Kimlik, milliyyət və iranlılıq barədə Seyid Cavad Təbatəbayi ilə müsahibə

“Pan türkizmin idealogiyası bir növ tarix unutqanlığı əsasında qurulmuşdur”

- Pan türkistlərin əksəriyyəti – İran aydınlarının əksəriyyəti kimi, siyasətin incəlikləri barədə heç nə başa düşmürlər. Bir qrup isə İran sərhədlərinin xaricindədir ki, bilərkdən yaxud da bilməyərəkdən, İran düşmənlərinin dəyirmanına su tökürlər. Pan türkizm idealogiyası bir növ “tarix unutqanlığı” əsasında qurulmuşdur ki, zahirən tarixi əfsanələr ilə qarışaraq, “ savadsızlıq və düşüncəsizliyin sintezindən” əmələ gələn tərkibə çevrilmi

  1. 2 ay, 4 həftə əvvəl
  2. 1
Seyid Cavad Təbatəbayi
Badkubeh -

Farabi festivalı İran alimlərini təqdir etmək məqsədi ilə İran hökuməti tərəfindən düzənlənən ən böyük elmi hadisədir. Bu mərasimdə alimlərin bir çoxundan təqdir edilir, lakin burada yalnız bir nömrəli alimlərin mükafatı İran Prezidenti tərəfindən təqdim edilir. 2018-ci ilin yanvar ayında da İran Prezidenti Həsən Ruhani ənənəvi olaraq hər il düzənlənən mərasim çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən iranlı alim və bilim sahiblərindən, eləcə də xarici alimlərdən təqdir etmişdir. Bu ilin isə siyasi elmlər və beynalxalq münasibətlər sahəsində mükafatın qalibi, təbrizli alim “professor Cavad Təbatəbayi” olmuşdur.    

Dr. Seyid Cavad Təbatəbayi müasir İranın tanınmış siyasi filosoflarından biridir. O, 1945-ci ildə Təbrizdə doğulmuşdur və orta məktəbdə təhsilini fars dilindən əlavə fransız dili sektorunda da başa vurmuşdur. O, daha sonra Tehrana gedərək, hüquq fakultəsini lisans dərəcəsi ilə bitirmidir və siyasi elmlər sahəsində təhsilini davam etdirmək məqsədi ilə Fransaya yola düşmüş, Sorbon universitetində ali təhsilini başa vuraraq, bu universitetdən doktorluq dərəcəsində diplom ala bilmişdir. O, doktoluq tezisini “ Gənc Hegelin siyasi təfəkkürü” mövzusu barədə yazmışdır.     

O, vətənə qayıtdıqdan sonra, Tehran Universitetinin elmi şurasına üzv qəbul edilmiş və Tehran Universitetinin hüquq və siyasi Elmlər Fakultəsinin araşdırmalar departamentinin direktor müavini təyin edilmişdir. Lakin, 1990-cı illərdə Tehran Universitetini tərk edərək, Avropaya yola düşmüş və elmi araşdırmalar fəaliyyətini başqa mərkəzlərdə davam etdirmişdir. O, Fransa, Almaniya və ABŞ-ın elmi araşdırma mərkəzlərində yaradılmış imkanların sayəsində öz araşdırmalarını davam etdirərək, həmin illərdə, Sorbon Universitetində “ Təbriz və modernizmin əsasları” kitabını yazmışdır.

O, 1997-ci ildə Fransanın ən mötəbər elmi mükafatı olan “Akademik Nəxl” mükafatını, eləcə də, siyasət elmi sahəsində apardığı araşdırmalara görə Kembric Universitetinin gümüş nişanına layiq görülmüşdür. Hazırda isə, Böyük İslam Ensiklopediyasının elmi şurasının üzvüdür.

Təbatəbayi, fransızcadan fars dilinə fəlsəfi mahiyyəti olan bir çox kitab tərcümə etmişdir. O eyn zamanda ingilis, Alman və Türk dillərinə də əhatəlidir. İndiyə qədər yazdığı kitabların onu yayımlanmışdır ki, bu kitablar İranda ən çox satışı olan kitablardandır. Təbatəbayi hazırda Təbrizin önəmli olan məşhur şəxsiyyətləri sırasındadır və müəllifi olduğu “Təbriz Məktəbi” kitabında, Təbrizdə siyasi təfəkkürün istehsalı prosesin şərh edir.

Cavad Təbatəbayi, Cəlal Aləhməd və Şəriəti kimi İranın solçu mütəfəkkirlərinin tənqidçisidir və onların fikirlərinin İranın zəvala uğraması və geri qalmasına səbəb olduğunu düşünür. Onun yazdığı məqalələr siyasi elmlər sahəsində ən önəmli jurnallardan sayılan “Mehrnamə” və “Siyasətnamə” jurnalları vasitəsi ilə yayımlanır və o, həmin jurnalların siyasi prinsipini müəyyənləşdirən şuranın üzvüdür.

Təbatəbayi İranda liberal və İransevər olaraq “İranviç düşüncəsi”nin (İranşəhr təfəkkürü)  fəlsəfi əsaslarını bəyan etməyə səy göstərən bir filosof kimi tanınır.          

Aşağıda Cavad Təbatəbayinin 2013-cü ildə yayımlanmış “Mehrnamə” hurnalına verdiyi uzun müsahibənin bəzi hissələri təqdil olunur. O, həmin müsahibədə ilk dəfədir ki, öz ana dilinə işarə edir və Azərbaycan Respublikasındakı pan türk cərəyanları azərilərin tarixini saxtalaşdırdığına görə tənqid edir! O, qeyd edir ki, Azərbaycan Respublikasının KİV və telekanallarını izləyir, lakin hökumətin “tarix və mədəniyyət haqqında verdiyi povest”in, o diyarın əziz xalqının qeri qalmasına gətirib çıxardığına görə çox narahatdır.

   ***

Cavad Təbatəbai

Hamid Zare: Cənab doktor! necədir müsahibəni sizin ana yurdunuz olan Təbrizdən başlayaq?

-    1324-cü günəş ilinin azər ayının 23-də (14 dekabr 1945), Azərbaycanı İrandan ayırmağı məqsəd qoyan Pişəvərinin Demokrat Firqəsi Rus ordusunun köməyi ilə Təbrizi işqal etdiyi gecə, dünyaya göz açdım. Əvvəllər daima Təbrizin havası azər ayının sonlarında kəskin surətdə soyuq olardı. Mən, işıldayan mərmilərin Təbrizə yağdığı həmin soyuq gecələrin birində düyaya gəldim.    

Mənsur Haşimi: Sizin ailənizdən də Demokrat Firqəsinə simpatiyası olan olmuşdurmu?

-    Mən biləni, heç bir özəl əlaqə olmamışdır. Əlbəttə, atamı çox tez itirdim. Lakin, deyə bilərəm ki, bazar əsnafçısı olan atam və əmim də, Təbrizin digər orta təbəqələrinin nümayəndələri kimi, azdan çoxdan Müsəddiqçi sayılırmışlar. Atamdan yadımda qalan xatirələrdən biri 1332-ci ilin 28 murdad ( 19 avqust 1953) hakimiyyətə qarşı ordunun qiyamı zamanı şəhərin vəziyyəti ilə bağlıdır.  Atam ilə birgə, o mənim əlimi tutmuş halda, Təbrizin bazarından evə tərəf yola düşdük.  Hər yer bir birinə dəymişdi. Təbrizin mərkəzi dördyolu olan “Şəhnaz”a çatdıq. Dördyolun əvvəlində yerləşən və necə deyərlər, yayımına qadağa qoyulmuş nəşriyyatı satan, qəzet botkasının – səhv etmirəmsə adı Əflatun idi, alovların içində yandığının şahidi olduq. Yolumuzu davam etdirərək şəhərin mərkəzi küçələrindən keçdik və evə çatdıq. Hər yer qarma qarışıq idi və təhlükəli görünürdü. Bu, mənim atamla bağlı son xatirəmdir ki təxminən yeddi yaş yarımım olanda onu itirmiş oldum və mənasını sonralar başa düşdüyüm əhəmiyyətli bir olay barədəki ilk xatirəmdi. ilk kitab və dərgi yandırma olayına şahidi olmaq, mənim yaddaşımda silinməyən iz buraxdı.

Ondan bir neçə ay sonra, uzun illər vərəm xəstəliyindən əziyyət çəkən atam dünyasını dəyişdi. Hakimiyyətə qarşı qiyamdan bir neçə ay sonra, sozügedən botka yenidən təmir edilmişdi və əmim “İttihad-i Milli” adlı və Müsəddiq tərəfdarı olan qəzeti almaq üçün məni həmin botkadan qəzet aımağa göndərərdi. Bu qəzet bütün nömrələrinin birinci səhifəsinin yuxarısında Müsəddiqi türmənin dəmir barmaqları arxasında göstərən foto şəkil dərc edirdi. 

Məhəmməd Qoçani: sizin ailənizin Əllamə Təbatəbayi ailəsi ilə hər hansı qohumluq əlaqəsi vardmı?

-    Xeyir! Təbrizdə əslində Təbatəbayilərin dörd şaxəsi skin olmuşdur ki, deyilənlərə görə, şiəliyin Təbrizdə rəsmi məzhəb kimi elan edilməsinin ardınca, bu şəhərə mühacirət etmişlər. Ondan əvvəl Təbriz sünni vilayətlərdən biri olmuş və bu səbəbdən də şiə əhalinin bu şəhərdəki sayı az olmuşdur. Lakin, Səfəvilərin gəlişindən sonra, Təbrizdəki Təbatəbayilər İranın Zəvarə kimi şiə olan digər mərkəzi vilayətlərindən bu şəhərə mühacirət etmişlər. Bizim Təbrizdə sakin olduğumuz məhəllədə başqa üç Təbatəbayi ailəsi də sakin idi ki, onlardan biri, Fürqan qruplaşması tərəfindən terror edilmiş və inqilabdan sonrak Təbrizin ilk imam cüməsi olmuş ayəttullah “Qazi Təbatəbayinin” ailəsi idi. Onu çox görmuşdüm. Axı, mənim müəllimim də olmuş əmimin dostlarından biri ilə yaxın dostluq münasibətləri var idi və bəzən məni də ozü ilə ayətullahın mənzilinə aparardı. Onlar, Sədrai fəlsəfəsi barədə bir biri ilə mübahisəyə girərdi, əlbəttə bu mövzu haqda çox bilmirdim, lakin mənim üçün də maraqlı idi. Əllamə Təbatəbayinin ailəsi isə ayrı məhəllənin sakini idi və güman edirəm ki, onlar mənim anadan olduğum zaman, yəni Təbrizdə Firqə hökumətinin iş üstə gəldiyi vaxt Qum şəhrinə köçmuşdülər.

Məhəmməd Qoçani: İbtidai təhsilinizi necə başladınız?

-    Məktəbə gedib, təhsilimi davam etdirdim. Lakin, orta məktəbi dövrünün birinci illərində, tədricən kitab oxumağa başladığım zaman, qeyri rəsmi təhsilə də maraq göstərdim. Mənim babalarımın hamısı ticarət əhli olmuşdular, lakin, atam və əmim eyn zamanda elm əhli də sayılırdılar. Atam öz dostlarının biri ilə hər zaman fürsət tapan kimi kitab oxuyurdular və onun Məsnəvi nüsxəsini hələ də saxlayıram. Əmim isə təhsil almış insan idi və fars, ərəb və fransız dillərini bilirdi. Atamın rəhmətə getməsindən sonra, bizimlə qonşu olan və elm əhli olan dostu mənə tədris etməyi qəbul etdi. Onun yanında dərs aldığım birinci kitablardan İbrahim Səbzəvarinin daş çapı olan “Şərh-i Gülşən-i raz” əsərini göstərə bilərəm. Lakin, sonralar İlahi-i Qomşeinin əsəri olan “Hikmət-i ilahi” kitabını da oxudum. Həmin illərdə yay aylarında Hövze-i Elmiyyəyə (fiqhi məktəbə) də gedib və ərəb dilində dərs alırdım, sonrakı illər yay aylarının birində Sədinin Gülüstanını da bitirdim.        

Cavad Təbatəbai

Haşmi: Siz, azəriydiniz və fars dilini məktəbdə öyrənmişsiniz. Belə olan təqdirdə, azəri düşünüb, farsca danışmaq arasında ziddiyyəti, heç vaxt hiss etdinizmi? Buna cavab vermədən əvvəl deyin ki, ilk dəfə fars dili ilə nə vaxt tanış ildunuz?   

- Mən, azəri dilli bir ailə içində dünyaya gəlmişəm və bu səbəbdən də ana dilimin azəri olması da təbii haldır. Lakin yadımdadır ki, “Qolha” (güllər) proqramını radio dalğalarının xış- xışı arasından dinləmək üçün radio-a qulaq dayadığımz zaman, fars dili və ədəbiyyatı ilə rastlaşdığımız ilk vaxtlar idi. Mənim əmim İran musiqisinə meyilli şəxs kimi “Qolha” proqramının daimi dinləyicisi idi. Bunu da əlavə edim ki, bir neçə dəfə də İqbal Azərin canlı mahnı ifasının şahidi olmuşam. Təbii ki, orta məktəbində oxuduğum vaxta qədər, fars dilini o qədər də bilmirdim. Lakin, orta məktəbə daxil olduqdan sonra, fars dilində tam şəkildə yazırdım və müəyyən qədər də danışa bilirdim.  

Haşimi :  Etnik duyğu barədə nə deyə bilərsiniz? Demokrat Firqəsinə hər hansı bir simpatiya duymadığınızı qeyd etdiniz. Lakin, bilmək istərdik ki, sizin onlara qarşı ümumi baxışınız necə olmuşdur, müsbət, yaxsa mənfi? Azərbaycana və onun İranla əlaqəsi haqda baxışınız barədə də danışardınız.                

-Demokrat firqəsinə qarşı baxışım heç vaxt müsbət olmamışdır və Azərbaycanın İrandan ayrılması məsələsinə də əsla müsbət baxmamışam. Lakin, Demokrat Firqəsinin Təbrizdə gördüyü işlər, xalqın onlar barədə əfsanə və mif düzəltməsinə səbəb olmuşdur. Misal üçün, Təbrizdə çörək qıtlığı yaşanan zaman və çörəkçilərin çörək bişirmədiyi, yaxud da bişirdikdə baha satdığı zaman, xalq arasında belə şayiə yayılıbmış ki, Pişəvəri məslənin iki saat ərzində həll edəcəyinə söz verir, Firqə başçısı birinci çörəkçiyə çatan kimi, çorəkçidən ona neçə dənə çörək satmağı tələb edir. Çörəkçi isə çörək satmaqdan imtina etdikdə, Pişəvəri bədbəxt çörəkçinin diri diri təndirdə yandırılmasına dair göstəriş verir. Bu hadisənin ertəsi gün isə, şəhərdəki bütün çörəkçilərin mağazası səhər səhərdən açılmışdı və Təbriz əhalisinin ehtiyacını qarşılaya biləcək kifayət qədər, hətta əlavə miqdarda belə, çörək mövcud idi. Xalq isə bu hadisəni iqtisadi məsələlərin həlli istiqamətində Pişəvərinin sehri və cadusu kimi bir- birinə tərifləyirdi. Uşaq vaxtı belə nağıllardan çox eşidmişdim, amma bunlar məndə Firqəyə qarşı hər hansı müsbət təsəvvür yaratmamışdır. əlbəttə, bu hadisə tamamilə bir faciədir. Lakin, Demokrat Firqəsinin Təbrizdə yerinə yetirdiyi effektiv işlər də olmuşdur. Şəhərin mərkəzindən keçib bazara birləşən və yuxarıda vurğuladığım Firdovsi küçəsi haqqında da belə deyirdilər ki, 1945-ci ildə küçəyə çıxmağa qadağa qoyaraq bir gecədən səhərə qədər həmin küçəyə asvalt saldırmışdı və guya bu asvaltın davam və dayanıqlığı bir neçə il əvvələ qədər ümumi təsəvvürü öz təsiri altında saxlamışdır. Aydındır ki, bu nağılların çoxusu əfsanədir, lakin, hər halda Təbrizin ilk universiteti və bu şəhərin ilk radio stansiyası Demokrat Firqəsi tərəfindən təsis edilmişdir. Bununla belə, Firqənin separatçı olması elə bir məsələ deyil ki, bağışlamaq olsun. Mənim üçün İranın ərazi bütölüyü elə bir prinsipdir ki, heç bir vaxt mübahisə mövzusu ola bilməz.

Qoçani:  Siz, Təbrizdə sakin olduğnuz vaxtlar, özünüzü ilk öncə azərbaycanlımı yoxsa iranlımı hesab edirdiniz? Ortada heç bir paradoks yox idimi?

-    O vaxtlar Azərbaycana dair bizidə hər hansı bir etnik düşüncə yox idi və belə düşünürdük ki, İranın əhəmiyyətli əyalətlərindən biri də Azərbaycandır. İranın digər əyalətləri kimi, Azərbaycan da İranın ayrılmaz hissəsidir. Mənə belə gəlir ki, bu məsələdə hər hansı bir fikir ayrılığı da yoxdur. Tabii ki, ölkənin ərazi bütövlüyü prinsipi qəbul edildikdən sonra, onun necə idarə edilməsi məsələsi də mübahisə mövzusuna çevirilə bilər.

Haşimi:  bu sizin düşüncənizdi yoxsa ümumi atmosfer də belə olmuşdur? Axı, göründüyü kimi, Pişəvəri və tərəfdarlarının atdıqları addımlar, Azərbaycanın İrandan ayrılması istiqamətində imiş.

-    Əgər Azərbaycanda hamı İrandan ayrılmaq istəsəydi, onda Tehrandakı hakimiyyət Təbrizi geri ala bilməzdi! Firqə, Azərbaycan ərazisinin bir çox yerlərini şahın ordusunun oralara çatmasından öncə tərk etmişdi. Pişəvəri və tərəfdarlarının mütləq bəzi planları var imiş ki, bu planlar məncə Azərbaycan əhalisinin tələbləri ilə heç vaxt üst- üstə düşməmişdir.  Yadımda olduğuna qədər, hər zaman mənim üçün əhəmiyyət kəsb edən məsələ, böyük İran mövzusu olmuşdur və buna görə də həmin süalı cavablandırmaq üçün yaxşı nümayəndə olmaya bilərəm. Lakin, nə qədər ətrafıma baxıram, türklük hissini İran milliyyəti hissinə üstün tutanların azlıq təşkil etdiyini görürəm. Əlbəttə, burada türk sözünü səhvən işlətdim. Azərbaycanlılar türk deyil, bəlkə türk dilindən ayrılan bir dildə danışan iranlılardan ibarətdirlər. Azərbaycan kəndləri ərazisində tədricən məskunlaşan türk və yaxud türkmən mühacirlər, get- gedə əsil sakinlər ilə qaynayıb qarışaraq, onların içində həll olmuşlar. Hətta bu gün də, bəzi kəndlərdə zahirən türk boylarından olan sakinlərə rast gəlmək olar, bir halda ki, böyük şəhərlərdə belə deyildir.   

Haşimi:  Lakin, pan türkistlərin gündəmə gətirdiyi məsələlərdən biri, təhsil məsələsinə qayıdır. Onlar belə bir iddia irəli sürür ki, altı yaşına qədər azəri dilində danışan uşaq yeddi yaşında məktəbə gedəndə, fars dilində təhsil almağa məcbur edilir. bu barədə necə düşünürsünüz?

-    Pan türkistlər dəxli olmayan məsələlərdən çox danışır və nağıl qoşurlar. Elə, neçə il bundan əvvəl də Təbriz Universitetində bir cavan tələbə deyirdi ki, Zərtüşt də azərbaycanlı imiş... Burada, pan türkistlər barədə neçə məsələni nəzərdən qaçırmamalıyıq. Birincisi, böyük İranı mədəniyyət hövzəsi hesab edirəm ki, Məmalik-i Məhrusə kimi başa düşülürmüş. Yəni, böyük İran çoxsayılı etnik və mədəniyyətləri birləşdirən məkan olmuşdur. Pan türkistlərin əksinə olaraq, kimsə deyə bilməz ki, bizi məktəbdə fars dilində danışmağa məcbur edirdilər. Biz, məktəbdə yalnız bir neçə saat fars dilində oxuyurduq və tənəffüs saatlarında və məktəb tətil olandan sonra da  bir birimiz ilə oyun oynamaq istəyəndə, türkcə danışırdıq və heç bir qeyri adi hadisə də baş vermirdi. Başqa sözlə desək, iranlılar üçün bir dili öyrənmək, siyasi məcburiyyət  olmamış və deyildir. Bəlkə belə deyilə bilə ki, mədəni məcburiyyətdir. Bir də ki, şovinist mahiyyətli yeni ideologiyaların İrana ixrac edilməsindən əvvəl, iranlılar məsələləri bu cür başa dümürdü. Təbrizdə müxtəlif «təbəqələr» arasında bir növ heyrətə salan tərkib mövcud olmuşdur. Əlbəttə, bəzi məhəllələrin sakinləri digər məhəllələrə nisbətən dövlətli hesab edilirdei. Lakin, hətta bu məhəllələr də bağlı məhəllə olmamışlar. Aşağı təbəqələr yuxarı təbəqələrlə yanaşı, bir yerdə sakin idi. Tam dövlətli məhəllələr tədricən və çox gecişmə ilə altmışıncı illərdə peyda oldu ki, bunun da mürəkkəb səbəbləri var. Şəhər baxımından Təbrizin mürəkkəb bir quruluşu olmuşdur. Kəndlilərin mühacirətindən əvvəl, son dekadalara qədər, Təbrizin özünə məxsus duruşu var idi. Bu sözdən məqsədim o deyil ki, müxtəlif təbəqələr bir birindən fərqlənmirdi, bəlkə, demək istəyirəm ki, mövcud olan ictimai quruluş elə bir formada idi ki, fundamental gərginlikləri ən aşağı səviyyəyə qədər azaldırdı.  

Cavad Təbatəbai

Qoçani: yəni, demək istəyirsiniz ki, yeni ideologiyalar bu təzadı alovlandırımışdı?  

-    Pan türkistlərin əksəriyyəti – İran aydınlarının əksəriyyəti kimi, siyasətin incəlikləri barədə heç nə başa düşmürlər. Bir qrup isə İran sərhədlərinin xaricindədir ki, bilərkdən yaxud da bilməyərəkdən, İran düşmənlərinin dəyirmanına su tökürlər. Pan türkizm idealogiyası bir növ “tarix unutqanlığı” əsasında qurulmuşdur ki, zahirən tarixi əfsanələr ilə qarışaraq, “ savadsızlıq və düşüncəsizliyin sintezindən” əmələ gələn tərkibə çevrilmişdir. Əgər Azərbaycan Respublikasının televiziyasına baxsanız, eybəcərlik və savadsızlığın hara gedib çatdığını görərsiniz! Mən, bir proqrama tamaşa edirdim ki, Əbu Əli İbn-i Sinanın Azərbaycan filosoflarından olduğunu sübuta yetirirdi!  Bu cür istidlal edilirdi ki, İbn-i Sina Həmədanda vəzir olmuş və o şəhərdə də rəhmətə getmişdir və Həmədanın “cənubi” Azərbaycan şəhərlərindən biri olduğuna görə, belə qənaətə gəlmək olar ki, o azərbaycanlıdır. Yəni, İbn-i Sina Azərbaycana aiddir və Azərbaycan isə İlham Əliyev və şəriklərinin başçılıq etdiyi Azərbaycan Respuyblikasınındır!

Sizcə tarixin bu cür saxtalaşdırılması, gülünc deyilmi? Təbii ki, İlham Əliyevin savadı və təcrübəsi yoxdur və başa düşü bilməz. Lakin, “yoldaş Heydər Əliyev”, Sovet İttifaqının bütün universitetləri və alimlərinin yetmiş il boyu əfsanə və nağıl qoşmaqla məşqul olduqlarını bilirdi. Bu gün, o qədər elmdən xəmir düzədilməsi üçün yalnız batil edilmiş kağız kütləsindən başqa bir şey qalmamışdır. Əslində, bu “geri qalmanı” İbn-i Sina fəlsəfəsi ilə tərkib etsək, onda gərək deyək: eybəcərlik fəlsəfəsi!

Zare:  amma, İranın neçə etnik və dili...

-    Baxın !  İran, tarixi baxımdan həmişə məmalik-i Məhrusə olmuşdur. İranda həmişə neçə dildə danışılmışdır. Bizdəki hakimiyyətlər isə ümumiyyətlə pis hakimiyyətlər olmuşlar. Lakin, həmin “pis” hakimiyyətlər 1789-cu il inqilabının qələbəsindən sonra, mədəniyyət sahəsində kobud siyasət yürüdərək ölkə daxilindəki ənənəvi dilləri aradan aparmış və assimilasiya siyasətini yerinə yetirmiş Fransa kimi bir çox Avropa dövlətlərinin hakimiyyətlərinə nisbətən yaxşı işləmişdir. Fransada onlarla dil mövcud olmuşdur ki, Fransa inqilabı bu dilləri aradan aparmışdır. Lakin, İrandakı mədəni rənganglik bu imkanı vermişdir ki, misal üçün, Əhməd Kəsrəvi ev içində azəri danışsın və cəmiyyət daxilində fars ədəbiyyatının ön cərgəsində yer alan yazıçılardan olsun. Bu səbəbdən də ortadan qaldırılması lazım gələn təzad da mövcud olmamışdır.

Lakin, bəziləri deyir ki, sizə zülm edilmişdir və bilmirdiniz ki, məktəblərdə sizə məcburi qaydada fars dilini öyrədirlər. Bu, yeni gündəmə gətirilən məsələdir ki, mədəni və tarixi əsası yoxdur və yeni ideologiyalardan qaynaqlanır. Mənə elə gəlir ki, bu cür söhbətləri yayanlar , bu işi təmənnasız yerinə yetirmir. Bir dəfə demişdim ki, İranda hər şeyin və hər kəsin arxasında duranı var, bircə İrandan başqa. Mən, xaricdəki azrei dostlarımın ( onlardan bəziləri Fars İmperiası və sairədən danışır) arasında hətta birini də görməmişəm ki, öz övladına türk dilini öyrədsin. Bir halda ki, həmin şəxslər Paris, London və Nyu Yorkda belə bir şüar səsləndirir ki, təbrizli uşaqlar türk dilində dərs oxumalıdır. Məgər azəri dilində bəşər mədəniyyətinə aid hansısa əsaslı mənbə vardır ki, onlar azəri dilli məktəb dair etmək və fars dilini tətil etmək istəyirlər?  Mövcud olan azəri ədəbi mənbələrin hamısını universitetdə iki simester ərzində pan türkistlər üçün tədris etmək olar. Belə bir tədrisə hər hansı etirazım yodur, həm də, zəruridir. Şəhriyarın Heydər Babası böyük bir ədəbi əsərdir. Əgər, mən farsdilli və universitetin ikinci kurs tələbəsi olsaydım, bələ bir kursda iştirak edib, öyrənərdim. Lakin, pan türkistlərin fikri başqadır. Onlar deyir ki, fars dili hakimiyyət tərəfindən məcburiyyətə çevrilibdir və belə nəticəyə gəlirlər ki, ona qarşı mübarizə aparmaq üçün, azəri dili məcburi qaydada tədris edilməlidir. Bu, danışmaqda, yazmaqda, və hətta televiziya və radioda insanların da dil azadlığının alınması və onları pan türkizmə məcbur etmək deməkdir.

Əgər siz, orta səviyyəli bir iranlını rus dilini bilməyən yaxud da ingilis ya da fars dilindən bir neçə kələmə bilməyən sözdə “şimali” Azərbaycan vətəndaşı ilə müqayisə  etsəniz, onda görərsiniz ki, Bakı Universitetinin müəlliminin orta səviyyəli bir iranlı qədər savadı yoxdur. Bunu təcrübələrimə istinadən deyirəm! Bakı Universitetinin bir neçə tələbəsi mənə müraciət etmişdi və mən, onların vasitəsi ilə oradakı universitetlərin və müəllimlərin səviyyəsinin nə qədər aşağı olduğunu başa düşdüm. Bu, dil ilə əlaqədardır. Ona görə ki, Azərbaycan dilindən başqa bir dil bilmirlər və bu günə qədər də bu dildə ciddi tarixi və elmi mənbə istehsal edilməmişdir.

Türk dilində oxumağa məcbur etmək, şəxsi, fars dilinin istehsal etdiyi, yaxud da bu dilə köçürülmüş əzəmətli mədəniyyət xəzinəsindən məhrum etmək demədir. Bakı Universitetinin müəllimlərinə deyirəm, əvvəlcə gedin guya azəri olan həmin Zərtüşt, yaxud da İbn-i Sinadan bir cümlə tərcümə edin ki, sonra o barədə mübahisə edək.

Baxın, inkişaf etmiş dövlətləri misal göstərmək, heç bir problemi həll etmir. Guya cəlbedici nümunələrdən olan Skandinaviya ölkələri yaxud Alman dili,  yaxşı misal deyil. Bu ölkələrin ikinci bir dili də vardır ki, tədricən elmin dilinə çevrilməkdədir. O  da, ingilis dilidir. Yeddi- əskkiz, yaxud da on milyon nüfusu olan bir dil, dayanıqlı və əhatəli mədəniyyət kəsb edə bilməz. Bu gün, Skandinaviya dövlətləri üçün elmi mənbələrin hamısını tərcümə etmək sərfəli deyildir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə, dili öyrənirlər. hər bir almanlı, hollandiyalı, svecli və... üç  və yaxud dörd dili bilir. Bir haldaki, biz pulsuz öyrəndiyimiz və təfəkkür və mədəniyyət aləminə açılan fars dilini unutmağı və məcburi olaraq azəri dilinin tədris edilməsi istiqamətində təbliğat aparırıq.              

Təxminən on il əvvəl Berlində yaşadığım zaman, bir dəfə dostlardan biri ilə rastlaşdım ki, pan türkistlərin iclasında iştirak etmək üçün dəvət edilmişdi. Onun atası Təbrizin önəmli şəxsiyyətlərindən və özü də təbrizli idi və düşünürəm ki, bu səbəbdən də ondan rıçaq kimi istifadə etmək məqsədi ilə o toplantıya dəvət odilmişdi. Ona dedim ki, sənin yerində olsam, belə bir mərasimdə iştirak etməzdim. O da cavab verdi ki, hətta çıxışı zamanı da fars dilində danışacaq. O, tam azəri dilli olmasına rəğmən, öz dediyinə görə, ciddi siyasi mövzuları azəri dilində bəyan etməyi əsla bacarmırdı.  

Konfransda müzakirə ediləcək məslələr barədə də ondan soruşdum. Deyirdi ki, onların fikrincə, hökumət məcburi şəkildə şagirdlərə fars dilini öyrənməyi təhmil edir bu səbəbdən də, onlar (konfrans iştirakçıları) Azərbaycanın müxtəlif bölgələrində azəri dilli məktəblərin açılmasını tələb edirlər.  

Ona bu məsələnin döğru olmadığını bildirdim. Ona görə ki, biz nə fars dilini öyrənmyə məcbur idik, nə də azəri dilinin tədris edilməsini təhmil edə bilərik. Bizim fars dilini öyrənməyimiz tarix məsələsidir ki, tarixi qaydada baş vermişdir.

İrana əsrlər boyu hökmranlıq etmiş türklər, hansı səbəbdən bütün iranlıların mədəniyyət dilinin türk dili olması üçün məcburi qayda tətbiq edə bilməmişlər? Fars dilini türklər özü ilə Hindistana aparmışlar. Məgər, Sultan Mahmud əmr edə bilməzdi ki, dərbarında dördyüz nəfər kəməri qızıl fars şairin yerinə, beşyüz kəməri qızıl türk şairi xidmətə götürülsün?  

Gücünün İlham Əliyevdən çox olduğuna baxmayaraq, o (Sultan Mahmud) bu sahədə məcburiyyət yarada bilməzdi! Bizim hazırki vəziyyətimizin tarixi mənası da bundan ibarətdir. O dostuma dedim ki, tutaq ki, bu təhmil edilmiş bir məcburiyyətdir və diktatorluq əsasında tətbiq edilmişdir, əgər belədirsə, bir diktatorluğu başqa diktatorluqla əvəz etmək, Sədi Şirazinin  dediyi kimi, üqəlanın ənənəsi deyildir.  

Daha sonra, ona xatılatdım ki, biz ikimiz də təbrizliyik və Azərbaycandakı vəziyyətlə tanışıq, əgər sabah səhər çağı ingilis, fars və azəri dilli üç məktəb bir birinin yanında təsis edilərsə, azəri məktəbində otuz yaxud qırx nəfərdən artıq ad yazdırmaz, lakin, elə həmin təbrizlilər ingilis dilli məktəbdə ad yazdırmaq üçün gecə yarısından həmin məktəbin qırşısında nəvbəyə durar. Bu reallığı təcrübələrim əsasında vurqulayıram. Ona görə ki, təbrizdəki fransız məktəbində bir il tədrislə məşqul olduğum müddətdə valdeynlərin öz uşaqlarını belə məktəblərə yazdırmağa maraq göstədiyinin əyani şahidi olmuşdum.    

Başqa bir siyasi məsələ də vardır ki, özəlliklə son illərdə Svec və Sveçrədən bəzi şeyləri öyrənən mühacirlərə xitabən deyirəm ki, sözdə cənubi adlandırdıqları Azərbaycanın, şimali Azərbaycana birləşdiyi təqdirdə, belə bir birləşmənin cənnətə çevriləcəyini düşünürsünüz. Belə bir cənnətin mövcudluğu haqda bir çox şübhə vardır və tarix də bu cür cənnətin yer üzündə yaranmasını göstərməyib. Bir halda ki, həmin şimali Azərbaycan özü, bizim qonşuluğumuzdakı bir cəhənnəm olmuşdur.

Əgər fars dili, İranda elmin və mədəniyyətin dili olmasaydı, onda xaricdən başqa bir dil təhmil edilməli idi. Hindistan təcrübəsi daha cəlbedicid nümunədir! Lakin, pan türkistlər bu örnəyə maraq göstərmirlər. Hindistanda yüzlərlə dil mövcuddur, lakin bir dövlət olaraq, Hindistan tarix boyu məcburiyyət qarşısında ya fars dilində danışıb, ya da ingilis dilində.

Ümumiyyətlə İranın yerli dilləri, istər iranlı yaxud da qeyri iranlı dillər kimi, azəri dili, kürd dili və ... əhəmiyyət kəsb edən mədəniyyət dilləri olmamışdır. Azərbaycan Respublikasında fars lüğətlərini azəri dilindən xaric etmişlər, lakin məcburiyyət qarşısdında bu kələmələrin yerinə azəri lüğətləri deyil, rus lüğtlərini otuzdurmuşlar.

Hazırkı azəri dilinin şah əsəri, elə “Heydər Babaya Salam” əsərindən ibarətdir və bu dilin əhatəsini bundan artıq genişləndirmək olmaz. Azərbaycanlıları fars dilini unutmağa və yalnız azəri dildə təhsil almağa məcbur etmək olar, lakin belə bir vəziyyət yaranarsa, onda rus və ingilis dilləri fars dilini əvəz edəcəkdir...

Haşimi: yəni, bir azərbaycanlı və azəri olaraq, siz heç vaxt Tehranda azlıqda olma hissini yaşamadınızmı?

-    Təbii ki, yox. Əlbəttə azəri tələbə kimi əvvəllər fars dilini türk ləhcəsi ilə danışırdıq və bilirsiniz ki, bir azəri dilli üçün ən pis yer, hüquq fakultəsidir. Ona görə ki, ordakı bütün dərslərdə ən azı bir «Qaf» hərfi var. Burada bəzi zarafatlar da olurdu, lakin bu bütün şəhərlərdən gələnlərə də şamil edilirdi. Hətta, biz özümüz də əvvəllər Azərbaycanın digər şəhərlərinin əhalisinin azəri ləhcəsinə gülərək, onları ələ salırdıq.  

Azlıqda olmaq və « başqa olmaq», ayrı ayrı məfhumlardır. İranda azlıq yoxdur. Seçilmələr və fərqlənmələr vardır ki, bu da bizim mədəni və hissi cəhətdən zəngilnliyimizə səbəb olur. Oyunu qazanan tərəf kimi zaraftla deyirəm ki, fars dilli olanlar bir az zərərli çıxmışlar. Ona görə ki, ölkənin digər fəri dillərini və mədəniyyətlərini bilmirlər. Mən, bir azəri olaraq və yaxud bir kürd dilli və ... bu ölkənin mədəniyyətinin elə bucaqlarına əlimiz çatır ki, sizin çoxunuzun əli çatmır.




reader's comments

Loading...