onun həyatı və əsərləri

Nasir Çeşmazər və həyat yoldaşının bioqrafiyası

  1. 6 ay əvvəl
  2. 0
naser cheshmazər
Badkubeh -

Nasir Çeşmazər 31 dekabr 1950-ci il tarixində Ərdəbil şəhərində anadan olmuşdur, musiqiçidir.

 O, 20 yaşında ikən Caz musiqisi üzrə kursları ABŞ-da keçirmişdir. O, İran musiqisinin dahilərindən biridir. Ququş ilə əməkdaşlıq təcrübəsi olmuş və 30 ildən sonra İranda konsert vermişdir.

Yeniyetməlik dövründə göstərdiyi maraq

Çeşmazər yeniyetməlik çağlarında qarmon musiqi alətini seçməklə yanaşı, musiqi nəzəriyyələrini də öyrənir və 13 yaşında ikən qarmonla musiqi icrasına görə orta məktəblər səviyyəsində musiqi üzrə özəl mükafatın qalibi seçilir.  

Ququş ilə əməkdaşlığı

 O, 16 yaşına dək Dövlət İncəsənət Baş İdarəsində erməni, asori və İran folklorik müsiqisi üzrə fəaliyyət göstərmişdir. 17 yaşında İraqa səfər edərək, İranın İraqdakı Səfirliyi üçün nəzərdə tutulmuş konsertin rəhbəri kimi çıxış edir. 18 yaşında Ququşun konsertlərinə rəhbərlik etməklə yanaşı Avropa ölkələrinə də səfərlər edir.  

barane eshq

barane eshq

ABŞ-a getməsi

 Bu musiqiçi 20 yaşına çatdıqda ABŞ-a gedərək Caz musiqisi üzrə sıxlaşdırılmış kursları başa vurduqdan sonra, İrana qayıdır. O, 1978-ci ildə musiqi təhsilini davam etdirmək məqsədi ilə ABŞ-a yola düşür və 5 il müddətində kino musiqisi üzrə kursu başa vurur. Nasir Çeşmazər 29 aprel 1984-cü il tarixində İrana qayıdaraq, musiqi sahəsində fəaliyyətlərini davam etdirir.

Ailkə qurması və övladları

Nasir Çeşmazər Şirin Əhmədli ilə ailə quraraq, iki övlad- bir oğlan və Rəna adlı bir qız atasıdır. Oğlu İranda, qızı isə xarici ölkədə doğulmuşdur.

30 ildən sonra konsert vermişdir

30 ildeən sonra Nasir Çeşmazər konsert vermək qərarına gəlir və bu konsert proqramı Tehranın “Vəhdət” sarayında keçirilməli idi, lakin nəzərdə tutulmuş bu proqramın vaxtı 2015-ci ildə Ərəbistanda baş verən Mina hadisəsi ilə eyn vaxta düşdüyündən, konsertlər ləğv edilir və sonunda bu proqrqmı bir gecədə yekunlaşma məcburiyyətində qalır.

Baran-e Eşq ( eşq yağışı) albomu

Çeşmazərin şah əsərlərindən biri kimi Baran-e Eşq albomunu göstərmək olar. Eyn zamanda, onun bəstələdiyi ən son kino musiqisini dinləyənlərin fikrincə, ehsan Sultaniyanın rejisoru olduğu Anha (Onlar) adlı kinonun musiqisi, Çeşmazərin kino sahəsində bəstələdiyi musiqi şah əsərlərindəndir.   

Hicrət mahnısı üçün musiqi bəstələməsi

 1976-cı ildə Şəhriyar Qənbərinin şeiri ilə müğənni Əfşin Müqəddəm tərəfindən ifa edilməsi nəzərdə tutulmuş Hicrət mahnısı muğənninin həmin il avtomobil qəzasında dünyasını dəyişməsi səbəbi ilə, Ququş tərəfindən ifa edilir. Bəzi musiqiçilərin bildirdiyinə görə bu mahnı İran musiqisinin şah əsərlərindən biridir.

naser cheshmazər

Nasir Çeşmazər Aldığı mükafatlar

•    “Hamun” adlı kino üçün bəstələdiyi musiqiyə görə 8-ci “Fəcr” Kino Festivalı çərçivəsində Simurğ mükafatının laureatı

•    “Boləndihaye Sefr” (Sıfırın zirvələri) və “ Çeşm-e Şeytan” ( Şeytanın gözü) kinoları üçün bəstələdiyi musiqilərə görə 12-ci “Fəcr” Kino Festivalı çərçivəsində Simurğ mükafatının qalibi

•    “Xahəran-e Qərib” ( Qərib bacılar) kinosunun mətninə bəstələdiyi musiqiyə görə 14-cü “Fəcr” Kino Festivalı çərçivəsində Simurğ mükafatının laureatı

•    “ Qarç-e Səmmi” ( Zəhərli Göbələk) adlı kino üçün bəstələdiyi musiqiyə görə 20-ci “Fəcr” Kino Festivalı çərçivəsində Simurğ mükafatının qalibi

•     “ Qarç-e Səmmi” ( Zəhərli Göbələk) adlı kino üçün bəstələdiyi musiqi 7-ci “Xaneye Sinema” ( Kino Evi) Festialında ən gözəl kino musiqisi seçilmişdir

•    “Xahəran-e Qərib” ( Qərib bacılar) kinosunun mətninə bəstələdiyi musiqi Malaysiya Kino Festivalında ən gözəl kino musiqisi seçilmişdir

•    “Şəmi dər Bad” ( Küləkdəki mum) musiqisinin 8-ci “Xaneye Sinema” ( Kino Evi) Festialında ən gözəl kino musiqisi seçildiyinə görə “Təndis-e Zərrin” (qızıl heykəl) mükafatının laureatı  

Nasir Çeşmazərin ölümünün səbəbi

Iran musiqisinin məşhur ustası Nasir Çeşmazər 4 may 2018-ci il tarixində 64 yaşında ürək infarktı nəticəsində dünyasını dəyişmişdir - xatirəsi ölməz, ruhu şad olsun!  

 




reader's comments

Loading...