Türklər Bakıda bizi təhqir etdi

  1. 2 həftə, 1 gün əvvəl
  2. 0
rt
Badkubeh -
Axar.-a açıqlama verən aktyor ölkədə heç bir aktyor, rejissorun dilə gətirmədiyini demək niyyətini ortaya qoyub:

"Bəlkə də ölkəmdə heç bir aktyor, rejissorun demədiyini bütün səmimiyyətimlə demək istəyirəm. Amma əminəm ki, onlar bu müraciəti oxuduqdan sonra məni anlayacaqlar".Rejissorun nazirə ünvanladığı müraciəti təqdim edirik:

"Cənab nazir Əbülfəs Qarayev!Azərbaycanda keçirilən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən tamaşaya baxmağa getdim. Bu tamaşaya baxarkən çox pis oldum və Azərbaycan millətinin təhqir olunmasının şahidi oldum. Sanki Ankara Dövlət Teatrı Azərbaycana məhz bu milləti təhqir etmək üçün gəlmişdi. Tamaşa zamanı səhnədə olan aktyor, "Abi, biz azəriləri yanımızda ucuz işçi kimi işlədirik, deməli, bizi də xaricdə elə işlədəcəklər?"; "Abi, bizə görə hansı millətlər 2-ci kateqoriyadır? Bizdən şərqdə olanlar... Azərilər, iranlılar və s." kimi cümlələr istifadə olundu. Hətta bununla kifayətlənmədilər. Tamaşa zamanı aktyor yüksək səslə dedi ki, "güc kimdədirsə, o üstündür. Yəni minən var və əzilən var" mənasında.Cənab nazir, bu sözlər Türkiyədə hər hansı bir teatrın səhnəsində azərbaycanlı aktyor tərəfindən deyilsəydi, orada qan düşərdi. Təəssüfverici hal isə o idi ki, teatra baxmağa gələn türklər bu sözlərdən xoş oldular. Hətta müşahidə etdim ki, bəzi türk gənclər azərbaycanlı qızlara tərəf yönəlməyə də başladılar. Çünki onların Ankaradan gələn teatrı Azərbaycanda milləti ümumiləşdirib təhqir edirdi. Tamaşaya böyük axın var idi. Tamaşada istənilən küçə söyüşü var. Halbuki Azərbaycan teatrında söyüş olsa, tamaşa zamanı dava düşər, etiraz olar. Bir də utandım ki, azərbaycanlı aktyor və aktrisalar böyük həvəslə səhnəyə baxırdılar. Sanki onlar özləri heç nə bacarmırlar. Bəziləri söhbət edirdi ki, Türkiyədə teatrda bizdəki kimi 150 manat maaş almırlar. Onlarda səhnədə hər şeyə icazə var.Bəli, bu mənzərəyə baxıb utandım. Mən milliyətçi deyiləm, heç bir teatrda da rəsmi olaraq işləmirəm. İnsanları erməni, rus, türk kateqoriyalarına da bölmürəm. Amma heç bir kəsə icazə verilməməlidir ki, bir milləti ümumiləşdirərək təhqir etsin. Hər millətin içində yaxşı da var, pis də. Amma Rasim Ocaqov, Vaqif Mustafazadə, Səttar Bəhlulzadə, Həsən Məmmədov kimi usta sənət adamları bu ölkədən çıxıb. Məhz Azərbaycandan çıxan sənət adamları bəzən Türkiyəyə gedib, orada türklərə sənət göstərib, dərs deyib. Bu gün isə Azərbaycana dönər, "Qurdlar Vadisi" gətirən türklər bizim Ceylanımız, Nazim Hikmətimiz, Fazıl Sayımız var deyir. Azərbaycanda sənəti sevən, sənəti bu ölkədə inkişaf etdirmək istəyən gənclər isə çox cüzi maaşla həyatını yaşayır.Mən də bu ölkədə heç bir dəstək almadan kino çəkirəm, rol oynayıram. Pulsuz həyat yaşasam da, sənətimi sevirəm. Amma yenə də tamaşada deyildiyi kimi, Türkiyəyə qul kimi işləməyə getmərəm. Mən əminəm ki, Ankara dövlət teatrının "Nereye" tamaşasında bilərəkdən və hansısa səbəblə o replikalardan istifadə olundu. Yəni azərbaycanlı xaricə, hətta bəzilərinin dediyi "qardaş ölkə"yə qul kimi işləməyə gedir. Türklər Qərb yönümlüdür, azərilər 2-ci kateqoriyadır, dedilər. Hamını millət adı ilə ümumiləşdirdilər. Mən bu hadisəni şiddətlə qınayıram. Türklərin Azərbaycan insanını ümumi şəkildə təhqir etməsinə göz yumanlar da qınanılmalıdır. Heç bir kəs milləti ümumiləşdirib təhqir etməməlidir. Mən bu ölkənin vətəndaşıyam. İstəyirəm ki, ölkəmdə sənət, mədəniyyət tam azad şəkildə olsun. İstəyirəm ki, ölkəmdə teatrlar artsın, sənət adamları yaxşı maaş alsın. İstəyirəm ki, məhz siz cənab Əbülfəs Qarayev sənəti inkişaf etdirmək istəyən gənclərə tam dəstək versin. Biz də Türkiyədə öz sözümüzü deyək".