Təbriz Universitetində;

Azərbaycan dilində sınaq imtahanı olmadan qəbul

Bu fakültə 2016-ci ildə Təbriz Universitetində yaradılıb və qəbul planında 40 tələbə elan olunub. Amma sadəcə 30 nəfər bu fakültəni seçib. 30 nəfər arasında iki nəfər imtina edib və tələbələrin sayı 28 nəfərə çatıb.

  1. 1 ay, 3 həftə əvvəl
  2. 0
Azərbaycan dili
Badkubeh -

Təbriz Universitetnin "Azərbaycan" dil və ədəbiyyat fakültəsi bu ildən sınaq imtahanında iştirak etmədən tələbə qəbulu həyata keçirir.

Təbrizin yerli Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, Təhsil Nazirliyinin rəsmiləri bildiriblər: Bu fakültədə qəbul planında yerlər boş qaldığına görə, belə bir addım atılıb.

Bu fakültə 2016-ci ildə Təbriz Universitetində yaradılıb və qəbul planında 40 tələbə elan olunub. Amma sadəcə 30 nəfər bu fakültəni seçib. 30 nəfər arasında iki nəfər imtina edib və tələbələrin sayı 28 nəfərə çatıb. Beləliklə tələbəlik adını qazanmaq istəyən hər bir şəxs topladığı baldan asılı olmayaraq bu fakültədə təhsil ala bilər.

Elə buna görə, İranın Test İmtahanları Təşkilatı bu ildə bu fakültəni sınaq imtahanına daxil etməyib. Bu fakültəyə rəğbətin olmaması prosesi davam etdiyi halda, İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi onu ləğv etməyə məcburdur.


reader's comments

Loading...