Ermənilər Türkiyənin yalanlarını ifşa etdi: Türkiyə-Ermənistan arasında ticarət dövriyəsi davam edir

  1. 3 ay, 2 həftə əvvəl
  2. 0
Ermənilər Türkiyə
Badkubeh -

Truth NGO, Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Qida Təhlükəsizliyi Xidməti, ölkənin Bagrataşen Gömrük məntəqəsində Türkiyə istehsalı olan qida məhsullarının Ermənistana idxal edilməsinin qadağan edilməsinə dair xəbərləri təkzib edib.

Sözü gedən idarədən verilən açıqlamada Türkiyədə istehsal edilımiş məhsullara heç bir qadağa qoyulmadığı, sadəcə sərhəd-keçid məntəqəsində bu məhsullara ciddi yoxlama nəzarətinin həyata keçirildiyini bildiriblər.Dövlət Qida Təhlükəsizliyi Xidməti mətbuat şöbəsindən – “Hüquqi baxımdan Türkiyədən idxal edilən qida məhsullarına heç bir qadağa yoxdur, sadəcə bu məhsullar üzərində laboratoriya müayinələri aparılır və məhsullar sertifikat aldıqdan sonra ölkəyə idxal edilir”, – deyə bu mövzunu şərh ediblər.Qeyd edək ki, uzun illərdir Azərbaycan xalqına zorla “qardaş” kimi sırıdılan Türkiyə Cuhmuriyyəti – güya Ermənistanla heç bir ticarətə malik olmadığını və güya Ermənistanla sərhədlərini Azərbaycana görə bağladığını və Qarabağ münaqişəsi həll olunmayana qədər sərhədlərini açmayacağını iddia edir və Türkiyədən maliyələşən Azərbaycan KİV-ləri də bu yalanı gen-bol təbliğ edərək Türkiyəni Azərbaycanın “yeganə dostu” kimi qələmə verməyə çalışırlar. Halbuki, Ermənistan tərəfi mütəmadi olaraq bu yalanları ifşa edir.
 Həmid Türki