Həqiqətpur: İmişlidə 100 min qaçqına kömək göstərdik

Qarabağ münaqişəsidə İran silah-sursatla dolu bir təyyarə Azərbaycana verdi

İran Azərbaycan Respublikasını dəstəklədi. Mən o vaxtlar Əliyevin hərbi məsələlər üzrə müşaviri idim. Heydər Əliyevə hərbi hesabatlarımı verərkən, daima mənə deyirdi ki, siz “sepahi” gətirin və Qarabağı alın, qoy Qarabağ İranın nəzarətinə keçsin, bu Qarabağın erməni nəzarətində qalmasından daha yaxşı olardı.

  1. 4 ay, 2 həftə əvvəl
  2. 0
Mənsur Həqiqətpur
Badkubeh -

Badkubə- Mənsur Həqiqətpur İranın Bakıdakı keçmiş hərbi atteşesi və mərhum Heydər Əliyevin hərbi məsələlər üzrə müşaviri olmuşdur. O vaxtilə Ərdəbil ostanının valisi, eləcə də İslam Şura Məclisində Ərdəbilin deputatı vəzifəsini daşımışdır. Həqiqətpur hal hazırda İran Parlamentinin milli təhlukəsizlik məsələləri üzrə müşaviridir.

Birinci sual kimi, Türkmənçay müqaviləsinin bağlandığı dönəmdə İranın, eləcə də regionun vəziyyəti və Qafqaz regionunun İrandan ayrılmasına gətirib çıxaran amilləri izah edərdiniz.

-Bu müqavilə tarixin elə bir dönəmində bağlanmışdır ki, təəsüflə İranı o vaxtkı idarə edən hökumətlərin ifrat dərəcədə ləyaqətsizliyini görürük. Dünyanın çox sürətlə inkişaf etdiyi və dövlətlərin özünə güc qazandığı, müharibələrdə elmin və modern texnologiyalardan istifadə edildiyi bir dönəmdə, bizim çox yaxşı potensiallarımızın, o cümlədən İran xalqının güclü oldağu və bu xalqı hərəkətə gətirə biləmək iqtidarında olan üləmaların mövcudluğu halda, Qacar hökumətinin layiqsiz idarəçiliyi ucbatından, cənubi Qafqazda gedən döyüş

lərdə Abbas Mirzanı dəstəkləyə bilmədilər və beləliklə də Qafqaz torpaqlarını İrandan ayıran iki mənfur müqaviləni qəbul etməli olduq. Qacarların lazimincə sərriştəli olamdıqlarının və rusların qarşısında zəyif davrandıqlarının nəticəsi isə əsrlər boyu ürəyimizi parçalayan bu iki müqavilənin imzalanması olmuşdur. Bu məsələdə, əsas günahı idarəçilik sistemində və cəmiyyətə rəhbərlik edənlərdə görürəm.

Çar imperiyasının dağılmasından sonra, bəzi dönəmlərdə Qafqaz, Naxçivan və digər şəhərlərdə İranla birləşmək tələbi ilə bəzi hərəkatlar meydana çıxmışdır, Lenin bir vaxtlar Çar imperiyası və İran arasında bir tərəfli qaydada bağlanmış müqavilələri ləğv edəcəyini bildirmişdir. Görəsən həmin dönəmdə - təxminən Qacar hökumətinin son günlərinə təsadüf edən dönəmdə, sözü gedən şəhərləri qaytarmaq məqsədilə İran vəziyyətdən istifadə edə bilməzdimi ?     

-Elədir, mən də bu qiyamları təsdiqləyirəm. Bunlardan Dağıstanlı Şeyx Şamil, eləcə də Şeyx Mənsur hərəkatlarını sadalamaq olar. Bu iki şəxsiyyət , regionda – həm şimali Qafqazda həm də cənubi Qafqazda, elə cərəyanlar icad etmişlər ki, rusların hegemonluğuna qarşı müqavimət göstərmək bu hərəkətlərin əsasını təşkil etmişdir.

Bu qiyamların indi də mövcud olması isə əhəmiyyət kəsb edir. Bir sözlə, əgər güc və kobudluq kölgəsi – xüsusilə cənubi Qafqaz regionunda, xalqın üzərindən çəkilərsə, oradakı xalqın gözün İrana tikildiyini görərdik. Qacar hakimiyyəti dönəmində Qafqazın İrana qaytarılması üçün hər hansı bir iradə sərgilənməmişdir. Qacarlar Qafqaz torpaqlarının duzlu və bizim üçün yararsız olduğunu bəhanə edərək, regionu itirmişlər, belə olan təqdirdə Qafqazı yenidən almaq üçün bu regionun torpaqlarının şirinləşdiyini və  bərəkətli torpağa çevrildiyini deməliydilər! Qacarların ləyaqətsizliyi isə belə bir hərəkətə imkan vermirdi.

Sovet İttifaqının dağılmasından sonra necə? Görəsən İranın Qafqaza daxil olması , ərazi iddiası və yaxud Qafqazda, xüsusilə də Bakıda İrana birləşmək tələbi ilə başlanmış hərəkətləri dəstəkləyə bilməzdimi?

Bu günkü şərtlər Qacar dönəmindəki şərtlərlə fərqlidir. Hazırda bu formada siyası güclərin yer dəyişməsinin təsəvvür edilməsi mümkün deyildir.

əgər Qafqaz xalqlarında İrana birləşmək iradəsi mövcuddursa, bu müqəddəs və hörmətə layiq bir iradədir. Lakin, hazırki şəraitdə  beynəlzalq səviyyədə bir regionun geri almaq iddiasını irəli sürmək, o qədər də məqbul deyildir.     

Görəsən Rövşən Cavadov kimi şəxslərə dəstək verildimi?

Rovşən Cavadov mənim dostum idi. Biz uzun müddət Qarabağda bir yerdə vuruşmuşduq. Digər tərəfdən isə, İrana boş vaxt buraxmadılar və hər zaman məslə yaratdılar. Biz beynəlxalq səviyyədə maraqlarımızı qorumağa və problemlə üzləşməməyə səy göstərirdik. Bununla yanaşı, önümüzdə böyük fürsətlər vardır.

Sizcə, Sovet İttifaqının dağılması dönəmdə İran tərəfindən nəsə əsirgənmişdimi?

Yox, mən diqqətsiz yanaşma olduğunu deməzdim. Baxın, Sovet İttifaqının dağılmasından sonra, Qafqazda dərhal böhran və müstəqillik uğrunda müharibə yaranmışdır. Buna görə də o vaxt yeni məsələlərin gündəmə gətirilməsi düzgün olmazdı.

Lakin, biz ortaq sivilizasiyamızı, ortaq dilimizi, ortaq tariximizi, ortaq inancımızı və s. formalaşdıran amillərə diqqət yetirməliyik. Biz bunların ardıca getməliyik. əgər bu sayaq davranırsaq, bizimlə Qafqaz arasında mədəni birləşmə gerçəkləşər.

Lakin Türkiyənin Qafqazdaki bütün fəaliyyətləri süni xarakter kəsb edir. Türklər Azərbaycan xalqının dostü deyil.

Fars dili necə? fars dilini İranla Qafqaz arasında birləşdirici faktorlardan hesab edə bilərikmi?

Təbii, əgər onlar da öz əslinə geri qayıdsalar, fars dili Qafqaz mədəniyyətinin önəmli elementlərindən biridir. Xüsusilə də ədəbiyyatlarında və tarixi kətibələrində. Fars dilinin  Qafqazda tapdalanıb sıradan çıxarıldığı faktın üzərində iş aparılmalıdır. Lakin, bu tapdanmalırın olmasına rəğmən, regionun bir çox yerli adı hələ də fars dilindədir. Misal üçün, Bakı əslində “Badkube”, yaxud Nardaran “ Ənardaran” və Abşaron isə “Abşuran” olmuşdur. Tədqiqi iş aparılmalıdır, o cümlədən rusların regionda hegemon olduqlarından sonra fars dilli kitabların yandırılması ilə tanınan “Kitab yandırma” hərəkatı barədə. Əlbəttə ki, fars dilinin əsaslarını aradan aparmağa nail ola bilməmişlər, fars dilindəki kətibələr hələ də mövcuddur. Axı kətibəni necə məhv etmək olar? Düzdür, Nizami Gəncəvinin fars şerlərini təxrib etmişlər, amma məsçidlər və tarixi yerlərdəki tarixi kətibələrin hamısı fars dilindədir.

Qayıdaq Sovet İttifaqının dağılması və Azərbaycan Respublikasının rəsmən yaranması məsələsinə -Rəsulzadə dönəmində Azərbaycan Cümhuriyyətinin tanınmaması və o dönəmdə Araz çayının şimal hissəsinə Azərbaycan adının o vaxtkı İran hökuməti tərəfindən də qəbul edilmədiyi halda, hansı səbəbdən cənab Haşimi Rəfsəncani dönəmində Araz çayının şimal hissəsi üçün Azərbaycan adı rəsmən tanınmışdır?

Aranın Azərbaycan adlandırılmasına qarşı İran Xarici İşlər Nazirliyində və qəzetlərdə etiraz sabiqəmizin olduğu halda və Aran ilə Şirvanın Azərbaycan adlandırılmasının pərdəsi arxasında nəyin dayandığını bilərək, hansı səbəbdən bu adı rəsmi olaraq tanıdıq?

 Bu məsələnin o zamankı dəqiq səbəbini bilmirəm. Hər yerdə çıxış edərkən bildirmişəm ki, tarixi cəhətdən Araz çayının şimalında Azərbaycan adlı bir ərazi mövcud deyildir. Azərbaycan yalnız Araz çayının çənubundadır. Arazın şimalı isə Aran və Şirvan xanlıqları olmuşdur. Məlum olduğu kimi , Sovet İttifaqı dönəmində də o bölgəni göstərmək üçün bu saxta addan istifadə edilirmiş. Mənim fikrimcə, İranın mehriban yanaşmasının nəticəsidir ki, yeni müstəqillik qazanmış və Ermənistanla müharibə böranı yaşayan bir dövlət ilə ( biz də bu müharibədə onlara kömək göstəririk) bu dövlətin adı ilə əlaqədar mübahisəyə girmək istəmədik. Mənim qənaətimə görə bəlkə də o vaxt bizim ad məsələsi ilə əlaqədar israrlı olmağımız mümkün deyildir. Bunun təfərrüatını bilmirəm və bu sual həmin dönəmdə vəzifə daşıyan şəxslərə ünvanlanmalıdır.

 Hər halda siz o vaxtlar hərbi müşavir olmuşdunuz və məsələlərə müdaxilə imkanınız var idi. Sonralar Milli Təhlükəsizlik Komissiyasında da fəaliyyət göstərmişsiniz. Dünyanın digər yerlərində də oxşar təcrübələr mövcuddur və adın əvvəli yaxud sonuna bir söz əlavə etməklə bizim iddiamız qeydiyyatdan keçə bilərdi.

Nə deməliydik? Deyəydik ki, adınızı dəyişin ki, sizi tanıyaq?

Yunanistanın Makedoniyaya qarşı etdiyini biz də edə bilərdik.

Yəni deyirsiniz ki, indi Makedoniya tanınmırmı?  

Elədir, Makedoniya AB-ə daxil ola bilməmişdir və bunun əsas səbəblərindən biri kimi Yunanistanın qarşı çıxdığını göstərmək olar. Yunanistanla Makedoniya arasındakı vəziyyət İranla Azərbaycan Respublikası arasındakı vəziyyətə oxşardır. Makedoniya özündən daha böyük və əsalətli olan ölkənin tərix və mədəniyyətini müsadirə etmək niyyətindədir və müstəqilliyini yeni qazandığına görə dünya səviyyəsində özünə etibar qazandırmağa səy göstərir, Yunanistan isə bu məsələyə görə bizim kimi əsəblənmişdir.

Sovet İttifaqının dağılmasından və cənubi Qafqazdaki müharibədən sonra İranla Azərbaycan Respublikasının əlaqələri barədə nə deyə bilərsiniz?

İran Azərbaycan Respublikasını dəstəklədi. Mən o vaxtlar Əliyevin hərbi məsələlər üzrə müşaviri idim. Heydər Əliyevə hərbi hesabatlarımı verərkən, daima mənə deyirdi ki, siz Aşura korpusunuzu gətirin və Qarabağı alın, qoy Qarabağ İranın nəzarətinə keçsin, bu Qarabağın erməni nəzarətində qalmasından daha yaxşı olardı.   

Deyirdi, nə üçün Bakıda şiə axtarırsınız? Mən həm Heydərəm, həm də Əli. İki qat şiəyəm!!

Demək istəyirsiniz ki, Heydər Əliyev rəsmi surətdə İranı Qarabağı almağa dəvət edirdi?

Bəli. Söhbətində belə deyirdi, mən də hərbçi olduğumu bildirərək, ondan bu istəyi yazılı surətdə mənim vasitəmlə Tehrana çatdırmasını xahiş edirdim, lakin Əliyev bizim əlimizə sənəd vermək istəmədiyindən bunları yazılı olaraq bildirmirdi.

Qarabağ müharibəsində İranın dəstəyi hansı səviyyədə idi?

Biz onları qurtardıq, əks təqdirdə Ermənistan Bakını da alardı.

 Belə çıxır ki, Bakı Qarabağ müharibəsi dövründə aldığı silahlara görə hələ də İrana borcludur?!

Elədir, bu saat Bakının İrana 30 milyon dollar borcu var. Lakin, İran çox təvazökardır və heçvaxt bu məsələni bəyan etmir. Əgər İranın yerinə Türkiyə olsaydı, indiyə qədər pulun özünü yaxud da həmin borcun on qat dəyərindən çox bir imtiyaz almışdı.

Bakıda xalqın tarixi yaddaşı necədir? İnsanların bölgədəki hərbi varlığını xatırlayırlarmı?

Niyə?! Qarabağ müharibəsi dövründə İranlı olan hərbi məsləhətçilərin rolundan bəhs edən “ Azərbaycan sərkərdəsi” adlı iki dəqiqəlik bir video yazı yaydım.  2000 saat olduğunu, ancaq bunun sadəcə 2 dəqiqəsini yaymağımı bildirdim. Bakıda oturub əzəmətli İran dövlətinə qarşı mənfi təbliğat aparanların nə özü, nə də ailə üzvlərindən heç biri müharibədə iştirak etməmişdir. Lakin, Qarabağ müharibəsində mənim maşınım mina üstünə çıxaraq, param-parça oldu. Biz Bakıda 6500 nəfərə hərbi təlim keçdik. O vaxtlar, əsgərləri Bakı küçələrində sıralayırdıq və Bakı sakinləri də bunun şahidi olmuşlar.

İranın hərbi məsləhətçi rolu və iranlıların hərbçilərə təlim verməsi, iki qonşu dövlətin müharibəsində tərəfsiz mövqenin dəyişməsi demək deyildimi?

Biz tərəfsiz deyildik. Azərbaycanın bu torpaqları almasını  və iki dövlət arasında sülhü bərqərar etmək istəyirdik.

İlham Əliyevin iqtidara gəlməsindən sonra belə görünür ki, Heydər Əliyevin siyasi oyunları da bir kənara qoyulmuş və İlham Əliyevin İsrail ilə qurduğu əlaqələr artıq balans həddini belə aşaraq, İrana qarşı düşmən xarakter almışdır. Sizcə bu gün Bakı ilə münasibətlərimiz necə olmalıdır?

Cənab İlham Əliyevin doğrunu yanlışdan və dostu düşməndən ayrıd etmək qabiliyyəti yoxdur və İranın da ona kömək göstərə biləcəyinə inanmır. Biz buradan 2000 km məsafəd olan Suriyaya  kömək edirik, İraqa kömək etdik, lakin bu faktlar  İlham Əliyevi inandırmağa yetməmişdir, əks təqdirdə başa düşə bilərdi ki, regionda ona kömək edə biləcək dövlətin İran olduğunu və İrana söykənə biləcəyini dərk edə bilərdi.

Bu gün də Naxçivanın Bakı ilə əlaqəsi kimi Azərbaycan Respublikasının həyati məslələrinin bir çoxu İran ərazisi vasitəsilə həll edilir. Əcəba, Bakı hakimiyyəti onun “siyasi həyatında” İranın əsas rola malik olmasını həqiqətən başa düşmürmü?

Məncə bunlar başa düşmürlər. Buna görə də iqtisadi, siyasi və mədəniyyət sahələrində  bizimlə ciddi əməkdaşlıq etməyəcəklər. Bunlar İsrailə, Minsk qrupuna  bel bağlamış və elə zənn edirlər ki, qərb Qarabağı onlara qaytara bilər. Halbuki, bu bir səhv hesablamadır və qərb Bakı üçün belə bir iş görməyəcəkdir.

İranın Bakıya göstərdiyi yardımlarının çox olması halda, onların İrana qarşı təbliğatının səbəbi nədir?

Bu Bakı rəsmilərinin və hakimiyyətinin nankorluğundan irəli gəlir.

əgər İran mənim vasitəmlə minalar və silahla dolu o təyyarəni Rövşən Cavadova yetirməsəydi, ermənilər qalan əraziləri də almışdılar.

Əgər İran ( Qırmızı Aypara Cəmiyyəti) mənim vasitəmlə yüz min Qarabağ qaçqınını İmişlidə yerləşdirməsəydi, suyunu, yeməyini və təhlükəsizliyini təmin etməsəydi, elə həmin qaçqınlar gedib prezident sarayını Heydər Əliyevin başına yıxardı.          

Ərazisinin dörddə birini itirmiş olan hakimiyyət indi durub dünya azərbaycanlılarının İrana qarşı konqresini düzənləyir!    

Son sual olaraq, İmişli qaçqın düşərgəsində yerləşdirilən qaçqınlara göstərilmiş köməklər barədə bir az artıq danışardınız.

Qarabağda yaranmış vəziyyəti nəzərə alaraq,  bu qaçqınların çoxunun bizim vətənə gələcəyini praqnozlaşdıraraq, İran uyğun bir tədbir qıldı. Bu tədbir əsasında isə Qırmızı Aypara Cəmiyyəti sərhəd yaxınlığındakı İmişli adlanan rayonda yer hazırladı, oranı təzhiz etdi və qaçqınların orada yerləşdirilməsinə və oradaki yaşayış və təhsil imkanlarından faydalnmalarına nail oldu. Su, işıq, yemək və çadır xərcləri İran tərəfindən təmin edilirdi. O zaman müharibədən zərər çəkmiş məcburi qaçqın və köçgünu qəbul etmək imkanı olmayan Bakı üçün bu kömək həyati anlam kəsb edirdi. Qaçqınlara orada kömək göstərmək və dağılmalarına imkan verməmək bizim üçün də əhəmiyyət kəsb edirdi.