Qulamhüseyn Bənan

İranı səsələyən nəcibzadə, musiqiçi xanəndə

O, Radio Musiqi Şurasının üzvü, Tehran Musiqi Məktəbinin xanəındəlik müəllimi və İran Musiqi assosiyasının üzvü olmuşdur. Öz dediyinə görə, fəaliyyətini 1927-ci ildən başlayaraq, yalnız dostlarının, tanışların iştirak etdiyi xüsusi yığıncaqlarda peşəkar surətdə mahnılar ifa edirdi.

  1. 2 ay, 3 həftə əvvəl
  2. 0
Badkubeh -

Qulamhüseyn Bənan ( 1911-1981) İran klasik musiqisinin xanəndəsidir ki, onun bu fəaliyyəti  1927-ci ildən 1968-cı illə qədərki zaman kəsimində İran milli musiqi sahəsini əhatə etmişdir.

Onun musiqi sahəsindəki ilk  müəllimləri, atası “Kərimxan Bənan-ül dövle-i Nuri” , anası isə Nasirəddin şahın qardaşı şahzadə Rüknüddövlənin qızı olmuşdur. Bənan daha sonra mərhum “Mirazə Tahir Ziya-ül Zakirin-i Rəsayi”, ardınca isə mərhum “ Nasir Seyf”in təlimindən bəhrələnmişdir. 1942-ci ildən başlayaraq, Bənanın səsi digər müğənnilərlə yanaşı Tehran radiosundan səsləndirilmiş və çox keçmədən, məşhur olmuşdur. Ustad Bənanı həqiqətən də “vəziri-Xaliqi” səbkinin ən böyük ifacısı adlandırmaq olar.

O, Radio Musiqi Şurasının üzvü, Tehran Musiqi Məktəbinin xanəındəlik müəllimi və İran Musiqi assosiyasının üzvü olmuşdur. Öz dediyinə görə, fəaliyyətini 1927-ci ildən başlayaraq, yalnız dostlarının, tanışların iştirak etdiyi xüsusi yığıncaqlarda peşəkar surətdə mahnılar ifa edirdi.

Bənanın radio həyatı 1941-ci ilin sentyabr ayından başlayaraq, səsi Ruhullah Xaliqi kimi sənətçilərin dəstəyi ilə xalqa çatdırılmışdır.

1942-ci ildən etibarən Tehran radiosu Qulamhüseyn Bənanın ifa etdiyi təsnifləri bəzi sənətçilərlərin səsi ilə yanaşı yayımlamağa başlamışdır.  Ruhullah Xaliqi, Bənanın Musiqi assosiyasında iştirakını təmin etmişdir və ilk əməkdaşlığı isə 1 nömrəli orkestra ilə olmuşdur. O, “Qolhaye rəngarəng”- (Rəngarən güllər) proqramının yayımının başlanğıcından etibarən Davud Pirniya-nın dəvəti ilə bu proqrqmın hazırlanmasında iştirak etmişdir. Bənan öz sənət həyatında təxminən 350 təsnif ifa etmişdir. Səsinin gurluğu, zilliyi və elastikliyi onun özünə məxsus səs xüsusiyyəti hesab edilir .

Bənan İranın qədim və klasik mahnıları ilə yanaşı, İranın müasir və modern melodiyaları ilə də tanış sənətçi olmuşdur ki, buna misal olaraq “İlaheyi naz” mahnısını göstərmək olar. Bəzilərinin fikrincə, Bənan “Vəziri-Xaliqi” məktəbinin ən böyük ifaçısıdır. O həmçinin “Ədib Xansarı” ilə birlikdə “Səba” və “Məhcubi”nin əsərlərinin ifaçılarından olmaqla yanaşı, mürəkkəb ifaçılıq və şeirlə musiqini bir-birinə calamaq və təlfiq etməyə qadir bir xanəndə olmuşdur.

O, 1953-cü ildə Ruhullah Xaliqinin təklifi ilə Dövlət İncəsənət baş İdarəsinə köçürülmüş və Milli Musiqi Məktəbində xanəndəlik müəllimi kimi fəaliyyətə başlamışdır. Daha sonra, 1955-ci ildə Radio Musiqi Şurasının rəhbəri vəzifəsinə təyin edilmişdir.  Qulamhüseyn Bənan “Qolhaye cavidan”, “Qolhaye rəngarən” və “Bərge səbz” kimi musiqi proqramlarınin fəaliyyətinin başlanğıcından bu proqlamların hazırlanmasında yaxından iştirak etmiş və bu xanəndədən çoxsayılı və rəngarəng əsərlər mövcuddur.

Adı çəkilən proqramlarıda Ruhullah Xaliqi, Əbulhəsən Səba, Murtəza Məhcubi, Əhməd İbadi, Hüseyn Tehrani və Əli Təcvidinin də sıralarında yer aldığı musiqi ustadları da Bənanla əməkdaşlıq etmişlər.

 Mahnıları

Bənanın ifa etdiyi mahnılardan bəzisini aşağıdakı kimi sadalamaq olar:

Şur dəstgahında Azərbaycan mahnısı, Busəlik dəstgahında “ Amədi canəm be qurbanət vəli hala çera, Dəşti dəstgahında, “İlaheye naz” İsfahan dəstgahında “Bahar-i dilnişin” və “ Buy-i cuy-i muliyan”,  “Tuşe-i omr” təsnifi Humayun dəstgahında, “Məra aşiqi şeyd” və “Mən əz ruz-i əzəl” segah dəstgahında vədəşti dəstgahlnda “ Nəvayi ney” təsnifiləri və “ Ey İran” marşı bu sənətçinin ifa etdiyi əsərlər sırasında göstərmək olar.

Həyat yoldaşının vurğuladığına görə, Bənan özünün “ Hala çera” və “Kərvan” mahnılarını digər əsərlərinə nisbətən daha çox bəyənir və deyirdi ki: “ Kərvanı ölümümdən sonra üçün oxumuşam”. O, ömrünün son günlərində “ Röyay-i həsti” mahnısına həddindən artıq əlaqə göstərərək, hətta bu mahnı ilə ağlayırdı.

Ustad Bənanın ölməz ifaları

Sədinin “Həme omr bər nədarəm sərəzin xomar-e məsti , ke hənuz mən nəbudəm ke to dər deləm neşəsti”  qəzəli ilə başlayan Mahur, Sədinin “ Çenan dər qeyde mehrət paybəndəm , ke quyi ahuye sər dər kəməndəm” şeiri ilə başlayan Deyləman, eləcə də “Aməd əmma dər neqahəş an nəvazişha nəbud”  şeirlə başlayan İsfahan mahnısı ustad bənanın ölməz əsərlərindəndir.

Bənan və İranın milli marşı

“Ey İran”, Ruhullah Xaliqinin əsəri olan İranın milli marşı və ən məşhur milli və vətənsevərlik  duyğuları daşıyan təsniflərdəndir ki, II dünya müharibəsi zamanı İranın işqal edildiyi bir dönəmdə, faşist Almaniyanı dəstəkləmək bəhanəsi ilə bəstələnmişdir.

“Ey İran” şeirinin qabarıq xüsusiyyəti onun bütün sözlərinin fars dilində olması və tərkibində heç bir yad klələmənin işlədilməməsidir.

Bu marş ilk dəfə 1944-cü ilin oktyabr ayında Tehranın İstanbul küçəsində yerləşən Hərbi Məktəbin nümayiş zalında “Qulamhüseyn Bənan” tərəfindən iki gecə ifa edilmişdir. “EY İran” marşı dinləyənləri o qədər etkiləmişdir ki, onlar bu marşın təkrar ifa edilməsini tələb etmişlər və bu tələb əsasında da marş 3 dəfə təkrarən ifa edilmişdir.  Marşın təsiri və ona göstərilən rəğbətdən dolayı o vaxtın Mədəniyyət Naziri bu mahnının fonoqrama yazılması və Tehran Radiosundan hər gün yayılması üçün müsiqi qrupunu Səs Yayım Mərkəzinə dəvət edir. Bu milli əsərin ilkin və nadir icrasının səs yazısını əldə etmək çətindir. Bu marşın daha sonrakı ifası Qulamhüseyn Bənanın səsi ilə 1958-1963 illər arasında yayımlanan “Qolha” proqramına aiddir. 1971-ci ildə də bu marşın radio operası İran Milli Teleradio Təşkilatının böyük orkestrasının iştirakı, Fərhad Fəxrəddininin  dirijorluğu və təbrizli  sənətçi İsfəniyar Qarabağının səsi ilə yayımlanmışdır..

Qulamhüseyn Bənan ey iran

  Bu əsərin başqa ifaları da mövcuddur və burada “Hüseyn Sərşar” və “Rəşid Vətəndust”un səsi ilə ifa odilmiş əsərləri göstərmək olar. 1990-cı ildə Ruhullah Xaliqinin ölümünün 25-ci ildönümündə iştirak etmək üçün Tehranda səfərdə olan qızı “Qolnuş Xaliqi” bu marşın orkestra, solo konsert və xor ifası üçün nəzərdə tutulmuş nüsxəsini yenidən tənzimləmişdir ki, bu da “Suruş” nəşriyyatı şirkəti vasitəsilə “Mey-i Nab” adlı albomda yayımlanmışdır. Bu nüsxədə solist kimi çıxış edən xanəndə isə Rəşid Vətəndustdur.

İran Milli Orkestrası 2004-cü ildə bu marşın ərsəyə gəlməsinin 60-ci il dönümündə, onu Tehranın “Vəhdət” sarayında icra etmişdir ki, zalda hazır olan 700 nəfər tamaşaçı da bu marşı oxumaqda səs-səsə vermişdir.

Bu marşın İslam İnqilabından öncə və sonra da İranın “rəsmi” milli marşı olmadığına baxmayaraq, belə görünür ki, İran xalqı onu “milli marş” kimi qəbul edir və öz yığıncıqlarında onu milli marş kimi oxuyur.

“Bənan” Qacar tayfasından olan nəcibzadə musiqiçi olmuşdur və onun ifalarının İranın əsil və klasik musiqisində özünə məxsus yeri vardır. Bənanın adı isə hər şeydən əvvəl “Ey İran” marşı ilə bağlıdır. 

Dünyanın ən böyük Növruz konsertində İnsanlar “ Ey İran” mahnısını oxuyurkən

Dünyanın ən böyük Növruz konsertində İnsanlar “ Ey İran” mahnısını oxuyurkən