İran mahnı səhnəsinin cəngavəri, mifik və irfani müsiqi xanəndəsi

Şəhram Naziri

Karvan-e Şəhid həyəcanlandırıcı bir təsnifdir ki, İran-İraq müharibəsi dönəmində İran tərəfindən şəhid düşənlərin xatirəsini yaşatmaq üçün Naziri tərəfindən hazırlanmışdır. Bu əsərdə gözəl səntur ifası ustad Lütfüyə aiddir. İran-İraq müharibəsi dönəmində konservativ və vətənpərvərlik hissini gücləndirən bu təsnif vətənpərvər bir əsər hesab edilir. Bu əsərdə, “İran yolunda şəhid olmaq” yüksək dəyərləndirilir ki, bu da gənclərin arzusudur.

  1. 5 ay, 1 həftə əvvəl
  2. 0
Badkubeh -

Şəhram Naziri 1949-cu il təvəllüdlü musiqiçi, bəstəkar və İranın əsil musiqi sənətçilərindəndir və İran musiqisinin muğam ustadlarındandır. Naziri “Şovaliye” yaxud cəngavərə məşhurdur. Şəhram Naziri özünün bir çox əsərlərində Mövlananın şeirlərindən istifadə etmiş və 30 il sənət həyatında İranın mifik və irfani ədəbiyyatının təlfiqi ilə yeni bir musiqi səbki yarada bilmişdir. Naziri, Mövlana şeirlərindən faydalanmaqla yanaşı, müasir fars şeirinin İran klasik musiqisi üzərində qurmaq sahəsində də avanqard olmuşdur.  Bundan əlavə, Firdovsinin Şahnamə şeirlərini muğam dəstgahında ifa edənlərin sırasında, birincilərdəndir.  O, bu günə qədər 40-dan çox albom çıxarmışdır.

Şəhram Nazirinin ən məşhur təsnifləri kimi Mövlananın şeiri ilə ifa etdiyi “Əndək əndək”(VIDEO), Məczub Əlişahın şeirilə “Atəşi dər neyista”(VİDEO), Məhəmmədrza Lütfünun bəstələdiyi musiqi ilə ifa etdiyi “ Karvan-i şəhid” və özünün yazdığı şeirlə ifa etdiyi “Şeyda şodəm” əsərləri göstərmək olar ki, Bunların çoxu da onun öz yaradıcılığının məhsuludur.

“Şeyda şodəm” təsnifi bir dəfə Şəhram Naziri və Loris Çeknavaryanın birgə konsertində qərb müsiqi alətləri ilə, bir dəfə də “Mövləviyyə” albomunda milli alətlərlə ifa edilmişdir. Həmçinin, Nazirin öz ana dili olan kürd dilindəki ifaları da çox məşhurdur. Nazirinin kürd dilində ifa etdiyi mahnılar sırasında “ Şirin- şirin” və “Varan-varane” kimi qədim təsniflərini göstərmək olar. Bu təsniflərin yen ifası ona məxsusdur.  Şəhram Naziri eyn zamanda dünya şöhrətli sənətçilər sırasındadır. O, 2007-ci ildə “Legion Denor” nişanı,  2014-cü ildə isə “Milli Şovaliye (cəngavər) Ləyaqət” nişanı” ilə Fransa dövləti tərəfindən təltif edilmişdir. Nyu-York Tayms (New York Times) qəzeti ona “Fars Bülbülü” ləqəbini vermiş və “Christian Sciens Monitor” qəzeti isə onu “İranın Luçano Pavarotti”si  adlandırmışdır.   

Peşəkar fəaliyyətinin başlanğıcı

 Naziri hər zaman müxtəlif musiqi məktəbləri və ustadlarından istifadə etməyə səy göstərmişdir. O, 1966-cı ildə Abdullah Dəvami, Nurəlixan Bürumənd, Əbdüləli Vəziri, Mahmud Kərimi və Məhəmmədrza Şəcəriyan kimi ustadların təcrübəsindən istifadəetmək məqsədilə Tehrana yola düşmüş və orada  adı çəkilən ustadların dərsindən faydalanmaqla yanaşı, Əhməd İbadi, Cəlal Zülfinun və Mahmud Haşimi kimi musiqi ustadlarından da Setar çalğı alətini öyrənmişdir. Şəhram Naziri bir il müddətində də Təbrizdə “İqbal Azər”in şagirdləri olmuş Qulamhüseyn bəycəxani, Mahmud Fərnam Qeytançı kimi təbrizli musiqiçi və çalqı alət ustadları ilə birgə fəaliyyət göstərmişdir.   

O, 1975-ci ildə İran Teleradiosunda peşə fəaliyyətinə başlayaraq, “Məhəmmədrza Lütfü”nün rəhbərlik etdiyi “Şeyda” ansamblı ilə birlikdə Mövlana Məsnəvisi əsasında Şeyx Bəhainin bir mahnısını ifa etmişdir ki, bu onun ilk konsert proqramı sayılır.  Daha sonar öz fəaliyyətini “Hüsyn Əlizadə” və “Pərviz Məşkatiyan”ın rəhbərlik etdiyi “Arif” ansamblı ilə davam etdirdi. 1976-cı ildə İranın klasik musiqisi ilə əlaqədar keçirilən ölkə üzrə ilk ümumi imtahanda iştirak edərək, xanəndəlik sahəsində birinci yeri tutmuşdur.

Keyxosrov Purnaziri və Cəlal Zülfinun ilə əməkdaşlıq

Şəhram naziri “musa və Şaban məsnəvisi” albomunu Cəlal Zülfinun və Behzad Füruhərinin əməkdaşlığı ilə, “ Benəmay rox” albomunu İran Klasik Musiqisinin Mühafizəsi və Yayımı  Mərkəzinin çalqı əlat ustadları və Məhəmmədcəlil Əndəlibinin rəhbərlik etdiyi “Mövlana” ansamblının əməkdaçlığı ilə , “Sedaye soxəne eşq” albomunu “Tənbur-i Şəms” ansamblı və “Lale-i Bahar” təsnifini Pərviz Məşkatiyanın rəhbərlik etdiyi “Arif” ansamblının əməkdaşlığı hazırlamışdır.

1981-dən 1985-ci ilə qədər müxtəlif formalarda musiqi və xanəndəlik tədrisi ilə məşqul olmuşdur. O, həmin dönəmdə “Zemestan”, “Beşnov əz ney” və “Nəcva” kimi əsərlərini yayımlamışdır. 1985-ci ildən sonar İran musiqi ansambllarının iştirakı ilə İranın əsil və irfani musiqi bazarına gözəl əsərlər təqdim etmişdir ki, bunların ən parlaq nümunəsi kimi , Hüseyn Əlizadənin əməkdaşlığı ilə “Şurəngiz” əsərini, Cəlal Zülfinunun əməkdaşlığı ilə “ Qole sədbərg” və “ Atəş dər neyistan” əsərlərini və Kambiz Rövşənrəvanın əməkdaşlığı ilə “Yadigar-i dust”, “Saqinamə 1”və “Saqinamə2” əsərlərini göstərmək olar. Naziri, elə həmin dönəmdə Cəlal Əndəlibinin əməkdaşlığı ilə “Biqərar” albomunu, “İran musiqi ustadlarının konsertini” isə Fəramərz Payvərin rəhbərlik etdiyi İran Musiqi Ustadları ansamblının  iştirakı ilə ifa etmişdir.  Qeyd edilməlidir ki, “Qole sədbərg” Nazirinin ən məşhur albomudur və insanlar onu həmin albomda ifa etdiyi “Əndək-əndək” təsnifi ilə tanıyır.

 1990-ci illərdə  Şəharam Nazirinin  çoxsayılı  ifaları olmuşdur ki, bu cərgədə Hüseyn Əlizadənin iştirakı ilə hazırladığı “Novruz” albomunu, Tənbur-i Şəms ansamblı ilə bəstəkarı Keyxosrov Purnaziri olan “ Məhtab ro” albomunu, eləcə də bəstəkarı Fəramərz Payvər olan “Dele şeyda” albomunu göstərmək olar. Şəhram Nazirinin “Kamikarha” (kürd musiqi qrupu) ilə də əməkdaşlığının məhsulu kimi iki ölməz əsərini – Kamkarha konserti 1997 və 1978, göstərmək olar.  O, “ Saz-i no, avaz-i no” və “ Səfər be digər su” adlı iki albomu ilə öz musiqisinidə yeni bir xətti göstərmiş oldu. Belə ki, “Səfər be digər su” əsərini özünün musiqi doktorinası hesab edir.

Şəhram Naziri

 Firdovsi Şahnəməsinin və yeni musiqinin ifası  VİDEO

Şəhram Naziri 2000-ci illərdə yeni musiqi təqdim etmək məqsədilə tədqiqə və yol axtarışına başlamışdır. Burada Firdovsinin Şahnaməsinin ifa edilmə keyfiyyətinin tədqiqi və “Mövləvi” layihəsini göstərmək olar ki, Dünya Mövlana İli dönəmində Nazirinin göstərdiyi fəaliyyətlərdəndir. O, həmin illərdə bir neçə başqa albom da çıxarmış ki, “Aavaz-i əsatir”, “Leyli və Məcnun”, “Luliyan”, “Mövləviyyə” (Rumi şur) və “Səfər-i Osrət” bu albomlar sırasındadır.

2011-ci ildə Şəhram Naziri, bəstəkarı Pejman Tahiri olan və əsasən sərbəst şeirlərdən istifadə edilmiş “Əmir Kəbir” adlı ( İran dövlət xadimlərini vəsf edən) albomunu çıxarmışdır. Ryn zamanda, 6 il sürən təxirdən sonra Şəhram Naziri və Loris Çeknavaryanın birgə konsert albomu çıxarıldı. Bu əsər Maetro Loris Çeknavaryanın rəhbərliyi ilə 2005-ci ildə Ermənistan böyük “Komitas” orkestrasının ifa  etdiyi və sözləri əsasən kürd dilində olan kompozisiya ilə əlaqədardır. İfa olunmuş bu əsərin 4 bölümü - “Zin do hezaran mən-o ma şeyda şodim”, “ Avaz”, “Çəng” və “Ab-i həyat-i eşq”, fars dilindədir. Bu albomdakı mahnıların bir çoxu Nazirinin digər əsərlərində xalq çalğı alətləri ilə də ifa edilmişdir, lakin yuxarıda göstərilən albomda orkestra musiqisi formasında və qərb musiqi alətləri ilə təqdim dilmişdir.  Bəstəkarı “Fərid İlhami” olan və Firdovsi ansamblı tərəfindən ifa edilmiş “Derəfş-i Kaviyani” və “Kaveyi ahəngər”  albomu isə Firdovsi Şahnaməsinin ifası ilə əlaqədardır və Şəhram Nazirinin bir çox əsərlərində olduğu kimi, burada da “tənbur” sazı əsas çalğı əlati kimi seçilmişdir.

Naziri bir xanəndədir ki, əsərləri tikrar edilməz ruha malikdir. O, mahnı ifası və musiqi sahəsində hər zaman yeni bir baxış və yeni bir təcrübə irəli sürməyə səy göstərmişdir. Naziri, 90-cı illərin  sonlarında öz əsərlərində özəl və ritmik harmoniyadan istifadə etmişdir ki, buna misal olaraq “Saz-i no  Avaz-i no”, “Səfər be digər su”, “Luliyan” və “Mövləviyyə” albomlarını göstərmək olar.            

Klasik Müsiqinin Təbliği və Qoruması Mərkəzinin banisi doktor Daryuş Səfvət  təxminən bundan 30 il əvvəl mifik xüsusiyyətlərinə görə Şəhram Nazirinin səsinin dəyərini başa düşərək qeyd edirdi:

“Nazirinin səsində özünə məxsus ağırlıqlar, dişlər və aksentlər mövcuddur  ki, onun səsinə mifik bir duyğu bəxş edir. Mifik olan bu ləhn əsrlər öncə İran avazında mövcud olmuş, lakin tarixi məsələlərdən dolayı öz rəngini itirərək, tədricən aradan getmişdir”.

Mövlanaya xüsusi diqqət

Mövlana şeirlərinin ifası sahəsində Naziri hər zaman bütün xanəndələrin önündə getmişdir. “Musa və Şaban” məsnəvi albomu və “ Sedaye soxəne eşq” Nazirinin 70-ci illərin sonları və 80-cı illərin əvvəllərində irfani müsiqi və irfani şeirə sərgilədiyi yeni yanaşmadır. Bundan əlavə, Naziri 1985-ci ildə Mövlananın 800 illik yubleyi münasibəti ilə də iki əsər – “Qol-i sədbərg” və “Yadigar-i dust” əsərlərini, təqdim etmişdir. İranın ilk müsiqi simfoniyası olaraq “Yadigar-i dust” və İran musiqi əsərləri arasında satış rekordunu qıran “Qole sədbərg” əsəri İran klasik musiqisində sanki bir inqilab yaratmışlar. Mövlananın xatirəsini yaşatmaq üçün bu yubley konserti iki dekada sonra da təkrar təşkil edilmişdir. Nazirinin xaricdə ifa etdiyi digər seçilmiş əsərlərindən biri kimi Mövlana şeri üzərində qurulmuş “Rumi şür” kimi tanınan “Mövləviyyə” albomunu göstərmək olar. Bu əsər 2007-ci ildə ABŞ-ın “Qrammi” (Qramafon) mükafatına layiq görülmüşdür. Bu albomun hazırlanmasında Hind əsilli amerikalı filosof “Dipak Çopra” da iştirak etmişdir.

Mövlana ilində çıxarəlan bu albom dünya üzərində təqdim edilmiş ən yaxşı CD-lərdən biri kimi tanındı. ABŞ-da çıxan “The Boston Globe” və “Los Angeles Times” qəzetləri “Mövlana şeiri hərəkətdə” başlıqlı yazıda Mövlana şeirlərini yaşatmaq istiqamətində Şəhram Naziri və oğlu Hafiz Nazirinin göstərdiyi səyləri işıqlandırmışlar. 

Şəhram Nazirinin gözəl əsərlərindən biri Loris Çeknavaryanın orkestr qrupu və  Mövlananın şeiri ilə ifasıdır. Videosunu yuxarıda təqdim edirik.

Şəhram Naziri 2

Şahnamə oxumaq

 Şəhram Nazirini digər müasir xanəndələrdən fərqləndirən bariz xüsusiyyətlərindən biri, İran avazındakı miflərə və aradan getmiş mifik ləhnlərə onun xüsusi diqqət göstərməsidir. O, ilk xanəndədir ki, Şahnamənin oxunması üçün neçə illik araşdırma apararaq, ABŞ, Fransa və Tunesdə Şahnamə şeirləri ilə çoxsayılı səhnə çıxışları olmuşdur.

Şəhram Naziri Şahnaməni 3 bazada sərgiləmişdir:

- Şahnamənin ifası və İran etniklərinin təfəkkür ab-havası əsasında muğam dəstgahında təqdim edilməsi. Bucür ifa, Tunesin 4000 illik tarixi olan Kartaj şəhərinin Universitetində , eləcə də Fransada keçirilən San Floran festivalında sərgilənmişdir.

- Şahnəmənin Dəstgah musiqi forması əsasında böyük verbal orkesra ilə ifası. Şəhram Naziri “Keyvan Saket”in iştirakı ilə bu sahədə fəaliyyət göstərmişdir.    

- Şahnamənin Hafiz Naziri ilə birlikdə İnterneyşnal Qrupu ilə Nyu-Yorkda ifa edilməsi. Bunu bir nümunəsi kimi, Şəhram Nazirinin 2010-cu ildə Nyu-Yorkun  “Karengi” zalındakı ifasını göstərmək olar.

Şəhram Naziri indiyə qədərki ifaları və göstərdiyi səyləri ilə Şahnamə oxunması istiqamətində genc xanəndələrin fəaliyyətini asanlaşdırmışdır. Şahnəmə şeirləri əsasında ifa edilmiş albomlardan, “Derəfş-i Kaviyani” və “Kaveyi ahəngər” albomlarını göstərmək olar.

Karvan-e Şəhid  (Şəhid Kərvanı) VIDEO

Karvan-e Şəhid həyəcanlandırıcı bir təsnifdir ki, İran-İraq müharibəsi dönəmində  İran tərəfindən şəhid düşənlərin xatirəsini yaşatmaq üçün Naziri tərəfindən hazırlanmışdır. Bu əsərdə gözəl səntur ifası ustad Lütfüyə aiddir. İran-İraq müharibəsi dönəmində konservativ və vətənpərvərlik hissini gücləndirən bu təsnif vətənpərvər bir əsər hesab edilir. Bu əsərdə, “İran yolunda şəhid olmaq” yüksək dəyərləndirilir ki, bu da gənclərin arzusudur.  Bu təsnifin hələ də unudulmayan məşhur tərcibəndi ( şeirin beytlərini bir-birinə bağlayan və müntəzə olaraq təkrarlanan sözü) “”Xak-i İran Kəfənəm”, yaxud “İran torpağı mənim kəfənimdir”. Bu əsərin şairi Huşəng  İbtihacdır, sənturu isə ustad Lütfüyə aiddir.

Şəhram Naziri

 

 



reader's comments

Loading...