15 may Şahnamənin xaliqi Firdovsinin doğum günüdür

İmam Xamneyi və Firdovsi

“Şahnəməyə baxanda görürsən ki, Allahın birliyinə inam(tövhid), təvəkkül, Allaha güvənmək, haqqa güvənmək və haqq yolunda mübarizə ruhu , bəzən incə və gizli bir cərəyan kimi, bəzən də geniş bir cərəyan olaraq Şahnamənin əvvəlindən axirinə qədər sezilir. Bunu ayrıd etmək, görmək və qavramaq olar.

  1. 6 ay, 1 həftə əvvəl
  2. 0
Firdovsi
Badkubeh -

15 may Şahnamənin xaliqi Firdovsinin doğum günüdür. O, 935-ci ildə İranın Tus şəhərində əkinçi bir ailədə anadən olmuşdur və  994-cü ildə Şahnəmə əsərini xəlq etmişdir. O, ərəb işqalına qarşı ədəbi bir hərəkatın öndərlərindən olmuş və  Zaman içində fars dilli mütəfəkkirlər ona həkim ləqəbi verərilmişdir. Həkim Əbülqasim Firdovsi öz dediyi kimi Şahnəmənin nəzmə çəkmək üçün 30 il zəhmət cəkmiş və bu əsəri ilə də fars dilini ehya etmişdir.

Bəsi rənc bordəm dər in sal si  ( çox əziyyət çəkdim bu otuz ildə)

Əcəm zende kərdəm bedin parsi ( əcəmi diriltdim farsi ilə)  

Fars dili və ədəbiyyatının qorunmasında unikal yeri olan bu şairin ölümündən 1000 ildən çox keçməsinə baxmayaraq, fars dilli ədəbiyyatçıları və ümumiyyətlə bütün İranlılarla yanaşı fars dilinə rəğbət bəsləyən  bütün insanlar bu şairin fars dilini qorumaq və diri saxlamaq naminə səgilədiyi böyük əzmindən dolayı onu hörmətlə anır. İran islam Respublikasının ali dini rəhbəri imam Xamneyi də Həkim Firdovsiyə böyük rəğbət bəsləyənlər sırasındadır. İmam Xamneyinin Həkim Əbulqasim Firdovsi haqqında müxtəlif zamanlarda və münasibətlərdə marağlı fikirlər bildirmişdir ki, buna misal olaraq, “Qələm Assosiyası” üzvləri ilə  27 yanvar 2003-cü il tarixindəki 

görüşü zamanı qeyd etdiyi sözlərini göstərmək olar:

“Keçirilən bu yubiley mərasimin təməli də əsasən mənim göstərişimə və tələbimə uyğun olaraq qoyulmuşdur. Ancaq, mənim prezidentlik dövrümün son günləri olduğundan, cənab mühəndis Hüccətə tapışırdım ki, bu iş davam etdirilsin və Firdovsi böyüdülsün. Firdovsi gərək də böyüdülsün, Firdovsi zirvədədir. Ümid edirəm ki, bu istiqamətdə yerinə yetirilməsi lazım olan işlərdə (dostların vurğuladığı) qüsurlar yaxamızı tutmasın və Firdovsinin hikmətini açıqlaya bilək. Ona “Həkim Əbülqasim Firdovsi” adını verən din düşmənləri deyil, biz olmuşuq. Yaxşı, indi görək bu həkim kimdir və hikməti isə nədən ibarətdir? Görəsən zərdüştlük hikmətidir, ateistlik hikmətidir, padişahlıq hikmətidir, yoxsa İslam hikmətidir? Bunun aydınlaşdırılması mümkündür”.  

“İsfəndiyar”  bizim bugünkü hizbullahçı uşağlarımız kimidir!

“Şahnəməyə baxanda görürsən ki, Allahın birliyinə inam(tövhid), təvəkkül, Allaha güvənmək, haqqa güvənmək və haqq yolunda mübarizə ruhu , bəzən incə və gizli bir cərəyan kimi, bəzən də geniş bir cərəyan olaraq Şahnamənin əvvəlindən axirinə qədər sezilir. Bunu ayrıd etmək, görmək və qavramaq olar. Özəlliklə də Şahnamənin bəzi şəxsiyyətləri digərlərindən çox fərqlənir ki, bunları tanımaq və ayrıd etmək lazımdır. Bir zamanlar demişdim ki, “İsfəndiyar”  bizim bugünkü hizbullahçı uşağlarımız kimidir!  Şahnamə mədəniyyətində dinsevər və qeyrətli olan mübariz bir hizbullahçı vardır. Bəli, siz bu işi yerinə yetirin ki, başqaları etməsin. Əgər siz etməsəniz, başqaları edəcəkdir”.


reader's comments

Loading...