Şəhrəsp

İran dövlətçiliyində ilk Nazir

İranda istər islam dinindən əvvəlki və yaxud sonraı dövrlərdə böyük hökmdar və padşahlarının həmiş ləyaqətli vəziri (nazir) olub. Bozorgmehr (Sasani) və Xacə Nizamülmülk (Səlcuqlar dövrü) Qaimməqam Fərahani ,Əmir Kəbir (Qacarlar dövrü) və Qəvam (Pəhləvilər dövrü) iki mühüm nümunədirlər. Fars dilində Nazir sözünün başqa qarşılıqları (sinonimləri) var və onlardan biri «Dəstur» sözüdür

  1. 4 ay, 3 həftə əvvəl
  2. 0
nazir
Badkubeh -


«Nazir» və  «nazirlik» orqanı İranda siyasi məfkurənin əsas təməllərindən olub və olmaqdadır. Tarix boyu İranda siyasətin məntiqi «əməldə məntiq» olub,siyasi mütəfəkkirlər İran tarixindən siyasi həyatın bünövrə və əsasların əldə etməyə çalışırlar.İranda istər islam dinindən əvvəlki və yaxud sonraı dövrlərdə böyük hökmdar və padşahlarının həmiş ləyaqətli vəziri (nazir) olub. Bozorgmehr (Sasani) və Xacə Nizamülmülk (Səlcuqlar dövrü) Qaimməqam Fərahani ,Əmir Kəbir (Qacarlar dövrü) və Qəvam (Pəhləvilər dövrü) iki mühüm nümunədirlər. Fars dilində Nazir sözünün başqa qarşılıqları (sinonimləri) var və onlardan biri «Dəstur» sözüdür (Azərbaycan dilində düstur deyilir ) . Hətta kəlilə və dimnə kitabında siyasi həyat təmsil olaraq heyvanların dili ilə bəyan olunur və hər növ heyvanın bir padşahı və bir vəziri (naziri) var. Şahnamədən verilən məlumata əsasən Təhmurəs yaradılışın əvvəlindən üçüncü padşah və vəziri (naziri) olmuş ilk padişahdır. Bu ilk və ən qədim İranlı vəzirin (nazirin) adı Şəhrəsp idi. O,yaxşılıqdan başqa bir iş görməyən xeyirxah şəxs idi.Gündüzlər oruc tutar gecələri Allaha ibadətlə keçirərdi. O hamı ilə dost idi,gecə namazı və oruc onun yadigarlarıdır. Şəhrəsp Təhmuras üçün xoşbəxtlik və yaxşılıq sərmayəsi idi və onun olması bədxahların hiylə və məkrini  padşahdan uzaq eərək onu qoruyardı. (şahnamə /düzəliş Mehdi Qərib)

Firdovsi ən qədim İranlı vəziri (naziri) bi iki xüsusiyyətlə vəsf edir. Birinci xüsusiyyət məşvərət və padşahı düzgünlük və ədalətə doğru istiqamətlndirmə vəzifəli dövlət xadimi.Digər xüsusiyyət isə yeməkdən çəkinən namaz və oruc tutmağa diqqət yetirən şəxsdən bəhs olunur.Deməli Şəhrəsp dindar insan olub. Ən qədim İranlı vəzir (nazir) bəzi başqa mənbələrdə belədir.Bondari ,yeddinci hicri qəmərilində şahnamıni ərəb dilinə tərcümə etmiş şəxs Şəhrəsp barədə yazır. O elə bir vəzir (nazir ) idi ki  pak təbiəti və gözəl rəftarı həmişə onu yaxşı işlərə, tərifə layiq əxlaqi keyfiyyətlərə eləcədə xalq arasında ədalərin həyata keçirilməsinə mərhəmət və mehribanlıqla onların vəziyyəti ilə maraqlanmağa sövq edərdi.

(Bondari /tərcümə Əbdül Muhəmməd Ayəti səhifə 7 )

Bu məlumatda şəxsi və hökümət işləri ilə məşğul olmaqdan xəbər verilir. Səaləbi Şahnamədə (tərcümə Muhəmməd Hidayət) Məsud ilə Muruc uz zəhəb kitabında (tərcümə Əbul Qasim Payəndə) Təhmuras barədə məlumat veriblər,amma nə vəzirin (nazirin) adını çəkiblər nə də onun haqqında məlumat veriblər. Son mənbələrdə Cəlaləddin Mirzayi Qacar öz kitabənda bu vəzirin (nazirin) adını çəkmədən məlumat verir ki yol onunla daha çox tanışlığa aparır.

»Dərrakəli və padşahın birlikdə əmri idi ölkənin abadlığı və ordunun güclənməsi.

Əyan əşrəf paxıllıq etdilər

 şahla ədavət toxumunu da ürəkdə əkdilər

 itaətsizliyə başladılar  üsyankarların qəsdinə fərman verildi

döyüşə hazır oldular

onlara layiq olduqları cəzanı verdilər«

(Name Xosrovan /səhifə 62 dən 64  dək çap 1311 hicri qəməri /1261 hicri şəmsi)

Bu məlumatda Şəhrəsp abadlıq və ordu quruculuğunda şahın şərikidir.Sonra hədəf əyan əşrafın paxıllığı olur və şah üsyankarları cəzalandərmaq qərarına qəldikdə də onunla ortaqdır.Əlbəttə burada vəzirin (nazirin) dindarlığından bir xəbər yoxdur. Artıq qədim guzigardan Qacarlar dövrünədək  nazirin simasə hər zəmanənin ehtiyaclarını özündə əks etdirmir? əgər əqdim ruzigarən naziri (vəziri) yaxşə işlərin görülməsində israr etməli idisə Qacarlar dövründə isə abadlıq ,nizam-intizam və üsyankarlarla qarşı (xarici düşmələrə deyil) döyüşlərdə şahla birlikdə olsun və ola bilər paxıllığın hədəfidə qayıtsın.