kitabının 90 illiyi

Əhməd Kəsrəvi və “ Azəri, qədim Azərbaycanın dili”

İmam Xumeyninin (r.ə) Kəsrəvinin digər sahələrdəıki yanaşma tərzinə tənqidli baxışı olmuş, lakin Kəsrəvinin tarixçilik səbkinə baxışı üst-üstə müsbət qiymətləndirilir. İmam Xomeyninin (r.ə) fikrincə: “Kəsrəvi yaxşı yazar idi, lakin qürura düçar oldu”. İmam (r.ə) sözünün davamında qeyd edir: “ O, Quranı qəbul edirdi, amma düaları inkar edirdi”. Başqa yerdə isə Kəsrəvinin “tarix” əsərlərinin əhəmiyyətini vurğulamışdır.

  1. 1 ay, 4 həftə əvvəl
  2. 0
Əhməd Kəsrəvi
Badkubeh -

Əhməd Kəsrəvinin Azərbaycanın yerli dili haqqında 50 səhifədən ibarət araşdırma əsərinin çapından 90 il keçir. 1304 günəş ili/ 1925-ci miladi ildə nəşr edilən bu kitabın bütün çatışmazlıqları və güclü cəhətlərinə baxmayaraq, Azəırbaycanın yerli dili haqqında ən təsirli kitablardan olmuş və ondan uzun illər sonra da bu diyarın yazarlarının və mütəfəkkirlərinin diqqətini çəkərək, onları bu məsələ ətrafında fikirləşməyə sövq etmişdir.

Kəsrəvinin bu araşdırması yayımlandığından sonra ölkə daxili və beynalxalq səviyyədə müsbət qarşılanmışdır. Alman İranşünası Heninq bu əsərdən çox istifadə etmiş və faydalanmışdır və İslam Dünyası Ensklopediyası həmin araşdırmaya və onun təsirləri və nəticələrinə əsasən öz girişində dəyişiklik etmişdir.

Bu 90 il ərzində araşdırmacı və yazarlar, əsasən də azərbaycanlı araşdırmac və yazarlar bu məsələyə dair təxminən 15 kitab və onlarla məqalə qələmə almışdır ki, bu yazının davamında onlardan bəzilərini nəzərdən keçirəcəyik. Bu əsərin mübahisələrə səbəb olması, onun nə qədər ciddi əhəmiyyət daşıdığının göstəricisidir və belə bir araşdırma xarakterli əsərin Azərbaycanın, xüsusilə də Təbrizin ziyalı cəmiyyəti tərəfindən müsbət qarşılanması, onun  dərinliyinə və təsirli olmasına dəlalət edir.

Əlbəttə, Kəsrəvinin tarix səhəsindən kənar digər sahələrdəki baxış və düşüncələri ciddi surətdə, haqlı olaraq tənqid edilir.  Kəsrəvi mübahisə yaradan bir şəxsiyyət olmuşdur ki, fars ədəbiyyatı, Fars Dili Mədəniyyət Mərkəzi, siyasət və din kimi məsələlərdə əsasən qəbuledilməz fikirlər gündəmə gətirimişdir. Lakin, tarix sahəsində, xüsusən də məşrutə tarixi və Azərbaycanın 18 illik tarixi ilə əlaqədar olan olayları çox diqqətli və təfərrüatı ilə şərh etmişdir. Tarixi araşdırma olan “Azəri dili” risaləsi də bu qaydadan kənar deyildir.

Baxmayaraq ki, İmam Xumeyninin (r.ə) Kəsrəvinin digər sahələrdəıki yanaşma tərzinə tənqidli baxışı olmuş, lakin Kəsrəvinin tarixçilik səbkinə baxışı üst-üstə müsbət qiymətləndirilir. İmam Xomeyninin (r.ə) fikrincə: “Kəsrəvi yaxşı yazar idi, lakin qürura düçar  oldu”.  İmam (r.ə) sözünün davamında qeyd edir: “ O, Quranı qəbul edirdi, amma düaları inkar edirdi”. Başqa yerdə isə Kəsrəvinin  “tarix” əsərlərinin əhəmiyyətini vurğulamışdır.

Azəri dili risaləsinin yayılanmasından sonra, Kəsrəvinin araşdırmasnın davamı kimi təbrizli və azəri yazarlar tərəfindən bir çox əsər və kitab qələmə alınmışdır. Həmin əsərlərin siyahısını hazırlamaq oqədər də asan bir iş deyil, lakin bunlardan ən məşhurlarını aşağıdakılardan ibarətdir:

1.    Nasih Natiqdən: Azəri dili və İranın milli birliyi ( Zəban-e Azəri və vəhdət-e melli-e iran)

2.    əllamə Məhəmməd Qəzvinidən: Azəri yaxud Azərbaycanın qədim dili(Azər ya zəban-e bastan-e Azərbaycan)

3.    Mənuçehr Mürtəzəvidən: Azərbaycanın əski dili ( Zəban-e dirin-e Azərbaycan)

4.    Sadiq Kiyadan: Azəriqan, Azəri ləhcəsi barədə məlumatlar( Azəriqan, Agahihayi də bare-e quyeş-e Azəri)

5.    Rəhim Rzazade Məlikdən: Azəri, Azərbaycanlıların əski ləhcəsi( Azər, quyeş-e dirin-e mərdom-e Azərbaycan)

6.    İnayətullah Rzadan: Azərbaycan və Aran

7.    Məhəmmədəli Riyahi Xoyidən: Bizim dilimiz və qonşular, Aərbaycanın qədim dilinə dair bəzi mülahizələr (Zəban-e ma və həmsayeqan, molahezati dər bare-e zəban-e kohən-e Azərbaycan)

8.    İrəc Əfşardan: Azərbaycanda fars dili( Zəban-e farsi dər Azərbaycan)

9.    Abduləli Karəngdən: Azərbaycanın qədimdilinin iki ləhcəsi kimi, Tat və Hərzən ( Tatoi və Hərzəni do ləhce əz zəban-e bastan-e Azərbaycan)

10.     Firuz Mənsuridən: Azərbaycan tarixi, dili və mədəniyyətinə dair tədqiqlər ( motaleati dər bare-e tarix, zəban və fərhəng-e Azərbaycan)

11.     Hüseyn Novindən: Aəri dilinin Azərbaycandakı tarixi(Tarix-e zəban azəri dər Azərbaycan)

12.     Kiyamehr Firuzidən: Azərbaycan türk deyil, türkdillidir(Azərbaycan tork nist, torkzəban əst)

13.     Firuz Mənsuridən: Azəri lüğət toplusu (Fərhəng-e vajeqan-e Azəri)

14.     Camaləddəin Fəqihdən: Atropatkan, Azərbaycan və ədəbi hərəkat(Atropatqan, Azərbaycan və nehzət-e ədəbi)

15.     İqrar əliyevdən: Atropaten tarix

Kəsrəvinin bu risaləsi milliyyətçiərin, diplomatların, yazarların və aydlnların düşüncəsini bilavasitə öz təsiri altına almışdır. Bu kimi məşhur azəri şəxsiyyətlərin sırasında Sadiq Rzazade-i Şəfəq, Abbas Zəryab Xubi və Kazım Azərinin adını çəkmək olar.

Cavad Heyət

1990-ci illərin ortalarına qədər  Kəsrəvinin nəzəriyyələri Təbrizdə və Azərbaycanda tam dominantlıq təşkiltam dominantlıq təşkildi və o vaxta qədər Kəsrəvinin müəllifi olduğu əsərlərin tənqidində ciddi təsirə malik olan hər hansı bir məqalə və yaxud da kitab yazılmamışdır. əlbəttə Cavad Heyətin “Türk dilinin ləhcələrinə baxış” adlı kitabı 1364/1985-ci ildə yayımlanmışdır. Bu əsərin başqa bir baza üzərində yazıldığına baxmayaraq,  demək olar ki, türklərin Qəznəvilər dönəmindən Səfəvi dönəminə qədər Azərbaycana köç etdikləri barədə Kəsrəvinin nəzəriyyəsini tamamlamışdır. O, adı çəkolən kitabının 168-169 səhifələrində yazır:

“ Qərb tarixçılərin  əksəriyyəti bu fikirdədirlər ki, bu dil Səlcuq türklərin gəlişindən sonra – XI əsrdən, xalqın əksəriyyətinin dilini təşkil etmişdir və monqolların hegemon olmasından və XIII əsrdə Elxanilər dönəmində türklərin yeni köçündən sonra bu diyarın kütləvi dilinə çevrilmişdir... Heç şübhəsiz ki, Azərbaycanda türk dilinin tarixi, türk tayfaların bu bölgəyə köçməsinin tarixi ilə bilavasitə  əlaqədardır”.

“Azəri, Azərbaycanın qədim dili” kitabının birinci nəşrindən 72 il sonra, 1997-ci ildə Kəsrəvinin nəzəriyyəsinə açıq-aşkar qarşı gələn Məhəmmədtağı Zehtabinin “İran türklərinin əski tarixi” adlı kitabı yayımlanmışdır. Lakin, heç bir zaman “elmi nəzəriyyə” pilləsinıə yüksəlmədi və saxtakarlıqlarla emmosiyalar toplusu səviyyəsində qaldı.

Zehtabi

Bu kitabın ön sözündən də göründüyü kimi, bu öncədən müəyyən edilmiş niyyətlər istiqamətində yazılmış bir əsərdir. Bu kitabda Zehtabinin fikrincə Qafqaz, İranın qərbi, İkiçay Arası və Anadolu rgionunun bütün etnik qrupları əsasən türkdür, əks təqdirdə bunun səh olması sübuta yetiurilməlidir.  Zehtabinin Demokrat Firqəsində iştirakı və daha sonra Sovet İttifaqında məskunlaşması, eləcə də 1970-ci illərdə Bəəs Partiyası və Səddamla əməkdaşlıq kimi əməlləri, onun sözügedən əsərinin elmi etibarını və sənədliliyini kəskin surətdə sual altına qoymuşdur. Ümumilikdə isə, bu kitabda müəyyən metodoloji mövcud deyil və elmi tədqiq və araşdırmanın ilkin prinsiplərinə də rəayət edilmir.  

2010-cu ildə də Hüseyn Məhəmmədzadə Sədiq adlı digər ideolojik yazarın “Azəri dili fərziyyəsi və Kəsrəvi” adlı kitabı nəşr edilmişdir. Bu kitabın yazarı da Zehtabi kimi türkçülük yolunda irəliləməyə səy göstərmişdir. Həmin kitab müşahidəçilər tərəfindən ciddi bir araşdırma əsərindən daha çox “təxribatnamə” olaraq dəyərləndirilmiş və tədqiq yönümlü samballı jurnallardan biri Sədiqin bu əsərinin, eləcə də digər əsərlərinin tənqidində 40 səhifəlik yazı dərc etmişdir.

“Məsud İrfanyan” İran və Azərbaycan tarixinin araşdırmacılarındandır. Onun bir çox əsər və məqalələri “Qoftequ”, “Ketab-e Mah-e Tarix”,  “Neme-e Bəharistan” və s. kimi ixtisaslı jurnallarda yayımlanmışdır. O, “Azəriha ( azərilər) dərgisi redaksiyasının həqiqi üzvüdür və uzun illərdir ki, tarix prizmasından etnik məsələləri araşdırır.

Kəsrəvinin risaləsinin yayımlanmasının 90 illiyi münasibətilə “İrfanyan”ın məqaləsi ilik dəfə Badkubə  saytında verilir. Bu məqalənin birinci hissəsində düşüncəsini ideoloji çərçivədə məhdudlaşdıran və qeyri akademik tənqidçilər tərəfindən təhrif edilmiş iki mühüm məsələ nəzərdən keçirilir:

Birincisi, “Azəri, qədim Azərbaycan dili” kitabının yayımlanma tarixi 1925-ci ilə təsadüf edir və çox güman ki, yazar (Kəsrəvi) o tarixdən ən azı bir il əvvəl bu əsəri yazmağa yönəlrək, araşdırmalarına başlamışdır. Buna əsasən demək olar ki, onun bu əsərinin Rza şahın 20 illik hakimiyyəti dönəmindəki İran hökumətinin nasionalist proqramları və məqsədləri ilə hər hansı bir əlaqəsi yoxdur. Qeyd etmək lazımdır ki, Rza şahın tacqoyma ( taxta çıxma) mərasimindən on il sonra, 1935-ci ildə Fars Dili Mədəniyyət Mərkəzi fəaliyyətinə imkan yaradılmışdır.

İkincisi, “Əl-İrfan” qəzetində dərc edilmiş “Əl-lüğətül türkiyyə” məqaləsi  Kəsrəvinin yaşlandığı dövründə deyil, onu Azərbaycan dili və tarixi barədə ciddi araşdırmalarından əvvəl və 1300-1301/1920-1922-ci ildə yazılmış, 1922-ci ilin fevral ayında isə “Əl-İrfan” qəzetində dərc edilmişdir.