təxribat Ehtimali var !

Lənkəranda İrana məxsus yük avtomobilləri yandirilib

Yanan maşınların üçünün də İran İslam Respublikasına məxsus olması hadisənin təxribat olması ehtimalını artırır. Hadisənin hansı səbəbdən başvermə səbəbi aparılacaq ekspertizadan sonra müəyyənləşdiriləcək

  1. 5 ay, 4 həftə əvvəl
  2. 0
Lənkəranda İrana məxsus yük avtomobilləri yandirilib
Badkubeh -

lənkəranda üç yük maşını yandirilib, bir nəfər xəsarət alıb. bu hadisə Sütəmurdov kəndində yerləşən çay fabrikində baş verib.

İranna məxsus, hər birinin tutumu 20 ton olan bir neçə "TIR" yük maşını çay fabrikinin həyətində alışıb. Hadisə nəticəsində avtomobillərdən ikisinin sürücü kabinəsi və yük konteynerləri, üçüncü avtomobilin isə yalnız konteyner hissəsi yanıb.

Hadisə nəticəsində İranin Astara şəhər sakini, 1981-ci il təvəllüdlü Behzad Bağıri baş və bədənin müxtəlif nahiyələrindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yanıq şokunda olan İran vətəndaşı sonradan reanimasiya şöbəsinə keçirilib.

Xəsarət almış sürücünün avtomobilin kabinəsində yatdığı bildirilir. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Hadisənin hansı səbəbdən başvermə səbəbi aparılacaq ekspertizadan sonra müəyyənləşdiriləcək. (Report az)

Yanan maşınların üçünün də İran İslam Respublikasına məxsus olması hadisənin təxribat olması ehtimalını artırır. Hadisənin hansı səbəbdən başvermə səbəbi aparılacaq ekspertizadan sonra müəyyənləşdiriləcək.



reader's comments

Loading...