlarında yaşamış yüksək rütbəli şəxslərdən biridir) istinadən yazır:Əhrimən su və bitkilərdən bərəkəti götürmüş,küləyi isə əsməyini dayandırmışdı,ağaclar qurumuş və dünya məhv olmağa yaxınlaşmışdı.Sonra Cəmşid Allahın əmri ilə əhrimən və ardıcılları ilə görüşmək üçün cəhənnəmə getdi ki, uzun müddət orada galsın.Elə ki qayıtdı,dünyada bolluq və firavanlıq oldu insanlar isə adi vəziyyətə qayıtdılar.Cəmşid qayıtdığı gün çöhrəsi günəş kimi parlaq idi və nur saçırdı insanlar bir gündə iki günəş gördükləri üçün heyrətlənmişdilər. Beləliklə o günü  novruz adlandıraraq bayram elədilər.Bundan sonra bu adət İranlılar arasında əbədi olaraq qaldı. Bundan əlavə Cəmşid xalqa əmr verdiki bu gün qüsul alaraq günahlardan paklansınlar. Əhəmənilər dövründə şah (Əhəməni şahı) novruz bayramını Cəmşidin taxtında qeyd edirdi. Fransalı arxeoloq Girşman Əhəmənilər sarayında qeyd olunan novruz bayramı mərasimi ilə barədə yazıb.

Bu milli bayramı qeyd etmək və hörmətlə yad eləmək üçün hər şey Təxti Cəmşiddə (Təxti Cəmşid burada yer adıdır) hazırlanmışdı.Novruz bayramının təntənəli mərasimini qeyd eləməmişdən əvvəl,şahlığın (ölkənin) və məmləkətlərin nümayəndələri təxti cəmşidə gəlirdilər və təxti cəmşidin qərb tərəfində yerləşən,ortasından Polvar çayının keçdiyi geniş Mərvdəşt çölündə minlərlə xeymə (çadır) qururdular. Novruz bayramının təntənəli mərasimində iştirak edən şəxslər,təxti cəmşidin pilləkənlərinin xarici görünüşündə göstəriliblər. Bu daş üzərində çıxıntılı rəsmlə Fars və Mad şahlığına (Fars dövlətinə) və  tabe olan 23 millətin nümayəndələrinin şahlıq at və arabaları və Şuş əsgərləri ilə birlikdə ilə birlikdə təsvir olunub.

norooz

Novruz qonaqlığı

Şahların novruz bayramında keçirdikləri mərasimlərdən biri də bu idi ki, şah növruz bayramı tədbirlərinin açılışını edərək  xalqa elan edərdi o, onlara icazə verəcək və onlara yaxşılıq edəcək. İkinci gündə ən yüksək rütbəli şəxslərə icazə verirdi,yəni kəndlilər və böyük xanədanların üzvlərinə (yüksək məqamlı əyan əşraf və şahzadələr) üşüncü gün hərbiçilərə və ən uca məqamlı zərdüşt dininin ruhanilərinə icazə verirdi.Dördüncü gün öz ailəsinə,qohumlarına və saray xadimlərinə icazə verirdi.Beşinci gün öz övladlarına və qulluqçularına icazə verirdi. Beləliklə hər bir təbəqəyə layiq olduğu hədiyyəni verərdi,elə ki altıncı gün gələrdi onlar qarşısında öz vəzifəsini icra etmiş şah novruzu özü üçün xəlvətdə qeyd edərdi. İki böyük bayramda,novruz və mehqanda haqq və ədalət tələbi,şahın ümumi əhalini qəbu etməsi eləcə də pişkeş və hədiyələrin verilməsi böyük əhəmiyyətə mailk idi və bir çox təntənəli mərasimlərlə icra olunurdu. İstifadə olunan sarayda rəsmi novruz mərasimində ağalar nökərlərin rolunu ifa edərdilər qarşı tərəf isə bunun əksini .Səlcuq sultanlarının məşhur vəziri Xacə Nizamul Mülk Tusi,Sasanilə dövründə qey olunan novruz bayramı ilə əlaqədar başqa məsələni qeyd edib.

Əcəm şahlarının adət ənənəsi belə idi,novruz və mehrgan (mehrqan qədim İran bayramlarından biridir) günləri ümumxalqa görüş icazəsi verərdiıər və heç kəsin şahla görüşünə mane olmazdılar.  Hər kəs öz arzu və şikayətini yazaraq şaha təqdim edərdi şah isə hamısını bir bir araşdırardı. Əgər şahadn şikayət olardısa şah ali rütbəli zərdüşt ruhanisini hakim təyin edərək taxtdan enib onun qarşısında diz çökərək deyərdi heç bir qorxu olmadan mən və bu kişi arasında hökm ver. Allah taala dərgahında zalım şahdan da böyük günahkar yoxdur  həmçinin ordunun hamısı zülmkar olub uca Allahı unudaraq nemətlərə küfr eləməsi. ali rütbəli zərdüşt ruhanisi insanların haqlarını bərpa edərdi amma kimsə əsasız olaraq şahı məhkəməyə versə idi ona ağır cəza verər və deyərdi «bu şah və onun məmləkətini ləkələmək istəyənin layiq olduğu cəzadır».Novruz bayramında zəiflər şaha yaxın güclülər isə şahdan uzaq olmalı idi.Ərdəşir zamanından birinci Yəzdəgirdədək bu ənənə qalmışdır.Yezdəgird atalarının üslubunu dəyişdirdi. Xacə Nizamul Mülk Tusi birinci Yezdəgirdi bu ənənəyə son qoymuş padşah kimi təqdim edir amma əsl həqiqətdə bu ənənə ikinci Yəzdəgird tərəfindən ləğv olunub.

Novruz bayramı mərasiminin digər etnik xalq və milllətlərə təsiri

tajik

Qədim İran bayramları novruz və mehrqan Ərəbistan yarımadasında da tanınmışdı və Ərəbistanın bəzi bölgələrində qeyd olunurdu. Bu ənənə xüsusi ilə Sasani şahlarının ayinlərinə tabe olmuş Hiyrə şahları arasında və Fars körfəzi ətrafında tam yayılmışdı. Qəlqəşəndi (756 821 hicri qəməri) Sübh əl əşa kitabında yazıb Misirin ən məşhur bayramlarından olan novruz qədim İrandan götürülüb və ona niruz e Qibti (Qibti novruzu) adı verilib.Bu bayram həmən İran adət ənənələr ilə Misirdə keçirilir. Fərziyyələrə əsasən ehtimal olunur ki,novruzu Misirə (İran şahı) Kambiz aparıb.Digər nəzəriyyəyə əsasən Novruz bayramı Misirdə Kambiz şahın canişini birinci Dara tərəfindən yayılıb. Bu padşahın dövründə Misirlilərlə İran arasında möhkəm və sabit mədəni əlaqələr olub.



reader's comments

Loading...