Əli Mürşidizad ilə müsahibə

Etnik elementleri iranlı kimliyinə xələl gətirmir

  1. 2 ay, 1 həftə əvvəl
  2. 0
ali
Badkubeh -

Mehrşad İmani: İran dövləti özünün neçə min illik tarixində çox sayılı eniş- yoxuşlar qarşısında dayanıqlıq göstərmişdir; elə bir ölkə ki, daxili və xarici savaşlar və konfiliktlər onun xalqının kimliyinəi təsir etməmişdir, elə bir kimlik ki, ortaq torpaqlar, ortaq tarix və ortaq dindən sonra meydana çıxmışdır və uzun illər boyu onun təkcə dayanıqlıq və qalıcılığında hər hansı qüsurun yaranmaması ilə qalmamış, hətta əcnəbi mədəniyyətləri yaxud təcavüzçü hökumətləri də öz təsiri altına salmışdır. Təbii ki, bu məsələ də unudulmamlıdır ki, bucür qalıcı bir irsin mühafizəsi üçün İran xalqının elmi və əməli qayğısı lazımdır ki, kimlik elementlərinə yenidən baxmaq, eləcə də, balanslı inkişafı təmin etmək və bölgələrin əhalisi arasında ayrı seçkiliyi aradan qaldırmaqla bu irsi təhlükələr qarşısında qoruyub saxlaya bilsinlər. Əhəmiyyət kəsb edən bu istəyi gerçəkləşdirmək naminə, Şahid Universitetinin siyasi elmlər üzrə professoru və bu universitetin elmi şurasının üzvü “Əli Mürşidizad” ilə müsahibə apardıq.

İranlıların milli kimliyi ortaq torpaqlar, ortaq tarix, ortaq dil və ortaq din kimi göstəriciləri özündə ehtiva edir. İranlıların kimliyinin parçalanmalardan və dağılmaqdan qorunmasını təmin edən bu cür elementlərin formalaşması və davamlılığında hansı faktorlar iştirak etmişdir?

İran neçə min illik tarixə malik bir ölkədir. İranı digər ölkələrdən fərqləndirən isə, tarix elementidir. Qədim tarix ilə kimlik arasında  bilavasitə əlaqə möcuddur. İranlıların kimlik məsələsi, milli kimlik yaxud da dövlət-millət məfhumları barədə gündəmə gələn müzakirələrdən çox yuxarıda yer alan məfhumdur. Milli kimlik və dövlət-millət məfhumları etimologiya baxımından yeni məfhumlar hesab edilir; hal bu ki, iranlıların kimliyi neçə min illik bir tarixə arxalanır. İran dövləti vahid torpaqlarda ortaq mədəniyyəti, dili və məzhəbi paylaşan və bir- birinin yanında yaşayan insanlar toplumunu ehtiva edir. Bu ölkədə hətta, fərqli iqlim və iqtisadi xüsusiyyətlər belə, İran xalqının tarix və kimlik etimologiyasına xələl gətirməmişdir; belə ki, iranlılar arasında mədəniyyətlərin rəngarəngliyini qəbul etməklə davamlı birgə yaşamı nəzərdə tutan bir növ yazılmamış müqavilə mövcuddur. İranlı kimiliyinin ən əsas ölçülərindən biri də məhz “iranlı olmaq” məfhumudur. Etnik elementlərin rəngarənglik yaratdığına baxmayaraq, bu məsələ bu torpaqların insanlarının iranlı olmasına hər hansı bir xələl gətirmir. Biz, bu ölkənin insanlarının iranlı olmasını təkidlə vurğulamalıyıq. İranlıların kimliyinin formalaşmasında rolu olan və çox əhəmiyyət kəsb edən başqa element isə, dil faktorudur. Fars dili bir təsbehin sapı kimi iranlıların kimliyinin əsas oxu hesab edilir. İranda müxtəlif dillərin və dialektlərin olmasına baxmayaraq, biz bunu bilməliyik ki, iranlıların ölçü dili fars dilidir. İranlıların kimliyinin digər xüsusiyyətlərindən isə, münasibətlər, ayinlər və ənənələrdir ki, müxtəlif əsrlərdə xalqın mədəniyyəti arasında tarix boyu bir bağlantı yaratmışdır; başlıca ənənələrdən biri isə Novruzdur ki, qədimdən mövcud imiş. Bundan əlavə, İslam dini də iranlıların digər xüsusiyyətlərindəndir ki, zaman içində bizim kimliyimizin etimologiyasının tərkibinə daxil olmuşdur. Digər tərəfdən, iqtisadi ortaqlıqlar da nəzərdən qaçırılmamalıdır. İranlıların regionlar üzrə istehsalatı və insanların iqtisadı baxımdan bir- biri ilə bağlılığı da vahid kimliyin formalaşmasının səbəblərindən biridir. Ona görə ki, insanlar bir- biri ilə olan iqtisadi əlaqələr və ehtiyacları nəticəsində hərtərəfli bir həmrəyliyə və ortaq kimliyə nail olmuşlar.

İranlı kimliyinin yaranmasında hakimiyyətin rolu və varlığının nə qədər təsiri olmuşdur?

İranda hakimiyyət neçə mərhələyə bölünür. Qədim dövrdə İranda istiqrarlı hakimiyyət mövcud olmuşdur; baxmayaraq ki, ö dövrdə də İskəndərin hücumu və Sülukilərin hakimiyyətinin qurulması ilə iranlı hakimiytyətinin davam etməsində qısa müddətli kəsinti yaranaraq, Yunanlı və İranlı mədəniyyətləri və kimlikləri bir- birinə bir növ inteqrasiya etmiş oldular; lakin Yunan mədəniyyəti və kimliyi İran mədəniyyətinə o qədər də təsir etməmişdir və onun elementləri isə tez bir zamanda aradan getmişdir. Həmin tarixi kəsintini bir yana qoysaq, qədim dövrdə İran İmperiyası iranlıların yaşadığı bütün bölgələri vahid ərazi çərçivəyə gətirib sala bilmişdir. Həmin ərazi isə İslamın gəlişindən sonra bütövlüklə İslam Xilafətinin nəzarətinə keçmişdir. İranlılar İslam Xilafəti dövründə şüubiyyə hərəkatını, eləcə də mədəni dirçəliş hərəkatını yaratmaqla öz kimliyini tədricən canlandırmışlar. İran mədəniyyətinin canlanmasının nəticəsi kimi, Ali-Buyə, Səffarilər və Samanilərin kimi iranlı hakimiyyətləri göstərmək olar. Bu hakimiyyətlərin İslam Xilafəti ilə az- çox əlaqələdə olduqlarına baxmayaraq, iran mənşəli hakimiyyətlər hesab edilirdi. Moğolların İrana hücumu ilə iran mənşəli hakimiyyətlərin tarixində kəsinti meydana gəlmişdir, lakin, yenə də iranlı kimliyi mədəniyyət nöqteyi nəzərindən o qədər güclü olmuşdur ki, moğolları, teymuriləri və Elxaniləri də öz təsiri altına salaraq, hətta onları iran mədəniyyətinin carçılarına çevirə bilmişdir; belə ki, İran şeiri onların padişahlarının dərbarına daxil olmuşdur. Mədəni dəyişikliklərin bu cür gedişatında xacə Nəsrəddin Tusi, xacə Nizamülmülk, Rəşidəddin Fəzlullah Həmədani və bu kimi digər iranlı kimliyi olan vəzirlərin əhəmiyyətli rolunu nəzərdən qaçırmamaq lazımdır. Səfəvi dövründə iranlı olan hökumətin qurulması ilə iran meyarları əsasında təşəkkül tapmış əhatəli bir hakimiyyət formalaşmışdır və hətta belə demək olar ki, Səfəvi hakimiyyətinin gəlişi ilə İranda milli hakimiyyət formalaşmışdır. O səbəbdən ki, Səfəvilərin hakimiyyəti vahid bir dövlət yarada bilmiş və şiə məzhəbini gücləndirərək, İran dövləti ilə Osmanlı dövləti arasında əhəmiyyətli bir başqalıq formalaşdırmışdır.

Görəsən əcnəbi və bəzən də təcavüzçü hakimiyyətlər iranlıların kimliyini təsir altına  sala bilmişdir? Sizcə hakimiyyət elementi tarixin gedişində ortaq torpaq, tarix, dil və din kimi milli kimlik elementləri ilə müqayisədə üstünlük təşkil edirmi?

Heç bir halda üstünlük təşkil etmir. İranlıların milli kimliyinin formalaşmasında torpaq  xüsusiyyəti çox böyük əhəmiyyət kəsb edir. Yazılmamış bir müqavilə əsasında İran xalqı o insanlardan ibarətdir ki, İran yaylasında yaşayır və ortaq mədəniyyət xüsusiyyətləri ilə özünü Ərəb və Türk kimi başqa kimliyi olanlardan fərqli hesab edirlər. Hətta, iranlı ərəblər də özünü iranlı sayır, yaxud Azərbaycan sakini olan insanlar da özünü iranlı olan azərbaycanlı kimi təqdim edirlər. Hökumətləri nəzərə almadan, iranlı olmaq neçə min illik tarixdə fərqləndirici bir xüsusiyyətdir. Mərhum Tağızadə deyirdi ki, torpağa əsaslanan kimlik üzərində kəskin şəkildə təkid etməliyik, ona görə ki, əgər İranda yaşayan insanlar yaşadıqları torpağın etibarı əsasında iranlı olduqlarını bilərsə, onda ayrılmaq üçün meyillənməyəcək və ayrılmağada artılq marağı qalmaycaq. O, doğru deyirdi. Lakin, iranlı kimliyi məsələsində təkidlə vurğulanması gərəkən məqam, bütün insanların arasında ayrı- seçkiliyin olmamasıdır; belə ki, hətta fərsiz bir hakimiyyət iqtidarda olsa belə, çətinlik və məhrumiyyətlər  hamı üçün olmalı, hansısa firavanlıq və açılış da olarsa, hamı bunu hiss etməlidir. Əgər ayrı- seçkilik hissi ortadan qaldırılırsa, qarşılıqlı anlayış atmosferində birgə yaşamdan söhbət gedə bilər. Sosial məsafə olmamalıdır. Etniklərin bir- biri ilə ailə qurma faktları isə İran cəmiyyətinin sosial məsafələrdən əziyət çəkmədiyinin göstəricisidir. Lakin, hazırkı azacıq sosial məsəfə və ayrı seçkilik hissi də aradan qaldırılmalıdır.

İranlı kimliyi məsələsində din və məzhəbinə görə çoxluq və azlığının olması məsləsi diqqəti çəkir. Bu iki elementin əsasında iranlıların çoxluq və azlıq qruplara ayrıldığını qəbul etmək olarmı?

Konstitusiyada əsas qanunverici azlıq sözünü işlətmişdir. Bu azlıq sözü heç də ayrı seçkiliyin olmasına dəlalət etmir və sadəcə cəmiyyəti nəzərdə tutur. Doğrudur, azlıq və çoxluq sözlərindən istifadə edildikdə avtomatik olaraq ayrı- seçkilik hissi yaranır, lakin, həqiqət belədir ki, konstitusiyanın dili İran əhalisi arasında ayrı- seçkiliyin olmasını bəyan etmir. Hüquq baxımından, qanunverici azlıq sözünü işlətdiyi zaman qeyri İslam dinlərin, eləcə də qeyri şiə məzhəblərin ardıcılları üçün müəyyən hüquqları, ö cümlədən özünə məxsus adətlərini yerinə yetirməkdə sərbəst olduqlarını nəzərdə tutmuşdur; başqa sözlə desək, hüquq etniklər üçün deyil, şəxslər üçün nəzərdə tutulmuşdur. Bu məsələ göstərir ki, qanunverici ağıllıcasına və incəliklə ilk növbədə etnikçiliyin qarşısını almış və daha sonra isə, ayrı- seçkiliyin bazasını aradan qaldırmışdır.

Bəzi qruplar iranlı kimliyini ifrat dərəcədə qabardaraq, hesab edir ki, kimlik məsələsində din elementi kimi iranlıların ilkin dini nəzərdə tutulmalıdır. İslam dininin İran mədəniyyəti ilə əlaqəsi nə qədərdir?

Biz, tarixin uzun bir dövrünü yaşamış bir xalqıq və bu tarixin önəmli bir dövrünü müsəlman olaraq keçirmişik. Din elementi iranlıların əksəriyyətinin kimliyinin bir parçasıdır. Əslinə dursaq, bir kimlik üçbucağını qəbul etməkdən qaçılmamalıdır. Hansı üçbucaq ki, bir oxu qədim İran tarixi, digər oxu İslam və ən sonunda isə üçüncü oxu kimliyin müasir elementləridir. Əgər bu oxlardan biri həzf edilərsə, onda iranlı kimliyndə çatışmamazlıq yaranar.

İranlı kimliyinin digər əsaslarından biri isə, ətrafında çox deyişmələr gedən dil elementidir. Demək olarmı ki, fars dili iranlıların vahid dili olmuşdur? Sizcə İrandakı mövcud olan dillərin çoxluğu iranlıların kimliyinə hər hansı bir xələl gətirirmi?

Bu gün danışdığımız bu dil elə bir dildir ki, qədim dövrdən bəri ərəb dili ilə qarışaraq bizə çatmışdır. Ölkəmizdə digər dillər ilə yanaşı mövcud olan fars dili dövlətin rəsmi dilidir və iranlı olmağın ən əsas ölçülərindən biridir. Ola bilsin ki, bu dildə mövcud olan kələmələr müəyyən mənada dəyişikliyə məruz qalmışdır, lakin həmin kələmələrin etimologiyasını araşdırıqda görürük ki, kökü bizim qədim dilimizə qayıdır. Digər məqam bundan ibarətdir ki, bəzən hər bir bölgənin əhalisinin öz dilində danışmasında və yaxud da onların öz yerli dilləri ilə təhsil almasında problem varmı deyə, ortaya sual qoyulur. Bu sualın cavabında nəzərə alınmalıdır ki, ilk növbədə konstitusiyanın 15-ci maddəsi bu məsələyə aydınlıq gətirib. Həmin maddəyə əsasən yerli dillərin səbkinin öyrədilməsi azaddır, lakin kitablarının tədris edilməsi qadağandır. İkincisi, bu ölkənin uşağlarının dərslikləri yerli dillərdə tədris edilərsə, onda onlar İranın ən yaxşı universitetlərində təhsil ala bilməyəcəklər. İnanın ki, dərsliklərin yerli dillərdə tədris edilməsi İranın regionlarındakı övladlarına qarşı zülm demədir, çünki onları məhdudlaşdırır. Bndan əlavə, bütün bu yerli dillərin müxtəlif tərzləri vardır. Misal üçün, kürd bölgələrində kürd dilinin hansı tərzi əsas kürd dili kimi nəzərdə tutulmalıdır? Görəsən o bölgənin əhalisi üçün vahid bir dilin müəyyən edilməsi mümkündürmü? Əcəba, Kürd dilinin hansı bir formasını aradan qaldırmaqla vahid bir kürd dilini müəyyən etmək istəyirik? İfratçılar bu sualları cavablandırmalıdır. Digər tərəfdən, bir irqin müəyyən edilməsi üçün dili ölçu nəzərdə tutan insanlar hələ bu məsələni başa düşməyiblər ki, irq faktoru barədə danışmağın vaxtı keçib gedib. Görünür ki, irq məsələsi ətrafında gedən müzakirələrə qatılmağa bir az gecişiblər, ona görə ki, bu məsələ yalnız 20-ci əsrə qədər gündəmdə olmuşdur.

Son olaraq qısaca deyə bilərsinizmi ki, bəzi ifratçı etnikçilərin separatizm meyilli təfəkkürü nədən qaynaqlanmışdır?

Bizim problemlərimizin kökü Çaldıran savaşına qayıdır. Əgər o savaşda Səfəvi şah İsmayıl məğlub olmasaydı, indi kürdlər tərəfindən heç bir problem yaranmazdı. Bu məğlubiyyət İranın bir hissəsinin itirilməsi ilə müşayiət olundu. Tarix baxımından kürdlər İranın ən əsil iranlılarıdır və Dr. Bavənd-in qeyd etdiyi kimi, İran hökuməti dünyanın bütün regionlarında yaşayan kürdlərin hamısına İran pasportu verməlidir. çünki, hər tamamı ilə iranlılardırlar və bu inkar edilə bilməz bir həqiqətdir. Bu addım Səddam Hüseynin köçməsinin ardınca atılmalı idi, lakin, çox təəssüf ki, İran hakimiyyəti belə bir addımı atmaqda süstlük göstərdi və İraqın kürd muxtariyyəti əhəmiyyət kəsb edən bu addımı atmış oldu. Bir çox işi vaxtında yerinə yetirmək lazımdır. Çox təəssüf ki, bu iş görülmədi.           

 Qanun

                      




reader's comments

Loading...