Rəsulzadə və Azərbaycan`in Adi;

Azərbaycan Respublikası adının seçilməsinə tənqidi yanaşma 2

O İranda çıxan qəzet və jurnallardakı iranlı həmkarlarına xitabən yazmışdır: "Ədəbiyyatımız, ədiblərimiz, şairlərimiz, mühərrirlərimiz - bilxassə əski məktəbdən yetişənləri - İran feyzi ilə pərvəriş bulmuşlardır. Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Molla Rumi və sair İran səramədani - süxəni bizimkilər tərəfindən adətən bənimsənilmişlərdir. İçərimizdə İran üsuli tərbiyə almışlarımız, fars ədəbiyyatı ilə aşina mürafiələrimiz az degildir. Hələ Nizami, Xaqani, Məhsəti kibi İran ədəbiyyati - qədiməsinin axırki dövrəsinə adlı şairlər yetişdirməklə də iftixar edəriz. Qafqasiya Azərbaycanı İrandan aldığı borcu mümkün olduğu qədər iadə etməgə dəxi çalışmışdır. Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə elə - məklə bərabər əsas etibarilə İran musiqisidir. Böylə ikən opera və operettalarımız vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir yapmaqla borcumuzu verməkdəyiz"

  1. 5 ay, 2 həftə əvvəl
  2. 0
ras2
Badkubeh -

Rəsulzadə Araz çayının şimal bölgəsinin keçmişdə Azərbaycan adını daşımadığını sübüt edən tarix və coğrafiya barəsindəki bəhslərə qatılmağa marqlı deyil və Azərbaycanı etnik və dil baxımından tərif etməsinə və nəticə etibarilə bu adın digər bölgələr üzrə də ümümiləşdirmə qabiliyyətinə maraq göstərir.

 O 1919-cu ildə "İran" qəzetində çıxan "İran və biz" məqaləsində deyir:

"Azərbaycan derkən qəsdimiz Şimali Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə mütəkəllim məxsus bir qövm ədd edəriz" (Rəsulzadə Bəyatın araşdırmasında, 2000: 75).

O həmin ildə İranda çap etdirdiyi digər bir məqaləsində də vurqulamışdır:

"Biz istərdik İran mətbuatı burasına diqqət etsin ki, Qafqasiyadakı Azərbaycanlıar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə qövmi bir mənada istemal ediyorlar ... Ətraki - müsəlmani - Qafqaz ilə Azərbaycanlı təbirinin eyni mənanı ifadə elədiklərini coğrafiya nöqteyi - nəzərindən cərh eləmək mümkün olsa da, qövmiyyat nöqteyi-nəzərindən bunu inkar etmək mümkün degildir(öncəki: 79).

Rəsulzadə bir tərəfdən Azərbaycanın irq və miliyyət baxımından özünə məxsus olduğuna dəlillərin hansı dövrdə mövcud olması və əgər olmuşdursa bu dəlillər faktiki olaraq hansı dövrlərdə meydana çıxmış və hansı xüsusiyyətlərə malik olmuşdur sualına cavab göstərmədiyi halda, digər tərəfdən də Azərbaycan məfhumunun cöğrafiya nöqteyi nəzərdən şərh edilməsi və nizamlandırılmasının mümkünlüyünü etiraf edir.

Beləliklə o ehtiyatlı və ötəri şəkildə də olsa tarixi həqiqətləri yaxud Araz çayının şimalına Azərbaycan deyilmədiyini təsdiq edərək vurğulayır ki, onun fikrincə bu ad coğrafiya məfhumundan daha çox etnik məfhum kəsb edir. Cənubi qafqazda etnik birliyin və belə bir hissin xüsusilə də o dönəmlərdə mövcud olmasının müzakirə edilə bilən məsələ olduğundan əlavə, Azərbaycan cümhuriyytinin banisinin Araz çayının şimal hissəsinə tarix və coğrafiya baxımından Azərbaycan adının işlədilməməsində göstərdiyi şəhamət və dəqiqlik də diqqətə layiqdir.

 Qısa ömürlü Cümhuriyyəti Araz çayının cənubuna ümumiləşdirməkdən çəkinmək

O dəfələrlə vurğulayır ki, İran sərhədlərinə qarşı pis niyyətdə deyil və Azərbaycan Cümhuriyyəti dedikdə Qafqazın müsəlman bölgələrini nəzərdə tutur. Açıq Söz qəzetində yayımlanmış Azərbaycan müxtariyyəti məqaləsində isə bu məsələni açıq şəkildə vurğulanmışdır:

"bütün iranlılara bildirməliyik ki, Azərbaycan dedikdə İran deyil Rusiya dövləti sərhədlərində yerləşən Azərbaycanı nəzərdə tuturuq və İran Azərbaycanlının müqəddəratına müdaxilə haqqımız və həddimiz yoxdur" (öncəki: 35). O Azərbaycan və İran adlı məqaləsində qeyd etmişdir: "Bizdən neçün zənindirlər? Təsəvvür etmək lazım gəlir ki, İranın bir vilayəti olan Azərbaycanın ismini aldığımız kibi müsəmmasma da gözümüz vardır. Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyəti həqqindəki davamızın qətiyyən Araz nəhrinin cənubuna aid olmadığmı dəfələrlə söyləmiş, bilfel dəxi isbat eləmişiz" (öncəki: 80).

O iran dövlətinə qarşı xoş niyyətdə olduğunu bildərməyə səy göstərərdiyindən əlavə, birgə maraqları da vurqulayır və təkrar izah edir ki, şimalda müsəlman bir dövlətin yaranması İran üçün də faydalı olacaqır. O 1298-ci günəş ilinin rəcəb ayında İran qəzetində nəşr edilən məqaləsində, qeyd etmişdir: "Araz çayının yuxarı hissəsində mədəni müsəlman bir cümhuriyyətin qurulması xeyrli və faydalıdır" (öncəki: 72). 1298-ci günəş ilinin şəban ayında adı çəkilən qəzetdə Azərbaycan və İran başlıqlı məqaləsində isə Araz çayının şimalında cümhuriyyət və İslam əsasında bir dövlətin qurulmasının faydalı olmasını israrla vurğulayaraq Versay'da İranın Qafqaza hakimiyyətinə dair İran nümayəndə heyətinin iddiasını tənqid etmişdir:

"Bizə öylə gəliyor ki, Araz nəhri şimalında olan Azərbaycanlıların təşkil elədikləri müstəqil bir hökuməti-islamiyyənin paydar olması İranın mənafeindəndir. Əgər Parisdəki İran heyəti-mürəxxəsəsinin Zaqafqasiyadan  yer almaq istədigi həqqindəki nəşriyyat doğru isə, o zaman həqqimiz var düşünəlim ki, İran hökuməti bizim kibi degil, başqa dürlü düşünüyor" (öncəki: 81). Rəsulzadə həmin məqalənin davamında Azərbaycan İslam dövlətinin İrana faydalarından söz açaraq, yazmışdır: "Madam ki, yeni bir hökuməti-islamiyyənin vücudi İranca da mətlubdur, o halda tehranlı rəfiqlərimiz ism üzərindəki mübahisəyi coğrafiya və qövmiyyət mütəxəssislərinə buraxıb da müsəmmadan bəhs etsəydilər, aramızda mətlub olan hüsni-münasibatə daha ziyadə xidmət edərlərdi" (öncəki: 84).

 İran və Qafqaz azərilərinin mədəni bağlarına və iranlı mahiyyətə təkid

Sovet dönəmindən xüsusilə də Bağırov hakimiyyəti dövründən bu günə kimi regionda mədəniyyət və dil sahəsində davam etdirilən və əsas mətninin İranı silmək təşkil etdiyi siyasətlərin əksinə olaraq, Rəsulzadə iki bölgənin mədəni ayrılığını qəbul etmirdi, üstəlik Azərbaycan Cümhuriyyəti adlandırdığı ölkənin mədəniyyət xüsusiyyətlərini İrana börclu və yaxud da birgə fəaliyyətin məhsulu hesab edirdi və bu fikirin üzərində dayanıqlıq göstərirdi ki, İran mədəniyyəti və ənənələri Qafqaz müsəlmanlarının üsululi tərbiyə və mədəniyyətinin əsasını təşkil edir. O İranda çıxan qəzet və jurnallardakı iranlı həmkarlarına xitabən yazmışdır: "Ədəbiyyatımız, ədiblərimiz, şairlərimiz, mühərrirlərimiz - bilxassə əski məktəbdən yetişənləri - İran feyzi ilə pərvəriş bulmuşlardır. Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Molla Rumi və sair İran səramədani - süxəni bizimkilər tərəfindən adətən bənimsənilmişlərdir. İçərimizdə İran üsuli tərbiyə almışlarımız, fars ədəbiyyatı ilə aşina mürafiələrimiz az degildir. Hələ Nizami, Xaqani, Məhsəti kibi İran ədəbiyyati - qədiməsinin axırki dövrəsinə adlı şairlər yetişdirməklə də iftixar edəriz. Qafqasiya Azərbaycanı İrandan aldığı borcu mümkün olduğu qədər iadə etməgə dəxi çalışmışdır. Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə elə - məklə bərabər əsas etibarilə İran musiqisidir. Böylə ikən opera və operettalarımız vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir yapmaqla borcumuzu verməkdəyiz" (öncəki: 72-73).

Bu bölmənin yekunundan belə qənaətə gəlmək olur ki, o dövrdə İranın bir əyalətinin adı və etibarından xaricdə istifadə edildiyinə görə iranlıların narazı qalmasına baxmayaraq, Rəsulzadənin İrana qarşı yanaşması dostluq və qənaətləndirici yanaşma olmuşdur. Onun danışıq melodiyası və bəyan metodundan belə çıxır ki, onun özü də Araz çayının şimal hissəsi üçün Azərbaycan adına istinad etməyin etibarlılığına o qədər də inanmırmış, lakin onun etibar və şöhrətini yeni bir dövlətin dünyaya gəlməsi üçün uyğun bir başlanğıc hesab edirdi. Bu səbəbdən də Azərbaycan və İran məqaləsinin son bölümündə bütün səyini İran tərəfini razı salmaq istiqamətində səfərbər etmişdir:

"Tamamilə milli və demokrat bir əsasat üzərinə təşəkkül edən cümhuriyyətimizə iranlı qardaşlarımız kəndi münasibətlərini təyin edərkən ismimiz samiələrinə xoş gəlmiyorsa da, müsəmmamıza baxsınlar. Müsəmmamızı məqbul və kəndi nöqteyi-nəzərlərindən mətlub gördükdən sonra ismin o qədər əhəmiyyətə malik olmadığını kəndiləri də təqdir edərlər. Biz böyük qardaş iddiai mühitində bulunan Tehran mətbuatmdan şəkildən ziyadə mənaya aid nəşriyyata intizar edəriz. Çünki zəvahirlə fəzlə məşğul olmaq hər halda böyüklərin şüunundan olmaz" (öncəki: 86).

İrana dair bu sayaq təfəkkür Rəsulazadəyə xass deyildir və Qafqaz Azərbaycanında dövlət quruculuğu ilə məşqul olan digər siyasətçilər və elit təbəqənin nümayəndələri də bu sayaq düşünürdü və Iranla birgə mənafe əldə etmək təsəvvürü ilə anlaşılmazlıqları xüsusilə də ölkənin adı ilıə bağlı anlaşılmazlığı aradan qaldırmağa səy göstərirdilər.

Bu bölgənin elit təbəqəsinin bəzi nümayəndələri Qafqazın cənubunda müstəqill bir dövlətin yaranması ilə İranla Rusiya arasında qonşuluğun sona yetməsini vurğulayaraq ruslar tərəfindən törədiləcək bəla qarşısında qalxan rolunu öz öhdələrinə götürməyi belə qəbul edirdilər. Yusif Vəzir Çəmənzəminli də bu çərçivədə İranın ruslarla qonşuluq əzabından xilas plmasına toxunaraq, Azərbaycan qəzetində yazmışdır:

"Böyük rus tufanından həmişə zərər görənlərdən biri də İran idi. Bu məmləkət çоxdandan bəri dövləti islahatla uğraşmaq mеylində idisə də, daxili işləri yоx idi ki, оna rus qarışmasın. Biçarə Iran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəqqisinə çalışsın. Rus yıxıldı. Rusla İranın arasında, Azərbaycan dövləti təşəkkül еtdi. Rus qоrxusuna qarşı Qafqaz оrduları döşlərini sipər еdərək durdular və duracaqlardır. İran da asudə nəfəs almağa başladı. Hər tərəfdən baxarsaq İran istiqlaliyyəti bizə də böyük faydalar vеrəcəkdir" (Həsənli, 2011: 283).