Molla Nəsrəıddin qəzetindən bir karikatura:

Nizami Gəncəvinin qərbyönlü türklərin tərəfindən Arazın şimalından xaric edildiyi vaxt

Bu karikaturada iranlılığın müxtəlif hissələrinin Arazın şimalından xaric edilməsi təsvir edilmişdir: Siyasi hakimiyyətdən tutmuş, məzhəb və hətta Nizami Gəncəvi də daxil, klasik ədəbiyyata qədər (eşşəyin belində oturmuş axundun əlindəki Leyli və Məcnun seçilir).

  1. 2 ay, 1 həftə əvvəl
  2. 0
mollanəsrəddin
Badkubeh -

Neçə vaxtdır ki, “Nizami Mərkəzi” Bakı rejiminin “tarixin təhrifi aparatı” tərəfindən Oksford Universitetində fəaliyyətə başlamışdır. Sözügedən mərkəz, Oksford Universitetinin İranşünaslıq institutunda adıçəkilən hakimiyyətin xərclədiyi pullar və maddi yardımları hesabına fəaliyyət göstərməkdədir.

Nərgiz Paşayeva ( İlham əliyevin baldızı) tarixin bu sayaq təhrif edilməsi və saxtalaşdırılması istiqamətində aparılan səylərə başçılıq edir və gahdan bir İngiltərəyə səfər edərək, tarix və mədəniyyət mövzularında sözdə “elmi konfranslar” düzənləyir. Əlbəttə, belə görünür ki, Oksford akademikləri Nizami Mərkəzinin arxasındakı uşaqca saxtakarlıq niyyətlərin olduğunu yaxşı bilir və bu günə kimi də bir neçə əsərin tərcümə və icra edilməsindən başqa, onların sözügedən mərkəzin “siyasi” məqsədləri qarşısında təslim olmasına dəlalət edən hansısa xüsusi bir addım atmamışlar.

Məsələ bundan ibarətdir ki, Azərbaycan Respublikasındakı təhrif edici yazıların elmi etibarlılığı həmin ölkənijn sərhədlərindən irəli getmir və onun sərhədləri xaricində və beynalxalq universitet təşkilatlarında heç bir dəyəri yoxdur. Bu səbəbdən də Oksford Universitetində pul paylamaqla anti-elmi təhriflərinin bir hissəsini beynalxalq səviyyəyə qaldırma missiyası Nərgiz Paşayeva, Akif Əlizadə və Mikayıl Cabbarov kimi şəxslərə tapışırılmışdır.

Bugün, Nizami Gəncəvinin “türk adlandırılıb, azərbaycanlı təsəvvür edilməsi”nin israrla vurğulanması  Azərbaycan Respublikasında kimlik yaratmaq istiqamətində aparılan səylərdə əhəmiyyətli yer tutmuşdur. Deyilənlərə görə, bu məsələdə israrın başlanğıc tarixi Stalin dönəminə (1939-cu ilə ) qayıdır. Lakin, Mirzə İbrahimov və Mircəfər Bağırov kimi şəxslərin bu prosesdə hansı rola malik ola bilmələrini söyləməyə ehtiyac yoxdur.

3 aprel 1939-cu il tarixində öz müsahibəsində Nizamini azərbaycanlı adlandıran və bu şairin bəzi əsərlərinin də türk dilində olduğunu iddia edən də məhz Stalin olmuşdur. Pravda yazır: Yoldaş Stalin ədiblərlə görüşündə azərbaycanlı şair Nizami barədə danışırdı və onun bəzi əsərlərini sitat gətirirdi ki, sırf fars dilində şeir yazdığına istinad edilərək Nizaminin iranlı olması haqda nəzəriyyəni  rədd etsin”( Pravda qəzeti, 3 aprel 1939).

Stalinin bu sözlərindən sonra isə, mirzə İbrahimov və Doktor Rəfiəli kimi şəxslər SSR Ümumittifaq yubileyləri kampaniyası çərçivəsində keçirilən Nizaminin 800 illik yubileyində Stalinin bu kəşfinə istinad edərək, Nizamini türk azərbaycanlıadlandırdılar. Bir halda ki, onların heç biri, Nizaminin şeirlərinin türk dilində olan hissələrini kimsəyə təqdim etmədilər!

Daha sonra əmin “üzdəniraq” araşdırmacılardan biri, nadir bir sənəd əldə etmişdir ki, həmin sənədə görə Nizami türk olduğunu və ata-babalarının da hamısının türk olmasını özü açıqca etiraf edir. sohbər o sənəddən gedir ki, bu günə qədər bütün fars dili üzrə mütəxəssis və alimləri ona sadəcə gülməklə reaksiya göstərmişlər.     

Sözügedən sənəd bir şeirdən ibarətdir ki, nə qafiyəsi düzdür( farsca qurd –Qorg, türk-tork, sözü ilə eyn qafiyə kimi işlədilmişdir), nə də onun səbki Nizami dönəminin şeir səbki olmuş İraqi səbki ilə uyğundur.  

Bu cəfəng şeir Nüşabə Araslının yazdığı “ Nizami türk ədəbiyyatında” adlı kitabında ( Bakı, 1980, Elm Nəşriyyatı) aşağıda olduğu kimi dərc edilmişdir:

Sovet Azərbaycan Respublikasının tanınmış yazıçılarından olan Əli Gəncəli, Nizaminin Leyli və Məcnun kitabına( türk şairi M.K Kurtuncanın tərcüməsi) yazdığı müqəddimədə qeyd edir ki, Nizaminin özünün və ata-babalarının türk olduğunu etiraf etdiyi şeirinin bu beytini İstanbulun Ayasofiya kitabxanasında saxlanılan hansı əlyazma nüsxədə gördüyünü “xatırlamır”. Həmin beyt belədir:

پدر بر پدر مر مرا ترک بود

mənim atalarım və babalarımın hamısı türkdü

به فرزانگی هر یکی گرگ بود

Ağılda isə onların hər biri bir qurddu

Məsələ burasındadır ki, Gəncəli bu beyti adıçəkilən kitabxanada saxlanılan qədim əlyazmaların hansı nüsxəsində gördüyünü xatırlamır! (5)

Digər tərəfdən, Nizaminin bu beyt şeiri onun kitablarının heç birində ( Leyli və Məcnun, Yeddi Gözəl, Şirin və Fərhad və...) görünmür, bir halda ki, həmin əsərlərdə Nizamidən bir çox şeir vardır ki, bu şeirlərdə türklər, türk dili və irqi pislənir!

İndi biraz da geriyə, Çar dönəminə qaydaq. O dövrdə, Bakı mətbuatının İran şairlərini Azərbaycanlı kimi qələmə vermək qayğısı yoxdur. Onların qayğısı təkcə bundan ibarət olmuşdur ki, İran mədəniyyəti öz buxçasını bağlayıb və Arazın şimalından Arazın cənubuna tərəf geri çəkilsin. Molla Nəsrədddin qəzetində dərc edilən karikaturada belə bir tələbin bəzi aspektləri aydın surətdə görünür.   

Bu karikaturada iranlılığın müxtəlif hissələrinin Arazın şimalından xaric edilməsi təsvir edilmişdir: Siyasi hakimiyyətdən tutmuş, məzhəb və hətta Nizami Gəncəvi də daxil, klasik ədəbiyyata qədər (eşşəyin belində oturmuş axundun əlindəki Leyli və Məcnun seçilir).

Molla Nəsrəddindəki karikatura bizə deyir ki, irsinizi götürüb buradan gedin.

Neçə il sonra, Məhəmmədəmin Rəsulzadə “İran və biz” adlı məqaləsində bir daha Nizaminin iranlı və fars oluğuna toxunaraq, yazırdı:   

“Fars ədəbiyyatı ilə aşina müarifiələrimiz az degildir. Hələ Nizami, Xaqani, Məhsəti kibi İran ədəbiyyati-qədiməsinin axırki dövrəsinə adlı şairlərə iftixar edəriz”.

Lakin, belə bir süal ortaya çıxır ki, iranlılığın və fars dilinin müxtəlif aspektlərinin qərbyönlü millətçi aydınlar tərəfindən Arazın şimalından xaric edilməsindən uzun illər sonra, necə olur ki, həmin qərbyönlü millətçilər İran simvolları sayılan Nizami Gəncəvi, Məhsəti və bu kimi digər məşhur şəxsiyyətlərə bir daha kəskin ehtiyac duyur?

Bu süalın cavabı çox sadədir: Azərbaycan Respublikasında tarix və mədəniyyətin İransız heç bir məfhumu yoxdur və sadəcə, rusların təqlidində dəb olmuş bir operaya tənəzzül edir.

Elə, tarixin təhrif və müsadirəsi işinin icraçısı kimi, Nərgiz Paşayevanın “Nizami Gəncəvi Mərkəzi”ni çarəsizlikdən dolayı Oksford Universitetinin İranşünaslıq İnstitutun tərkibində təsis etməsi, Bakıdakı baş-ayaq tarixçilik aparatının çarəsizliyini əks etdirın bir mesajdır: Siz, İran mədəniyyəti olmadan heç nəsiniz!