Mövlananın səfiri və “Xosrov-e avaz-e İran”

“səs padişahı”, Şəcəriyan

Məhəmmədrza Şəcəriyan xanəndəlikdən əlavə İran xəttatlıq məktəbinə də çox bağlıdır və hazırda Nəstəliq xətti üzrə yüksək dərəcəli ustadlar cərgəsindədir. O həmçinin Mövlananın qəzəllərini özünün gözəl ifası ilə səhnəyə çıxarmış və kütlələrin irfan şeri ilə tanışlığına səbəb olmuşdur. Şəcəriyan İranda “Xosrov-e avaz-e İran” kimi tanınır. Bu isə “İranın səs padişahı” deməkdir.

  1. 4 ay, 1 həftə əvvəl
  2. 0
Badkubeh -

İranın məşhur musiqiçisi, bəstəkarı, muğənnisi, və xəttatı kimi tanınan Məhəmmədrza Şəcəriyan 22 sentyabr 1940-ci ildə Məşhəd şəhərində (İranın şimal-şərqində yerləşəşn Xorasan ostanınında) anadan olmuşdur. O, İran klasik musiqisinin ən tanınmış incilərindəndir və bu sahədə çox sayılıl albom çıxarmışdır. O özünə məxsus səsinə, musuqi növünə, eləcə də ifa etdiyi milli və vətənpərvərlik məzmunlu təsniflərinə görə tanınır.

Məhəmmədrza Şəcəriyanın ifa etdiyi təsniflərin çoxu Sədi, Hafiz, Mövlana, Baba Tahir, Xəyyam və Əttar kimi fars ədəbiyyatının böyük incilərinin seçilmiş əsərlərindən olmuş, onun qədim təsniflərinin bəzisi isə eşqi və ictimai məzmun daşımışdır.

O həmçinin daha yeni ifaları və konsertlərində Firidun Müşiri, Nima Yuşic, Söhrab Sepehri, Şəfii Kədkəni, Mehdi Əxəvan Salis və Huşəng İbtihac kimi “sərbəst şer” ustadlarının əsərlərindən də istifadə etmişdir. Asiya

Şəcəriyan

Assosiasının saytı, Şəcəriyanı İranın əsil musiqisinin ən məşhur sənətkarı, Kanadanın “The Vancouver Sun” qəzeti onu dünya musiqisinin ən önəmli simalarından, ABŞ-ın Milli Ümumi Radiosu (NPR) isə 2010-cu ildə Şəcəriyanı dünyanın ən üstün səsləri sıralamasının ilk 50 səsdən biri kimi təqdim etmişdir.

Amerikanın Stanford Universiteti 19 noyabr 2010-cu il tarixində “Google Şirkətinin” rəhbərlərindən olan “Omid Kordestaninin” keçmiş həyat yoldaşı “Bita Dəryabarinin” əli ilə İran musiqisinin ustadı Məhəmmədrza Şəcəriyanı “Bita” mükafatı ilə təltif etmişdir.

Rəbbəna: Şəcəriyan

İranın səs ustadı həmçinin 23 iyun 2014-cü il tarixində Fransa Mədəniyyət və Sənət Nazirliyinin yüksək nişanı sayılan “Şovaliye milli ləyaqət nişanını” Fransanın Tehrandakı səfiri cənab “Bruno Foşşe”dən almışdır.

Məhəmmədrza Şəcəriyan eyn zamanda “İran Musiqi Evinin” Ali Şurasının sədri, Şəhnaz müsiqi ansamblının banisi, eləcə də bir neçə musiqi alətin müəllifidir. Onun evladları, Humayun və Mojqan da  musiqi sahəsində fəaliyyət göstərir.

Yüksək dərəcəli bu sənətkar eyn zamanda Quran qəraəti sahəsində də təcrübəyə malikdir və Ramazan ayında axşam əzanından öncə təlavət edilən “Rəbbəna duası” onun ən məşhur Quran təlavətlərindən sayılır. İrəc Bəstami, Şəhram Naziri, Hisaməddin Sərac, Həmid Nurbəxş və Şəcəriyanın öz oğlu, Humayun da onun şagirdləri olmuşlar.

 Məhəmmədrza Şəcəriyan xanəndəlikdən əlavə İran xəttatlıq məktəbinə də çox bağlıdır və hazırda Nəstəliq xətti üzrə yüksək dərəcəli ustadlar cərgəsindədir. O həmçinin Mövlananın qəzəllərini özünün gözəl ifası ilə səhnəyə çıxarmış və kütlələrin irfan şeri ilə tanışlığına səbəb olmuşdur.

Şəcəriyan İranda “Xosrov-e avaz-e İran” kimi tanınır. Bu isə “İranın səs padişahı” deməkdir.

Şəcəriyan

 

Şəcəriyan, Səraye omid

Şəcəriyan, Səraye omid