Siyasətnamə

İranın dövlət Divanı ənənəsində, “Siyasətnamə” yazmaq

Təbrizli filosof Seyid Cavad Tabtabayinin “Xacə Nizamülmülk” adlı kitabı da bu sahədə yazılmış ən əhəmiyyətli əsərlərdən biridir

  1. 3 ay əvvəl
  2. 0
Seyid Cavad Tabtabayi
Badkubeh -

Əgər nazir və nazirlik qurumunu İran siyasətində xüsusi tarixi əhəmiyyət kəsb edən İran dövlətçilik əsaslarından biri kimi hesab etsək, “Siyasətnamə” yazmaq ənənəsi də bu dövlətin dayanıqlığının  proqram təminatlarından biri kimi sayılmalıdır. Siyasətnamə ədəbi və siyasi bir mətndən söhbət edir ki, nazir və yaxud yüksək rütbəli bilimli bir bürokrat (Divan üzvü) tərəfindən yazılır və çox güman ki, tarixi və öz zamanında baş vermiş olayları şərh etməklə yanaşı, məsələlərin siyasi cəhətlərini təhlil edir.


Xacə Nizamülmülk

Siyasətnamələr sırasında Ərdəşir Bəbəkanın vəziri olan “Tansarın məktubu”nu, “Ərdəşir dönəmi”ni (Ərdəşir Babəkanın vəsiyyətnaməsini), Ərdəşir Babəkanın gördüyü işlərə dair hesabatı, Kəlilə və Dimnəni, Səlcuq Dövlətinin vəziri olan Tusi Xacə Nizamülmülkun Siyasətnamə adlı kitabını və s. göstərmək olar.

Ləyaqətli vəzirlər öz xatirələrində tarix və siyasi təhlilləri də əks etdirməklə, yaxud ədəbi-siyasi mətnin başqa bir növünü xəlq etməklə, Divan üzvləri (bürokratlar) yaşadıqları dönəmin vəziyyətinə dair bizə bir çox tarixi məlumatları çatdırmaqla yanaşı, qədim İrana aid konservativ siyasi ənənəni də davam etdirərək yaşatmışlar.  Missal üçün, Xacə Nizamülmülkün “Siyasətnamə” kitabında, barəsində az əsər qalmış və çox əhəmiyyət kəsb edən tarixi olaylar şərh edilmişdir ki, Babək və Xürrəmilər hərəkatı, Məzdək və məzdəkilər də o cümlədəndir.  Bu kitab italiyan filosof və yazıçı Makiavellinin “Söyləmin təsiri” adlı kitabına da çox oxşayır.   Siyasətnamə oxumaq və Siyasətnamə yazmaq ənənəsinin araşdırılması son on ildə İranda çox əhəmiyyət kəsb etməyə başlamışdır. Təbrizli filosof Seyid Cavad Tabtabayinin “Xacə Nizamülmülk” adlı kitabı da bu sahədə yazılmış ən əhəmiyyətli əsərlərdən biridir. O, bu kitabında  siyasətnamə yazmağı kökü Sasanilər dönəminə qayıdan bir təfəkkür və düşüncə “cərəyanı” kimi hesab edir. Tabatabayinin fikrincə, “siyasətnamələr”, düşüncə, fəlsəfə və siyasi cərəyanın davamlılğına çox böyük kömək göstərmişdir. O, həmin cərəyanı “ İranşəhr düşüncəsi” adlandırır.Xacə Nizamülmülkün Siyasətnaməsi özəlliklə Əhməni padişahı Dara (eə 552-485) və Sasani Ənuşirəvanın ( 531-579)  hökmdarlıq formasına istinadlarla dolu bir əsərdir.Tabatabayinin yazdığına görə,  siyasi düşüncə, xüsusilə də “Siyasətnamə” kitabının birinci bölümündə olduğu kimi, İran yurdunun İranşəhr düşüncəsi əsasında yazılmışdır.