İran kinosu dünya kinosuna öz möhürünü vurub

  1. 2 ay, 2 həftə əvvəl
  2. 0
XA
Badkubeh -

İran filmləri artıq çoxdandir dünya kinomotoqrafiyasının inkişafında xüsusi yeri olan bir sənaye birliyinə çevriilb. Dünyanın ən məşhur festivallarında bu filmlər özəl-xüsusi başlıqlar altında nümayiş etdirilir. 1950-60-cı illərdə Tehranda daha çox ticarət  məqsədilə filmlərin çəkildiyini, amma İslam inqilabından sonra yetişən yeni nəsil sənətçilərdə tamam başqa  bir düşüncənin və yanaşmanın meydana gəldiyini görürük. Zamanın problemlərini ekrana gətirən və insanları  aktual məsələlər ətrafında düşünməyə sövq edən  görkəmli rejissorlarun filmləri sərhədləri aşaraq dünya kino aləminə möhtəşəm yeniliklər gətirib. 

Bu filmlərdə  maraqlı ekran  işi ilə yanaşı, bəşərin incisi sayılan İnsanın şəxsiyyət kimi dəyərləri də diqqətə çatdırılır. Film qəhrəmanları tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur, izləyicilərə yüksək bəşəri dəyərlər təlqin edirlər.  Necə deyərlər, İran kinosu artıq öz dilində danışmağa başlayıb. İranlı rejissor Həsənağa Nəcəfinin "İtkin pay" və "Səkkizinci göy" filmlərində çəkilmiş Azərbaycan respublikasının əməkdar artisti Xalidə xanım Quliyeva İran kinosu barədə ürək sözlərini Azərbaycan mediasında bölüşərkən bu  reallıqları çatdırıb:" Bu gün iran kinosu öndə gedən film sənayesidir. Bu filmlərdə öz sözünü demiş Abbas Kia Rüstəmi, Məcid Məcidi, Əsgər Fərabı, Cəfər Pənahi kimi dünya şöhrətli rejissorlar var.

Bunları kino sənətkarları adlandırsam, heç də yanılmaram. Onlar müəllif filmləri çəkirlər və həmin əsərlərdə əsas ideya və  fikir insan mənəviyyatına köklənir. Öz filmlərində milli folkloru çox gözəl təsvir edirlər. İranlılara məxsus olan həyat tərzini, onların düçüncəsi və dünyagörüşünü üzə çıxarırlar ki.bu da dünya üçün çox maraqldır. İran filmlərinin unikallığı da məhz bundadır.

Çox şadam ki, 2007-ci ildən İran kinosu ilə yaxından tanış olmağa başladım. Rejissor Həsənağa Nəcəfi tərəfindən "İtkin pay" adlı İran filminə dəvət olundum və çəkildim. Hər iki filmdə baş qəhrəman olan ana rolunda oynadım. Filmlər İranın Tehran və Məşhəd şəhərlərində çəkildi. Mən çəkiliş zamanı rejissorun  fədakarlığına mat qalmışdım. Çox ağır kameraları çiyinlərində daşıyan operatorlar da bir dəfə olsun yorulduqlarını dilə gətirmədilər. Ağır kranları daşımaları sanki yük qaldırmağa bənzəyirdi. Yəni İran kinosu, bu gün İran mənəviyyatının tərkib hissəsinə çevrilib. Məhz İran filmlərinin kökündə fədakarlıq və işinə qarşı sevgi dayanır. İran kinosu dünya kinosuna öz möhürünü vurub. Hal-hazırda İran kinosu qızıl dövrünü yaşayır."

 Mirzəağa Məmmədli



reader's comments

Loading...