Kəlat-i Nadiri (Nadir Kəlatı) haradadır və necə yerdir?

Nadir Şahdan mifoloji dövrə qədər ( Firud qalası və Kasarud)

Nadir Şahın düşərgəsi olan məkan “ Qəsr-i Xurşid” (Günəş sarayı) adlanır. Girdə bir binadır ki, sayı ilin günləri ilə bərabər olan şaquli çıxıntılarla örtülmüşdür və bunların sayısı əsasında, günləri və ayları hesablamaq olar.

  1. 2 ay, 1 həftə əvvəl
  2. 0
Qəsr-i Xurşid
Badkubeh -

Kəlat, bugün mərkəzi Xurasan ostanının tabeliyində olan şəhərlərdən birinin adıdır. Nadir Şah dönəminin Kəlatı barədə əvvəllər də bəzi hekayələr eşitmişdim. Qədim tarixçilərdən Məhəmmədəmin Gülüstanə “Kəlat” barədə bu sözü işlətmişdir: “Yer üzünün əcaib məkanlarından”. (Mücmilül-Təvarix-i Gülüstanə: s 18)

Bir müddət əvvəl Kəlata səfər etməyim üçün fürsət düşdü. Bu səfərdə mənimlə yoldaşlıq edən təcrübəli bir dost, Kəlat barədə mənə hekayələr danışdı. Şəhərin ətrafını dırmanıb-aşmağı mümkün olmayan üzun bir dağ silsiləsi ilə örtülmüşdür. Nağıllarda belə bir söylənti var ki, əgər bu dağın zirvəsindən un tökərsən, tozu da də daşda-torpağda qalmaz. Bu doğru olmasa da, dağların arasında təkcə bir keçid vardır ki, onu yalnız bir-iki nəfərlə də qorumaq olar. Oradan çəkdiyim fotoşəkili bu yazıda təqdim edirəm.

Dağ divarını keçib Kəlata daxil olduqda, özünü kiçik və öz sükunəti ilə dayanıb duran bir şəhərdə  görürsən. Buranın insanları əsasən əkinçiliklə məşğuldur. Kəlatın özünün təmiz düyü məhsulu da vardır ki, onun dadını və ətirini yoxladım.

Nadir Şahın düşərgəsi olan məkan “ Qəsr-i Xurşid” (Günəş sarayı) adlanır. Girdə bir binadır ki, sayı ilin günləri ilə bərabər olan şaquli çıxıntılarla örtülmüşdür və bunların sayısı əsasında, günləri və ayları hesablamaq olar.

Sarayın daşdan tikilmiş xarici divarlarının üzərində Hind üslubunda naxışlar yonulmuşdur. Görəsən Hindistandanlı sənətkarlar buraya gəlibmişlər?  Bunu  cavabını kimsə bilmir. Lakin aşağıdan başlanan naxışlar, saray divarının yuxarısına çatmadan bitmişdir. Bu da ona görədir ki, sənətkarların naxışlar üzərində işlədiyi zaman, Nadir Şahın ölum xəbəri çatır və onlar bu xəbəri duyduqdan sonar işi dayandırırlar.

Sarayın iki divarı vardır və elə tikilmişdir ki, zəlzələ baş verərsə ona ziyan dəyməsin.  

Kəlatın bundan başqa bir çox görməli və hekayəli məkanlar də var.  Bunlardan biri, tarixi çox qədimə qayıdan “Firud qalası”dır ki, onu göstərən bir fotoşəkili də təqdim edirəm. Bu qalanın hekayəsi Firdovsinin Şahnamə əsərində yer almışdır.

Digər görməli yerlərdən bir, “Kasarud” kəndidir ki, deyilənlərə görə “Kasərud” asvaşının (Firdovsinin də şərh etdiyi çox qədim savaşlardandır) baş verdiyi yerdir.  

 

kəlat nadiri permanent link