Ayətullah Xameneinin Qafqaz xalqları haqqında fikirləri

"Qafqazın 17 şəhəri İranın tənyarısıdır"

O,İranın ən şücaətli rəhbərlərindən və Ali Dini liderlərindən biridir ki, Türkmənçay Müqaviləsini rədd etmiş və onu keçmişin acı xatirəsi bilmişdir.O,SSRİ-nin dağılması ərəfəsində bu mövzuda çoxlu çıxışlar etmişdir.Bu, İranın Ali Dini Lideri məqamında Qacarlar zamanında Türkmənçay Müqaviləsindən sonra həmin müqavilələrin haqqında ilk və ən aydın çıxış idi.Bu çıxışda Rusiya dövləti aydın şəkildə tənqid olunurdu.

  1. 3 ay əvvəl
  2. 0
Badkubeh -

İran və Qafqaz qədim zamanlardan yaxın əlaqədə olublar. İran tarixinin mühüm hadisələrinin çoxu Qafqazda baş vermişdir.İran tarixinin və ədəbiyyatının böyük şəxsiyyətlərinin çoxu Cənubi Qafqazda yaşayıb-yaratmış və bizim mədəni zənginliyimizə kömək etmişlər. Gülüstan və Türkmənçay müqavilələrindən əvvəl İran və Qafqaz bir idilər.Və Fars Körfəzindən Dərbəndə qədər qüdrətli bir dövlətin hakimiyyəti altında yaşayırdılar.Amma İranın Qafqazdan ayrılması mədəni bir cəmiyyətin ikiqat ayrılığı oldu.Qafqazın əhalisinin çoxu azərilər,tatarlar,tatlar,talışlar və ermənilərdən təşkil olunub.

Bu ayrılıq rusların Qafqaz xalqları arasında saldığı çoxsaylı ixtilaflar sayəsində baş verdi.Buna misal olaraq ermənilər və müsəlmanlar arasındakı münaqişəni misal göstərə bilərik.Amma İran öz qardaşlarını heç vaxt unutmadı. Hərçənd,keçmişdəki kimi Qafqaza yardım edəcək qədər qüdrətli olmadı.Amma iranlılar üçün ədəbi-mədəni əlaqələr həmişə mühüm olub.Qafqazın 17 şəhərinin ayrılığı İran üçün o qədər ağır oldu ki,bu xüsusda xalq arasında atalar sözlərinin yaranmasına səbəb oldu.Görünən odur ki,həmin o tətbiq olunan müqavilələr ya fars dilində olub,ya da bir hissəsi fard dilində idi.Bu müqavilələrdən biri Türkmənçay müqaviləsidir.

İranlıların çoxu bu müqaviləni keçmişin acı xatirəsi kimi xatırlayır. Ayətullah Xamenei İranın Ali Dini Lideri kimi Qafqaz xalqları ilə o cümlədən Azərbaycan ilə əlaqəsi var.O,İranın ən şücaətli rəhbərlərindən və Ali Dini liderlərindən biridir ki, Türkmənçay Müqaviləsini rədd etmiş və onu keçmişin acı xatirəsi bilmişdir.O,SSRİ-nin dağılması ərəfəsində bu mövzuda çoxlu çıxışlar etmişdir.Bu, İranın Ali Dini Lideri məqamında Qacarlar zamanında Türkmənçay Müqaviləsindən sonra həmin müqavilələrin haqqında ilk və ən aydın çıxış idi.Bu çıxışda Rusiya dövləti aydın şəkildə tənqid olunurdu. 1993-cü ildə qeydə alınan o çıxışlardan biri belə idi:

     "Qacar şahlarının zəifliyi və ordu böyüklərinin səriştəsizliyi sayəsində o zaman Gürcüstan və Qafqazın 17 şəhəri İrandan ayrıldı.Bu,qeyrətli və dilavər xalqın hücumlar qarşısında dayandığı zamanda baş vermişdi.Və bu məntəqə əziz İrana nicat verdi"

1992-ci ildə İranın Ali Dini Lideri rəsmi məqamların birində Türkmənçay Müqaviləsini keçmişin acı xatirəsi adlandırmışdır:

       "Siz və mən bu gün tarixə baxanda Fətəli Şahın necə axmaq və murdar bir insan olduğunu görürük. Onun şəxsi həyatı,şəhvətpərəstliyi,qəlb qəsavəti və Qafqazın 17 şəhərini əldən verməsi buna sübutdur. Bunlar hamısı Fətəli Şahın dövründə baş verib"

Ayətullah Xamenei başqa bir çıxışında bildirib ki,miladi əsrin son 200 il öncəsi İrandan ayrılan Qafqazın 17 şəhəri İranın tən yarısı idi.Onun nəzərində həmin müqavilələr acı xatirələrlə dolu olan bu dövr üçün böyük bir qorxudur:

       "Bu gün utancverici Türkmənçay müqaviləsindən 150-200 il keçir.Həmin tarixi oxuyan hər bir iranlı öz ruhunun dərinliklərində bir xəcalət və həqarət hiss edir.Və özündən soruşur:"Necə oldu ki,bu əzəmətli hadisədə ölkənin ictimai-siyasi xadimləri,sərvət sahibləri ölkənin maddi-mənəvi sərvətlərini onun milli kimliyinə kömək üçün meydana qoymadılar?!" Hücum edən düşmən ordusu ölkənin qəlbinə qədər gəldi.Çoxlu ziyanlardan,özünü dost cildində göstərən düşmənin xahişlərindən,İran xalqına edilən xəyanətlərdən sonra geri addım atıldı.Bir halda ki,17 şəhər İrandan qoparılmış və ölkə bir parçasından məhrum edilmişdi.Siz bu gün həmin hadisəni öz zehninizdə canlandırsanız və ya tarixi kitablardan oxusanız, o dövrün İran üçün nə qədər acı keçdiyini bilərsiniz.Xəcalət və başıaşağılıq hiss edərsiniz"

Ali Məqamlı Rəhbər 1993-cü ildə tarixi Təbriz şəhərində İranın birliyi və Qafqazın 17 şəhərinin ayrılması haqqında digər bir xüsus buyurdu:

      "Həmin keçmiş dövrdə bizim əziz ölkəmiz Şimal qonşularının hücumuna məruz qaldı.Qacar şahlarının zəifliyindən və ordu başçılarının ləyaqətsizliyindən istifadə edən Rusiya Gürcüstanı və Qafqazın 17 şəhərini əziz İranımızdan ayırdı.Düşmən ordusunun öhdəsindən gələ biləcək əsas güclər Təbrizdə yerləşirdi.Təbrizlilər hücum edən ordunun üzərinə gedə və bir dəfə bu mənqətəyə nicat verə bilərdilər"




reader's comments

Loading...