Dərbənd

Sasani Nuşirəvanın Qafqazdakı iris olan Dərbənd şəhəri

Sasanilər və Bizans İmperiyası arasında hərbi-siyasi çəkişmələr zamanı Qafqaz bu iki dövlət arasında bölünmüşdur. Aran üzərində hakimiyyət, İranın əlinə keçmiş və onun qərb bölgələri isə – Ermənistan və indiki Gürcüstan kimi tanınan İberiya əsasən Bizansın müstəmləkəsinə çevrilmişdi.

  1. 6 ay, 3 həftə əvvəl
  2. 0
Dərbənd2
Badkubeh -

Qədim Dərbənd şəhəri, eləcə də ətrafındakı qala divarları “bəşər tarixinin iris”inin bir hissəsi kimi UNESCO Ümumdünya İrisi Siyahısına daxil edilmişdir. Eradan əvvəl 1000-ci illərdən bəri “Dərbənd qalası” Qafqazın şimal və cənub əraziləri arasındakı sərhəddin – Xəzər dənizinin qərb sahillərinin, kontrol edilməsində strateji rol oynayaraq, “Qafqaz Qapısı” adlandırılmışdır. Əhmənilər dönəmində hələ o qədərdə də çöx şəhəri olmayan Qafqaz regionu Əhməni İranın hakimiyyəti tərəfindən alınmış, Makedoniyalı İsgəndərin yürüşudən sonar,  Selevkilər, ardınca isə Arşakilər dönəmində və ayrı-ayrı “Satrap”ların yaranması ilə, təxminən indiki Azərbaycan Respublikasının sərhədləri “ Qafqaz Albaniyası” (farsca: Ərran yaxud Aran) adlandırılmışdır.

Sasanilər və Bizans İmperiyası arasında  hərbi-siyasi çəkişmələr zamanı Qafqaz bu iki dövlət arasında bölünmüşdur. Aran üzərində hakimiyyət, İranın əlinə keçmiş və onun qərb bölgələri isə – Ermənistan və indiki Gürcüstan kimi tanınan İberiya əsasən Bizansın müstəmləkəsinə çevrilmişdi.

Sasanilər dönəmində İranın Aran və Dağıstan üzərindəki hakimiyyəti təhkim edilmişdir. Qafqazın şimalından Xəzərlər və digər köçəri qəbilələrin hücumunun qarşısının alınması məqsəıdi ilə eradan əvvəl V əsrdə bu qalanın ikili divarları Xosrov Nuşirəvan tərəfindən inşa edilmişdir.

Qədim Dərbənd şəhərinin böyük bir hissəsi bu iki divarın arasında yerləşir. Qaya daşları ilə tikilən bu divarların hündürılüyü 15 metrdən artıdır. Deyilənlərə görə, Sasanilər dönəmində həmin qala divarı “İstəmi xaqan”ın Qafqazın şimalından İrana hücumunu önləmişdir. UNESCO bu divarların böyük bir hissəsinin zamanın axarında, eyn zamanda diqqətsizlik və 1500 il əvvəl tikintisində işlədilmiş tarixi daşların oğurlanması səbəbindən pis vəziyyətdə olduğunu bildirmişdir. Bu qala və qala divarlarının strateji əhəmiyyəti onun Qafqaz silsilsinin ətəyində yerləşməsi və dənizlə dağların arasında yeganə keçidi nöqtəsini təşkil etməsindədir. Dərbən qalası və divarları təxminən 15 əsr müxtəlif hakimiyyətlər tərəfindən müdafiə məqsədilə istifadə edilmişdir. Sasanilər hakimiyyətinin son illərində, İranın öncə Bizans və daha sonar ərəblər tərəfindən hücuma məruz qaldığı bir dönəmdə, Orta Asiya və Qafqazın şimalında yaşayan türk qəbilələr “Ton-Yabğu xaqan”ın  rəhbərliyi ilə  İrana qarşı hücuma keçərək, 626-cı ildə Xosrov Pərvizin Bizans kralı Heraklius ilə müharibədə olduğu zaman, Qafqaz qalasını ələ keçirib, Qafqaza axışdılar. İslamdan sonrakı illərdə isə, Dərbən İslam Xilfətinin ( Əməvilər və Abbasilər), moğulların, Teymurun, daha sonar isə Şirvan xanlarının hakimiyyətinin əlində olmuşdur.

Səfəvilər dönəmindən etibarən, İranın hakimiyyəti yenidən təmin edildi, lakin İranın bir regional güc kimi zəiflənməsi, eləcə də daxili iğtişaşların və qanunsuzluqların baş alıb getməsinin ardınca, şimalda yeni güc kimi meydana çıxmış və 300-400 il bundan əvvələ qədər regionda o qədər də önəmli rola malik olmayan Rusiya, Dağıstan və Dərbəınd hakimiyyətini tədricən ələ keçirməkdə idi. Rusiyanın regionun və Dərbəndin üzərindəki hakimiyyəti faktiki olaraq 1806-cı ildə təsbit edilmişdir. “Gülüstan” müqaviləsinin bağlanması ilə 1813-cü ildə Rusiyanın Dərbənd və Dağıstan üzərində hakimiyyəti rəsmi surətdə İran tərəfindən də qəbul edilmişdir.       



reader's comments

Loading...