İrandakı ən mühüm müasir siyassi kitaba baxış

Təbriz məktəbi və modernizmin əsasları

“Qəznəvilərlə əlbir olaraq xilafət aparatındakı türk qulların hökmdarlığının davamında İrana hakim kəsilən Qacarların səltənəti, qəbilə sistemi üzərində qurulmuşdur. İslam dönəmində İranda bir növ milli birliyin formalaşmasına baxmayaraq, bu milli birlik yalnız qısa dövrlər istisna olmaqla, güclü hakimiyyətlər qura bilməmişlər və bu səbəbdən də hər bir sülalə hakimiyyətinin çökməsindən sonra, qəbilə başçıları ayrı ayrılıqda tayfa hakimiyyətini (mülukuttəvayifi) qururdu və digərinin «qılınc evladı» baş qaldıran kimi, İran, daxili savaşların meydanına çevrilirdi”.

  1. 7 ay əvvəl
  2. 0
Cavad Təbatəbai
Badkubeh -

“Təbriz məktəbi və modernizmin əsasları” (Məktəb-i Təbtiz və məbani-e təcəddxahi)  adlı kitab “İrana haqqında döşüncə” toplusunun ikinci cildidir ki, birinci nüsxəsi “İranın zəvala uğraması nəzəriyyəsinə ön söz” ( Dibaçe-i bər nəzətiyye-e inhitat-i İran) başlıqı ilə bundan daha əvvəl yayımlanmışdır.

Təbrizin “Sütudə nəşriyyatı” tərəfindən yayımlanmış bu kitab, bir müqəddimə və səkkiz fəsili ehtiva edir. Təbatəbainin siyasi araşdırmalardakı metodu, araşdırmanın nəzərdə tutulan həmin dövrə aid tarix və siyasi məslələri əks etdirən mətnlər üzərinə cəmləşdirməkdən ibarətdir.  Misal olaraq, Səlcuqlar dönəmində baş vermiş hadisələrin araşdırılması və o dönəmin siyasi məfhum və anlamlarının əldə edilməsi üçün diqqətini həmin dövrdə yazılmış və siyasi mahiyyəti olan kitablara yönəldir və oradakı kələmə və cümlələri təhlil etməyə başlayır. Təbatəbainin fikrincə, İranın və ümumiyyətlə şərq dünyasının tarix və siyasətini araşdırırkən qərb alimləri tərəfindən yazılmış və istehsal edilmiş kitablar prioritet təşkil etməməlidir, əksinə, cəmiyyətin şəraitinə uyğun gələn yerli məfhumların çərçivəsi yaradılmalıdır.

Təbriz məktəbi

Kitabın müqəddiməsi avropalı şərq şünaslarından və İran şünaslarından təqlid etməyə səy göstərdiyinə görə İran tarixçiliynin yanaşma tərzinin tənqidinə yonəlmişdir. İran tarixində baş vermiş olaylar və dəyişikliklər prosesinin Avropa tarixindən fərqləndiyinə görə, İranın tarix dövrlərini qərbdən təqlid edərək qədim, orta və yeni dövrlərə bölmək, İran təfəkkür tarixinin hazırlanmasına o qədər də komək göstərmir.

Təbatyəbayi yalnız “Feridun Adəmiyyət”in araşdırmalarını yeni araşdırma metodu və qaydaları əsasında olan araşdırmalar kimi dəyərləndirərək, təqdirə layiq və əhəmiyyətli hesab edir. Əlbəttə, bu ehtiyatı da qeyd edir ki, bir çox məsələyə dair “Adəmiyyət”in araşdırmalarında tarixi tədqiq, siyasi təfəkkürlü tarixə əsaslanan tədqiqə görə üstünlük təşkil edir. Bir halda ki, Təbatəbai sözünü sırf siyasi təfəkkür çərçivəsində davam etdirərək, bu metodu dönə dönə vurqulayır.

Qərbin Rönesans dövrünün orta əsrlərin davamında yaşanması halda, İran -İslam mədəniyyətinin yenidən doğma dövrü hicri II -V əsrlərə və İranın orta yüzilliklərindən ( orta əsrlərdən) daha əvvələ təsadüf edir. İranlı vicdan özünün orta əsrlərindən bir növ qırılmasına baxmayaraq, öz Rönesans dövrünü ondan əvvəl yaşamışdır. Bu səbəbdən də, İran cəmiyyəti barədə hər hansı bir nəzəriyyənin irəli sürülməsi, sözü gedən fərqləri nəzərə almadan doğru ola bilməz.

Təbatəbayi kitabının müqddiməsində, onun ikinci fəslində olduğu kimi İranlı vicdanında yaranmış böhran və kökü həmin böhrana qayıdan tarixi dərk barədə söhbət açır. Təbatəbayinin fikrincə, həmin böran iranlıların İran - Rusiya müharibələrində məğlubiyyətə uğramasının və  Qafqazın 17 vilayətini ( xüsusi ilə də sonralar Azərbaycan Cümhuriyyəti adlanmış müsəlman əraziləri) itirməyin məhsuludur və bu hadisədən qaynaqlanır. O, Türkmənçay müqaviləsini iranlılara qarşı təhqir kimi dəyərləndirir və hesab edir ki, bu hadisə zamanı onlar ozünü alçadılmış hiss edib.     

O, İranın Rusiyaya qarşı müharibədə məğlubiyyətlərə uğramasını siyasi təfəkkürün tarixi baxımından önəmli bir fəsil hesab edir. Ona görə ki, iranlıların yeni tarix düşüncəsinin dölünün İranın Rusiya qarşısında məğlubiyyətə uğramasının ardınca formalaşdığı qənaətindədir və belə düşünür ki, bunun davamında Məşrutə hərəkatının qalib gəlməsi və qanun hakimiyyətinin qurulması ilə sözü gedən düşüncə qədim düşüncəni əvəz etmiş oldu. O, həmin əsri yeni dövrə girişin keçidi və yaxud yeni dövrün eşiyi hesab edir, elə bu səbəbdən də kitabının girişində “Saint - Beuve”yə aid belə məzmunla bir cümlə yazmışdır: “ Biz eşikdən başqa yerdə dura bilmərik! Orada durmaq özü də çox çətin bir işdir”.

Müəllif “qədim ənənə və ənənə nəzəriyyəsi” başlıqlı birinci fəsildə əsas məsələ barədə söhbətini bu müqəddimə ilə açır. Yeni dövr və modernizmin müasir düşüncəli və qədim düşüncəli təfəkkür sahibləri arasında ənənə məsələsi üzərində mübarizənin nəticəsi kimi Qərb dəyişikliklərinin əksinə olaraq, İran cəmiyyətində klasik düşüncə düzəninə qarşı şübhələrin yaranması Avropanın nailiyyətləri haqda məlumatlanmaqla baş vermişdir.   

Konkret olaraq, İran- Rusiya müharibələri zamanından və Abbas Mirzənin ( divan hakimiyyəti sistemində) səyləri sayəsində münbit şəraiti yaradılmış yeni düşüncınin İrana girişi ilə bu düşüncəyə qarşı iki yanaşmanı görmək olar. Ənənəvi sistemin qatı tərəfdarları cərəyan edən proseslərə o qədər də onəm vermir və bəziləri isə Qərbin əldə etdiyi bütün nailiyyətləri İslam dinindən qaynaqlandığını düşünürdü və belə düşünürdü ki, Qərb dünyası bu nailiyyətlərin hamısını müəlmanlardan əxz etmişdir.

Aydınlar kimi tanınan qrupun isə modernizm haqda anlayışı aşağı səviyyədə olmuşdur və onlar müasir təfəkkürün əsaslarını başa düşə bilməmişlər. Modernizm təfəkkürünün gəlişi ilə yeni dövrün eşiyinə çatdığımıza baxmayaraq, İran düşüncə sistemində yeni bir dönəmin başladılmasına söykənməklə bu məsələ klasik və modern təfəkkür tərəfdarları arasında real mübarizəyə gətirib çıxarmadı.           

Müəllif bu yanaşma əsasında öz fikrini isbatlamaq məqsədi ilə klasik və modernistlərdən bir neçəsini nümunə kimi araşdırır. Burada, Mirzə Mülkümxan və molla Əhməd Nəraqi, seyyid Hüseyn Nəsr və Calal Aləhmədin adını çəkmək olar. Yeni proseslərə laqeyd yanaşaraq ənənəvi fikirlər əsasında yeni şəraiti izah etməyə səy göstərən ənənəvi düşüncə tərəfdarlarından başqa, aydınlar da Təbatəbayinin ideologiya sayağı yanaşma adlandırdığı nəsnənin tələsinə düşmüşlər. Aydınların əksəriyyətinin diqqət məkəzində olan məsələ, siyasi yanaşma ilə yanaşı, siyasi addımın atılması üçün zəmin hazırlamaq olmuşdur. Elə bu səbəbdən də, İranın müasir tarixində siyasi əməl sahəsi nəzəri sahəyə nisbətən daha da diqqət mətkəzində olmuşdur.

Birinci fəsilin davamında “ Siyasi Təfəkkürdə Köhnə Döşəmə və Yeni Plan” başlıqlı ikinci fəsildə IXX əsrin ortalarında yeni təfəkkürün meydana çıxmasının əsasları araşdırılır. Müəllif , bu fəsildə İranla Rusiya arasında müharibələrdən sonra İran cəmiyyətinin yeni dövrünün eşiyində yer aldığını təkrar vurqulayaraq, konkret olaraq islahatçı Qacar şahzadəsi Abbas Mirzə dönəminin yaxşı ad çıxarmış ricallarından sayılan Mirzə Əbülqasim Qaimməqam Fərahaninin düşüncələri və gördüyü işləri araşdırır.

Təbatəbayinin fikrincə, Qaimməqam və daha sonra Əmirkəbir kimi şəxsiyyətlərin nazirlik dövrü, vaxt aşırı olaraq cəmiyyətin ümumi mənfəətləri istiqamətində addımlar götürmüş Xacə Nizamülmülk kimi simaların başçılıq etdiyi iranlı Vizarət (nazirlik) instasiyasının davamındadır. Qaimməqam müasir İranın azsayılı siyasi ricallarındandır ki, siyasi münasibətlər barədə yeni anlayışa malik olmuşdur və Abbas Mirzə və Əmir Kəbir kimi şəxsiyyətlər isə onun məktəbinin yetişmələridir.

Təbatəbayi, İranın Rusiyaya qarşı mühariblərdə məğlubiyyətə uğramasını iranlı vicdanında dərin bir böhranın yaranmasının başlanğıcı sayır və hesab edir ki, bu məsələ Abbas Mirzənin apardığı islahatlara və Məşrutə inqilabının baş qaldırmasına səbəb olmuşdur.  

O qeyd edir ki, Türkmənçay müqaviləsi ilə İranla Rusiya arasında  müharibələr kitabı bağlanmış oldu və İranın dağılması ilə müşayiət olan İran tarixinin bir dönəmi başa çatdı. Məhəmməd Hüseyn Firuği (Qacar dönəminin divansaları) Türkmənçay müqaviləsini və sonuclarını qısaca olaraq, İran xalqına qarşı edilmiş böyük bir təhqir adlandırmışdır.

Bu böyük təhqir ilk dəfə Təbriz quberniyasında (Darüssəltənəsində) hiss edilmişdir və onun səbəbləri kimi nifaq, cəhalət və təbah olma barədə mübhəm məlumatlar formalaşmışdır ki, tədricən İran cəmiyyətinin bütün səviyyələrinə yayılmışdır (haman: 132 - 133) və bu da İran Məşrutə inqilabına gətirib çıxardı. Lakin, bu birinci məğlubiyyət deyildir. Təkcə Təbriz şəhəri Səfəvi dönəmində bir neçə dəfə Osmanlı türkləri tərəfindən dağıdılmışdır.

Təbatəbayi daha sonra Qacar səltənətini (tac-taxt) də tənqid edərək, yazır:

“Qəznəvilərlə əlbir olaraq xilafət aparatındakı türk qulların hökmdarlığının davamında İrana hakim kəsilən Qacarların səltənəti, qəbilə sistemi üzərində qurulmuşdur. İslam dönəmində İranda bir növ milli birliyin formalaşmasına baxmayaraq, bu milli birlik yalnız qısa dövrlər istisna olmaqla, güclü hakimiyyətlər qura bilməmişlər və bu səbəbdən də hər bir sülalə hakimiyyətinin çökməsindən sonra, qəbilə başçıları ayrı ayrılıqda tayfa hakimiyyətini (mülukuttəvayifi) qururdu  və digərinin «qılınc evladı» baş qaldıran kimi, İran, daxili savaşların meydanına çevrilirdi”.

“Təbriz Məkrəbi” kitabının ikinci fəsili əslində bu kitabın ən əhmiyyətli hissəsidir ki, İran müasir tarixinin nəzəri əsaslarını bəyan edir. Təbatəbayinin fikrincə, « nazirlik instansiyası» və « siyasətnamə yazmaq ənənəsi» (  siyasi təcrübələr əsasında Sasanilər dönəmindən Qacarlar dönəminə qədər iranlı vəzirlər tərəfindən yazılan və siyasi ticarəti nəzəri qaydalar formada şərh edən kitablar) İran dövlətçilik ənənəsində çox əhəmiyyət kəsb edir. O, həmin kitabında Qacar dövlətini islah etməyə səy göstərən iranlı vəzirlərə və dövlət xadimlərinə artıq dərəcədə önəm verir. Əmirkəbir, Qaimməqam Fərahani və Abbas Mirzə isə bu şəxslərin sırasındadır.

Təbatəbayi, bu fəsildə Təbrizin İran modernist hərəkatındakı rolunu vurqulayır və Təbriz darüssəltənəsini modernist və inkişaf meyilli fikirlərin formalaşması üçün önəmli mərkəz hesab edir. O, vurqulayır:

“Qəznəvilərlə əlbir olaraq xilafət aparatındakı türk qulların hökmdarlığının davamında İrana hakim kəsilən Qacarların səltənəti, qəbilə sistemi üzərində qurulmuşdur. İslam dönəmində İranda bir növ milli birliyin formalaşmasına baxmayaraq, bu milli birlik yalnız qısa dövrlər istisna olmaqla, güclü hakimiyyətlər qura bilməmişlər və bu səbəbdən də hər bir sülalə hakimiyyətinin çökməsindən sonra, qəbilə başçıları ayrı ayrılıqda tayfa hakimiyyətini (mülukuttəvayifi) qururdu  və digərinin qılınc evladı baş qaldıran kimi, İran, daxili savaşların meydanına çevrilirdi”.

O, dövlət idarəçiliyində xüsusilə də Qacar dönəmində Şahın hərəmsarasının və dərbar qadınlarının rolunu qeyd edərək, yazır:

“ ilk olaraq, Təbriz darüssəltənəsində idi ki, Vəliəhd şahın hərəmsarası və qoca qadınlar və şeytanların təlim və tərbiyə dustağından xilas oldu. Təbriz darüssəltənəsinin təsis edildiyi hicri təqvimlə 1213- cü ildə, Abbas Mirzənin yaşı 10 -dan artıq deyildi və bu səbəbdən də, darüssəltənənin işləri Qaimməqam ləqəbli Böyuk Mirzə kimi tanınan Mirzə İsanın tədbiri ilə tənzimlənirdi. Mirzə İsa, Abbas Mirzənin Təbrizdə vəliəhd kimi yerləşməsindən hələ iki il əvvəl, vəliəhdin müəllimi olmuşdur və Fətəli Şah oz övladının təlim və tərbiyə işində səy göstərməyi ona tapışırmışdır. İranın siyasi ricalları tayfasından olan Mirzə İsa Təbriz darüsssəltənəsini Tehran dərbarının köhnə döşəməsinin cazibə meydanından kənarlaşdıraraq, buranı yeni plan üçün bir mərkəzə çevirməyi bacarmışdı... həmin düvrdə xüsusilə də tədbirli vəzirlərin və bacarıqlı  müdürlərdən ibarət qruplar tərəfindən işlərin idarə edildiyinə görə, Təbriz darussəltənəsi Tehran dərbarı ilə daban- dabana duran bir dərbara çevrildi. Yuxarıda qeyd etmişdik ki, qədim düşüncəlo və müasir düşüncəli qrupların qarşılıqlı mübarizəsi ilk dəfə Təbrizdə və praktik olaraq baş vermişdir. Burada İran tarixinin bu gerçəkliyini nəzərə alımışıq ki, köhnə döşəmənin yığışdıraraq yeni plan salma fikri, əməli surətdə ilk dəfə islahatın aparılması zərurətinin dərk edilməsinin dölünun təbrizdə formalaşmasının ardınca meydan çıxmış və o vaxta qədər görünməmiş nəticə vermişdir.

İran Tarixinin paradoksunun nəticəsi idi ki, Tehran dərbarının köhnə döşəməsinin əsasını klasik düşüncə təşkil etdiyi bir vaxtda, Təbriz darüssəltənəsinin yeni planı üçün hələ hər hansı bir nəzəriyyə hazırlanmamışdı. Fəlsəfə sahəsində İranın qədim düşüncə dövrü əsasən Farabi ilə başlanaraq, Sədrəddin Şirazi ilə sona yetmişdir.                  

İranla Rusiya müharibələri zamanı Abbas Mirzə ilə görüş keçirən avropalı səyahətnamə yazanlar, hökumət varisinin bəzi müasirlilik meyilli məşquliyyətlərini vurqulayaraq, qeyd etmişlər ki, yeni hesablama məntiqini və modernizmin zərurətlərini ağıllı surətdə başa düşürdü... Təbriz darüssəltənəsi barədə tarixi yaddaşlra, eləcə də əcnəbilərin səyahətnamələrinə istinadən bizə məlumdur ki, Təbriz nayibüssəltənliyi (şahzadənin idarəçiliyində olan quberniya) İranın ən önəmli modernist ricallarının cəmləşdiyi mərkəz olmuşdur (s. 140).

Seyyid Cavad Təbatəbayi burada yeni ənənələrin ardıcılları hesab edilən Təbrizdəki bir çox iranlı divansalarıın  (divan üzvləri) adını sıra ilə çəkir. O cümlədən, Mirzə İsa, Böyük mirzə, ikinci Qaimməqam və daha sonra Mirazə Salih Şirazi və Mirzə Cəfər Mühəndisbaşi kimi şəxslərin adını çəkir ki, onların çox dəyərli xidmətləri olmuşdur.

Onun sözülərinə, Qaimməqam səltəntlə vizarət-i uzma, yaxud daha müasir təbirlə desək, hökumət və hakimiyyəti bir birindən  fərqləndirən İranın ilk siyasi xadimi olmuşdur.

Təbatəbayinin fikrincə, Sasanilər və Səfəvilərdən sonra şahlıq sistemi avtoritar səltənət sistiminə çevrilərək özünün klasik düşüncə dairəsindən xaric olmuşdur. Ona görədə, yazır:  

“Qaimməqam və Əmirkəbir kimi vəzirlər yeni dövrün mahiyyəti və zərurətləri haqda öz anlayışları ilə, səltənət sisteminin uzun zaman «milli maraqlar»ın təmin edilməsi baxımından durqunluq vəziyyətinə düşmüş bir şəraitdə, vizazrət (nazirlik) strukturunu, səltənət sisteminin qoruma hüdudundan kənarda qalmış maraqların mühafizəsini təşkil edə bilən struktura çeviməyə səy göstərdi. Səltən və Vizarət kimi bu iki instansiyanın arasında mövcud olan bu paradoks İslam dönəminin son yüzilliyinin xüsusiyyətlərindən biridir. Əgər keçmişdə iranlı xanədanların hökmdarlığının sona yetməsi ilə, xüsusi ilə də Qəznəvilərin və Səlcuqların gəlişi ilə, səltən və vizarət kimi iki instansiyanın arasında paradoks yaranmışdısa, İran tarixinin yeni dönəminin başlanması ilə səltənət və dərbarın zatında əsaslı dəyişikliklər meydana gəldi və vizarət instansiyasının əhatə dairəsi istisna olmaqla, bundan kənarda milli maraqların təmin edilməsi mümkün olmurdu.

Aydındır ki, həmin dönəmdə Qaimməqam və Əmir Kəbir kimi vəzirlər sadəcə istisna hesab edilə bilər və onların qara talei sübut edir ki, səltən və vizarət kimi iki instansiyanın arasındakı paradoks o dərəcəyə çatmışdır ki, milli maraqların təmin edilməsi vizarət dairəsindən kənarda mümkün deyildir. Qaimməqamın vizareət məclisinin müstəqilliyi uğrunda göstərdiyi səylərinin və Əmir Kəbirin konstitusiya ( mərutəçilik) haqqında düşüncəsinin tarixçilər tərəfindən vurqulanması da yalnız bu deməkdir ki, səltən və vizarət kimi sözügedən iki instansiyanın arasındakı zidiyyət o həddə gəlib çatrmışdır ki, milli maraqların təmin edilməsi səltənət instansiyası çərçivəsində mümkün deyilmiş” (s. 160).

Qaimməqam Fərahani

Seyyid Cavad Təbatəbayinin Qaimməqamın dövlət idarəçiliyində izlədiyi ənənələr haqda araşdırdığı məsələlərin zirvəsində olan mövzulardan biri də Qaimməqam Fərahani və dövlət maraqlarıdır. O, Fərahaninin çıxış və məktubları barədə tədqiqat apararaq, onun əhali, divan üzvləri və səfirlər ilə görüşlərində etdiyi tövsiyələrin prioritet istiqaməti kimi «Dövlət maraqları» məsələsini vurqulayır. Fərahani, Mirzə Salih Aştiyaniyə ünvanladığı məktublarının birində siyasi təfəkkürün önəmli prioritetlərindən birinə toxunur. Bu isə, Fərahaninin iranlı səfirlərə verdiyi tövsiyələrdən ibarətdir: «Əslində, özünü iqtidarlı dövlətin xeyr və mənfəətləri naminə hər bir addımı atmağa izinli (icazəli) və səlahiyyətli bilməlidir».

Qaimməqamın siyasi baxışında, dövlət maraqlarının təmin edilməsi Divan fəaliyyətinin əsas prinsipidir və buna görə də, Mirzə Aştiyani dövlət maraqlarının təmin edilməsi çərçivəsində tam səlahiyyətli nümayəndədir. Baxmayaraq ki, müzakirənin qarşı tərəfi İran nümayəndəsinin tam səlahiyyətli olduğu barədə heç nə bilməməlidir, lakin bu ona görədir ki, bəzi hallarda sükut etməyə əli açıq olsun. İran nümayəndəsi də Osmanlı tərəfində olduğu kimi, əlini bağlı göstərməli, lakin əslində əlinin açıq olduğunu bilməlidir. Siyasətdə, xüsusi ilə də xarici siyasətdə məsələlərin mahiyyəti göründüyü kimi deyildir. O isə, dövlət məsləhətlərinin hüdududur və bu hüdudlar isə güclər arasındakı əlaqədən ibarətdir. Xarici siyasət, dövlət məsləhətlərinin hüduduna və güclər arasındakı əlaqənin təhlilinə nəzarət edir və İranın siyasi nümayəndəsi dəqiq mənada bir gözü ilə buna, o biri gözü ilə də ona baxmalıdır ki, güclərin əlaqəsi çərçivəsində dövlətin maraqlarını təmin edə bilsin. Burada, məsələlərin zahirinin və əsl mahiyyətinin, eləcə də mövcud olan və mövcudo lmayanın bir birindən ayrıd edilməsi Qaimməqamın siysi baxışının prinsiplərindən biridir və buna görə də onu İranın yeni dövrünün ilk siyasi ricalı kimi tanımaq lazımdır.          

Siyasətdə məsələlərin zahirinin və əsl mahiyyətini bir birindən fərqləndirmək, yeni dövrdəki güclər arasında olan əlaqə və ssiyasi güc meydanının xüsusiyyətlərindən hesab edilir və bu incə və dəqiq məqamı diqqət mərkəzində saxlamaq o deməkdir ki, Qaimməqamın siyasi baxışı yeni siyasi təfəkkür ilə əlaqəli oşdur. Bu həqiqətləri həmin məktubun sonunda Qaimməqamın təkrar təkidlə vurquladığı məsələlərdən də başa düşmək olar. O, Mirzə Aştiyaniyə xitabən özünün siyasi baxışını şərh edərkən, yazır: “ sizə məlumdur ki, biz hər zaman və hər yerdə şəxsi mənfətimizi deyil, ümumi maraqları qeyd edirik. Bu isə, o deməkdir ki, siyasət sahəsində atılmış hər bir addımın doğruluğunun əsası və prinsipi ümumi maraqlar üzərində qurulmuşdur və « bədnamlıq və şöhrəti» bir birindən ayrıd etməyin doğru ölçüsü də bu üsuldan başqa bir şey deyildir. Qaimməqam bu incə məsləni də əlavə edir ki, bədnamlıq və şöhrət sahibləri xalqın dilindən yağan tənqiddən başqa, heç nədən qorxmamalıdır və əgər biz bu məsələdən çəkinəriksə, bu bizim üçün ar olmayacaqdır”.

Siyasət hüdudları çərçivəsində bədnamlıq və şöhrəti bir birindən ayrıd etməyin ölçüsü isə, şəxsi xüsusiyyətlər deyil, dövlət maraqlarını təmin etməkdən ibarətdir.  Siyasi güc hüdudlarının incəlikləri isə siyasi münasibətlər elmini və onun həqiqi mahiyyətini bilməyən və bədnamlıq ilə şöhrətin səbəbini fərdi xüsusiyyət və əxlaqda axtaran kütlənin intelektual səviyyəsi və dərk qabiliyyəti ilə hər hansı bir əlaqəsi yoxdur.   

“Adəmiyyət”, İngiltərənin vəzir-i muxtarı (tam səlahiyyətli nümayəndəsi) olmuş “Kambel”in 25 fevral 1825-ci il tarixli hesabatına istinadən, yazmışdır: “Biz axmaqcasına təsəvvür edirdik ki, istidlal (məntiq) savaşında Qaimməqama qalib gələcəyik”. O, daha sonra Qaimməqamın verdiyi bu cavabı da qeyd etmişdir: “ Bu günə kimi Rus konsulluğunun açılması haqda Türkmənçay müqaviləsinin müddəalarının yerinə yetirilməsini rədd etmişəm və sonuna qədər də hər bir vəchlə, mərdlik və namərdlik də olsa belə, rədd edəcəyəm. Hər hansı digər dövlət üçün də belə bir haqqı tanımarıq, ona görə ki, bu İranın ziyanına olardı”,

Mirzə bu sözünün davamında “Rus Konsulluğunun Gilanda təsis edilməsi İranın bir millət kimi dağılmasaına gətirib çıxaracaq” deyə, İngiltərə nümayəndəsindən tələb edir ki, onun da təmsil etdiyi dövlət bu barədə İran hökumətinə təziq göstərməsin. O səbəbdən ki, İngiltərə tərəfi belə bir addımı atarsa, onda  onların da sözügedən müqaviləni süngü gücünə təhmil edən ruslardan heç bir fərqi qalmayacaqdır...

Vəziri muxraın həmin hesabatı açıqca göstərir ki, Qaimməqam Fərahani öz siyasi praktikasında, bədnamlıq və şöhrət, mərdlik və namərdlik sözündən istifadı etdikdə, dövlət prinsipi anlayışını nəzərdə tuturdu və belə qərara gəlmişdi ki, onun təmin edilməsi naminə heç bir işi əsirgəmək olmaz.                                     

“İran mənşəli səyahətnamələrdə yeni məlumatlar” başlıqı ilə kitabın üçüncü fəslində isə Avropa səyahətləri fonunda əsasən dövlət məmurları və Qacar şahzadəsi tərəfindən yazılmış səyahətnamələr tədqiq edilir.

Bu səyahətnamələrin önəmli cəhəti ondan ibarətdir ki, 19-cu əsr İran cəmiyyətini Avropa ölkələri ilə müqayisə edir. Bu səyyahların əksəriyyərti öz səfərləri zaman qərbin nailiyyətlərini müşahidə edərkən, gördüklərindən bir növ heyrətə gələrək, sadəcə gördüklərini vəsf etmişlər. Bu səyyahların məqsədi daha çox ondan ibarət olmuşdur ki, şahın, eləcə də hökumət nümayəndələrinin diqqətini sözügedən dəyişikliklər üzərində cəmləşdirsinlər.       

Kitabın dördüncü fəsli “ İran tarixinin nəzəri əsaslarına qarşı açılışın yeniləşdirilməsi” başlıqı ilə başlayır. Təbatəbayi, İranda təfəkkür və düşüncədən çəkinmək və zəval nəzəriyyəsinin hazırlanması istiqamətində İran cəmiyyətinin bacarıqsızlığı barədə qeyd etdiyi mövzuların davamında, yenidən tarixi təfəkkürə toxunmuşdur. Onun fikrincə, İslamın parlaq mədəniyyəti dönəmindən və moğolların İrana hücumundan sonra iran tarixçiliyində ağıla əsaslanan yanaşma da aradan getmişdir.

Müəllif öz metodu ilə Qacar dönəminə aid bəzi tarixi mətnləri araşdıraraq, belə bir nəticəyə gəlir ki, Qacar dövründəki tarixçilik, moğolların hücumu zamanından başlayaraq zəval yolunu tutan tarixçilik ənənəsinin davamıdır. Yalnız, Axundzadə və xüsusi ilə Mirzə Ağaxan Kirmani kimi iranlı aydınların az sayılı əsərlərində modernizmdən təsir almış müasir tarixçiliyə ras gəlmək olur.

Modernizm məfkurəsinin  çatdırılması işi yeni bir dil tələb edir, elə bu səbəbdən də kitabın “Fars dilində yeni təcrübələr” başlıqlı beşinci fəslində fars nəsrində yenidənqurma məsələsi araşdırılır. 7 və 8-ci hicri əsrərindən sonra İran sivilizasiyasının digər mədəniyyət və sənət sahələri kimi zəvala uğramış olan, eyn zamanda çox mürəkkəb və süni nəsrə çevrilmiş fars dili də artıq yeni dövrün ərəfəsində məfhumları çatdırmaq üçün vasitə ola bilmirdi.

jav

“ İslahatın aparılması zərurəti haqda ilkin nəzəri mübahisələr” başlıqı ilə kitabın altıncı fəsli, hakimiyyət daxilindəki iki islahatçı fiqur araşdırılır və Qacar sisteminin patologiyasını və bəzi çıxış yollarını ehtiva edir.

Yeddinci fəsil isə Hacı Səyyah-i Məhəllatinin xatirələrinə həsr edilmişdir.  Hacı Səyyah-i Məhəllati 18 il müddətində Avropanın bir çox ölkəsində, hətta Amerikada da səyahət etmiş ziyalılardan olmuş və İrana qayıtdıqdan sonra, cəmiyyətin nizam- intizamsızlığını izah etmək məqsədi ilə öz xatirələrindən istifadə etmişdir.

Kitabın sonuncu fəsli isə ənənə və yeniçiliyi şərh edən “Şey və Şux” risaləsinin tədqiqinə həsr edilmişdir. Şeyx və Şux risaləsinin müəllifinin kim olduğu məlum deyildir. Burada, Şeyx qədim ənənənin nümayəndəsi, Şux isə modernistlərin nümayəndəsidir.     

Təbatəbayi bu əsərlərdə siyasi düşüncənin və həmin düşüncədən qaynaqlanan fəlsəfi süur və düşüncənin, tarix ilə nə kimi əlaqəsi olduğunu sərgiləməl istiqamətində səy göstərmişdir. Onun fikrincə, tarixə qarşı belə yanaşma, tarixi olayların əsl mahiyyətini, eləcə də onunla əlaqədar olan siyasi düşüncəni əks etdirə bilər və əks təqdirdə, tarixi rəvayətlərin (povestlər) dəyərinin səviyyəsi tarixə aid nağılların səviyyəsinə qədər aşağı düşər. Qısaca desək, Təbatəbayinin baxışında tarix araşdırmaları sahəsində fəlsəfə yönümlü bir yanaşmaya malik olmaq, hər bir ciddi tarixçiliyin ilkin zərurətidir və bu dövrü araşdıran iranlı tarixçilərin bir çoxu bu zərurətdən xəbərsiz qalmışlar və onların əsərlərinin çoxu isə sosiologiya elmləri əsasında yazılmışdır; Halbuki, Təbatəbayi bu diyardaki siyasi təfəkkür tarixinin povestini verməyə və əhəmiyyət kəsb edən bu məsələni fəlsfə prizmasından şərh etməyə səy göstərmişdir.  



reader's comments

Loading...