Dariyuş Pirniyakan :İran və Azəri musiqiləri texniki cəhətdən bir-birindən fərqlənmir

Kommunist rejiminin hakimiyyəti dövrdə tarın quruluşna müdaxilə edilmişdir

Təbrizin Şəhnaz küçəsində məşhədi Mahmud adında Tar düzəldən varıdı. O zaman 8-ci sinifdə oxuduğum vaxt, ona tez tez baş vurardım və yenicə pərdələdiyi musiqi alətləri yoxlayardəm. Bir gün ondan Qafqaz tarınız varmı deyə, soruşdum, o isə mənə dedfi: “ Qafqaz tarı nə deməkdir? Tar, elə bu tardır ( Şiraz tarını deyirdi) ki, vardır”. mənim bu süalımdan əsəblənmişdir. Bir gün də cənab Bəycəxani ilə bu barədə danışdığım zaman, mənə deddi ki, Çayxanalarımızda, məhz bu sazı ( Şiraz tarını) çalardıq, həmin musiqini çalardıq və bunların son zamanlar haradan gəldiyini bilmirəm. Bu söz mərhum Bəycəxaninin 50 il əvvəl mənə söylədiyidir

  1. 2 ay əvvəl
  2. 0
Badkubeh -

Tarzən “Dariyuş Pirniyakan” azəri musiqisinin tıdqiqatçısı və İran Musiqi Evinin keçmiş katibidir. O, musiqi sənətini 12 yaşından Təbrizdə Mahmud Fərnam və Məhəmmədhəsən Üzari kimi ustatadların yanında öyrənməyə başlamış və bu fənni Tehran İncəsənət Universitetində davam etdirmişdir. Pirniyakan 1979-cu ildən etibarən Məhəmmədrza Şəcəriyanla əməkdaşlığa başlamış və bir neçə musuqi albomu, eləcə də İran daxili və xaricində çoxsayılı konsertlərin keçirilməsini  bu əməkdaşlığın nəticəsi kimi qeyd etmək olar. O, 2013-cü ildə və İran Musiqi Evinin sözcüsü olduğu vaxt, İranda qadınların xanənəndə kimi səhnəyə çıxmasını dəstəkləmiş və İrandakı 34 illik musuqi qışından danışmışdılr.

Musiqi tədqiqatçısı və İran musiqi alətlərinin nəvazəndəsi, ustad Dariyuş Pirniyakanın “Vətən Yoli” qəzetinə müsahibəsi

Bu müsahibəyə vaxt ayırdığınız üçün sizdən təşəkkür edirik. Sizin adınız və sənətiniz İran mədəniyyətini sevənlərə tanışdır və sizi tanıtdırmağa ehtiytac yoxdur. Lakin, məncə yaxşı olardı ki, bu söhbətin başlanğıcında özünüz barədə biraz artıq məlumat verərdiniz, harda anadan olmuşsunuz və sizin yeniyetmə dövrünüz hansı şəhərlərdə keçmişdir?

Mən şərqi Azərbaycan vilayətinin İranın ən qədim və tarixi bölgələrindən sayılan Gərgər  zonasndə anadan olmuşam.

 sizin öz doğum yeriniz barədə də araşdırmalarınız olmuşdumu?

Bəli, o bölgədə “Kültəpə” deyilən bir təpə vardı ki, daha sonralar mənə aydın oldu ki, ora keçmişdə bir atəşgah imiş. Hazırda, Mədəniyyət İrsi təşkilatı tərəfindən orada araşdırmalar aparılır. Tarix sahəsində araşdırma apararkən mənə məlum oldu ki, atəşgah inşa edilən bölgələr özünə görə önəmli yerlər olmuşdur. Azərbaycanın tanınmış şəxsiyyətlərindən olan Məhəmmədəli Tərbiyət də öz yaddaşlarında bu şəhərin Xosrov Nuşirəvan tərəfindən “Gərgər” qövmü üçün inşa edildiyini vurğulamışdır. Gərgərlər Ari irqinə mənsubn və o bölgədə yaşayan qövm olmuşlar. Xuzistan əyalətində də Gərgər adında bir çay mövcuddur ki, bu qövmün orada köç etməsinə dılalət edir. Dehxuda lüğət kitabında yaxud da Müin lüğət kitabında Gərgər sözünün anlamına baxdıqda, görürük ki, bu taxt yeri deməkdir və Avestada qeyd edilən Tanrının 100 adından biridir. Mən belə bir şəhərdə doğulmuşam, orta məktəbi də Təbrizdəki Dehqan adına məktəbdə başa vurmuşam.          

Musuqini nə zamandan başlamısınız?

Oniki yaşında ikən, sazı mərhum Hüseyn müvəhhidinin – o, hərbçi idi və daha çox akardeon çalardı, lakin tar ilə də tanış idi, yanında başladım. Daha sonra, mərhum ustad Mahmud Fərnamla ailəvi əlaqəmizdən dolayı, onun tövsiyəsilə Dərvişxan, Şəhnazi və Ney Davudun şagirdi olmuş mərhum ustad Üzari ilə tanmış olub, tarzənliyi onun yanında davam etdirdim.

 Mərhum Üzari də Təbrizli idimi?

Bəli, o da Təbrizli idi və eyn zamanda İran klasik musiqisi sahəsində böyük və sayılan ustadlardan idi. Mərhum Səba və Ruhullah Xaliqi də onunla görüşmək üçün Təbrizə səfər edərdi. Onun evi Təbrizdə Şəhnaz küçəsində, Baronavak məhləsinin əvvəlində idi. Bir neçə il onun yanında fəaliyyət göstərdim və daha sonra, universitetdə təhsil almaq məqsədilə Tehrana gəldikdə, tarzənliyi ustad Ələkbər Şəhnazinin yanında deavam etdirdim və rədifin ali kurslarını da onun yanında keçdim. Tehrana gəldiyim kimi, ustad Dariyuş Səfəvvət tərəfindən Musiqinin Qorunması və Ümumiləşdirməsi Mərkəzində fəaliyyətə dəvət edildim. 1975-ci ildən orada həm tədris edirdim, həm də Hormuzi, Kərimi və Frutən kimi ustadlardan istifadə edərək məlumatımı artırırdım.

Necə oldu ki, İran musiqisinə meyilləndiniz? Və niyə məhz İran musiqisinə? Hər halda, o zaman digər musiqilər də mövcud idi.

Başqa musiqilərin də mövcud olmasına baxmayaraq, İran klasik musiqisi dominantlıq təşkil edirdi. Lakin mənim musiqi ilə maraqlandığımın səbəbinin bir hissəsi ailəmlə, xüsusilə də Təbriz sənətçiləri ilə dostluğu və bu şəhərin müsiqiçiləri ilə əlaqəsi olan böyük qardaşımla əlaqədardır. Mən elə əvvəldən tarın səsini çox sevərdim, xüsusilə də hər gün səhər tezdən radioda yamlanan və ustad Fərhəng Şərifin bəstəsi olan sabah “Salami sübhqahi” pareçası ilə yuxudan oyanardım.

Dariyuş Pirniyakan 1

Adını çəkdiyiniz musiqi ustadlarından əlavə, digər ustadlar ilə də əlaqəniz olmuşdurmu? Misal üçün, o zaman mərhum ustad Bəycəxani də Təbrizdə idi...          

Cənab Bəycəxaninin heç vaxt tədris etmirdi. Musiqiçi olduqdan sonra, Musiqinin Qorunması və Ümumiləşdirməsi Mərkəzində fəaliyyət etdiyim dövr, cənab Bəycəxani də bu Mərkəzə baş vurardı. Onu çox sayğı ilə qarşılardım və o da mənə məhəbbət göstərərdi. Bir-birimizlə dostlaşmışdıq. Onun təcrübəsindən dolayı yolla faydalanırdım, lakin, o tədris etmirdi və heç bir şagirdi də olmamışdır. Daha çox cənab Bəycəxaninin əsərlərindən istifadə edərdik.      

Təbrizin o vaxtkı sənət və musuqi atmosferi necə idi? Və hansı musiqilərə daha çox rəğbət göstərilirdi?

İstər xalqın, istər də sənətçilərin arasında dominantlıq təşkil edən musiqi, məhz İran musiqisi yaxud həmin İran rədif  dəstgahı idi. Burada cavabımı təkmilləşdirmək üçün ətraflı danışmalı və müəyyən tarixi keçidə toxunmalıyam. Əgər bugün baxsanız, görərsiniz ki, Qafqaziyada istehsal edilən musiqilərin diskləri hələ də mövcuddur. Xanşuşinski, Cabbar Qaryağdı və digər məşhur ustadların mahnılarını dinlədikdə görərsiniz ki, onlar da bizim bügün ifa etdiyimiz dəstgah rədif musuqusuni eynilə ifa edirmişlər.

Güşə və dəstgahların adı da İrana aid olmuşdur, elədirmi?

Hal hazırda da elədir. İndi də onlar, Segah yaxud da Çahargah dəstgahında oxuyurlar. Günümüzə gəlib çatan disklərdə bütün güşələrin adı mövcuddur və orada eyni ilə bizim bugün ifa etdiyimiz musiqi rədifini, ifa edirmişlər. Misal olaraq- Bunu musiqidən anlayanlar üçün deyirəm, Çahargahın ifası “ Re Bemol” yaxud da “La Bemol” əsasında deyil, “Re Kron” və “ La Kron” əsaqsındadır. Diskləri mövcuddur, Xanşuşinski oxuyur, Tağıyev isə Tar çalır. Əslində isə, Mirzə Hüseynqulu rədifinin çahar mizrabını çalmışdır. Xanşuşinskinin oğlu muzikoloq Firidun Xanşuşinskinin apardığı araşdırmalara baxdıqda maraqlı məlumatlara ras gəlirik.

O. yazır ki, xanəndəlik edən şəxslər- təsnifdən söhbər getmir, şeirlərini fars dilində oxumalıydı. Əgər türkcə oxusaydı, kimsə bəyənməzdi. O, davamında qeyd edir ki, xanəndələr toy məclislərində oxumurdu, toylara təsnif oxuyanlar gedərmiş və orada türkcə də təsnif oxuya bilərmişlər. Lakin, bu xanəndələrə aid deyildir. Hər kim mahnı oxuyurdusa, fars dilində oxuyurdu. Bunu da qeyd etməliyəm ki, Kommunis rejiminin hakimiyyətindən əvvəlki dönəmdə Qafqaz musiqisi hətta fasilələr baxımından da İran musiqisi ilə fərqlənmirdi. Yəni, baxmayaraq ki, Qafqaz İrandan ayrılmışdı, lakin hələ də İran sayılırdı. Başqa sözlə desək, oradakı mədəniyyət İran Mədəniyyəti idi. Onların musiqisi İran musiqisi idi, hətta bu gün İranda ifa etdiyimiz fasilələrlə onlar öz musiqisini ifa edirdilər. Kommunizm qalib gəldikdə, assimilasiya sahəsindəki kommunistlərin fəaliyyəti başladıqda, Qafqaz musiqisini tampere edirlər. Dörddə bir pərdələri həzf edirlər və bu işi yerinə yetirən nümayəndələr isə, Hacıbəyov, Əmirov və başqaları olmuşdur. Ondan öncə yazılmış bütün musiqilər isə, İran musiqisindəki fasilələr əsasındadır.

Daha sonra, həmin musiqi təəssüflə ki, Azərbaycan musiqisi adı ilə İrana ixrac edilir, bizim Azərbaycanımıza ixrac edilir və bizim tanınmış musiqiçilərimiz ona qarşı dirənir və bu musiqini qəbul etmirlər. Hazırda Qafqaz musiqisi kimi tanınan və bəziləri tərəfindən d fəxrlə önə çəkilən bu musiqinin yaranma tarixi 100 ildən artıq deyildir. Həmin musiqi Azərbaycana daxil olduqda, Azərbaycandakı musiqi ustadları tərəfindən ciddi qəbul edilmirdi. Nə bu alətlərin nəvazəndələrini, nə də ümumiyyətlə bu musiqinin özünü ciddi qəbul etmirdilər. Təbrizin Şəhnaz küçəsində məşhədi Mahmud adında Tar düzəldən varıdı. O zaman 8-ci sinifdə oxuduğum vaxt, ona tez tez baş vurardım və yenicə pərdələdiyi musiqi alətləri yoxlayardəm. Bir gün ondan Qafqaz tarınız varmı deyə, soruşdum, o isə mənə dedfi: “ Qafqaz tarı nə deməkdir? Tar, elə bu tardır ( Şiraz tarını deyirdi) ki, vardır”. Mənim bu süalımdan əsəblənmişdir. Bir gün də cənab Bəycəxani ilə bu barədə danışdığım zaman, mənə deddi ki, Çayxanalarımızda, məhz bu sazı ( Şiraz tarını) çalardıq, həmin musiqini çalardıq və bunların son zamanlar haradan gəldiyini bilmirəm. Bu söz mərhum Bəycəxaninin 50 il əvvəl mənə söylədiyidir. 50 il öncə bunlar yenicə gəlməkdə idi. Ümumiyyətlə belə bir musiqi olmamışdır. Azərbaycaqnda və Təbrizdə ifa edilən musioqi isə Tehranda ifa edilən musiqi idi. Çox təəssüflə ki, Qafqaz musiqisi radiodan da yayımlanırdı, lakin aşıq musiqisi səsləndirilmirdi. Aşıq musiqisi yayımlansaydı, bu yaxşı hal olardı, ona görə ki, aşıq musiqisi tampere edilməyibdir.

Aşıq musiqisi barədə dasnışardınız, bu musiqinin əsası hara gedib çıxır?

Aşıqlarla söhbət edib, sübuta yetirmişəm ki, aşıqlar Sasanilər dönəmindəki Gövsanların davamıdır. Gövsanlar bütün elin onlara müraciət etdiyi müqəddəs nəvəzəndələr olmuşlar. Aşıqların ifa etdiyi bir musiqi vardır ki, Misri adlanır. Bu, misirli anlamına gələ bilməz və Mitraist inancından qalmadı və Misre yaxud Mitra deməkdir.  aşıqların türklərlə hər hansı bir əlaqəsi yoxdur və Türküstanda da aşıq yoxdur. 

Dariyuş Pirniyakan

Qayıdaq İran musiqisinə. İran musiqisində Azərbaycan və təbriz nə yerdə olmuşdur?

Iran musiqisində Təbriz ən əsas mərkəzlərdən olmuşdur. Bunu da qeyd etməliyəm ki, çoxları İsfahan məktəbi, Təbriz məktəbi, Tehran məktəbi və s. deyirlər. Mən öz araşdırmalarıma əsaslanaraq, belə məktəblərə inanmıram. Müəyyən səbəblərdən dolayı İsfahan, Təbriz və Şiraz deyilrlər. Bu gün. Tehran paytaxtdır, mən Azərbaycanlıyam, ustad Şəcəriyan Məşhədlidir, mərhum müşkatyan Neyşaburlu və mərhum Lütfü Gurganlı idi. Bunlar oz işini harada sərgiləyirdi? Aydındır ki, Tehranda. Lakin bu, həmin musiqinin Tehrana aid edilməsinə əsas verə bilərmi və bu Tehran məktəbi sayılmalıdırmı? Hansı şəhər paytaxt olubsa, bütün sənətçilər orada toplaşıb, öz sənətini orada sərgiləyərmiş. Bir zamanlar Təbriz paytaxt olmuşdur və bir nömrəli sənətçilərin hamısı Təbrizdə toplaşmışdır. Bir zamanlar isə, İsfaha paytaxt olmuşdur və bir nömrəli sənətçilər orada toplaşmışdır, eləcə də Şiraz bu qaydadan müstəsna deyildir. Qacar dönəminin ən böyük musiqi ustadları, o cümlədən, ustad Mina və ustad Zöhrə, Zəndiyyə dönəminin axirlərindən gəlmişlər.

Deyirlər ki, Tahirzadə İsfahan məktəbi əsasında ifa edirmiş, halbu ki, Tahirzadə tam surətdə ustad Dəmavəndinin ardıcılı olmuşdur və ustad Dəmavındi özü də Tehranlı imiş. Deyirlər ki, ustad İqbal AzərTəbriz məktəbi əsasında oxuyurmuş, halbu ki, bu doğru deyil və İqbal Azərin avazı tehranlı olan mərhum seyyid Əhmədxanın təkmilləşdirilmiş forması idi.                                    

Tarda necə?

Tarda da belədir. Tarda Təbriz, İsfahan və s. məktəblərimiz yoxdur. Məktəbin öz mənası vardır. Bu məsləyə dair bir məqalə yazmışdım ki, Tehran Universitetinin incəsənət dərgisində çap edilmişdir və bu məsələ barədə də bir seminar düzənləmişdim. Tar üzrə üç məktəbdən artıq bir məktəb tanımıram; Mirzə Hüseynqulu məktəbi, Şəhnaz məktəbi və Vəziri məktəbi. Yerdə qalan hər nə isə, bu məktəblərin ayrıntılarıdır.  Sayaq və məktəb fərqli məfhumlardır. Mərhum Bəycəxani şəhnaz məktəbində, dərvişxqan və Mirzə Hüseynqulu isə özlərinə məxsus sayaqda saz çalırdı. Məktəbin Si Labesi və Repertuarı olmalıdır. Hətta Dərvişxan öz nəvazəndəlik sayağında Mirzə Hüseynqulu məktəbində saz çalırmış. Məktəbin öz mənası vardır. Cavadağa Ordubadidən tutrmuş, cənab Bəycəxaninin qardaşı və Bəycəxaninin özü də daxil olmaqla, Təbrizin bütün tarzənləri Şəhnaz məktəbi əsasında Tar çalmışlar.           

Dariyuş Pirniyakan

Tar sazının tarixi hansı zamana və coğrafiyaya qayıdır?

Tarı əks etdirən mətnlər, Səfəvi dönəmindən əvvəl də möcuddur. Bu ya İran musiqi alətlərinin təkmilləşdirilmiş forması, yaxud da başqa yerlərdən gəlmə sazın kamilləşdirilmşidir. Mətnlərdə adı çəkilən ən qədim tarzən, Molla Əbdülcavad Xaliq-i İsfahanidir ki, yazılara görə, Səfəvi dönəminin tarzəni imiş. Bundan əlavə, Tar sözü ümumi bir addır. Misal olaraq, çox hörmət bəslədiyim Xorasan Dotarını çalan mərhum Hacqurban Süleymani, heç vaxt Dotar sözünü işlətmirdi və Tar deyirdi. Yəni, bizim Dotar dediyimiz saza, o özü Tar deyirdi. Digər tərəfdən, tarix mətnlərinə baxdıqda, adların bu tərtiblə dəyişdiyini görürük; Dotar, Setar, Çahartar və Şestar. Əbdülcavad İsfahani barədədə belə yazılmışdır ki, o Şeştar çalırdı. Bəzi araşdırmacıkların fikrincə, bu musiqi aləti Nadir şah dönəmində Hindistandan gətirilib və təkmilləşdirilmişdir.

Lakin, mənim fikrimcə bu saz Nadir Şah dönəmində Hindistandan gəlməsi doğru ola bilməz, ona görə ki, ondan daha öncə tar ( Şeştar) nəvazəndəsi olmuş Əbdülcavad İsfahanin adı çəkilmişdir. Lakin, o dömnəmlərdə indikidən daha da yayqın olan mədəniyyət alış-verişi əsnasında, ola bilsin ki, Hindistan sazlarının təkmilləşdirilmiş bir növüdür. Ona görə ki, Hindlərin Sarod adlı bir sazı vardır ki, üzəri dəri ilə örtülmüş və bizim tarımızdan daha uzundur. Bəlkə də iranlılar onu alaraq, kamilləşdirmişlər. Ola bilsin ki Tar, Setarın kamilləşdirilmiş növüdür. O səbəbdən ki, Setar daha qədim bir sazdır və qədim mətnlərdə də onun adı çəkilir.Tar, Setarın təkmilləşdirilmiş forması ola bilər ki, daha artıq səs və rezonans almaq məqsədilə ibda edilmişdir. Lakin, bunların heç biri sübuta yetirilməmişdir. Buna baxmayaraq, Tar adı tamamilə iranlı bir addır.

Qafqz tarı yaxud da Qafqazda çalınan tarın hekayəsi nədir?

Yuxarıda da vurğuladığım kimi, ümumiyyətlə Qafqaz adlı tar heç vaxt mövcud olmamışdır. Baxın! Qafqazın İrandan ayrılmasından əvvəl, Mirzə Əli Şirazi adında bir şəxs Şuşaya gedir – bunu da təkrarən Xanşuşinski yazır, və orada musiqi kursları dair edir. O zaman ki, Qafqaz hələ İranın tərkib hissəsidir. Buna oxşayır ki, bugün mən Şiraza gedib, orada tədris edəm. Orada isə, mirzə Əlinin Sadıq Davudoğlu adında istedadlı bir şagirdi olmuşdur. Davudoğlu isə səsi gücləndirən bir sim tara əlavə etdi. İndi də Qafqaz tarına baxsanız, görərsiniz ki, səsi gücləndirmək üçün yalnız iki ədəd sim əlavə edilmişdir. Bu gün onların başqa bir iddiaları da vardı və deyirlər ki, biz tarın formasını da dəyişmişk. Bakı, tarı öz adına qeydiyyatdan keçirdiyi zaman mən etirazımı bildirdim. Onlar dedilər ki, tarın formasını dəyişiblər ki, bu özü də yalandır. O səbəbdən ki, Qacar dövrünə aid Səniülmülkün çəkdiyi rəsm əsərindəki Ələkbər Fərahaninin təsvirindəki tar, eləcə də, İran sazı kimi Luvr muzeyində saxlanılan tar öz formasına görə Qafqazda çalınan tar ilə az da olsa fərqlənmir. Yəni, onlar tarın formasını belə dəyişməmişdir və tarın formasını dəyişən də məhz iranlılar olmuşlar.

Necə deyərlər: “Xabənd vəkilan o xərabənd vəziran/ Bordən be yəğma həme sim o zər İran”. ( Vəkillər yuxuda, vəzirlərin halı isə xərab/ yağmaladılar İranın bütün simu zərini). O vaxt bizim UNESCO-dakı təmsilçimiz başənə qara soxmuşdu. Mən bu məsələdən xəbərdaram. UNESCO-da mədəni irsin hər hansı ölkənin adına qeydiyyatdan keçirildiyi zaman, bu qeydiyyata görə etirazlarının olub-olmadığını bilmək üçün əvvəlcədən bütün nümayəndələrə həmin qeydiyyata dair məlumat verilir. Bizim nümayəndəmiz isə nə baxıb, nə də etiraz edib və onlarda öz adına qeydiyyatdan keçiriblər. Mən o vaxt da etirazımı bildirdim və hətta Azərbaycan adının o bölgə üçün saxtalaşdırılmış ad olduğunu bildirdim və bu da qəzetlərdə də yazıldı. Bakı səfiri mənimlə görüşərək, tarın formasını dəyişdiklərini bildirdi. Vurğuladım ki, siz heç tarın formasını da dəyişməmisiniz. Luvr muzeyində olan tarın şəklini də ona göstərdim və bildirdim ki, bu tar İran sazı kimi Luvr muzeyində mövcuddur.

Qafqazda çalınan tar ilə eyndirmi?

Onunla lap eyndir. İstinad mənbəi kimi sizə Ruhullah Xaliqinin “Səqozəşt-e musiqi” ( Musiqinin əhvalatı) kitabını göstərirəm. Ələkbər Fərahaninin şəkili vardır ki, əlində tar tutmuşdur.

Bu tarda səsi gücləndirən iki sim yoxdurmu?

Elədir, söylədiyiniz iki sim orada yoxdur. Onlar sadəcə olaraq, iki gücləndirici sim əlavə etmişlər. Bundan başqa, tar sazı İranın cənub bölgəsinə məxsusdur. Səbəbi isə ondean ibarətdir ki, istiləşdirici və sərinləşdirici imkanlarının olmadığı bir dönəmdə üzərinə dəri çəkilmiş musiqi alətinın əsası Bakıya qayıda bilməzdi. Bir halda ki, Bakı dəniz kənarında yerləşən bir şəhər olmuşdur, necə ki, bizim şimal bölgəmizdə də Tar mövcud olmamışdır. Havanın rütubət dərəcəsi çox olan bizim şimal bölgəmizin musiqi aləti ya “tütək”olmuş, ya da dəridən istifadə edilməyən sazlar olmuşdur. Tar musiqi aləti İranın cənub bölgələrinə məxsusdur və İranın cənubundan digər yerlərə yayılımışdır, qədimdə bu Tara Şiraz Tarı deyiərmiş. O səbəbdən ki, orada tut ağacı çox olmuş, Tar da bu ağacdan düzəlmişdir və quruluq bölgə olduğuna görə üzərinə dəri çəkmişlər. Doğrudur, bu gün istiləşdirici və sərinləşdirici vasitələr mövcuddur və Tarı Rəştə də aparmaq mümkündür, lakin o zaman belə imkanlar mövcud deyilmiş.

İran musiqisinin keçmişi hansı zamanlara gedib çıxır?

Bu musiqinin keçmişi çox qədimlərə qayıdır. Iran musiqisinin rədifi bugün repertuar dastgahı kimi gündəmdədir, lakin ona repertuar adının verilmə tarixi o qədər də qədimə qayıtmır.

Bundan əvvəl Muğam əsasındamı olmuşdur?

Elədir, muğamatın çox qədim keçmişi vardır. Misal olaraq Mövlanadan bir şeir xatırladıram ki, bunların adı orada çəkilmişdir. Mövlana şeirlərinin birində deyir: “ Ey çəng pərdehaye Sepahanəm arezust ⁄  Çon rast-o busəlik xoş əlhanəm arezust” ( Ey Çəng! İsfashan pardələri düşübdür gönlümə / rast və busəlik kimi xoş ləhnlər düşübdür gönlümə).  Görürsünüz ki, Mövlana musiqi güşələrinin adını çəkir. Daha sonra belə davam edir: “Dər xab kərdei ze Rəhavi məra konun ⁄  Bidar kon be zənqoleəm kanəm arezust” (Rəhavidən məni yuxlatmısan indi ⁄Zəng ilə oyat məni ki, odur mənim arzum). Rəhavini ifa etdikdə görərsiniz ki, onda xəlsə halı vardır və zəng isə oyandırıcıdır. Bir halda ki, Mövlana 800 il bundan əvvəl bu güşələri tanıyırmış, həmin musiqinin ən azı 1000 il tarixə malik olduğunu düşünmək olar. Demək olar ki, bu musiqinin tarixi islamdan əvvələ qayıdır. Bu səbəbdən də həmin musiqiyə tərif edilmiş repertuar, onun müxtəlif adlarla tanınmasına, bir zamanlar Muğam, bir zamanlar isə Dəstgah adlandırılmasına baxmayaraq, mahiyyət etibarı ilə bu musiqi mövcud olmuşdur, onun əsası Sasanilər dönəminə qayıdır və zaman içində dəyişikliyə uğrayaraq, gəlib bizə çatmışdır.

Bu Muğamlar Qacar dönəmində yeddi dəstgaha keçirilmişdirmi?           

Bu barədə dəqiq məlumat verən risaləmizin olmadığından, qəti surətdə söyləmək olmaz. Lakin, Zən hakimiyyətinin sonlarında və Qacar hakimiytyətinin əvvəllərində belə olay baş vermişdir. Dəstgah sözünün işləndiyi və əlimizdə olan ən qədim risalə Hur-ul Əlhan Fürsətuddövleyi Şirazinin risaləsidir. Ondan əvvəl Dəstgah adı çəkilməmişdir. Beləliklə məlum olur ki, ovaxtkı zaman bazasında bu Repertuarı Dəstgah kompleksi çərçivəsində tərif etmişlər. Ondan əvvəl isə, Muğamat mövcud olmuşdur. Oniki muğamın olduğuna görə də oniki Dəstgah tərif etmişlər. Daha sonra görürsünüz ki, dörd Dəstgah Şurdan ayrılmışdır ki, bunları da Şura, birini isə Hümayuna aid edirlər ki, birlikdə yeddi Dəstgah təşkil edir.

Musiqinin Azərbaycandakı bugünkü vəziyyəti nə yerdədir?

Bu gün musiqinin vəziyyəti İranın heç  bir yerində öz qaydasında deyildir. Lakin, xoşbəxtlikdən cəmiyyətin ziyalı təbəqəsi əsil mədəniyyətin ardından gedir. Təbrizdə də musiqi kursu təşkil edən azərbaycanlı tələbələrimdən biri mənimlə söhbətində Azərbaycanda İran Dəstgah musiqisi, İran sazlarının nəvazəndələri, xüsusilə də Tar və Setar  ilə maraqlananların sayının nə qədər çoxaldığını vurğulayırdı.

Əgər belədirsə, bu hansı səbəbdən əks etdirilmir?

Harada əks etdirilməlidir ki?

Radio və televiziya kimi audio-video KİV-lərdə...

Heç bizim özümüzü tele-radio verlişlərində görürsünüzmü? Tele-radio siyasəti bizim üçün qəbuledilməzdir və buna görə də, müsahibə vermək üçün radio və televiziya verlişlərində iştirak etmirik. Radio və televiziya təşkilatı İran mədəniyyəti və musiqisinin kökünü baltalamaqdadır.

Buna baxmayaraq, İran klasik musiqisinin vəziyyətinin yaxşılaşacağına ümidiniz varmı?

Bəli, on il əvvəl ayda bir dəfə Təbrizə səfər edirdim və orada çox sayıda tələbəm varıdı ki, bu gün onların özü Təbrizdə İran klasik musiqisini və İran musiqi alətlərini tədris edir və bu səbəbdən də həm Təbriz və Azərbaycanda, həm də İranın digər yerlərində İran klasik musiqisinin perspektivini yaxşı görürəm.  




reader's comments

Loading...