İran əsil musiqisinin gələcəyi

Mojqan və Humayun Şəcəriyan

Mojqan və Humayun Şəcəriyan öz atalarının ardınca getiyi və onun müsiqi dərslərindən bilavasitə istifadə etdiklərinə görə, İran musiqisinin gələcək sərmayələri hesab edirlər. Humayun pəhləvanlıq ədəb və əxlaqiyyatı ilə seçilir. O, bir çox konsertlərdə atası ilə birgə xanəndəlik etmişdir, lakin heç kim görməyib ki, o oxuduğu zaman səsini atasının səsindən daha yüksək nümayiş etdirsin.

  1. 1 ay, 3 həftə əvvəl
  2. 0
Badkubeh -

Humayun Şəcəriyan 21 may 1975-ci ildə Tehranda musiqiçi bir ailənin evində doğulmuşdur. O, Məhəmmədrza Şəcəriyanın oğludur və uşağlıq dövründən etibarən musiqi və ritmə bariz şəkildə həvəs göstərirdi. Nəhayət ki, atasının məsləhəti ilə Nasir Fərhəngfərin yanında musiqinin əsasını təşkil edən texnik və ritmi öyrənməyə başladı. O, bir meçə il də Cəmşid Mühibbinin yanında musiqi sahəsini öyrənməyə davam etdi. on yaşında ikən bacıları ilə birlikdə atasından xanındılik dırsini almağa başladı və yetginlik yaşına çatdıqda gündəlik olaraq, xanəndəlik texnikini və səs metodlarını sıx şəkildə öyrəndi. Elə həmin zaman da Musiqi Texnikomuna yazıldı və kamançanı özünün ixtisas sazı kimi seçərək, texnikomdan kənar Ərdəşir Kamkarın yanında kamança dərsi almaqla yanaşı, tar və sənturla da qulaq tanışlığına başladı.

Humayun Şəcəriyan,şəms və molana gorşu

O, 1991-ci ildən etibarən atası Məhəmmədrza Şəcəriyanı ABŞ, Avropa və iran Konsert proqramlarında ( nağara ilə) müşqayiət etmişdir və 1999-cu ildən sonra atasının konsert proqrqmlarında onunla duet oxumuşdur. Onun atası ilə birlikdə ilk səhnə çıxışındakı əsər “yad-e Əyyam” olmuşdur ki, orada nağara ilə iştirak etmişdir. Humayun Şəcəriyan musiqi sənətinin öndərləri ilə birgə çoxsayılı konsertləri olmuş və onlarla birgə İranda və dünyanın bir çox ölkəsində çoxsayılı albomlar yayımlamışdır ki, bunlara misal olaraq, “Bi to be sər nemişəvəd” ( sənsiz olmur) və “Fəryad” albomlarını göstərmək olar. Bu əsərlərin hər ikisi də 2003 və 2005-ci illərdə Qremmi ( Grammy) mükafatına naamzəd seçilmişlər.

Humayun Şəcəriyan

 Humayun Şəcəriyanın ilk solo konsertindən olan albomunun adı “Nəsim-e Səhər”( səhər əsintisi)dir ki, onun bəstəkarı Məhəmmədcavad Zərrabiyandır və bu albom 2003-cü ildə yayımlanmışdır. Bu isə Humayun Şəcəriyanın müstəqil konsert və albomları üçün bir başlanğıc olmuşdur. O, daha sonra 2004-cü ildə iki albom-“Şövq-i Dust” və “Naşəkiba”, çıxarmışdır. 2005-ci ildə isə bəstəkarı Əli Qəmsəri olan “Nəqş-i Xəyal” albomunu bazar çıxarmışdır ki, bu çox yaxşı qarşılanmışdır. Sonra, 2006-cı ilin oktyabr ayında Məhəmmədcavad Zərrabiyanla birgə əməkdaşlığının məhsulu olan “Setareha” (Ulduzlar) albomunu bazara çıxarmışdır.  2008-ci ildə “Dəstan” ansamblının əməkdaşlığı ilə  “Qijək-i koli” ( qaraçı kamanı) və “Xurşid-i Arezu” ( Arzu günəşi) kimi daha iki albomunu yayımlamışdır. O, 2009-cu ildə Əli Qəmsərinin bəstəsi olan “Ab, Nan, Avaz” ( su, çörək, mahnı) albomunu, 2010-cu ildə isə “Şəb-i cudayi” (Ayrılıq gecəsi) albomunu yayımlamışdır. 2011-ci ildə “şovqnamə” və “Ey can- can, bi mən məro” ( Ey canımın canı, mənsiz getmə) albomlarını çıxarmışdır. Qeyd etmək lazımdır ki, Şövqnamə albomu Əbdülqadir Mərağeiyə mənsub olan təsniflərin bir növ yeniləçdirilməsidir və bu, Məhəmmədrza Dərvişinin başçılıq etdiyi qrupun 4 illik fəaliyyətinin məhsuludur. 

Humayun Şəcəriyan, Koli

Humayun Şəcəriyan 2009-a qədər atasının musiqi konsertlərində onu müşayiət edirdi. onların hər ikisi də bir müddət “Ava” ansamblının üzvü olmuş və həmin dövrdə Ava ansamblının əməkdaşlığı ilə “Qövqay-i eşqbazan” ( Eşq əhlinin qövqası) və “Məhəmmədrza Şəcəriyan konserti” kimi iki albom bazara çıxarılmışdır.

Vətə mahnısı Siyvəş Kəsrainin Vətən adlı şeiri əsasında Humayun Şəcəriyanın ifası ilə 2009-cu ilin iyundan bir müddət əvvəl yayımlanmışdır.  

Onun, İran musiqisinin böyükləri sayılan Pərviz Müşkatyan, Dariyuş Pirniyakan, Hüseyn Kəlhur və Hüseyn Əlizadə ilə çox əməkdaşlığı ilmuşdur.  

Mujqan Şəcəriyan ( 1969-cu ildə tehranda doğulmuşdur) qrafik sənətçisi, rəssam və eyn zamanda muğənni və Setar nəvazəndəsidir. O, məhəmmədrza Şəcəriyanın üçüncü evladıdır.

O, 1969-cu ildə Tehranda anadan olmuşdur və Azad İslami Universitetinin Rəssamlıq fakultəsini lisans dərəcəsi ilə, təsviri sənət (Qrafik) sahəsində isə yüksək lisans dərəcəsi ilə məzunudur. Onun Məhəmmədrza Lütfü və Hüseyn Əlizadə ilə əməkdaşlıq təcrübəsi vardır. 

nəsime vəsl , Humayun Şəcəriyan

nəsime vəsl , Humayun Şəcəriyan

Məhəmmədrza Şəcəriyan 2008-ci ildə musiqi ansablı yaradaraq, məşhur tarzən Cəlil Şəhnazın şərəfinə bu ansamblı “Şəhnaz” adlandırmışdır.

O zamandan bəri, məhəmmədrza Şəcəriyan qəzxə Mojqanla birgə həmin ansamblda fəaliyyət göstərmişdir. Bu ansamblı ən önəmlı xüsusiyyətlərindən bir ibda edilmiş yeni musiqi alətlərdən istifadə etməsidir, hansı ki, Məhəmmədrza Şəcəriyanın ibdasıdır və onun öz əli ilə düzəldilmişdir və onların bəzisi öz xüsusiyyətlərinə görə Violon kimi qərb musiqi alətlərə alternativ hesab edilə bilər.

Bu müddətdə “Rendan-e Məst” və “Morği xoşxan” kimi iki audio albom və Məhəmmədrza Şəcəriyanın Şəhnaz qrupu ilə Dubayda, Məhəmmədrza Şəcəriyanın Şəhnaz qrupu ilə Tehrandakı konsertləri əks etdirən iki video albomu bazara çıxarılmışdır. Ustad Şəcəriyan 2010-cu ildə Şəhnaz qrupu ilə birgə dünya turu təşikl etmişdir ki, bu konsertlərdən ikisi albom şəklində yayımlanmışdır.

mojgan Şəcəriyan, Saginamə

Yuxarıda qeyd edilən Məhəmmədrza Şəcəriyanın Şəhnaz qrupu ilə birgə Dubayda təşkil etdiyi konsert, həmin konsertlərdən biridir. Digər əsər Londonda ifa edilərək, rəsmi surətdə BBC tərəfindən də yayımlanmışdır.    

 Məcid Dirəxşani (Şəhnaz qrupunun rəhəbəri) sözügedən bu iki lonserti, qrupunun ən uğurlu konsertləri hesab edir. Bu konsertlərdə məhəmmədrza Şəcəriyanın icad etdiyi musiqi alətlərindən istifadə edilmişdir. Şəhnaz qrupu 2014-cü ildə bir daha konsert proqramları təşkil etmək üçün düya turuna çıxmışdır.   

Mojqan və Humayun Şəcəriyan öz atalarının ardınca getiyi və onun müsiqi dərslərindən bilavasitə istifadə etdiklərinə görə, İran musiqisinin gələcək sərmayələri hesab edirlər.

Humayun pəhləvanlıq ədəb və əxlaqiyyatı ilə seçilir. O, bir çox konsertlərdə atası ilə birgə xanəndəlik etmişdir, lakin heç kim görməyib ki, o oxuduğu zaman səsini atasının səsindən daha yüksək nümayiş etdirsin.

Mojqan isə qadın sənətçi kimi həm xanəndə, həm də nəvazəndədir və bu sahədə də böyük uğurlar qazanmışdır. 

Mojqan və Humayun Şəcəriyan permanent link

            


reader's comments

Loading...