Mərhəmət Elçisi

  1. 2 həftə, 4 gün əvvəl
  2. 0
sssaüü
Badkubeh -

Bəzi qərb dairələri, media nümayəndələri, İslamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz islamafobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar verilib. Islamafobiya çox böyük təhlükədir,  böyük ədalətsizlikdir.

                                     İlham Əliyev

                                     Azərbaycan Respublikasının Prezidenti


Kitab bütün dövrlərdə insanın ən  yaxşı dostu sayılıb. Mütaliəni sevənlər, geniş dünyagörüşə malik olmaqla,  hər zaman bütün cəmiyyətlərin ziyalı təbəqəsini təşkil edib. Kitablarda adətən, axtardığımız sualların cavablarını tapırıq, kitablar təfəkkürümüzü qidalandırır,  bizi fərdi şəxs kimi yetişdirir. Dünyəvi kitablar düşüncələrimizi qaydasına salıb fikrimizi toplamağa kömək edirsə, dini kitablar ruhumuzun saflaşmasına, hikmət xəzinəsinin qapılarının üzümüzə açılmasına  xidmət edir. Hər  bir dini kitab bizi kamilləşməyə doğru aparan yol sayılır.  

 Uca Yaradanın insanlar içindən seçib bəyəndiyi peyğəmbərlər, onların həyatı haqqında saysız-hesabsız kitablar yazılmışdır. Allahın sonuncu elçisi həzrət Məhəmməd(s) haqqında da dünyanın görkəmli İslam və Xristian alimləri dəfələrlə yazıblar, onun həyatının hər anını diqqətlə tədqiq ediblər. Sovet rejimi dağıldıqdan sonra müsəlmanlara qadağan edilmiş dini ədəbiyyatın ölkəyə axını başladı. Lakin bu nəşrlər arasında məzhəb  ayrı-seçkiliyini, irqçiliyi təbliğ edən kitablar da az deyildi. Belə nəşrlərin  ölkəyə daxil olması sonradan İslamı terrorla eyniləşdirən fanatizm daşıyıcılarını formalaşdırmış oldu.  Deyirlər hər şeyi qədərində gözəldir. İstənilən məsələdə ifrata varmaq isə gözəl olan hər seyi çirkinləşdirmək deməkdir. Bu baxımdan, ifratçılıq və ya ekstremizm hərfi mənada bir şeyi son həddə çatdırmaq, həddi aşan tədbirlərə əl atmaq kimi ifadə olunur. Müasir dünyamızda ekstremizmin, ifratçılığın ən qabarıq şəkildə özünü göstərən formalarından biri də  dini ekstremizmdir. Dini ifratçılıq Allahın qoyduğu qanunlardan və Peyğəmbərin sünnəsindən uzaqlaşmaq, dində qoyulan hədləri aşmaqdır ki, biz bunun nəticəsini yaxın Şərqi qana bulayan, bütün dünyanı terrorla hədəfə alan Əl-Qaidə, İŞİD kimi vahabizmi təbliğ edən ifratçı dincilərdə gördük.

İfratçılıq  mövcud cəmiyyətlər üçün olduqca təhlükəli yanaşmadır. Peyğəmbər (s) nəinki ibadətlərdə, hətta ətrafımızdakı insanlara qarşı münasibətlərimizdə də orta yolu tutmağı, dostlara və düşmənlərə qarşı münasibətdə həddi aşmağımızın xoşagəlməz hallara səbəb ola biləcəyini bildirmişdir: “Nə dostluqda nə də düşmənçilikdə həddi aşmayın. Dost düşmənə, düşmən də dosta çevrilə bilər”

İslam qanunları radikallıqdan  uzaqdır. Allah Quranda möminləri təsvir edərkən mülayim olmağı, qarşıdurmadan çəkinməyi, düşmən mövqedə olanlara qarşı da dost kimi yanaşmağı əmr edir.

90-cı illərdə dini məsələlərlə bağlı mövcud olan nizamsızlıq, vəziyyətdən sui-istifadə halları uzun çəkmədi. Azərbaycan respublikası Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu sahədə müsbət addımlar atılmağa başladı . Əvvəllər tərcümə edilərək dərc edilən kitablarda saysız redaktə xətaları, hərf səhvləri, zərərli ideyalar tez-tez nəzərə çarpırdı.  Son illər isə komitənin təşəbbüsü və dəstəyi ilə nəşr olunan kitablar  nəfis tərtibatı, savadlı redaktə olunması və əsil İslamın təbliği istiqamətində əvəzsiz rola malikdir.  Bu kitablarda sadəcə İslam tarixi və bu dinin insanların həyatında, onların təkmilləşməsində oynadığı möhtəşəm roldan bəhs edilir, İslamın təhsilin inkişafına verdiyi önəmli rol qabardılır. Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və  İran islam Respublikasinin müvafiq qurumları ilə birgə gördüyü işlər təqdirəlayiqdir. Bunlardan biri də Seyid Əli Mirşərinin müəllifi oldugu "Mərhəmət elçisi " kitabı Xəzər Universteti və Səmt təşkilatının (İran İslam Respublikası) birgə layihəsi əsasında "Ələm nəşriyyatında" dərc  olunub. Komitənin 9 sentyabr  2014-cü il tarixli məktubu əsasında kitabın nəşr edilməsinə razılıq verilib. Şamil Nuriyevin tərcümə etdiyi və M. Agaverdiyevin redaktoru oldugu bu kitaba ön sözü  tanınmış alim, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  Dilavər Əzimli yazıb.  Onun "İnsanlara haqqın yolunu göstərən kitab" başlıqlı yazısında bütün zamanlarda bəşər övladını  maraqlandıran suala cavab axtarılıb. "Allah-təala insanı niyə yaratdı, məqsədi  nə idi?  Planet sakinlərinin  90 faizi artıq qəbu edir ki, onları uca bir varlıq -Allah yaradıb. İnsan dünyaya gələndən öz yaradanını axtarır. Amma sona qədər tapa bilmir. Bu, onun üçün əbədi və əlçatmaz bir məqsəddir. Onu tapmaq üçün insan uzun bir yol keçməlidir. Bu yol imandan keçir." Kitabın olduqca oxunaqlı olmasından bəhs edən alim onun insanlara böyük faydasından da söz açıb:"Kitabda təsvir olunan hadisələr İslam dünyasında peyğəmbərimizin əzəmətli heykəlini gözümüzün qarşısında canlandırır. "

Kitabın giriş hissəsində Ərəbistan yarımadasının İslamdan əvvəlki coğrafi və iqtisadi mövqeyi açıqlanır. Eyni zamanda, o dövrdə bölgənin ictimai-siyasi vəziyyəti,  din və mədəniyyətin vəziyyətinə aydınlıq gətirilir. Bu məlumatlar ona görə mühümdür ki, İslamın necə çətin bir şəraitdə bərqərar olduğu, Məhəmməd peyğəmbərin (s) və onun ətrafında olan ilk müsəlmanların necə böyük əziyyətlər hesabına İslamı qoruyub saxladığı aydınlaşsın.   Kitabın sonrakı fəsillərində "Besətdən qabaq Həzrət Məhəmmədin (s) mövludu ","Səhra xatirələri", "Ana ağuşuna dönüş", "Şam səfəri" və digər bölümlərdə  Allahın son elçisinin  uşaqlıq və gənclik illəri rəvan bir dillə təsvir  edilir. Sonrakı fəsillərdə Allahın vəhy elçisi Cəbrailin(ə) Məhəmmədə peyğəmbərlik müjdəsini gətirməsi, onun sozlərinə inanan və hər hər zaman yanında olan insanlar, İslamın yayılması, bərqərar olması, aparılan müharibələr, peyğəmbərimizin dost və düşmənləri, çətin mühasirə illəri, Allahın ən mürəkkəb məqamlarda onun köməyinə çatması ,  sui-qəsdlərdən qoruması və nəhayət sonuncu səmavi  kitab olan Quran-Kərimdə yazılan müqəddəs kəlamların yer üzünə yayılması və bütün dünyada qəbul edilməsi əsas hədəf olaraq göstərilir. Tarix insanlığın tərcümeyi –halıdır. Tarixin dəyəri onun bu günə, gələcəyə bağlılığındadır. Bu baxımdan tarix yalnız keçmış deyil, eləcədə gələcəkdir. Allah -Təala Qurani -Kərimdə  buyurur : “Biz tarixi yatdıq ki. Ibrət alasınız kitabda “ Xeybər döyüşü”Yəhudilərin təslimi” " Yəhudilərin ən böyük xəyanəti”yazılıarı insanları düşündürüb, keçmiçdən nəticə çıxarmağa vadar edir. Müəllif yazır: “Xeybər fət olunduqdan sonra Allahın Rəsulu yəhudiləri bağışlayıb əsir düşənləri azad etdi. Onlara məskan verdi. Onlar isə müsəlmalara və Peyğəmbərə təşəkür etmək əvəzinə hiylə qurub Peyğəmbəri qətlə yetirmək isdədilər. Belə ki, yəhudilər qızardılmış qoyunu zəhərləyib Allahın Rəsulunu hədiyyə gətirmişilər.   tarixi Mərhəmət elçisi" kitabında "Qədir-Xum" əhvalatı və Peyğəmbərin Allahın israrı ilə öz tərəfdarlarına Əlini nişan verərək dediyi məşhur sozlər, o vaxt islamı qəbu edən tayfa və qəbilələrin adları, dini qəbul etmələri üçün dövrün ən əzəmətli 4 hökmdarına göndərilən məktublar, Kəbənin bütlərdən təmizlənməsi,  Peyğəmbər və tərəfdarlarının  əsrlərə və döyüşlərdə əldə edilən qənimətlərə ədalətli  yanaşması, Allasin son elçisinin  sevdiyi yaxınlarını itirməsi, nəhayət vəfatı barədə ətraflı və səhihliyi şübhə doğurmayan  hədislərə əsaslanan hekayələr yer alıb.

Bu kitabdan çıxan nəticə nədir? İslam Allahın yer üzünə göndərdiyi son din olaraq günü-gündən möhkəmlənir və getdikcə insanların qəlbinə hakim olur. Ona atılan iftiralara, bu dinin adından edilən vəhşilklərə, fanatizm və cahilliyi İslama yamağ vurmaqda çalışan bədxahların bütün səylərinə rəğmən, o daha da sürətlə yayılır , Qərbdə, Şərqdə , planetin ən ucqar nöqtəsində belə İslami təfəkkür, İslami oyanış öz sözünü deyir. Xristianların böyük bir qismi- alimlər, tanınmış məşhur şəxslər İslamdan təsirləndiklərini bildirir və Qurani-Kərimdə 14 əsr bundan əvvəl bütün elmi sirlərin əks olunduğundan rəğbətlə söz açır və İslam dinini qəbul etdiklərini gizlətmirlər.

Mirzəağa Həsənalı oğlu




reader's comments

Loading...