Təbriz

BMT-ə görə İranın ən inkişaf etmiş və ən gözəl şəhəri, Təbrizdir

Birləşmiş Millətlərin (U.N) “Apostrophe” jurnalının bildirdiyinə gərə çoxsayılı müasir binalara, müasir hava yolları, gözəl və cəledici təbiət, ləzzətli yeməklər, gözəl məscidlər və tarixi abidələr kimi faktorlar belə bir seçimin aparılmasında meyar kimi nəzərdə tutulmuşdur.

  1. 3 ay, 2 həftə əvvəl
  2. 0
Təbriz
Badkubeh -

BMT-nin elektron jurnalında nəticəsi yayımlanmış bu təşkilatın dünya şəhərləri üzrə araşdırmalarına görə, Təbriz İranın ən inkişaf etmiş və ən gözəl şəhəridir.

Bələdiyyələrin informasiya saytının (C.T.Press)dünən yaydığı məlumata görə, Tehran, İsfahan, Məşhəd, Şiraz, Qum və Urmiyə bu sıralamada Təbrizdən sonar yerləşir.

Birləşmiş Millətlərin (U.N) “Apostrophe” jurnalının bildirdiyinə gərə çoxsayılı müasir binalara, müasir hava yolları, gözəl və cəledici təbiət, ləzzətli yeməklər, gözəl məscidlər və tarixi abidələr kimi faktorlar belə bir seçimin aparılmasında meyar kimi nəzərdə tutulmuşdur.

Bundan əlavə, Dünya Səhiyyə Təşkilatı 2 il əvvəldə olduğu kimi yenə də Təbrizi səhiyyə və sağlamlıq baxımından İranın birinci şəhəri kimi təqdim etmişdir.

Bu beynalxalq araşdırmada əldə edilən digər nailiyyət isə, Təbrizin özəl sektora investisiya qoyuluşu və İranın konstitusiyasının 44-cü maddəsində əksini tapmış siyasətlərin yerinə yetirilməsi baxımından İranın ən müvəffəq və avanqard şəhri kimi seçilməsidir.

Qeyd etmək lazımdır ki, İranın siyasi və iqtisadi sahələrini idarə edən və bu işdə uğurlu olan məsullarının çoxu da Təbrizlidirlər.

Təbriz permanent link