Azərbaycan Respublikası xalqı Aşurada nə etməli ki?

  1. 2 həftə, 6 gün əvvəl
  2. 0
46464117
Badkubeh -

Azərbaycan Respublikası və İran arasında mehriban qonşuluq, iqtisadi və mədəni əlaqələrin güclənməsi istiqamətində  illər əvvəl mərhum  Heydər Əliyev zahirdə ciddi səylər göstərmişdi. İran və Azərbaycan Respublikası prezidentlərinin rəsmi görüşlərində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yönündə məqsədyönlü addımlar atılır, ticari və mədəni sahələrdə müttəfiqliyin davamına yönələik uzunmüddətli müqavilələr bağlanırdı. Bu siyasət İlham Əliyevin prezidentliyi dövründə də davam etdirildi. İki ölkə başçılarının qarşılıqlı səfərləri zamanı mehriban qonşuluq və dostluq əlaqələri daha da gücləndi. Lakin bu ələqələrin inkişaf etməsi  bəzi ölkələrin  və xarici qüvvələrin maraqlarına zidd olduğu üçün Azərbaycan Respublikası da iki dövlət arasında qarşıdırma yaratmaq istiqamətində müəyyən adamlara və bəzi media orqanlarına verilən tapşırıqlar ciddi-cəhdlə həyata keçirilməkdədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında baş verən son hadisələr birbaşa dinlə əlaqələndirildi və  konkret olaraq qonsu dövlətə qarşı kəskin ittihamlar səslənməyə başladı. Halbuki İlham Əliyev keçirdiyi müşavirədə din amilini qətiyyətlə rədd edərək bu iddianın  dövlətlə dindarlar arasında qarşıdurma yaratmaq məqsədilə ortaya atıldığını dilə gətirdi və  dini , dindarları günahlandırmağın heç bir əsası olmadığını qəti şəkildə vurğuladı. Həqiqətən də cəmiyyətin asayişini pozmağa hesablanmış, zorakılığa və haqsızlığa söykənən hər cür hərəkətin və cəhdin dəf olunması, İslam dininin bütün müsəlmanların üzərinə  qoyduğu məsuliyyət və vəzifələrdən biridir. O cümlədən , İslam qanunlarına görə, idarəçilər və məmurlar da insanlar arasında bərabərliyi, ədaləti və fərdi hüquq toxunulmazlığını biləvasitə təmin edən şəxslər kimi mühüm məsuliyyət daşıyırlar. Bu baxımdan , iyulda baş vermiş Gəncə hadisələri ilə bağlı bəzi məmurların, deputatların  media nümayəndələrinin qərəzli çıxışlarından fərqli olaraq, eks –prezident Ayaz Mütəllibov Gəncədə baş vermiş faciə ilə bağlı xalqın əsil mövqeyini ortaya qoydu: “ Azərbaycan Respublikası tarixən müxtəlif millətləri, dini etiqad sahiblərini bir yerdə,  mehriban qonşuluq şəraitində yaşadan  Vətən olub. Müsəlman əhalinin əksər hissəsi şiə inanclı həzrət Əli, Həzrət Hüseyn ardıcıllarıdır. Bu insanlara qayğı ilə,  onların inanclarına həssaslıqla yanaşmaq lazımdır. İmkan vermək olmaz ki, təxribatçı ünsürlər dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər. Qarşıdan Məhərrəm ayı, Aşura mərasimi gəlir. Tarixən bu mərasim əhalinin böyük hissəsi tərəfindən  hər zaman ehtiramla keçirilir. Olduqca ehtiyatla davranmaq, məsuliyyətsiz çıxışlar, qızışdırıcı bəyanatlar verməkdən çəkinmək lazımdır.  Bu , ilk növbədə bəzi məmurlara və millət vəkillərinə aiddir. “

Əlləri Qərbin, ABŞ-ın, Ərəbistan ölkələrinin, yerli məmur-oliqarxların ətəyində olan bəzi millət vəkilləri, müxtəlif vəzifələr tutan məmurlar , tarixşünas alim və digər peşə sahibləri  bu məsələdə özləri birbaşa məsuliyyət daşıdıqları halda, Gəncə hadisələrində günahı gah  Rusiyanın, gah da İranın üstünə ataraq Azərbaycan Respublikası ilə qonsu ölkələr arasında problemlər yaratmağa  çalışırlar. Sadə insanlarla ünsiyyətdən qaçan , onların şikayətlərinə məhəl qoymayan məmura, deputata demək lazımdır ki, sən get öz  işində əsaslı dönüş yarat, vəzifə borcunu vicdanla yerinə yetir, sonra gəl Gəncə hadisələrini araşdır və rəy bildir.

Ölkədə intiharların sayının çoxalmasında, paytaxtın mərkəzində, dövlət idarələrinin qarşısında üstünə neft töküb özünü yandıranların  günahkarı da  olmaya İran və Rusiyadır? Bu məzlumların səsini boğaraq onları öz canlarından bezdirən siz məmurlar və millət vəkillərisiniz. Sizi millət öz vəkili olaraq ona görə seçməlidir ki, onların dərdlərini eşidəsiniz, tez-tez seçicilərinizlə görüşlər keçirərək  problemləri ilə tanış olub  həllinə kömək edəsiniz. Ay ərzində neçə deputat belə görüşlər keçirir? Xaıq coxunuzu heç üzdən  tanimir, bəzilərinizin adlarını  belə bilmirlər. İlham Əliyev keçirdiyi müşavirələrdə məmurlara dönə-dönə xatırladır ki, “sizi vəzifəyə xalqa xidmət edəsiniz deyə təyin etmişəm. Amma siz xalqı özünüzə qul –kölə kimi görürsünüz”. Cənab məmurlar! sizlərlə eyni  cərgədə dayanıb  qələminə xəyanət edən, məmur-oliqarxlardan və ölkəmizə dost olmayan bəzi xarici dairələrdən  ənam alıb düzü əyri yazan, fitnəkar fikirləri təbliğ edən media nümayəndələri də sizin kimi xalqın dərin nifrətini qazanıblar. Min illik dovlətçilik ənənəsi olan , ölkəmizlə daim xoş münasibətləri qoruyub  saxlayan  İranı ittiham etməklə, sadəcə öz cinayətlərinizi  gizlətmək, ölkəni korrupsiya bataqlığına çevirməyinizə görə cəzadan yayınmaq məqsədi daşıyırsınız. Yetər artıq. Azərbaycanın əksər bölgələrində, Bakıda tolerantlıq bəhanəsi altında sələfiliyi yayan cərayanlara , radikal vəhabilərə, gülənçilərə, bu yaxınlarda həbs olunmuş firlidaqçı “din xadimi”Oktar Adnanın Azərbaycandakı tərəfdarlarına  geniş meydan verən, onlara şərait yaradan da qonşu dövlətlər deyil, boğazadək rüşvətə və korrupsiyaya bulaşmaqla , öz şəxsi ambisiyanızı  dövlət  mənafeyindən üstün tutan sizlərsiz.  Şiəliyi, Əhli –Beyt məktəbini gerilik hesab edən bu adamların ata-babaları sanki başqa inanca tapınıblar. Yəqin ki, onlar babalarının  bu inancına görə  xəcalət hissi keçirirlər.

1968-ci ildə Cəlilabadda  əhali Baki-Astara yolunu 6 saat bağlayaraq Aşura mərasimini böyük əzəmətlə qeyd etmişdi. Ərazidə  Göytəpə sərhəd qoşunlarının, Göytəpə hərbi tank alayının və bir neçə hərbi hissənin mövcudluğuna baxmayaraq , partiya- dövlət nümayəndələri mərasimin sonuna qədər dözüm, səbr nümayiş etdirdilər. Onlar bunu istəyərəkdən etmədilər. Çünki başqa çıxış yolları yox idi. Güc tətbiq edərək qan tökməklə onlar yalnız hakimiyyətə qarşı nifrət hissi formalaşdıracaq, əhalini dövlətdən narazı salacaqdılar.  Bu isə artıq SSRİ adlanan hakimiyyətin dayaqlarını laxlatmış olacaqdı. O vaxt İranla sərhədlər bağlı idi. indiki  kimi açıq, sərbəst gediş- gəliş yox idi. Məgər o vaxtlar da  bu mərasimlərin təşkilində İran maraqlı idi? Azərbaycanda əhalinin böyük hissəi şiədir və xaricdən kimlərinsə bizə şiəlik ixrac etməsinə ehtiyac yoxdur. Elə buna görə də bəzi deputatların, məmurların dilindən “radikal şiə təriqəti”, şiə qrupu” sözlərini eşidərkən insan onların yerinə xəcalət çəkir.

Keçən il məhərrəm ayında keçmiş maliyyə naziri Fikrət Yusifov Azərbaycanda Aşura mərasimlərinin keçirilməsinə qarşı çıxmış, İmam Hüseyn (ə) tərəfdarlarına yas tutmağı lüzumsuz hesab edərək Kərbəla faciəsinin sadəcə ərəblərə aid oldunu iddia edib bildirmişdi ki, hər kəs öz ölüsünə ağlamalıdır. Belə düçüncəli adamlar Kərbala fəlsəfəsinin bəşəri önəm daşıdığını, imam  Hüseyn (ə)    qəhrəmanlığının  isə cəsarət və Şahadət məktəbi olduğunu  dərk edə bilməzlər. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, hacı Allahşükür Paşazadə  Gəncəni İmam Hüseyn (ə) şəhəri adlandırb. Azərbaycan prezidenti cənab İlham Əliyev də çxışlarının birində deyib:”Azərbaycanda  istiqlaliyyət dövründə  iki min məscid inşa edilib. Onların yarısı mənim prezidentliyim dövründə tikilib. Azərbaycanda İslam və şiəlik xalqın sevimlisidir. “

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Gəncə olaylarının ilk günlərində təxribatların törədilməsində İran və Rusiyanın əil olduğunu deyirdisə, bu gün artıq “valı dəyişərək” Milli Şuranı, konkret Cəmil Həsənlini, Əli Kərimlini günahlandırır. Qərəzli çıxışlara , sübut –dəlilisiz səslənən ittihamlara son qoymaq lazımdır.  Jurnalist –yazar Aqil Abbas Gəncə hadisələri ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin iclasındakı çıxışında belə deyib:”   Azərbaycanda bəziləri yenə də baş verən təxribatları şiələrin boynuna qoymağa çalışırlar. Halbuki  şiəlikdə məhkəməsiz, sorğu-sualsız kiminsə qanını tokmək, qətlə yetirmək gunahdır. Şiələrdən biri mən özüm. indiyə qədər bir toyuq başı da kəsməmişəm..…  Gəlin bir az səmimi olar. Bu gün Azərbaycana din adı altında radikallar hardan gəlir? Onlar əs asən  Səudiyyə Ərəbistanından, bir də Türkiyədən gəlir. Fətullahçılar, təxribatçılar… meydan sulayırlar”

Son günlər Gəncə hadisələrini bəhanə edən bəzi deputatlar, tarixşünaslar və politoloqlar sübut etməyə çalışırlar ki, Azərbaycan Respublikası Türkiyə ilə konfederasiya şəklində birləşməli və iki ölkə tezliklə bu addımı atmalıdır. Belə çıxır ki, Azərbaycan Respublikası müstəqil yaşaya bilməz. Mütləq “böyük qardaşa”, güclü dövlətə söykənməlidir. Bu gün qərəzli, məsuliyyətsiz çıxışlarla Azərbaycan Respublikasını xaosa sürükləmək, qonşularla arasını vurmaq onun müstəqilliyini təhlükə altına atmaq deməkdir.  

Mirzəağa Həsənalı oğlu



reader's comments

Loading...