Yaqub mahmudova cavab

Azərbaycan və Aran Nadir şah dövründə

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Ramiz Mehdiyevin «Nadir şah Əfşar,diplomatik məktublar» adlı kitabının təqdimat mərasimində çıxış edərkən ,özünün də rəhbərlik etdiyi Azərbaycanda tarix yazan qurumların ziddiyətini ört-bastır etmək üçün belə demişdir. »İnternetdə (virtual aləmdə) Azərbaycanən tarixi şəxsiyyətlərini ləkələməyə çalışırlar,Ramiz Mehdiyev bu kitabda qeyd edib ki,Ndir şah Əfşar Azərbaycan dövlət məmuru olubdur.Nadir şah Sfəvilər dövlətinin sərhədlərini bərpa edib o, Hindistanı da öz təsir dairəsinə daxil edib... Bir məsələni də nəzərə almalıyıq ki Azərbaycan şahları bu gügnkü İranı və sair əraziləri idarə ediblər.Biz heç kəsə qarşı ərazi iddiası etməmişik,buna görə niyə öz tariximizdən imtina etməliyik?»

  1. 4 ay, 1 həftə əvvəl
  2. 0
112
Badkubeh -

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Ramiz Mehdiyevin «Nadir şah Əfşar,diplomatik məktublar» adlı kitabının təqdimat mərasimində çıxış edərkən ,özünün də rəhbərlik etdiyi Azərbaycanda tarix yazan qurumların ziddiyətini ört-bastır etmək üçün belə demişdir. »İnternetdə (virtual aləmdə) Azərbaycanən tarixi şəxsiyyətlərini ləkələməyə çalışırlar,Ramiz Mehdiyev bu kitabda qeyd edib ki,Ndir şah Əfşar Azərbaycan dövlət məmuru olubdur.Nadir şah Sfəvilər dövlətinin sərhədlərini bərpa edib o, Hindistanı da öz təsir dairəsinə daxil edib... Bir məsələni də nəzərə almalıyıq ki Azərbaycan şahları bu gügnkü İranı və sair əraziləri idarə ediblər.Biz heç kəsə qarşı ərazi iddiası etməmişik,buna görə niyə öz tariximizdən imtina etməliyik?»

Zahirən belə görünür ki bu şəxslər Azərbaycan respublikasındakı oxucu və dinləyicilərini məntiqi düşüncədən məhrum hesab edirlər,hal bu ki millətçilik iddiası edərək irəli çıxanlar xalqın şüur və düşüncəsinə hörmətlə yanaşmalıdırlar. Cənab Mahmudov hər şeydən əvvəl bilməlidir ki bu ölkənin əhalisi çar və bolşevizm əsarətindən təzəcə xilas olub onlara hörmət və ehtirama layiqdirlər,əhalini ələsalmaq Azərbaycan respublikası rəhbərlərinin əbəs iddiaları və millətin şəninə tərif yağdırmaları ilə ziddiyət təşkil edir. Əlifbanın dəyişilməsi və əhalinin mənbə və qədim kitablardan bəhrələnə bilməməsindən sui-istifadə edərək yalanları tarix adı ilə xalqa qəbul etdirmək olmaz. Bu qəbildən olan iddialar daxildə keçərlidir və sırf əvvəlki yalanları ört-bastır etmək üçün zəncirvari təkrar olunur.Bu dəfə söhbət İranı idarə edən Azərbaycan imperatorlarından gedir.

Nadir şahın şəxsi katibi Mirza Mehdi Əstərabadi Pişavərdə baş vermiş acınacaqlı hadisə haqda xəbərin Nadir şaha verilməsini belə yazır: Əmir Aslan Qırxlı (Əmir Əslan Qerqlu) Azərbaycan əyalətinə vali,Gürcüstanda hərbi rəhəbr olan Səfi Xan Boğayri isə Azərbazcan əyalətinə hərbi rəhbər təyin elədi. Aydın məsələdi,dövlət İnstitutunun müdirinin (Yaqub Mahmudovun) iddia tdiyi kimi İran Azərbaycanın bir hissəsi olsa idi,(yuxarıdakı sətirdə görünür)Tarixi mənbələrdə Azərbaycan İranın əyalətlərindən biri kimi qeyd olunmazdı. Bundan əlavə bu kiabda yer almış bir sıra faktlara əsaslanarq Azərbaycan (Araz çayının cənubu) və Şirvanın ayrı-ayrı yerlər olduğunu rahatlıqla müşahidə etmək olar,beləliklə bir daha sübut olur ki Arana Azərbaycan adının verilməsi tarixi məsələ deyil siyasi seçim olub.

Nadir şahın saray tarixçisi Araz çazının şimalını Azərbaycan hesab eləmir və təbii ki bu o zəmanın adət-ənənə və qayda-qanunlarına uyğun idi. Nümunə üçün cahanqoşa kitabının fəsllərindən birinin adı belədir:«Şah və atlı müşayətçilərinin Nəcəfi Əşrəfdən (müqəddəs Nəcəf şəhərindən) Azərbaycana tərəf (hərəkət etmək fikrindən) daşınmasının bəyanı (izahı)» «bunun sonrakı fəsil isə «Şirvan və Dərbəndə inqilab vəziyyətinin bəyanı (izahı) » adlanır. Bu adlar Araz çayının şimalı (Şirvan və Aran) və cənubunun yəni Azərbaycanın ayrı ayrı yerlər olmasını anlamağı asanlaşdırır. Əks təqdirdə nə ehtiyac var idi ki ,eyini məntəqədə baş verən iğtişaş və həmən məntəqəyə olunan səfər (başqa başqa adlarla) ayrı ayrı fəsillərdə qeyd olunsun.Nadir şah Muğan düzündəki tac qoyma marasimindən dərhal sonra icra hakimləri və valilərin (vilayət rəhbərlərinin) təyinatı ilə məşğul olur. Şirvan və və Azərbaycan əyalətlərini bir birindən ayrı göstərilməsi cahanqoşa kitabında tam aşkar şəkildə müşahidə olunur. »

Azərbaycan əyalətinin ixtiyarını və ordu rəhbərliyi vəzifəsini özünün alicənab qardaşı Zəhir əd Dövlə İbrahim Xanın öhdəsinə qoydu. Bu təyinata əsasən Qaplankuh (bugünkü Zəncan ostanını şimalı) hüdudlarından Arpaçayınadək (Araz çayının yaxılnlığında) Azərbaycan vilayətinin bütün Bəylərbəyləri və hakimləri,Grcüstan və Dağıstan tamamı ilə onun rəhbərliyinə keçdi. Pir Məhəmməd Xan kənarlaşdırılaraq Herat əyaləti Babaxan Çapuşluya mərhəmət olundu.Mirza məhəmməd Xan Fars əyalətin,Mehdi Bəy Xorasani isə Şirvan əyalətinə təyin olundu.«(1)

az

dər əncomən sazi və məhfel arayi və şərh e culus e xədiv e aləm və nəşr və raec e an əvan be nur e fetile qələm e xocəste şiyəm və mecməre gərdani dəvat e meşkin rəqəm.

Əfşarlarin hökmranlığında (idarəşilik sistemində),Azərbaycan,Şirvan və Dərbəndin arasında siyasi-idarəçilik birbirindən ayrı olumasi Yuxarıdakı hökmlərdən (təyinat hökmlərindən) tam aydındır,belə ki onlara başq aşqa hakimlər (valilər) təyin olunur və Azərbaycan adı Qaplankuhdan (bugünkü Zəncan ostanını şimalı) Araz çayına (Arpa çayına) qədər olan coğrafi ərazizə şamil olur.Tarix e Cahanqoşa kitabının əvvəlki hissələrində də Azərəbaycanla Şirvan və Aranın müxtəlif yerlər olduğu rahatlıqla anlaşılır.Misal üçün»Ləkziyə (Dağıstanda) baş verən iğtişaşlar və Şirvan yaxınlığında inqilab«fəsildə Dərbənd,Şamaxı və Şirvanda baş verən iğtişaşlardan bəhs olunarkən o nahiyyəni Azərbaycan adlandırmır.

Bu əsərdə Azərbazcan, şimal hüdudları Araz çayına qədər olan məntəqədir nə inki ondan daha çox .Nadir şahın katibi Şahın Azərbaycanda iğtişaşları yatırtmaq və yaxud şahın orda qalmaq üçün etdiyi səfərlərdən bəhs edərkən Azərbaycan adını qeyd edir,lakin həmişə Arazın şimal nahiyyələrindən bəhs edərkən bu kimi şəhərlərin adlarını qeyd edir «Şəvval ayının ondördü göyərçinlər və zinətli qələbə səfalı Şiraz torpaqlarında idi əzəmətli padşah pak üzündə mehribanlıq,şah sarayına qədəm qoydu və taxtı nurlandırdı,uca şah dünyanın fəthi üçün hərəkətə keçdi,bu pak şəxsiyyət meydana daxil oldu [bu zaman] dünyanın fatehi bahar gücü ilə Dağıstanda cövlan eylədi və şubat (fevral) üsyankar əsgərlərinin məskəni Şamaxını fəth aldı və Ləkziyə (Ləzgilər yaşayan məntəqə) iğtişaşlarına son qoydu» 3

Bu hissə də Şirvan hüdundudunun (yaxınlığının) inqilabı adlanır,nəinki Azərbaycan hüdudunun inqilabı.Sonrakı fəsil də «Nadir süvarilərinin Gəncəyə tərəf hərəkət etməsi və Gəncə qalasının mühasirəsinin bəyanı» adlanır.Bu hissədə də mütləq şəkildə Azərbaycan adı mövcud deyil,və Arazın Şimalının Azərbaycan adlanmaması tamamı ilə aydındır. «Şirvan və dərbənddə inqilab vəziyyəitinin bəyanı» fəslində Azərbaycan və Arazın şimalının ayrı ayrı yerlər olması aşkar şəkildə qeyd olunub.Səfəvilər dövrünün sonlarında ölkə ərazisinin inzibati bölgüsü məhdudlaşdı və ümumuiyyətlə ölkə on əyalət və üç valiliyə bölündü.Əyalət və valiliklərin adları aşağıdakı kimi idi.

Azərbaycan,Xorasan,Əstərabad,Darulmərz,Kerman,İraq, Kürdüstan,Fars,Xuzistan və Gilan.Valiliklər isə Grcüstan,Loristan və Bəxtiyaridən ibarətdir.Əyalətlərin inzibati bölgüsündə təfərrüata diqqət olunmayıb.Nümunə İranın ən böyük ostanı olan Sistan (ostan iranda inzibati ərazi vahididir) əyaləti idarəçilikdə Kermana tabe idi.Gilan və Mazandaranın sərhədləri qarışıq idi.Ehtimalla demək olar ki Cənubi Qfqazın şəhərləri İdarəçilikdə, mərkəzi Təbriz olmaqla Azərbaycan əyalətinə tabe idilər. Əyalət mərkəzinin Təbrizə köçürülməsinin səbəblərindən biri bəlkə də Şirvan və Gəncə əmirlərinin hakimiyətini məhdudlaşdırmaq üçün idi.Çünki sultan Məhəmmıd Xudabənd zamanınd Şirvanın üsyankar əmirləri İranın mərkəzi hökuməti ilə iğtişaş və ixtilafa düşdükləri zaman,Osmanlı sultanı üçüncü Muradın İslambuldakı (İstanbul) sarayına nümayəndə heyəti göndərərək ondan Osmanlı qüvvələri vərəfindən bölgəni işğal etməsini xahiş etdilər. Səfəvilər hökuməti bu hərəkəti Qafqaz və Şirvan əmirlərinin xəyanət hesab elədi çünki Şirvan və Gürcüstandan əlavə Azərbaycan ərazisinin də bəzi hissələri Osmanlı tərəfindən işğal olunmuşdu. Şah Abbas dövründə ölkə iqtidarının möhkəmlənməsindən sonra bu məğlubiyyətlər aradan qaldırıldı və İran hakimiyyəti bir daha Qafqazdan Dərbənddə qədər bərpa olundu. Bu dövrün mürəkkəb inzibati bölgü quruluşu bəylərbəyinə də şamil olur,Təbriz,Şirvan,Qarabağ və Gəncə ayrı-ayrılıqda idarə olunurdu. İran bəylərbəyləri Səfəvilər dövrünün sonlarında aşağıdakılardan ibarət idilər. 1)Qəndəhar 2)Şirvan 3)Herat 4)Təbriz 5)Qarabağ 6)Əstərabad 7)Məşhəd 8)Gəncə 9)Kohgiluyə 10)Kerman 11)Mərv 12)Qəzvin 13)Həmədan «4»

Nadir zamanında bütün ölkə dörd hissəyə (inzibati cəhətdən) bölünmüşdü və bu inzibati-ərazi vahidləri vahidləri vilayət adlanırdı.Bu vilayətlərdən birinin adı Azərbaycan (inzibati) mərkəzi isə Təbrizdə yerləşirdi.Eyni zamanda İrəvan ,Şirvan,Gəncə,Qaradağ və Gürcüstan kimi bir neçə bəylərbəyinə şamil olurdu və keçmişdə olduğu kimi sair vilayətlərlə nisbətən daha çox imtiyazlara malik idilər.

Diqqət etmək lazımdır ki,bu nahiyyələrin Azərbaycan vilayəti adı altında birləşməsi yalnız idarə olunma mənasında idi və siyasi mənası yox idi. Necə ki Sistan kimi böyük məntəqə Kerman əyalətindən idarə olunurdu.Təbiidir ki,Ölkənin inzibati bölgüsü yığcam (məhdud) olduqda və ümumiiyyətlə bütün imperiya cəmi dörd məntəqəyə bölündükdə başqa bir şey gözləmək lazım deyil.Amma,Bakıda fürsətdən sui-istifadə edən və avam adamları aldadan bəzi tarixçilərin bu qəbildən olan hadisələri istədikləri kimi yozmaları təəssüf doğurur.