Zərdüşt Əlizadə:

Yolu Doktor Vilayətinin üzünə bağladılar və ona vasitəçilik icazəsi vermədilər

Azərbaycanlı şərqşünas bildirib: Mən İran dövləti və xalqına Dağlıq Qarabağ müharibəsində bizə etdiyi köməklərə görə təşəkkür edirəm. O zamanı yaxşı xatırlayıram ki, müharibə dövründə İran xarici işlər naziri doktor Vilayəti Bakıya gəldi və o vaxtkı prezidentlə müzakirə apardı. Onun vasitəçiliyi ilə bağlı razılıq əldə olundu və işğal olunmuş bölgələrə səfər etməsi istənildi. Lakin təəssüflər olsun ki, Ağdamda onun yolunu bağladılar və onu Bakıya qaytardılar.

  1. 5 ay, 1 həftə əvvəl
  2. 0
zar
Badkubeh -

AranNewsun məlumatına görə, Xocalı soyqırımının 25-ci ildönümü iclasında çıxış edən Zərdüşt Əlizadə deyib: Yəhudilər və xristianların müsəlmanlarla düşmənçiliyi köhnə məsələdir və düşməndən düşmənçilikdən başqa bir şey gözləmək olmaz. Amma müsəlmanların Qarabağ müharibəsindəki məğlubiyyətinin nədəni araşdırılmalıdır.

O əlavə edib: 25 ildir ki, Qarabağ işğal altındadır və o hadisəni yenidən gözdən keçirmək üçün bu nüansa diqqət yetirməliyik ki, bu müharibə zamanı iki ölkədən heç birinin ordusu yox idi və heç biri dünyada ciddi şəkildə rəsmən tanınmırdı. Halbuki Azərbaycanın Ermənistandan əhalisi çox idi.

Əlizadə çəkişməni məğlubiyyətin əsas amili adlandırıb: Öz zəif nöqtələrimizi tanımalı və vəhdət strategiyaları ilə pakniyyətli insanların ətrafına toplaşmalıyıq.

Azərbaycanlı şərqşünas bildirib: Mən İran dövləti və xalqına Dağlıq Qarabağ müharibəsində bizə etdiyi köməklərə görə təşəkkür edirəm. O zamanı yaxşı xatırlayıram ki, müharibə dövründə İran xarici işlər naziri doktor Vilayəti Bakıya gəldi və o vaxtkı prezidentlə müzakirə apardı. Onun vasitəçiliyi ilə bağlı razılıq əldə olundu və işğal olunmuş bölgələrə səfər etməsi istənildi. Lakin təəssüflər olsun ki, Ağdamda onun yolunu bağladılar və onu Bakıya qaytardılar.

Son illərdə vasitəçi qrupun yararsızlığının səbəbini Azərbaycanın daxilindəki bəzi zəifliklər adlandıran Quliyevin sözlərinə görə, zəiflə sülh etmirlər. Güclü olmalıyıq ki, bizimlə müzakirə etmək istəsinlər.