sərgisi səfəvilərin döyüş sursatlarının nümayiş olunması

Rotterdam muzeyində «iranlılar şair cəngavərlər»

Şah İsmayıl İrandakı bütün incəsənət xadimlərini o cümlədən Kəmaləddövlə Behzadı Heratdan Təbrizə Apardı ki Təhmasibin Şahnamə əsərini 200 yüz səhifədən çox rəsm əsərləri yaratsınlar

  1. 6 ay, 3 həftə əvvəl
  2. 0
safavi
Badkubeh -

24 sentyabr 2015 ci ildən beynəlxalq Rotterdam muzeyində İran tarixi və incəsənəti barədə sərgi keçiriləcək.

Azəriha (Azərilər) analitik xəbər saytının suruş xəbər jurnalına istinadən verdiyi məlumata əsasən Bu sərgi "De Perzen,krijgers en dichters" (İranlılar cəngavərlər və şairlər) adı ilə beynəlxalq Rotterdam buzeyində keçirilir, sərgidə Səfəvilər dövründə iranlı döyüşçülərin 100 dən çox silah və sursat nümunəsi qiymətli İran Səfəvi geyimləri,xalçaları və paltarları ilə birlikdə nümayişə qoyulmuşdu. İtaliyanın Florensiya şəhərindəki Stibbert muzeyindən əmanət olaraq götürülmüşdü və bəziləri isə şəxsi kolleksiya sahiblərinə aiddir. sərgini keçirənlər silah sənayesində İran mədəniyyət və incəsənətini tanıtdırmağa çalışırlar.Bu sərgini keçirənlərin fikrincə İran incəsənətinin bu hissəsi ədəbiyyat,xalçaçılıq və İran memarlığından daha az tanıtdırılır. İranlılar cəngavər və şair sərgisi İtaliyanın Florensiya şəhərindəki Stibbert muzeyinin köməyi ilə keçirilir və nümayiş olunan əşyalar əsas etibarı ilə bu muzeyin xəzinəsindən əmanət olaraq götürülmüşdür. Bundan əlavə Səfəvilər dövrünün dəbilqə və qalxanları,nəfis miniatürlər və əlyazma quranlar kimi sənət əsərləri maraqlananlar üçün nümayiş olunacaq. sərgi Rotterdamda 2016 cı ilin mart ayınadək davam edəcək.Sərgini təşkil edənlər bu müddət ərzində İran mədəniyyəti və incəsənəti ilə əlaqədar əlavə proqramlar həyata keçirməyə çalışırlar. Səfəvilər İran dövlətçiliyində xüsusi (individual) təcrübə idi.Belə ki əsrlər sonra  İran islamı (şiəlik) və iran sevərliyin birləşdirilməsinə nail oldular. Qədim İran dövlətçiliyinin əsil mahiyyətini bərpa etməklə yanaşı Şiə məzhəbinə Özbək və Osmanlı türkləri qarşısında ölkənin (toxunulmaz) qalması amili olaraq görürdülər. Şiəlikdən əlavə Firdovsinin şahnaməsi Səfəvilərin mühüm ilham mənbələrindən idi.

safavi

safavi2

safavi3

safavi32

Şah İsmayıl İrandakı bütün incəsənət xadimlərini o cümlədən Kəmaləddövlə Behzadı Heratdan Təbrizə Apardı ki Təhmasibin Şahnamə əsərini 200 yüz səhifədən çox rəsm əsərləri yaratsınlar.Təbriz nəqqaşlıq məktəbi elə bu dövrdən formalaşdı. Şah Abbas da şahnaməyə xüsusi əhəmiyyət verirdi.O əmr verdi ki şahnamə şifahi yolla kütlə arasında yəni qəhvəxanada bəyan olunsun.Şah Abbasın İranın ən böyük xəttatları yəni Rza Abbasi və Mir İmad tərəfindən  şahnamənin üzünü köçürmək barədə verdiyi əmr onun daha çox yayılmasına səbəb oldu.



reader's comments

Loading...